«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   ...   13

tövsiyyə  edir.  Məgər  əhlisünnətin  bu  qədər  mənbələrində  olan  hədisləri  puç  və  cəfəngiyyat  hesab  etmək  olar?

Yoxsa bu mutavatir və ya ən azından səhih olan hədislərə göz yummaq insafdan hesab olunur? Quran demişkən:



«Sizə nə olub necə hökm edirsiniz?»

40

Bu  məqaləmizin  ümumi  axarı onu  göstərir  ki,  bizim  burada  məqsədimiz  Allah  eləməmiş  bir  məzhəbi  isbat

edib,  digərini  puça  çıxarmaq  deyil.  Sadəcə  biz  burada  şiə  məzhəbinin  islamın  əsas  məzhəblərindən  biri  olmasını,

onun  heç  bir  siyasi  və  dəgər  səbəblərdən  deyil,  məhz  Peyğəmbərin  (s)  təlim  və  tövsiyyəsi  əsasında  onun

əhli-beytinin  (ə)  ətrafında  toplaşmaq  nəticəsində  əmələ  gəldiyini  vurğulamaqdır.  Buna  görə  də  şiəliyin  bütün

müsəlman  dünyasında  beşinci  rəsmi  məzhəb  kimi  tanınmasma  zəmin  yaradılmalı,  bu  iş  rəsmən  həyata  keçməli,

müxtəlif  elm  ocaqlannda  və  ədəbiyyatlarda  onun  əleyhinə  olan  anti-təbliğatlar  dayandınlmalıdır

41

.  Həmçinin



əl-Əzhərin  keçmiş  şeyxi,  öz  dövründə  əhli-sünnətin  böyük  alimlərindən  olan  şeyx  Şəltutun  tarixi  fitvası-şiəliyin

beşinci məzhəb olması və onlann əməli və ibadi işlərinə uymağın mümkünlüyü-yenidən gündəmə gətirilməlidir.



ŞİƏ İMAMLARININ (Ə) ŞƏXSƏN PEYĞƏMBƏR (S) TƏRƏFİNDƏN TƏYİN OLUNMASI

Gərək Peyğəmbərimizin (s) həyatı, gərəksə İslam tarixi haqqında araşdırma edən bir kimsə, Rəsulu Əkrəmin

(s) özündən sonra on iki imam təyin etdiyini və bunları adlarıyla birlikdə zikr etdiyini şübhəsiz görmüşdür. Bunları

əhli-sünnətin  səhih  qəbul  etdikləri  hədis  kitablarında  sayları  ilə  birlikdə  görməkdəyik.  Aynca  rəvayətlərdə

hamısının  da  Qureyşdən  olduqlan  ifadə  edilməkdədir.  Buxari,  Müslim  və  digərləri,  bu  rəvayətləri  sənədləriylə

birlikdə nəql etmişlər.

Bəzi  əhli-sünnət  qaynaqlarında,  adlarının  yanmda  ilkinin  İmam  Əli  (ə)  olduğu,  ondan  sonra  oğulu  Hz.

Həsənin  (ə),  ondan  sonra  Hz.  Həsənin  (ə)  qardaşı  Hz.  Hüseynin  (ə)  və  ondan  sonra  da  Hz.  Hüseynin  (ə)

oğullarından sonuncusu Mehdi (ə) olan doqquz övladının imam olacağı rəvayət  edilmişdir.  "Yənabiul-Məvəddət",

müəllifı adı çəkilən kitabında belə rəvayət edir:

"Atəl adlı bir Yəhudi, Peyğəmbərimizin (s) yanına gələrək: "Ey Məhəmməd! Uzun zamandır sənə soruşmaq

istədiyim  bir  neçə  sual  var,  əgər  cavab  versən,  sənin  əlinlə  müsəlman  olacağam"  dedi.  Peyğəmbərimiz  "Soruş  ey

Ammarə!"  deyincə  Yəhudi,  suallarım  soruşmağa  başladı.  Cavablarım  aldıqdan  sonra  da  "Doğru  söylədin"  deyib

"Yaxşı  sənin  xəlifən  kimdir?"  deyə  soruşdu.  "Çünki  xəlifəsi  olmayan  peyğəmbər  yoxdur;  bizim  peyğəmbərimiz

Musa  bin  İmranın xəlifəsi  də  Yuşa  bin  Nun  idi."  dedi.  Bunun  üzərinə  Peyğəmbərimiz  (s)  belə  buyurdu:  "Mənim

xəlifəm  Əli  bin  Əbu  Talibdir  (ə).  Ondan  sonra  mənim  iki  nəvəm  olan  Həsən  (ə)  və  Hüseyndir  (ə).  Sonra  da

Hüseynin  (ə)  soyundan  doqquz  adam  bir-biri  ardınca  gəlirlər."  Yəhudi,  "Ey  Məhəmməd!  Onların  adları  nədir?"

deyə soruşduqda, Peyğəmbərimiz (s) yenə belə buyurdu: "Hüseyn (ə) dünyadan köçdükdən sonra oğulu Əli (İmam

Zeynulabidin),  ondan  sonra  oğulu  Məhəmməd  (İmam  Məhəmməd  Baqir),  ondan  sonra  oğulu  Cəfər  (İmam  Cəfər

Sadiq), ondan sonra oğulu Musa (İmam Musa Kazım), ondan sonra oğulu Əli (İmam Əli Rza), ondan sonra oğulu

Məhəmməd  (İmam Məhəmməd  Təqi),  ondan  sonra  oğulu  Əli  (İmam Əli  Nəqi),  ondan  sonra  oğulu  Həsən  (İmam

Həsən Əsgəri), ondan sonra da oğulu Hüccətullah Məhəmməd Mehdidir. Bunlar on iki imamdırlar" Yəhudi, daha

sonra müsəlman oldu və bu hidayətindən ötəri Allaha həmdi səna etdi

42

.



Əgər Şiə qaynaqlarına və bu mövzudakı məlumatlara müraciət edəcək olsaq, yuxarıda yazılanlardan çox daha

çoxuna  rast  gələrik.  Amma  yenə  də  əhli-sünnət  vəl-camaatın,  imamların  sayını  on  iki  olaraq  qəbul  etməsi  dəlil

olaraq kifayətdir. Çünki bu ədəd, Əli (ə) və övladları xaricində başqa heç bir yerdə uyğun gəlmir.

Bizim yəqinimizi artıran şey isə, əhli-beyt imamlannın (ə) bu ümmətin alimlərinin heç birindən dərs almamış

olmalandır. Əhli-beytin (ə) hər hansı bir səhabə və ya tabeundan dərs aldığına dair heç bir məlumat yoxdur. Başqa

bir  deyişlə,  heç  bir  tarixçi  və  sirət  yazıçısı  belə  bir  rəvayət  nəql  etməmişdir.  Amma  digər  alimlər  haqqında

məlumatlar  mövcuddur.  Əbu  Hənifə  İmam  Sadiqin  (ə),  (ə)  Malik,  Əbu  Hənifənin,  Şafıi,  Malikin,  Əhməd  bin

Hənbəl  də  Şafıninin  şagirdləridir.  Amma  əhli-beyt  imamları,  elmlərini  Peyğəmbərdən  (s)  və  beləcə  Allahdan

almışlar  və  nəsildən  nəsilə  bunu  bir-birlərinə  miras  buraxmışlar.  Beləcə,  Allah  məhz  onlar  haqqında  belə

buyurmaqdadır:



"Sonra Kitabı qullarımız arasından seçdiklərimizə miras verdik"

43

İmam Sadiq (ə) bu gerçəyə diqqət çəkərək belə buyurmuşdur: "Nə maraqlıdır ki, insanlar bir tərəfdən: "Biz

elmimizi Allah rəsulundan (s) aldıq, ona əməl edir və onunla hidayət  oluruq" deyirlər, bir tərəfdən də Peyğəmbər

(s)  ailəsi  olan  bizlərin  o  elmlərdən  xəbərsiz  olduğuna  inanırlar!  Halbuki  biz,  o  evin  uşaqlarıyıq.  Vəhy  bizim

evimizdə nazil oldu. Elm bizim vəsiləmizlə insanlara çatdı. Sizə görə onlar bu elmi öyrənib hidayət oldular amma

biz öyrənməyib yoldanmı çıxdıq?"

40

 (Yunis-35)



41

 (Şiəbrə  atılan  böhtanlar  haqqında  yazılan  bir  çox  əhl-isünnət  kitablan  vardır.  Nümunə  olaraq  baxın:  İbn  Teymiyyə,  Minhaeus-Sünnə,

Beyrut, Darul-Kitabil-İlmiyyə, cild I, səh-2, İbni Həcər əI-Heytəmi, Savaiqul-Muhriqa, Qahirə, Məktəbətul-Qahirə, tarixsiz, səh-4,,)

42

 (Hafız  Süleyman Qunduzi əl-Hənəfı, Yənabiul-Məvəddət, Misir-1384 h, səh-441, Həməvini, Fəraidus-Simteyn, İran, tarixsiz, Mahmudu



nəşri, cild II, səh-133, Hədis nömrə: 430-431 (xüsusi bir sənədlə Mücahiddən o da İbn Abbasdan rəvayət edib)

43

 (Fatir-32)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə