«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

hansı bir  qeyri-nəcib  metalı qızıla  çevirmək  mümkündür.  O,  müxtəlif  kimyəvi  peraparatlar  (zəy,  qələvilər  və  s.)

əməliyyatlar (kiristallaşma, distillə və s.) haqqında məlumat vermişdir. O, qurduğu xüsusi labaratoriyasında etdiyi

çalışmalar  nəticəsində  bir  çox  turşulan  kəşf  etmişdir.Onun  elmdəki  kəşflərinə  görə  Cordano  onu  dünyanın  12

dahisindən biri hesab etmişdir.

Cabir ibn Həyyanın haqqında olan doğru məlumatlar və onun kimya haqqında yazdığı müxtəlif əsərlər uzun

müddət Avropada bu elmin qaynaqları sayılmışdır. Məşhur fransız alimi Qustav Le Bon "islam aləmində ilk və ən

məşhur kimya aliminin Cabir" olduğunu yazır.

Cabir ibn Həyyanın kitabları latıncaya tərcümə olunmuşdur. Bunların ən məşhuru "Nətaicul Təkmil" əsəridir.

Bu  əsər  1672-ci  ildə  fransızcaya  tərcümə  edilmişdir.  O,  bu  əsərində  bəzi  qazların  xassələri  haqqında  məlumatlar

vermişdir.  Hazırda  onun  Paris  Milli  Kitabxanasında  altı  nüsxə  əlyazma  əsəri  mövcuddur.  Bunlardan  "Dairəvi

üçbucaqlar əsərindən" başqa digərləri nəşr edilmişdir.

Cabirin  məşhur  əsərlərindən  biri  də  "Məcmuətu  əl-kamil  əsrari  ət-təbiət"  əsəridir.  Bu  əsər  ilk  dəfə  1672-ci

ildə fransızcaya, 1668-ci ildə isə ingiliscəyə tərcümə edilmişdir.

Riyaziyyat elmlərinə aid əsərlərin yazılmasında Qudamə bin Cəfərin rolu böyükdür. Belə ki, mənbələrə görə

o,  İslam  aləmində  ilk  olaraq  hesab  elminə  aid  müstəqil  əsər  yazmışdı.  Muhsin  Əmin  müxtəlif  alimlərə  istinadən

yazır: «Hesab elmini ilk dəfə Qudamə bin Cəfər qoymuşdur»

70

Əbu Əli İbn Sina [980-1037] dünyanın altı ensiklopediyaçı alimlərindən biri, Şərq və İslam elmlərini bütün



dünyada  tanıtdıran  böyük  İslam  alimi  Orta  Asiyada  və  İranda  yaşamışdı.  Hələ  on  yaşında  Quranı əzbər  bilən  və

dövrünün  bütün  elmlərinə  yiyələnən  İbn  Sina  astronomiya,  riyaziyyat,  fəlsəfə,  tibb,  tarix,  musiqi,  geologiya,  və

başqa  elmlər  sahəsində  fundamental  əsərlərin  müəllifıdir.  Hələ  Norveç  təbiətşünası  Eşolotdan  6  əsr  əvvəl

[geologiya  terminini  ilk  dəfə  XV  əsrdə  Eşolot  işlətmişdi]  geologiyaya  aid  əsərində  bəzi  minerallar,  filizlər  və  s.

haqqında maraqlı məlumatlar vermişdi.

O,  fəlsəfədə  Fərabinin  davamçısı olmuş,  fəlsəfəni  insan  zəkasına  əsaslanan,  məntiqi  isə  təfəkkür  formaları

haqqında elm adlandırmışdı.Onun tibbə aid "əl-Qanun fit-Tibb" əsəri latıncaya  tərcümə olunmuş  və bundan sonra

beş əsr Avropada tibb üzrə əsas dərslik kimi istifadə olunmuşdu. Bu əsər tibbin incili adı ilə tanınmışdı. Əsərdə qan

və  ödün,  xəstəliklərin  səbəbi  və  s.  tibbi  problemlər  haqqında  məlumatlar  vardır.  Hətta  bəzi  tədqiqatçılara  görə  o,

mikrobu ilk kəşf edən alimdir. İbn Sina göz ilə bağlı yazdığı "Təzkirə" adlı əsəri XIX əsrin ortalarınadək bu sahədə

tək əsər olmuşdu. İbn Sina ərəb və fars dillərində şeirlər də yazıb.

O,  "Biliklər  kitabı'nın  riyazi  hissəsini  həndəsə,  hesab,  astronomiya,  və  musiqi  nəzəriyyəsinə  həsr  etmişdir.

Əsərin həndəsə bölməsində planimetriya və sterometriyanın əsaslarını şərh etmişdir.

Bu böyük İslam aliminin dövrümüzədək 250-dən çox əsəri çatmışdı. Yalnız ölümün sirrini aça bilməyən alim

1037-ci ildə Həmədanda torpağa tapşırılmışdı.

1952-ci il Ümumdünya Sülh Şurası İbn Sinanın anadan olmasının minilliyini bütün dünyada təntənə ilə qeyd

etmişdi.

1954-cü  il  aprelin  28-də  İranın Həmədan  şəhərində  İbn Sinaya  abidə  qoyulmuş  və  aprelin  29-da  isə  həmin

abidənin açılış mərasimi olmuşdur.

Bir vaxt rəssam Ərrakisultan İbn Sinanın 40 portretini çəkmişdi. Lakin təəssüflər olsun ki, onlardan heç biri

günümüzədək gəlib çıxmamışdı.

Nəsrəddin  Tusi  [1201-1274]  dünyada  Platondan  sonra  2-ci  elmlər  akademiyasının  Marağa  Astronomiya

Rəsədxanasının  [1259]  yaradıcısı,  İslam  elmləri  sahəsində  müctəhidlik  dərəcəsinə  çatmış  azərbaycanlı  şiə  alimi

olmuşdur.Onun  yaratdığı Rəsədxana  təxminən  50  il  fəaliyət  göstərmişdi.Yaratdığı  kitabxanada  400  min  əlyazma

var idi və orada 100-dən çox alim çalışırdı. Tusinin rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid fundamental əsərlər

yazılmışdı.  Onun  «ət-Təzkirə  fil-Heyət»,  «Təhriru-İqlidis»,  «Təhrirul-Məcəsti»,  «Şərhu-əl-İşarat»  əsərləri  buna

əyani  sübutdur.  O,  islam  dünyasmda  ilk  olaraq  «Evkilid  Həndəsəsinin  şərhi»  əsərini  yazaraq  bu  elmin  İslam

aləmindəki  inkişafına  güclü  təkan  verdi.  O,  "Elxan  cədvəlləri"  əsərində  çoxlu  riyazi,  astronomik  və  coğrafı

cədvəllər vermişdır. Ən mühümü isə XIII əsrdə olan 256 şəhərin coğrafı kordinatlar cədvəlidir. Kolumbun müəllimi

Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda 1652 və Oksfordda 1711-ci ildə ərəb və latın dillərində

çap edilmişdir.  Tusinin "Evkilidin şərhi" əsəri  həndəsənin inkişafına  təkan  vermişdir. Əsər  1594-cü  ildə  Romada,

XVII  əsrdə  isə  latınca  nəşr  edilmişdi. Tusi  triqonometriyani  ilk  inkişaf  etdirən  müəlliflərdəndir.O,  ədəd  anlayşını

avropalılardan 400 il əvvəl işlətmiş, fizikaya dair əsərlərində təbiətdə maddənin saxlanması və çevrilməsı haqqında

ilk  fıkir  söyləmişdir.Tusi  1236-cı  ildə  ismaililərin  başçısı  Nasirin  təklifi  ilə  "Əxlaqi-Nasiri"  əsərini  yazmışdır.

Tərbiyə,  əxlaq  və  pedaqogikaya  aid  olan  bu  əsər  indi  də  bəzi  orta  məktəb  proqramlarının  dərsliyidir.  Tusi  eyni

zamanda  Azərbaycanın  siyasi  fikir  tarixində  ilk  dövlət  nəzəriyyəçisidir.  Onun  "Maliyyə  haqqında"  əsərində  irəli

sürdüyü müddəalar orta əsr dövlətlərindəki qanunların əsası olmuşdur.

Tusi həmçinin minerologiya tibb və başqa sahələrdə əsərlər yazmışdı. O, Bağdada səfəri zamanı vəfat etmiş

və orada Cəlil məscidində dəfn edilmişdi Hazırda qəbri-şərifı müsəlmanlar tərəfındən ziyarət edilir.

Şeyx Bəhauddin Amili (1547-1622) ömrünün otuz ilini müxtəlif bölgələri gəzmiş  və həmin bölgələrdə olan

görkəmli alimlərdən dərs almışdır. Mənbələrin verdikləri məlumatlara görə o, artıq on üç yaşında ikən ərəb və fars

dillərində mükəmməl  danışmışdır.  Gənc yaşlannda ikən  Hicaza  həcc  səfərinə  çıxmış və  orada  bir  müddət  qalaraq

70

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-159)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə