«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   ...   13

ŞİƏ TERMİNİ HƏDİSİ-ŞƏRİFLƏRDƏ

Şiə  sözü  peyğəmbər  (s)  və  onun  əhli-beytinin  hədislərində  bəlkə  də  ən  çox  işlədilən  terminlərdəndir.  Bu

hədislərə nəzər saldıqda məlum olur ki, şiə sözü burada Əlinin (ə) tərəfdarı, onun yolunu izləyən, ona kömək edən

və ona tabe olan mənasındadır. Yəni şiə sözü burada həm leksik, həm də terminoloji olaraq birbaşa Əli (ə) və onun

əhli-beytinə tabe olmaq mənasındadır.

Şiə  sözü  həm  əhli-sünnət,  həm  də  əhli-şiə  qaynaqlarında  işlədilmiş  terminlərdəndir.  Belə  ki,  şiə  sözü

aşağıdakı əhli-sünnət mənbələrində Əlinin (ə) tərəfdarları mənasında gəlir. Peyğəmbər (s) buyurmuşdur;

"Ey  Əli!  Sən  razı  deyilsənmi  ki,  Cənnətdə  mənimlə  birlikdə  olasan?  Həsən,  Hüseyn  və  övladlarımız

arxamızda, zövcələrimiz övladlarımızın arxasmda, şiələrimiz isə sağ və solumuzda olarlar"

21

.



"Ey Əli! Cənnətə ilk girən dörd şəxsdir: mən, sən, Həsən və Hüseyn. Övladlarımız arxamızca, zövcələrimiz

övladlanmızın arxasınca, şiələrimiz isə sağ və solumuzdan ora daxil olarlar"

22

.

"Ey Əli! Allah səni, nəslini, övladlarını, ailəni, şiələrini və şiələrini sevənləri bağışlamışdır.."



23

.

"Ey Əli! Sən və şiələrin hovuzun kənarına üzünüz ağ və nur saçan halda gələcəksiniz..."



24

.

İbn  Abbas  deyir;  «İman  gətirib  yaxşı  əməl  edənlər  yaradılmışların  ən  xeyirliləridirlər»



25

 ayəsi  nazil

olduğu zaman Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Yaradılmışların ən xeyirlisi sən və şiələrindir. Siz qiyamət günü

razı  olmuş  halda  gələcəksiniz.  Düşmənləriniz  isə  qəzəbli  və  başları  yuxarı  gözləri  isə  aşağı  dikilmiş  halda

gələcəklər".  Əli  (ə)  dedi:  ey  Allahın  Rəsulu  düşmənlərim  kimlərdir?  Həzrət  buyurdu:  "Səndən  uzaqlaşıb  və  səni

söyən kimsələr. Xeyir işlərdə bir-birlərini ötənlərə eşq olsun!" Deyildi: onlar kimlərdir? Həzrət buyurdu: "Ey Əli!

Sənin şiələrin və səni sevənlər"

26

.



"Ey Əbəl-Həsən! Sən və şiələrin Cənnətdəsiniz"

27

Həmçinin Peyğəmbər (s) buyurmuşdur; "And olsun canım əlində olana! Əli (ə) və onun şiələri qiyamət günü



nicat tapanlardır"

28

"Ey Əli! Sən mənim mən də sənin qardaşınam. Mən peyğəmbərliyə sən isə imamətə seçilmisən. Mən və sən



bu ümmətin atasıyıq. Sən mənim vəsim, varisim və iki oğlumun atasısan. Sənə tabe olan mənə tabe olmuşdur. Sənin

dostların  mənim  dostlarımdır.  Sənin  düşmənlərin  mənim  düşmənlərimdir.  Sən  kovsər  hovuzunun  və  bəyənilmiş

məqamın  sahibisən.  Səni  dost  tutan  necə  də  xoşbəxt,  düşmən  tutan  isə  necə  də  bədbəxtdir.  Mələklər  Allaha  səni

sevməklə və vilayətinlə yaxınlaşırlar. Göylərdə səni sevənlərin sayı yerdəkilərdən daha çoxdur. Ey Əli! Sən məndən

sonra  insanlar  üzərində  Allahın  hüccətisən.  Sənin  sözün  mənim  sözümdür.  Sənin  əmrin  mənim  əmrimdir.  Sənin

qadağan  mənim  qadağamdır.  Sənə  itaət  mənə  itaətdir  və  sənə  qarşı  çıxmaq  mənə  qarşı  çıxmaqdır.  Sənin  dəstən

mənim dəstəmdir, mənim dəstəm isə Allahın dəstəsidir"

29

.



Peyğəmbər (s) buyurur; Cəbrail (ə) mənə dedi: "Həqiqətən Allah Əlini (ə) sevir. Mələklər Əlini (ə) sevdikləri

qədər  heç  bir  kimsəni  sevmirlər.  Allah  qiyamətədək  Əliyə  (ə)  və  onun  şiələrinə  istiğfar  diləyən  mələklər

yaratmışdır"

30

.



"Allah peyğəmbərləri müxtəlif ağaclardan (nəsillərdən), mən və Əlini (ə) isə eyni ağacdan yaratmışdır. Mən

o  ağacın  kökü,  Əli  (ə)  budağı,  Həsən  (ə)  və  Hüseyn  (ə)  meyvəsi,  şiələrimiz  isə  onun  yarpaqlandır.  Hər  kəs  o

ağacdan yapışsa, nicat tapar, kim uzaqlaşsa, məhv olar"

31

Həmçinin  Peyğəmbər  (s)  buyurmuşdur;  "Ey  insanlar!  Hər  kəs  əhli-beytimə  nifrət  etsə,  Allah  onu  qiyamət



günü  yəhudi  kimi  dirildəcək".  Cabir  bin  Abdullah  dedi:  ey  Allahın  Rəsulu!  O  şəxs  namaz  qılıb  oruc  tutsa  da?

Həzrət buyurdu; "Bəli, namaz qılıb oruc tutsa da! ...Mən Əli (ə) və şiələri üçün istiğfar diləyirəm"

32

.

"Əgər  beş  nəfər  Muhəmməd  (s),  Əli  (ə),  Fatimə  (ə),  Həsən  (ə)  və  Hüseyn  (ə)olmasaydı, Allah  Adəmi  (ə),



Cənnəti, Cəhənnəmi, Ərşi, Kürsünü, Göyləri, Yerləri, Mələkləri, Cinləri və İnsanları yaratmazdı. Muhəmməd (s) və

 Əli (ə) eyni nurdan yaranmış, Mələklər də Əlinin (ə) üzünün nurundan yaranmışlar"

33

.

Əlbəttə ki, bu mənbələrin sayın burada da uzatmaq da olar. Lakin ixtisar olaraq bunları qeyd etdik. Həmçinin,



bütün bunlardan əlavə, Şeyx Zeynuddin Əbdurrəuf əş-Şafıinin «Kənzul-Həqaiq», Suyutinin «əl-Camius-Səğir», ibn

Cövzi  əl-Hənəfınin  «Təzkirətul-Xuwas»,  Təbərinin  «Təfsirul-kəbir»,  İbn  Səbbağın  «Fusulul-Muhimmə»,  Hakim

21

 (İbn Həcər əl-Heysəmi əş-Şafii, əs-Səvaiqul-Muhriqa, Misir-1308 h. səh-98)



22

 (İbn Həcər əl-Heysəmi əş-Şafii, əs-Səvaiqul-Muhriqa, Misir-1308 h. səh-98)

23

 (İbn  Həcər  əl-Heysəmi  əş-Şafıi,  əs-Səvaiqul-Muhriqa,  Misir-1308  h.  səh-98-144,  Əbu  Bəkr  bin  Şihabəddin  əl-Xədrəmi  əş-Şafii,



Ruşfətus-Sadi, Misir-1231h. səh-81)

24

 (İbn Həcər əl-Heysəmi əş-Şafii, əs-Səvaiqul-Muhriqa, Misir-1308 h. səh-124)



25

 (Bəyyinə-7)

26

 (Cəlaləddin  Suyuti  əşŞafıi,  əd-Durrul-Mənsur,  Misir,  Mətbəətul-Yəməniyyə,  1314  h.  bəyyinə  surəsi,  İbn  Həcər  əl-Heysəmi  əş-Şafıi,



əs-Səvaiqul-Muhriqa, Misir-1308 h. səh-99)

27

 (Bu hədisi Dəraqutni də rəvayət etmişdir. Ibn Həcər əl-Heysəmi əş-Şafıi, əs-Səvaiqul-Muhriqa, Misir-1308 h. səh-99)



28

 (Əbu Muəyyəd MuvəfTəq bin Əhməd əl-Hənəfı Xarəzmi, Mənaqibu-Xarəzmi, İran-1313 h. səh-66-67)

29

 (Hafız Süleyman əl-Qunduzi əl-Hənəfı, Yənabiul-Məvəddət, Ustanə-1301 h. səh-123)



30

 (Hafız Süleyman əl-Qunduzi əl-Hənəfı, Yənabiul-Məvəddət, Ustanə-1301 h. səh-256)

31

 (Hakim  Nişaburi,  əl-Mustədrək  aləs-Səhiheyn,  Heydərabad  çapı,  cild  III,  səh-160,  Şeyx  Əbdulqadir  Əhməd  bin  Mustafa  əd-Diməşqi,



Tarixi-lbn  Əsakir,  cild  IV,  səh-318,  Əbu  Muəyyəd  Muvəffəq  bin  Əhməd  əl-Hənəfi  Xarəzmi,  Məqtəli-Huseyn,  Nəcəful-Əşrəf,  tarixsiz,  cild  I,

səh-60)


32

 (Hafız Nuriddin Əli bin Əbi Bəkr əl-Heytəmi, Məcməuz-Zəvaid, Qahirə, tarixsiz, cild IX, səh-172)

33

 (Seyyid Haşim Bəhrani, Gayətul-Məram, cild I, səh-18-19, İbrahim bin Muhəmməd əş-Şafii, Fəraidus-Simteyn, cild I, səh-36, hədis-1)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə