«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

İslam  dini  müxtəlif  regionlarda  necə  təbliğatsız  və  məcburiyyətsiz  yayılırdısa,  şiəlik  də  bölgələrdə  eləcə  heç  bir

siyasi təbliğat, məcburiyyət və digər amillər olmadan yayılırdı.  Bəlkə də bu səbəbdəndir ki, şiəlik ta qədimdən bu

günədək yer üzünün müxtəlif bölgələrində surətlə yayılmaqdadır. Hətta şiəliyin sıxışdırıldığı regionlarda bu məzhəb

daha  da  sürətlə  yayılırdı.  Bunu  Həzrət  Əlinin  (ə)  İraqda  sakin  olmasından  sonra,  oranın  əhalisinin  az  bir  müddət

içərisində necə şiələşdiyini görməkdəyik. Həmçinin Həmdanilərin (1099-1174) Mosul və Cəzirədə hakim olduqları

müddətdə şiəlik orada geniş yayılmışdı.

Şiəliyin Yəməndə yayılmasının tarixi qədimdir. Bu məqama toxunan Əllamə Muhsin əl-Əmin yazır: «Şiəlik

Yəməndə Peyğəmbərin (s) dövründə Əlinin (ə) oraya fateh, qazi kimi getməsi ilə intişar  tapdı»

52

. «Misirə gəldikdə



isə xəlifə Osmanın dövründəki fıtnənin ortaya çıxmasından əvvəl artıq şiəlik orada yayılmışdı»

53

Şiəliyin  Məğrib  və  ətraf  regionlarda  yayılması  İdrisilərin  zamanında  (789926/974)  olmuşdur.  Şiəlik



İspaniyada da onların dövründə yayılmışdı.  Bu məzhəbin İran və ətraf bölgələrdə yayılması isə islam fəthi zamanı

olmuşdur.  Bu  ərazilərdə  şiəliyin  genişlənməsi  isə  İmam  Rzanın  (ə)  Xorasana  Məmun  tərəfındən  vali  təyin

edilməsindən (təxminən 816 miladi) sonraya təsadüf edir. Həmçinin şiəlik Qum və ətraf bölgələrdə İmam Baqir (ə)

və  İmam  Sadiq  (ə)  dövründə  olmuşdur.  Şiəliyin  bütün  İran  ərazisində  yayılması  isə  Buveyhilər  dövründə

(935-1055)  başa  çatmışdır.  Sonralar  bu  məzhəbin  intişar  ərazisi  Səfəvilər  dövründə  (1501-1736)  daha  da

genişlənmişdir.  Hələ  Buveyhilər  dönəmində  Əfqanıstan  ərazisində  yayılmış  şiəlik  Səfəvilər  dövründə  isə  daha  da

genişlənmişdir.  Səfəvilər  şiəliyin  coğrafı ərazisini  bir  az  da  genişləndirərək  Hindistan,  Tibet  və  qonşu  ərazilərdə

yayılmasına zəmin yaratmışdır.

Bəhreyndə də şiəliyin yayılması qədimdir. Bu hətta islamın başlanğıc dövrünə təsadüf edir.

İSLAM ELMLƏRİNİN İNKİŞAFINDA ŞİƏLƏRİN ROLU

İslam  elmlərinin  inkişafında  digər  məzhəb  alimlərinin  rolu  olduğu  kimi,  şiə  alimlərinin  də  müstəsna  rolu

danılmazdır.  Mötəbər  mənbələrin  məlumatlarına  görə  İslamda  ilk  əsər  yazan  şəxs  Əli  (ə)  və  oğlu  Həsəndir  (ə).

Bunu  Suyuti  «TədriburRavi»,  Möhsin  Əmin  «Əyanuş-şiə»,  Şəhr  Aşub  «Məalimul-Uləma»  əsərlərində  qeyd

etmişlər. Şəhr Aşub deyir:«Həqiqətən islamda ilk əsər yazan Əlidir (ə). O, Allahın kitabını toplamışdı.  Sonra əsər

yazan Salman Farsi, sonra Əbu-Zər əl-Qiffari, sonra Əsbəğ bin Nəbatə, sonra Abdullah  bin  əbi  Rafı, sonra  İmam

Zeynul-Abidin (ə) olmuşdur».

Doğrudan da islam elmlərinin tarixinə nəzər salan hər  kəsə  məlumdur  ki,  islamda  ilk  əsər  meydana  gətirən

Əli (ə) və onun tərəfdarlarıdır. Əli (ə) başının qarışıq olduğu, fıtnələr zühur etdiyi bir dövrdə bir əlində qılınc, digər

əlində  isə  qələm  tutaraq  islama  xidmət  göstərmişdi.  Bunu  onun  yazdığı  əsərlər  sübuta  yetirir.  Belə  ki,  Onun

mübarək qələmindən çıxan hələlik bizə bəlli olan əsərlər aşağıdakılardır:

1)

Cəmul-Quranil-Kərim və təviluhu.



2)

Kitabu-Əmali.

3)

əl-Camia


4)

əl-Cifr


5)

Səhifətul-Kitabil-fəraiz

6)

Kitab fi Zəkatin-Niam



7)

Kitab fi Əbvabil-Fiqh

8)

əl-Fiqh


9)

Ahdun lil-Əştər

10)

Vəsiyyətun li Muhəmməd bin Hənəfiyyə



1l)  Kitabu Əcaibul-Əhkam.

Bütün bunlardan əlavə o Həzrətin (ə) adına bağlı olan «Nəhcul-Bəlağa» əsəri müsəlman aləmində məşhurdur

ki, orada çox mühüm elmi incəliklər vardır.

İslam elmlərinin  inkişafında  digər  əhli-beyt  imamlarının  (ə)  da  çox  mühüm  rolları olmuşdur.  Onlar  həmişə

xalq  içərisində  olmuş,  öz  babalarının  sünnəsini  yaymış  və  çoxlu  sayda  müxtəlif  elmlər  sahəsində  tələbələr

yetirdirmişdilər.  Lakin  burada  onların  hamısına  işarə  etmək  imkan  xaricindədir.  Buna  görə  də  burada  yalnız  şiə

alimlərinin müxtəlif elmlər sahəsində meydana gətirdiklərini ixtisarla qeyd edəcəyik.

Məlumdur ki, şiə məzhəbli alimlər islam dininin müxtəlif sahələrində, xüsusən də din elmlərinin inkişafında

mühüm rol oynamışdır. Hətta mənbələrdən də göründüyü kimi islamda ilk əsər yazan məhz şiə alimləri olmuşdur.

Onların digər məzhəb  alimlərindən  üstün  cəhətləri  budur  ki,  onlar  daim  əhli-beyt  (ə)  imamlarının  yanında  olmuş,

beləliklə  ilahi  vəhy  ocağından  daha  yaxından  və  daha  da  dərindən  qidalana  bilmişlər.  Bunun  bariz  numunəsini

islam ədəbiyyatı sahəsində öncül olan alimlərin həyatını araşdırarkən görməkdəyik. Belə ki, təkcə İmam Sadiqin (ə)

ətrafında dörd min tələbənin toplanması onların müxtəlif elmlərlə məşğul olub əsərlər yazması buna misaldır. Hətta

mənbələr məşhur alim, görkəmli fəqih və hənəfı məzhəbinin banisi Əbu Hənifə Nöman bin Sabitin İmam Sadiqin

(ə) yanında iki il dərs aldığını xəbər verirlər.

Şiə hədis ədəbiyyatında Peyğəmbərin (s) qızı Həzrət Fatimənin (ə) də «Mushəfi-Fatimə» deyə əsəri vardır. O,

52

 (Əyanuş-şiə, I cild, səh-87)



53

 (Bax: Muhsin əl-Əmin, Əyanuş-şiə, I cild)




burada Qurandan heç bir ayə qeyd etməmiş, ancaq atasından eşitdiyi hədisləri cəm etmişdir.

Ümumiyyətlə  islam  elmlərinin  inkişafında  əhli-beyt  imamlarının  (ə)  rolu  xüsusi  qeyd  edilməlidir.  Bu

inkişafın  təmlini  Əli  (ə)  qoysa  da  sonralar  bunu  onun  övladları  (ə)  davam  və  inkişaf  etdirmişlər.  Bunun  bariz

nümunəsini onların zaman-zaman dəhrilərlə, qeyri-islami din ardıcıllarilə apardıqlan mübahisələrdə görmək olar.

İlk  əsərlər  Əli  (ə)  və  oğlu  Həsən  (ə)  tərəfindən  yazılsa  da  sonra  bu  iş  İmam  Hüseyn  tərəfindən  davam

etdirilmişdir.  Onun  təkcə  əməvi  xilafətinin  iç  üzünü  açıb  xalqa  göstərməsi  dünya  tarixinin  ən  ədalətli  və  misli

görünməmiş inqilabıdır.

İmam  Hüseyndən  (ə)  sonra  İmam  Zeynul-Abidin  (ə)  bu  yolda  fədakarlıqlar  göstərmiş  və  çoxlu  sayda

tələbələr  yetişdirmişdir.  Mənbələrin  verdikləri  məlumatlara  görə  ondan  Zöhri,  Sufyan  bin  Uyeynə,  Nafı,  Əvzai,

Məqatil, Əl-Vaqidi, Muhəmməd bin İshaq, həmçinin ondan vasitə ilə Təbəri, İbn əl-Bey, Əhməd bin Hənbəl, Əbu

Davud və başqaları rəvayət etmişlər. Bütün bunlardan başqa səhabələr içərisində Cabir bin Abdullah əl-Ənsari, Əbu

Tufeyl  Amir  bin  Vasilə,  Səid  bin  Museyyib  və  digərləri  ondan  rəvayət  etmişlər.  Həmçinin  tabiundan  Səid  bin

Cubeyr,  Əbu  Xalid  əl-Kabuli,  Səlmə  bin  Dinar  və  digərləri  rəvayət  etmişlər.  Bu  gün  əlimizdə  olan  «Səhifeyi

Səccadiyyə» əsəri İmamın (ə) elm və təqvasının bariz nümunəsidir. Bundan sonra şiələrin beşinci imamı olan İmam

Muhəmməd Baqir (ə) yaranmış vəziyyətdən daha da fəal surətdə bəhrələnərək islam elmlərinin inkişafına  mühüm

xidmətlər  göstərmişdir.  İbn  Həcər  özünün  məşhur  «əs-Səvaiqul-Muhriqə»  əsərində  onun  elmini,  dərin  bəlağət  və

fəsahətini,  elmlər  xəzinəsi  olmasını  qeyd  etmişdir.  Həqiqətən  də  səhabilərdən,  tabiunlardan  və  digər  şəxslərdən

onun yanında öyrənmiş və ondan hədislər rəvayət etmişlər. Şeyx Mufid «İrşad-əl-Qulub» əsərində yazır: «Həsən və

Hüseyn övladlarından heç birində ondan zahir olan elmlər zahir olmamışdı. O, din elmlərinin müxtəlif sahələrinə, o

cümlədən təfsir, kəlam, sünnə, Quran elmləri,ədəbiyyat elmləri  və s. haqqında  məlumatlar  vermişdi. Ondan  qalan

səhabələr, tabiun böyükləri və müsəlmanlann fəqihlərinin böyükləri rəvayət etmişlər».

İbn Şəhr  Aşub yazır: «Ondan  səhabilərdən  Cabir  bin  Abdullah,  Cəfi,  Keysan  əs-Səxtiyani,  fəqihlərdən  İbn

Mübarək,  Zöhri,  Əvzai,  Əbu  Hənifə,  Malik,  Şafıi, Ziyad  bin  Munzir  ən  Nəhdi,  musənniflərdən  Təbəri,  Bəlazuri,

Xətib  öz  tarix  kitablannda,  Əbu  Davud  sünən,  Əbu  Hənifə  əl-Mərvəzi  musnəd,  Nəqqaş  və  Zəməxşəri  təfsirdə,

Səmani usuli-hədis və risaləsində rəvayətlər etmişlər».

İmam Baqirdən (ə) sonra şiələrin altıncı imamı İmam Sadiq (ə) islam elmlərini son və zirvə inkişaf  dövrünə

çatdırdı.  Belə  ki,  İslam  aləmində  ilk  universitet  tipli  mədrəsə  bina  etdi  və  orada  dörd  min  tələbə  müxtəlif  elmlər

sahəsində dərs aldılar. Onun xidmətləri ata-babalarının xidmətlərindən daha da aşikar və geniş tipli idi. Çünki, onun

həyatının  bir  hissəsi  Əməvilər  (661-750),  digər  hissəsi  isə  Abbasilər  (750-1258)  xilafəti  dövrünə  təsadüf  edir.

Əməvi Abbasi çəkişməsi nəticəsində əhli-beytə təzyiqlər azalmış və bundan məharətlə istifadə edən İmam Sadiq (ə)

elmi fəaliyyətini genişləndirmişdir. Bu məqama işarə edən Əllamə Möhsin Əmin deyir: «Onun dövrü əhli-beytin (ə)

ən az sıxışdırıldığı dövr idi. Buna görə də onun dövründə ravilər və şiə əsər yazanlan ata-babasının dövründəkinə

nisbətən daha da çox idi. Hətta İmam Rzanın (ə) əshabından olan Həsən bin Əli əl-Vəşa deyir: «Kufə məscidində

doqquz yüz şeyx gördüm ki, hamısı; Cəfər bin Muhəmməd (ə) bizə hədis dedi deyirdi»

54

Əlbəttə  ki,  İmam  Cəfər  Sadiqin  (ə)  islam  elmlərinin  inkişafındakı  xidmət  və  kəşfləri  danılmazdı.  Hətta



mötəbər mənbələr görkəmli əhli-sünnət fəqihi və hənəfılik məzhəbinin banisi Əbu Hənifə Nöman bin Sabitin iki il

onun  yanında  oxuduğunu  və  sonda  Əbu  Hənifənin:  «Əgər  o  iki  olmasaydı  Nöman  həlak  olardı»  sözünü  qeyd

edirlər.

Bütün  bu  deyilənlərdən  başqa  şübhəsiz  ki,  digər  əhli-beyt  imamları  (ə)  da  islam  elmlərinin  inkişaf  və

yayılmasında xidmətlər göstərmişlər. Lakin onların hamısını burada qeyd etmək imkan xaricində olduğundan yalnız

burada bəzi şiə alimlərinin dini və dünyəvi elmlər sahəsindəki xidmət və kəşflərinə işarə edəcəyik.

İslamda  ilk  əsərin  şiələrin  rəhbəri  və  ilk  imamı İmam  Əli  (ə)  tərəfindən  yazıldığını qeyd  etmişdik.  Ondan

sonra bu iş onun övladları (ə) ilə yanaşı digər şiə alimləri tərəfindən də həyata keçirilmişdi. Bu məqamı açıqlayan

Əllamə  Möhsin  əl-Əmin  deyir:  «Əlidən  (ə)  sonra  bu  işi Əbu  Rafi,  onun  oğlanları Ubeydullah  və  Əli,  Rəbiə  bin

Səmi «Zəkatun-Niam», Səlim bin Qeys Hilali, Əsbəğ bin Nəbatə əl-Məcaşi, Abdullah bin Hürr əl Cəfı olmuşdur»

55

TƏFSİRƏ AİD ŞİƏ ƏSƏRLƏRİ

Təfsirə aid ilk əsərin müəllifı Əlidir (ə) və ilk olaraq «Cəmul-Quran və təviluhu» əsərini yazmışdı. O, burada

ayələri  nazil olma ardıcıllığı ilə düzmüşdür.  Əli  (ə) burada 60 növ Quran elmlərindən bəhs  etmişdir.  Suyuti  onun

təfsir elmindəki bilgisinə işarə edərək deyir: «O, səhabilər içərisində təfsir haqqında ən çox rəvayət  edəndir». İbn

Abbas demişdi: «Əli (ə) Quranın batininə və zahirinə bələddir». Əkbəri isə deyir: «Peyğəmbərdən (s) sonra heç kəs

Əli (ə) qədər Allahın kitabına bələd deyildir»

Bundan sonra şiə təfsir ədəbiyyatında İbn Kəəb əl-Ənsari məşhur təfsirçilərdən biri kimi qiymətləndirilir. O,

hicri 30-cu ildə vəfat etmişdir.

Təfsir elminin inkişafında İbn Abbasın da müstəsna xidmətləri vardır. O, Əlidən (ə) sonra ilk olaraq təfsirə

aid əsər imla etmişdir. O, səhabilər içərisində təfsir elmində məşhur hesab olunan on  nəfərdən  biridir.  Mənbələrə

görə Quranın təfsiri haqqında ona 200 sual ünvanlamış O, bütün suallara şeir formasında cavab vermişdir. O, hicri

54

 (Əyanuş-şiə,I cild səh-100)



55

 (Əyanuş-şiə, I cild, səh-122. Şəhr Aşub, Məalimul-Uləma, Nəcaşi, Rical əsərləri)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə