«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

özünəməxsus yer tutur». Suyuti isə «əl-Avail» əsərində yazır: «Əhkamul-Qurana aid ilk əsəri Şafıi yazmışdı». Lakin

bunu qeyd etmək lazımdır ki, Şafıi hicri 204-cü, əl-Kəlbi isə 146-cı ildə vəfat etmişdir. Deməli Kəlbinin əsəri daha

qədim hesab olunmalıdır.

Abbad  bin  Abbas  da  Əhkamul-Qurana  aid  əsər  yazan  müəlliflərdəndir.  İbn  Nədim  onun  haqqında  yazır:

«Abbad elm və fəzilət əhli olmuşdur. O, əhkamul Qurana aid əsər yazmışdır». O, məzhəbcə şiələrdən idi

61

.



Əhkamul-Qurana aid digər şiə mənbələri də var.

QƏRİBUL-QURANA AİD ŞİƏ ƏSƏRLƏRİ

Qəribul-Qurana aid ilk əsəri də şiə məzhəbli alimlər yazmışdı. Mənbələrə görə bu addımı ilk atan şəxs Əban

bin  Təğlib  olmuşdur

62

.  Şeyx  Tusi  «Fihrist»  əsərində  deyir:  «O,  qəribul-Qurana  aid  əsər  yazmışdı».  Lakin  Suyuti



«əl-Avail»  əsərində  deyir:  «Qəribul-Qurana  aid  ilk  əsəri  Əbu  Ubeydə  Mömər  bin  əl-Musənna  yazmışdı».  Amma

biz  Əban  bin  Təğlibin  hicri  141-ci  ildə  öldüyünü  nəzərə  alsaq  tam  qətiyyətlə  deyə  bilərik  ki,  O,  Əbu  Ubeydədən

çox əvvəl bu sahədə əsər yazmışdı. Çünki, Əbu Ubeydə hicri 208-ci ildə vəfat etmişdi. Buna görə də İbn Təğlib əbu

Ubeydədən  67  il  əvvəl  vəfat  etmiş  hesab  olunur.  Buna  görə  də  Suyutinin  məlumatı ya  doğru  hesab  olunmamalı,

yaxud  onun  məlumatı  əhli-sünnət  məzhəbində  bu  elm  sahəsində  ilk  əsər  yazanın  Əbu  Ubeydə  olduğu  guman

edilməlidir.



ƏSBABUN-NUZULA AİD ŞİƏ ƏSƏRLƏRİ

Şiə  alimləri  içərisində  Quran  elmlərinin  mühüm  şöbələrindən  olan  ƏsbabunNuzula  aid  çoxlu  və  dəyərli

əsərlər yazılmışdır.  Bu elmə aid ilk əsər yazanlar məhz səhabələr içərisində olmuşdur.  Belə  ki,mənbələrə  görə  bu

elmə aid ilk əsər yazan İbn Abbas, sonra isə İkrimə İbn Abbasın vasitəsilə əsər yazmışdır.

Əsbabun-Nuzula  aid  əsərlər  sonrakı  dövrlərdə  də  inkişaf  etdirilmiş  və  bu  sahədə  xeyli  əsərlər  qələmə

almmışdır.  Buna  misal  Muhəmməd  bin  Xalidin  «ət-Tənzil  vət-Təbir»,  İbrahim  bin  Muhəmməd  bin  Səid

əs-Səqəfınin «Ma nuzilə minəl-Quran fi Əmiril-Muminin», Əbduləziz bin Yəhya əl-Cəludinin «Ma nuzilə fi Əliyyin

(ə)» əsərlərini göstərmək olar.



QİRAƏT ELMİNƏ AİD ŞİƏ ƏSƏRLƏRİ

Qiraət elminə aid ilk addımı Əli (ə) atmışdır. Sonra bu sahənin inkişafında İbn Abbas (öl. 67) və ondan əwəl

İbn Kəb əl-Ənsari (öl. 30) mühüm bir rol oynamışlar. Həmçinin Qiraət elminin inkişaf etməsində Kisai və Fərranın

müəllimi olmuş ər-Ruasinin, Zeyd bin Əli Hüseynin (ə), Əbu Bəkr Asim bin Bəhdələnin (o, yeddi qaridən biridir),

Əban bin Təğlibin müstəsna xidmətləri olmuşdur.  Bunların içərisində Əban bin Təğlib bir neçə əsərini bu sahəyə

həsr etmişdir.

Kufə  şəhəri  bir  şiə  mərkəzi  kimi  Quran  qarilərinin  yetişdirdiyi  mərkəz  olmuşdur.  Burada  qiraət  elminin

görkəmli şəxsləri yetişmişlər onlardan aşağıdakıları qeyd etmək olar;

1. Əli bin Həmzə əl-Kisai

2. Əbu İshaq əs-Səbi

3. Asim bin Bəhdələ

4. Həfs bin Süleyman

5. Əbu Bəkr bin Əyyaş və b.

63

FİQH VƏ HƏDİS ELMİNƏ AİD ŞİƏ ƏSƏRLƏRİ

Əvvəldə  qeyd  etdiyimiz  kimi  fıqh  və  hədis  elmləri  sahəsində  ilk  əsərləri  Əli  (ə)  yazmışdır.  O  əsərlərin  bir

hissəsini yuxarıda qeyd etmişdik. Ondan sonra Həsən və Hüseyn (ə) fıqh və hədisə aid xəbərləri nəql etmiş  və bu

iki  elmin  inkişafında  müstəsna  xidmətlər  göstərmişlər.  Həmçinin  bu  elm  sahəsində  İbn  Abbasın  da  rolu

danılmazdır. Onu İbn Əsir «Usdul-Ğabə» əsərində «Hibrul-ummət» adlandırmışdı.

Həmçinin  şiə  səhabələr  içərisində  Salman  əl-Farsi,  Əbu  Zər  əl-Ğiffari  ilk  hədis  yazan  səhabələrdəndir.

Salmanın qələmə aldığı əsərin adı «Kitabu HədisulCazəlik» adlanır.  O, bu əsərini Rum padşahına (Roma kralına)

göndərmişdir

64

.  Şəhr  Asub  «Məalimul-Uləma» əsərində  Cundəb  bin  Cunadə  ilə  Əbu  Zərr  əl-Ğiffarinin  bu  sahədə



əsər  yazdıqlarını  qeyd  etmişdir.  Bunlardan  əlavə  şiəlikdə  məşhur  olan  səhabə  Əbu  Rafıi  Məkkədə  İslamı  qəbul

etmiş, sonra Peyğəmbərlə (s) Mədinəyə hicrət edib onunla müharibələrdə iştirak etmişdir. Ondan sonra Əlinin (ə)

yanında  olmuş,  onunla  birlikdə  döyüşlərdə  olmuş  və  Həzrətin  Kufədə  beytul-mal  məmuru  olmuşdur.  O,

«Kitabus-Sunən  vəl-Qazaya  vəl-Əhkam»  əsərini  yazmışdır.  Əbu  Rafıi  bu  əsərində  şəriətin  əməli  məsələlərini

fəsillərə  ayırmış,  ilk  fəsildə  namazı,  sonra  orucu,  sonra  həcci,  sonra  zəkatı  və  digər  şeyləri  yerləşdirmişdir.

Həmçinin  Suyutinin  «Tədribur-Ravi»  əsərində  dediyinə  əsasən  o,  ilk  olaraq  hədisi  toplamışdır.  İbn  Həcərin

məlumatına görə o, hicri 35-ci ildə vəfat etmişdir. Bu da Əlinin (ə) xilafətinin ilk dövrlərinə təsadüf edir.

Həmçinin  Fiqh  və  Hədis  elmləri  sahəsində  tabiun  və  təbə-tabiundan  olan  şiə  fəqih  və  mühəddislər  əsərlər

yazmışlar.  Buna  işarə  edən  Zəhəbi  «Mizanul-Etidal»  əsərində  məlumat  verərək  deyir:  «Həqiqətən  də  tabiun  və

61

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-128)



62

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-128)

63

 (Geniş məlumat üçün bax; İslam Ansiklopedisi, Ankara-2002, cild XXVI, səh-342)



64

 (Şeyx Tusi, əl-FihrisT)




təbə-təbun içərisində şiəlik çoxalmışdır». Hətta digər İslam məzhəbləri olan Hənəfılik və Şafıilik məzhəblərinin də

formalaşmasında şiəliyin rolu vardır. Çünki, mötəbər mənbələr Əbu Hənifənin ustadının İmam Sadiq (ə), Şafıinin

ustadının  isə  məşhur  şiə  alimi  İbrahim  bin  Muhəmməd  Salman  əl-Mədəni  olduğunu  xəbər  verirlər

65

.  Həmçinin,



Hənbəlin  ustadının  Muhəmməb  bin  Fəzl  bin  Qəzban  əd-Dəbi  olduğu  məlumdur  ki,  bu  da  məşhur  şiə  alimi

olmuşdur. Bundan əlavə Ubeydullah bin Musa əl-Abəsi əl-Kufi Buxarinin şeyxlərindən olmuş məşhur şiə alimidir.

Bunu  əhli-sünnə  alimlərindən  Səmani  «əl-Ənsab»,  Zəhəbi  «Mizanul-Etidal»  və  «Təzkirətul-Huffaz»,  İbn  Əsir  isə

«əl-Ənsab» əsərlərində qeyd etmişlər.



TARİX VƏ SİYƏR ELMİNƏ AİD ŞİƏ ƏSƏRLƏRİ

Digər elmlərdə olduğu kimi tarix və siyər elmləri sahəsində də şiə məzhəbli alimlər öncül olmuş və bu elmlər

sahəsində ilk və fundamental əsərlər yazmışlar. Mənbələrin verdikləri məlumatlardan belə məlum olur ki, bu sahədə

 Əlinin  (ə)  yaxın  səhabələrindən  və  tərəfdarlarından  olmuş,  Əsbəğ  bin  Nəbatə  ilk  addım  atan  müəlliflərdəndir.

Onun «Məqtəlu-Huseyn» haqqında yazısı olmuşdur ki, onu da əd-Duri rəvayət etmişdir

66

.



Lakin  İslam  tarixinə  aid  ilk  əsəri  tabiundan  olmuş,  Aban  bin  Osman  əl-Əhmər  yazmışdı.  Onun  «Məbdə»,

«Məbəs», «əl-Məğazi», «əs-Səqifə» deyə məşhur əsərləri olmuşdur. O, hicri 140-cı ildə vəfat etmişdir

67

.

İlk şiə tarix və siyər yazanlar içərisində Əbu Muhnəf Lut bin Yəhya əl-Əzdi əl-Ğamədi daha məşhur hesab



edilir.  Çünki,  o,  bu  elmin  müxtəlif  sahələrinə  aid  dəyərli  əsərlər  yazmış  və  bu  elmlərin  inkişafında  mühüm  rol

oynamışdır.  Belə  ki,  o,  Kufənin  məşhur  tarixçilərindən  olmuş  və  çoxlu  sayda  əsərlər  yazmışdır.  Onun  yazdığı

əsərlərdən

 «əl-Məğazi»,

 «Futuhuş-Şam»,

 «Futuhul-İraq»,

 «Futuhu-Xorasan»,

 «əl-Cəməl»,

 «Siffeyn»,

«Məqtəlul-Huseyn» və digərlərini göstərmək olar

68

. O, hicri II əsrin müəlliflərindəndir.



Tarix və siyər elmlərinin inkişafında digər şiə alimi, dövrünün nəhəng tarixçisi olmuş Muhəmməd bin İshaq

bin  Yasər  əl-Mədəninin  rolu  danılmazdır.  O,  daha  siyər  və  Məğazi  sahəsində  çoxlu  əsərlər  yazmışdır.  İbn  Həcər

«ət-Təqrib»  əsərində  onun  şiələrin  alimlərindən  olduğunu  demişdir.  Şiə  alimləri  də  onu  şiə  məzhəbinin  böyük

alimlərindən  hesab  etmişlər.  Əllamə  Möhsin  əl-Əmin  onun  haqqında  yazır:  «O,  məğazi  elmində  insanların  ən

elmlisi, ən yaddaşlısı və müxtəlif elmlərin ən bilicisidir»

69

. Həmçinin, ibn Kəsir Əş-Şami özünün «Tarix» əsərində



yazır: «... İbn İshaq öz dövrünün və özündən sonrakı dövrlərin Məğazi sahiblərinin imamıdır». Bundan əlavə Şafıi

demişdir: «Hər kəs Məğazi istəyirsə, Muhəmməd bin İshaqa müraciət etsin».

Muhəmməd bin İshaq haqqında məlumat verən Muhsin əl-Əmin yazır: «O, Peyğəmbərin (s) sirəsinə aid ilk

əsərin  müəllifidir».  Həmçinin  müəllif  «Kəşfuz-Zunun»  əsərinə  istinadən  deyir:  «Siyər  elmi  sahəsində  ilk  əsəri

Muhəmməb  bin  İshaq  yazmışdır.  O,  məğaziyə  aid  əsər  yazanların  rəhbəridir».  Lakin  bəzi  müəlliflər,  o  cümlədən

Suyuti  Məğaziyə  aid  ilk  əsərin  Urvə  bin  Zubeyrin  yazdığını  «əl-Avail»  əsərində  qeyd  etmişdir.  Lakin  digər

müəlliflər  bu  elmlər  sahəsində  ilk  əsərin  ibn  İshaq  tərəfindən  yazıldığını təkid  etmiş  və  Suyutinin  fikrini  əsassız

hesab etmişlər. O, Hicri 150 və ya 151-ci ildə ölmüşdür.

Bunlardan başqa adı keçən elmlər sahəsində digər şiə müəllifləri də olmuşdur.

MƏNTİQ, FƏLSƏFƏ, PSİXOLOGİYA, KİMYA, RİYAZİYYAT 

VƏ TİBB ELMLƏRİ SAHƏSİNDƏ YAZILMIŞ ŞİƏ ƏSƏRLƏRİ

Əvvəldə  qeyd  etdiyimiz  kimi  dini  elmlər  sahəsində  olduğu  kimi  bir  çox  dünyəvi  elmlər  sahəsində  də  şiə

məzhəbli  alimlər  dəyərli  və  fundamental  əsərlər  meydana  gətirmiş  və  bu  elmlərin  inkişafmda  mühüm  xidmətləri

olmuşdur. Hələ Avropada cəhalət və nadanlıq hökm sürdüyü halda İslam Şərqində əhli-beyt imamları (ə) insanlara

müxtəlif  elmlərin  sirlərini  öyrədir  və  onların  maariflənməsində  əvəzsiz  xidmətlər  göstərirdilər.  Bunun  bariz

nümunəsini  İmam  Sadiqin  (ə)  təsis  etdiyi  universitet  tipli  mədrəsəsini  göstərmək  olar.  Adını  çəkdiyimiz  elmlər

sahəsində də şiə məzhəbli alimlər çox mühüm xidmətlər göstərmiş, bu elmləri digər din elmləri ilə bərabər inkişaf

etdirmiş və hətta cəsarətlə demək olar ki, Avropanın özünü də onlar bu elmlərlə tanış etmişlər.

Təəssüflər  olsun  ki,  burada  onlar  haqqında  geniş  bəhs  etmək  mümkün  olmadığından  onlara  qısaca  işarə

edəcəyik.

Dünyada  kimya  elminin  banisi  məşhur  islam  alimi  Cabir  ibn  Həyyan  (721-815)  hesab  olunur.  O,

müsəlmanların  altıncı  imamı  İmam  Sadiqin  (699-765)  tələbəsidir.  Onun  latınlaşdırılmış  adı  Heberdir.  Mötəbər

qaynaqlara  görə  o,  kimya elmini  İmam Sadiqdən  (ə)  almış  və  bu  sahədə  150-ə  yaxın  əsər  yazmışdır.  Onun  adına

olan "Heber traktatlar" əsərlərdən məşhuru "Yetmişlərin kitabf'nın son fəsilləridir.

Bəzi Qərb alimlərinə görə kimya elminin banisi Lavuazye Antuan Loron (17431794) olmuşdur. O, kimyanın

dəqiq ölçmələrə əsaslanan müasir elmə çevrilməsinə köməklik göstərmişdir. Fransız kimyaçısı olan bu alim suyun

hidrogenlə oksigenin birləşməsindən ibarət olduğunu isbat etmiş hidrogenlə oksigendən sintez yolu ilə su almışdır.

Həmçinin  Lavuazye  kimya  elmində  termokimyanın  banisidir.  Lakin  əksər  Avropa  alimlərinin  də  təsdiq  etdikləri

kimi əgər Cabir olmasaydı Lavuazye kimyada heç bir nailiyyət əldə edə bilməzdi.

Cabir  ibn  Həyyan  metallıq  (civə)  və  yanmaq  (kükürd)  haqqında  məlumat  vermiş  və  iddia  etmişdir  ki,  hər

65

 (Bax: Muhsin əl-Əmin, Əyanuş-Şiə I cild, səh-140)



66

 (Şeyx Tusi, əl-FihrisT)

67

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-153)



68

 (Bax: Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-153)

69

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-153)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə