«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   10   ...   13

sübutla ələ gətirirlər. Allah 124 min peyğəmbər göndərmiş və onlara iman etməyi vacib etmişdir.

Həmçinin  Allah  Rəsulundan  (s)  sonra  insanların  ən  üstünü  Əli  (ə)  və  onun  on  bir  övladıdır  (ə).  Hansı ki,

onlar xilafətə hamıdan daha layiqlidirlər. O, imamlar ki, elm və təqvada hamıdan üstün olmuşlar. Onların imamətini

qəbul etməyi vacib bilirlər. Lakin bunu islamın əsaslarındandır deyib inkar edəni küfrdə günahlandırmırlar.

Şiələr  dinin  bütün  hökmlərini  Allahın  kitabı olan  Qurani-Kərimdən  götürüldüyünü  deyirlər.  Onlar  Quranın

Allah  tərəfındən  göndərildiyini,  orada  nasix  və  mənsux,  möhkəm  və  mütəşabih  ayələrin  olduğunu  və  bunlann

tanınma  yollarım  bilirlər.  Bu  ayələrin  yozum  və  təfsirində  Peyğəmbər  (s)  və  on  iki  imamdan  gələn  mütəvatir  və

səhih hədisləri əsas götürürlər.

Şiələr  Allahın  birliyinə,  Muhəmmədin  (s)  peyğəmbərliyinə  şəkk  edən  hər  kəsi  islamdan  xaric  bilirlər.

Həmçinin hər kəs əhli-beyt imamlarından (ə) biri haqqında ifrata varsa, onlan peyğəmbərdən (s) üstün tutsa, onlara

vəhy gəldiyini desə, onlara ibadət etsə, dindən çıxmışdır.

Şiələr  peyğəmbərin  (s)  səhabələrinə  ehtiramla  yanaşır,  onları  peyğəmbərə  (s)  yaxın  yoldaş  bilirlər.  Lakin

Əlini (ə) digərlərindən daha üstün və xilafətə daha layiq bilirlər. Həmçinin səhabələrin hamısının müctəhid olublar

deyə öldürən də ölən də, söyən də söyülən də, zülm edən də zülm görən də cənnətlikdir əqidəsini qəbul etmirlər.

Şiələr ölümdən sonrakı həyata, bərzəxə, cənnətə, cəhənnəmə, sirata,mizana və Peyğəmbərin (s) gətirdiyi hər

bir xəbərə iman gətirir və inanırlar. Həmçinin onlar fıruiddinə aid əmr və qadağalara, halal və haramlara əməl edir

və inanırlar.

Şiələr  Allahdan  Peyğəmbərə  (s)  göndərilmiş  kitaba  etiqad  bəsləyir,  ona  batil  və  naqisliyinə  öndən,  nə  də

arxadan  daxil  olmasını  qəbul  etmirlər.  Onlar  Kəbəni  qiblə  bilir,  oraya  istiqamət  alıb  gündə  beş  namazı  qılmağı

vacib bilirlər. Namaz vaxtı dəstəmazı, cənabət, heyz və nifas qüslu və ya zərurət olarsa, təyəmmümü vacib bilirlər.

Şiələr  həcci  imkan  olan  təqdirdə  ziyarət  etməyi,  Ramazan  orucunu  tutmağı, səfərdə  və  yaxud  xəstə  olarsa,

başqa  vaxtda  icra  etməyi  və  digər  vacibatlara  əməl  etməyi  vacib  bilirlər.  Həmçinin  onlar  cihadı, yaxşılığa  dəvət,

pisliklərdən  çəkindirməni,  valideyinə  yaxşılıq  etməyi,  qohumları  yoxlamağı,  əmanəti  qaytarmağı  vacib  bilirlər.

Bundan əlavə spirtli və sərxoşedici içkiləri, zinanı, sələmi,  qətli,  qeybəti,  söz  gəzdirməni,  namuslu  qadına  böhtan

atmağı, haram nigahı və digər haramları haram bilir və bunlan icra edənlər üçün şərii həddi vacib bilirlər.

Əlbəttə  ki,  bunlar  şiə  əqidəsinin  qısa  xülasəsi  idi.  Maraqlananlar  bu  haqda  yazılmış  əsərlərə  baxa  bilərlər.

Şiələrin  belə  bir  əqidəyə  malik  olmalanna  hansı  prizmadan  baxmaq  olar?  Belə  olan  halda  İbn  Hazm  «əl-Miləl

vən-Nihəl», ibn Quteybə «Kitabu ixtilaf fil-ləfzi vər-Rəddi aləl-Cəhmiyyə vəl-muşəbbihə» əsərlərindəki böhtanlara

görə cavab verəcəklər!

ŞİƏLİYİN İSLAM ÖLKƏLƏRİNDƏ YAYILMA SƏBƏBLƏRİ

Ötən sətirlərdə şiələrin Əli (ə) və onun əhli-beytinə (ə) bağlı olduğunu və Peyğəmbərin (s) vəfatından sonra

imamət və xilafətin ona və övladlarına ötürüldüyünü qeyd etmişdik. Həmçinin bir çox səhabənin Əlinin (ə) ətrafına

toplaşıb  onun  tərəfdarı  olduğu  və  ona  beyət  edərək  peyğəmbərin  (s)  xəlifəsi  olmasım  qeyd  etmişdik.  Buradan

məlum  olmuşdu  ki,  Peyğəmbərin  (s)  vəfatından  dərhal  sonra  ortalığa  çıxan  xilafət  problemində  bütün  Haşim və

Müttəlib övladlarının, o cümlədən bir qrup Muhacir və Ənsarın Əlinin (ə) evinə toplaşıb onun tərəfdarı olduqlarını

elan  etmişdilər.  Bu  şəxslərin  böyük  əksəriyyəti  beyətlərinə  sona  qədər  sadiq  qalmış  və  Əli  (ə)  ilə  birlikdə

müharibələrdə iştirak etmişlər. Onlardan sonra gələn tabiun və təbətabiunlar içərisində çoxlu şiə olduğu və onların

hədis,  fiqh  və  digər  elmlər  sahəsində  öncül  olduqları  məlumdur.  Belə  olduğu  halda  şiəliyin  müxtəlif  islam

ölkələrində  yayılması  prosesi  təbii  olmuşdur.  Bu  proses  elə  bir  səviyyədə  və  təbii  axarda  olmuşdur  ki,  bu  gün

hansısa  islam ölkəsini şiəsiz təsəwür etmək az qala mümkün deyil. Bu ölkələr sırasına Azərbaycan, İran, Hicazda

Məkkə, Mədinə və Taif, İraqda Kufə və Bəsrə, Bəhreyn və onun ətrafı, Mosul, Cəzirə, keçmiş Şam ərazisi, Yəmən,

Misir, Məğrib, Afrika, İspaniya, Fars, Mesopatamiya, Əfqanıstan, Türkiyə, Hindistan, Tibet və orta Asiya ölkələri

daxildir.  Hətta  bu  ölkələr  içərisində  bəziləri  tamamilə  şiə  məzhəbində  olmuş, digərlərində  isə  şiəlik  çoxluq  təşkil

etmişdir.  Lakin  bu  ölkələr  içərisində  şiəlik  bəzən  müəyyən  səbəblər  üzündən  zəifləmiş,  lakin  tamamilə  yoxa

çıxmamışdı. Buna misal Tripoli, Suriya sahillərini, xüsusən də Hələbi göstərmək olar. Orada vaxtilə şiələrin böyük

fəqihləri yaşamış və hətta onlar orada müctəhidlik məqamına yetişərək fətvalar vermişlər. Bu məqama xüsusi diqqət

yetirən  Möhsin  əl-Əmin  yazır: «Bəni-Zöhrə  Hələbin  öndə  gələnlərindən  olub  və  onların  içərisində  çoxlu  fəqihlər

vardı. Şiələr orada hicri altıncı yüzilliyə qədər geniş yayılmış və fəaliyyət göstərmişlər. Sonra onlar orada qətli-ama

məruz qalmış və digər bölgələrə yayılmışlar»

49

 Bundan sonra şiəlik Hələbdə zəifləsə də tamamilə yoxa çıxmamış,



onlann  bir  hissəsi  Dəməşqə  gəlmiş  və  bu  günədək  orada  yaşamaqdadırlar.  Buna  misal  Ali-Vasit  və  Ali-Liham

tayfalarını göstərmək olar. Bundan əlavə məşhur şiə alimi İbn Bərracm otuz il Tripolidə qazılıq vəzifəsində olması

orada  şiəliyin  geniş  yayılmasından  xəbər  verir.  Həmçinin  şiəlik  Cəbəlul-Amildə  daha  geniş  yayılmışdır.  Şiəliyin

orada yayılması məşhur səhabə Əbu-Zərr əl-Qiffarinin adı ilə bağlıdır

50

.

Şiəliyin  müxtəlif  islam  regionlarında  yayılmasının  səbəblərini  açıqlayan  məşhur  müctəhid  Möhsün  Əmin



yazır: «Şiəliyin bütün ölkələrdə yayılmasının əsas səbəbi bu məzhəbin fitri bir məzhəb olmasına görədir»

51

.



Həqiqətən də şiəlik fıtri bir məzhəbdir, bunun səbəbi isə onun mənsub olduğu dinin də fıtri olmasına görədir.

49

 (Əyanuş-şiə, I cild, səh-87)



50

 (Bax: Muhsin əl-Əmin, Əyanuş-şiə, I cild)

51

 (Əyanuş-şiə, I cild, səh-87)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə