«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   ...   13

Nişapurinin  «Mustədrəku  Alə  Səhiheyn»,  Məsudinin  «Murucuz-zəhəb»,  Xətib  əl-Bəğdadinin  «Tarixu-Bəğdad»,

Əbu Cəfər Əhməd ətTəbərinin «Riyazun-nəzrə» əsərlərində şiə sözü işlənmiş, Peyğəmbər (s) və onun əhli-beytinin

tərəfdarları mənasında gəlmişdir.

Burada isə şiə sözünün əhli-şiə qaynaqlarında və hədislərində gəlməsinə işarə edəcəyik. Belə ki, şiə sözü şiə

qaynaqlarında da Əli və onun əhli-beytinin (ə) tərəfdan mənasında işlənmişdir.

1)«Aliyyun vəş-Şiatu». III cild. səh-17. Şeyx Nəcmuddin Cəfər bin Muhəmməd əl-Əskəri.

2)«Amalu-Səduq» səh-372. Şeyx Səduq Muhəmməd bin Babaveyh əl-Qumi.

3)«Amalut-Tusi». səh-18. Şeyx Muhəməd bin Həsən ət-Tusi.

4)«Dairətul-Məarif». XI cild. səh-199. Əllamə Muhəmməd Hüseyn Hairi Ələmi.

5)«Biharul-Ənvar». XIII cild. səh-208. Əllamə Muhəmməd Baqir Məclisi.



ŞİƏLİYİN MEYDANA GƏLMƏSİ

Şiəliyin  meydana  gəlməsinin  tarixi  çox  qədimdir.  Burada  qədim  deməkdə  məqsədimiz  Peyğəmbərin  (s)

dövrüdür.  Bu  ifadə  ola  bilsin  ki,  çoxlarmı təəccübləndirsin.  Lakin  yuxanda  qeyd  etdiyimiz  əhli-sünnət  və  əhli-şiə

qaynaqlarındakı hədislər bu təəccübü aradan qaldırır.  Həmçinin, tarixi faktlar və dəlillər şiəliyin məhz Peyğəmbər

(s)  dövrünə  aid  olmasını  tam  dəstəkləməkdədir.  Şiəliyin  meydana  gəlməsini  təhlil  edən  görkəmli  İslam  alimi,

təfsirçi  və  filosofu  Əllamə  Təbatəbai  yazır:  «Əlinin  (ə)  şiələri  adı  ilə  tanınan  şiəlik  məktəbinin  başlanması

Peyğəmbəri-Əkrəmin  (s)  həyatı  dövrünə  qayıdır.  23  illik  peyğəmbərlik  dövründə  İslami  təbliğat  və  çağırışların

genişlənməsi  ilə  əlaqədar  baş  verən  bir  çox  hadislər,  şübhəsiz,  Peyğəmbərin  (s)  səhabələri  arasında  belə  bir

cəmiyyətin yaranmasını tələb edirdi

34

».



Müəllif  bu  cümlədə  çox  mühüm  xəbərlərə  işarə  etmişdir.  Belə  ki,  o,  hadisələr  dedikdə  «İnzar»  ayəsini,

«Haqq  Əli  ilədir»  hədisini,  «Ləylətul-Məbit»  hadisəsini,  «Qədir-Xum»  hədisini  və  digər  hədisləri  nəzərdə

tutmuşdur.

Ötən sətirlərdə də qeyd etdiyimiz kimi şiə terminini həm leksik, həm də terminoloji mənada ilk işlədən şəxs

Peyğəmbərin  (s)  özü  olmuşdur.  Belə  ki,  o,  «Əli  şiəsi»  deməklə  Hz.  Əlinin  (ə)  tərəfdarlarını nəzərdə  tutmuşdur.

İmamiyyə əqidəsinə görə Peyğəmbərin (s) vəfatından sonra şiəliyin aşikar edilməsi məsələsi daha da bariz şəkildə

özünü  göstərmişdir.  Belə  ki,  səhabələr  içərisində  Salman,  Əbuzər,  Miqdad,  Əmmar  Yasir,  Əbu  Əyyub  Ənsari  və

başqaları  Peyğəmbərin  (s)  vəsiyyətlərini  nəzərə  alaraq  Əlinin  (ə)  tərəfində  dayanmış  və  onun  xəlifə  olmasını

istəmişlər. Bu məqamda müsəlman ümməti içərisində baş vermiş ixtilaflar özünü biruzə verdi və nəticədə iki böyük

məzhəb, yəni şiəlik və sünnilik meydana gəldi.

Beləliklə  müsəlmanların  ilk  xəlifəsi  Əbu  Bəkr  bin  Əbi  Quhafə  xəlifə  seçildi  və  bundan  sonra  Əlinin  (ə)

tərəfdarları o həzrətin ətrafına toplaşaraq müxalif cəbhədə dayandılar. Bundan sonra da tarixdə adları məlum olan

əhli-beyt imamları (ə) şiə məzhəbinin formalaşmasma, fiqhi və etiqadi əsaslannı sistemləşdirilməsinə rəvac verdilər.

Təəssüflər  olsun  ki,  bəzi  tarixi  kitablarda  şiəlik  İslamdan  sapmış  bir  firqə  kimi  göstərilir,  onun  əqidəvi  və

əməli  məsələləri  digər  təriqət  və  firqələrin  əməli  və  etiqadi  məsələlri  ilə  qarışıq salmır.  Bunun  da  siyasi  və  digər

səbəblərinin olması hər kəsə bəllidir. Belə ki, şiəliyin digər qərib yollara salınmasının səbəblərindən biri insanları

bu  məzhəbdən  uzaqlaşdırmaq  və  bununla  da  əhli-beytin  fəzilət  və  üstünlüklərini  puça  çıxarmaqdır.  Bunun  bariz

nümunəsi şiəliyin meydana gəlməsini doğru olmayan fərziyyələrə bağlamaqda görməkdəyik.

Şiəliyin meydana gəlməsi səbəblərini açıqlayan ibn Xəldun yazır: «Şiəlik Peyğəmbər (s) vəfat etdikdən sonra

yarandı.  Çünki,  əhli-beyt  özünü  xilafətə  hamıdan  daha  layiqli  sanır  və  səhabələrdən  bəziləri  də  Əlinin  (ə)

davamçıları  olduqdarı  üçün  onu  xilafətə  hamıdan  münasib  hesab  edirdi.  Bu  səbəbdən  də  onlar  xəlifəyə  beyət

etməkdən imtina edib, Əliyə (ə) üz tutdular»

35

.

Tarixçi  Yəqubi  də  şiəliyin  meydana  gəlməsini  bu  dövrə  bağlayaraq  yazır:  «Ənsar  və  Mühacirdən  bəziləri



Əbu  Bəkrə  beyət  etməkdən  imtina  edib  Əli  bin  Əbu  Talibə  üz  tutdular.  Bunların  arasında  Abbas  bin  Abdul

Muttəlib, Fəzl bin Abbas, Zubeyr bin Avvam, Salman Farsi, Əbu Zər Qiffari, Əmar bin Yasir, Bərra bin Azib və

Ubey bin Kəb var idi»

36

. Şiəliyin meydana gəlməsi səbəblərini açıqlayan tanınmış islam tarixçisi Prof. Dr. Həsən



İbrahim  Həsən  yazır:  «Peyğəmbər  (s)  vəfat  etdikdən  sonra  müsəlmanlar  son  mərhələdə  Əbu-Bəkrin  xilafəti  ilə

nəticələnən hakimiyyət məsələsi ətrafında ixtilafa düçar oldular və bu ixtilaf ərəb ümmətinin «Camaat» və «Şiəlik»

adlanan iki hissəyə bölünməsinə səbəb oldu»

37

.



Həmçinin  bəzi  tarixçilər  şiəliyin  meydana  gəlməsini  Siffeyn  və  Cəməl  döyüş  zamanına  bağlayırlar.  Bu  fikrin  ən

məşhur tərəfdarlarından biri İbn Nədimdir. O, deyir: «Əli Bin ƏbiTalib Təlhə və Zubeyri öz tərəfinə çəkmək üçün

döyüşə gəldiyi zaman öz tərəfdarlarını şiə adlandırmışdı. Əli (ə) onlara "mənim şiələrim" deyə müraciət edərdi»

38

.



Həmçinin  bu  fərziyyələri  Tərmani  «İhdasut-Tarixil-İslam»,  Əbdullah  Fəyyar  isə  «Tarixul-İmamiyyə»  əsərlərində

qeyd etmişlər.

Şiəliyin meydana gəlməsini bəzi qərəzkar tarixçilər yəhudi mənşəli Abdullah bin Səba tərəfindən yaradıldığı

fərziyyəsini  irəli  sürmüşlər.  Bu  qrupdan  olan  tarixçilərə  görə  guya  Əlinin  (ə)  Peyğəmbərin  (s)  vəsisi  və  canişini

34

 (Əllamə Muhəmməd Hüseyn Təbətəbai, İslamda şiəlik, möminin nəşriyyatı, Bakı-2003, səh-31)



35 (Əllamə Əbdurrəhman bin Xəldun, Tarixi-İbn Xəldun, Beyrut, tarixsiz., cild III, səh-123)

36 (Əhməd bin Əbi Yəqub bin Cəfər əl-Yəqubi, Tarixi-Yəqubi, darus-sadir, Beyrut, tarixsiz, cild II, səh-124)

37 (Prof. Dr. Həsən İbrahim Həsən, Tarixul-İslam, misir çapı, Qahirə-1964, cild II,səh-125)

38 (Əbulfərəc Muhəmməd bin Yəqub İbn Nədim Bəğdadi, əl-Fihrist, Misir çapı, Tehran-1350/1971, səh-223).




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə