«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu


ŞİƏLİK SƏHABƏ VƏ TABİUN İÇƏRİSİNDƏ



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   ...   13

ŞİƏLİK SƏHABƏ VƏ TABİUN İÇƏRİSİNDƏ

Şübhəsiz ki, Peyğəmbərin (s) buyurduqları, bu və ya digər hədislər onu göstərir ki,o Həzrətin səhabələri və

tabiiləri içərisində Əli (ə) və onun əhli-beytinə (ə) tərəfdar olanlar vardır. Tarix və rical kitabları səhabələrdən bir

çoxunun  şiə,  yəni  Əlinin  (ə)  tərəfdarı  olduğunu  qeyd  edirlər.  Bunu  aşağıdakı  mənbələrdən  görmək  olar.  Bu

mənbələrdən həm əhli-sünnət, həm də əhli-şiə qaynağı olanlar vardır.

1) Şərhu-Nəhcil-Bəlağa

Bu əsərin müəllifi İbn-Əbil-Hədiddir. O,bu məşhur əsərində yazır: «Səhabələr içərisində şiə olanlar: Miqdad,

Əmmar,  Əbu  Zər,  Salman,  Cabir,  Əbi  bin  Kəəb,  Huzeyfə,  Bureydə,  Əbu  Əyyub,  Səhl  bin  Huneyf,  Osman  bin

Huneyf, ƏbulHeysəm bin ət-Teyhan,  Xuzeymə  bin  Sabit,  Əbu  Tufeyl  Anır  bin  Vasilə,  Abbas  bin  Əbdülmüttəlib,

onun övladları, Bəni-Haşim.

Həmçinin müəllifə görə tabiilər içərisində şiə olanlar aşağıdakılardan ibarətdir:

Uveys Qərəni, Zeyd bin Səvhan, Sasaə və qardaşı Cundəb əl-Xeyr,  Ubeydə  əsSəlmani,  şiəliyə  meyliklə  isə

Ömər bin Əbdüləziz və Muaviyətu-Əsğər.



2) əd-Dərəcatur-Rafiə

Bu əsərin müəllifi Seyyid Əlixan Şirazidir. O, bu məşhur əsərində yazır: «Bilki səhabələrdən çoxu Əliyə (ə)

müraciət  edər  və  müharibələrdə  onunla  birlikdə  olardılar.  Bəni-Haşimdən  şiə  olanlar  Əbu-Talib-bin-Müttəlib,

Cəfər, Əqil, Ümmi-Hani, Cəmanə, Həmzə bin Əbdül-Müttəlib, Abbas bin Əbdül-Müttəlib...

Digər  şiələrdən  Salman  Farsi,  Miqdad  bin  Əsvəd,  Əbu  Zər  Əl-Qiffari,  Əmmar  bin  Yasir,  Huzeyfə  bin

Yəman, Xuzeymə bin Sabit, Əbu Əyyub əl-Ənsari, Əbul Heysəm Malik bin Teyhan, Əbi bin Kəəb, Səd bin Ubadə,

Qeys bin Səəd, Udey bin Hatəm ət-Tai, Ubadə bin Sammit...»

3) Murcuz-Zəhəb

Bu əsərin müəllifı Məsudidir. O, əhli-sünnətin məşhur alimlərindən olub, bu məşhur əsərində yazır: «Siffeyn

döyüşündə  Əli  (ə)  ilə  birlikdə  Bədr  səhabilərindən  87  nəfər  iştirak  edirdi.  Onlardan  17  nəfər  Muhacirlərdən,  70

nəfər isə Ənsardan idi. O, səhabələr içərisində «təhtəş-şəcərə», «beyətur-rizvan» əhli də vardı. Bu döyüşdə 63 nəfər

səhabi Əlinin (ə) tərəfındə şəhid oldular.

«Cəməl müharibəsində isə Əli (ə) 700 nəfər atlı ilə iştirak edirdi. Onlardan 400 nəfəri Ənsar və Muhacirdən

idi. Bunlann da içərisində 70 nəfər Bədr əhli idi».

Həqiqətən bu sətirləri oxuyan hər kəsdə belə bir sual yaranır: Bu qədər səhabi və tabii içərisində şiə varsa, bu

məzhəbi qeyri-islami və ya bidətçiliklə günahlandırmaq olarmı?! Deməli səhabi və tabii içərisində şiəliyin mövcud

olması Peyğəmbərin (s) Əlinin (ə) haqq olması, ona köməklik göstərilməsi, onu tək buraxmamağı ümmətə tövsiyyə

etməsinə  görə  idi.  Onlar  Peyğəmbərdən  (s)  aldıqları  bilgi  və  işarələr  hesabına  Əlinin  (ə)  ətrafına  toplaşdılar.

Nəticədə  Sədrul-İslam  dövründə  şiələr  yavaş-yavaş  coxalmağa  başladı.  Hətta  bu  dövrdə  şiələrin  sayı 1000  və  ya

daha artıq idi

44

.



Həmçinin  tarixdən  məlumdur  ki,  xəlifə  Osman  bin  Affan  öldürüldükdən  sonra  İslamda  fitnələr  başlamış,

Cəməl, Siffeyn və Nəhrivan müharibələri baş vermişdir. Bu müharibələrdə isə səhabilərin çoxu Əlinin (ə) ətrafına

toplaşmış və onun tərəfində vuruşmuşlar.

Bundan sonra  Əli  (ə)  İraqda sakin  olduqdan  sonra  Kufə  və  Bəsrə  əhlinin  əksəriyyəti  şiəliyi  qəbul  etmiş  və

Həzrətin  ətrafına  toplaşmışlar.  Daha  sonralar  şiəlik  Məkkə,  Mədinə,  Taif,  Yəmən,  Misir  və  digər  regionlarda

yayılmışdı.

Hicrətin 60-cı ilində baş  vermiş  dəhşətli Kərbəla faciəsi şiəliyin güclənməsinə və hətta əməvilər xilafətində

bəzi  şəxslərin  şiəliyə  meyl  etməsinə  səbəb  olmuşdur.  Bunun  bariz  nümunəsini  Müaviyə  bin  Yəzidin  simasında

görməkdəyik.  Belə  ki,  o,  ata-babasının  xilafına  olaraq  xilafətdən  əl  çəkmiş,  minbərə  çıxaraq  Allaha  həmd  edib,

Peyğəmbərə (s) salavat göndərmiş,sonra uzun xütbə oxuyaraq xilafətə yalnız Əli bin Əbi Talibin (ə) layiq olduğunu

vurğulamışdı

45

.



Həmçinin  Hirrə,  Təvvabin  və  digər  vaqiələr  insanların  əməvilərdən  üz  çevirib  şiəliyə  sarılmasına  səbəb

olmuşdur.  Buna  dəlil  tabiilər  və  təbətəbailər  içərisində  olan  bəzi  şəxsləri  göstərmək  olar.  Belə  ki,  məşhur

əhli-sünnət  alimi  Zəhəbi  «Mizanul  Etidal»  əsərində  yazır: «Həqiqətən  şiələşmək tabilər  və  təbə-tabiilər  içərisində

çoxalmışdı».

Əməvilər dövlətinin sonları, abbasilər dövlətinin isə əvvəllərində siyasi sıxıntılıqdan xilas olmuş şiələr daha

da genişlənmiş, öz əqidələrini xalq içərisində geniş yaymışlar. Hətta onlar bu dönəmdə digər regionlara da sirayət

etmişlər.

ŞİƏLİK XƏLİFƏLƏR İÇƏRİSİNDƏ

İslam  ümməti  içərisində  şiəlik  geniş  vüsət  tapdıqca  ona  sadə  xalq  kütləsi  deyil,  eyni  zamanda  xəlifələr

44

 (Muhsin əl-Əmin, Əyanuş-şiə, I cild, səh-25)



45

 (Bax: Əllamə Hairi Ələmi, DairəTul-Məarif, XVII cild, səh-227-228)




içərisində də ona meyl edənlər və bu məzhəbi dəstəkləyənlər olmuşdur. Şiəlik tarixində şiəliyin ən çox sıxışdırıldığı

dövr Bəni-Uməyyə dövrü olmasına baxmayaraq bu sülalə içərisində də şiəliyə meyl edənlər olmuşdur. Bu məqama

toxunan Əllamə Möhsin əl-Əmin yazır:

«Bəni-Uməyyədən şiəliyə meyl edənlərdən Müaviyə əl-Əsğər bin Yəzid və Ömər bin Əbdüləziz olmuşdur»

46

Həqiqətən də hər iki xəlifənin həyatına nəzər saldıqda onlarm Əli övladına (ə) yaxşıhqlar və ehsanlar etməsi



məlum olur. Buna görə də fıkrimizcə onlar tam şiə olmasalar da şiəliyə çox meyilli olmaları ilə məşhur olmuşlar.

Müsəlmanlar içərisində şiələşmək prosesi gücləndikcə yeni şiə dövlətinin yaranması rüşeymi əmələ  gəlirdi.

Belə ki, Abbasilər dövləti zəiflədikcə şiəliyin sıxışdırılması zəifləyir və nəhayət miladi X əsrin ortalarında güclü şiə

dövləti Buveyhilər dövləti yarandı. İraq, Fars, Mosul, Hələb və digər ətraf regionları nəzarət altma alan Buveyhilər

şiə məzhəbinin formalaşmasına zəmin yaratdılar. Sonra Həmdanilər və Fatimilər Afrika, Məğrib, Misir, Şam, Hicaz

bölgələrində  şiəliyin  yayılmasına  yardım  göstərə  bildilər.  Bundan  əlavə  sonralar  Səfəvilər  dövlətinin  meydana

gəlməsi  də  şiə  məzhəbinin  genişlənməsinə  təsir  göstərdi.  Belə  ki,  Səfəvilər  dövründə  şiəlik  bütün  Xorasan

ərazisində,  Məvarunnəhirdə,  Əfqanıstanda,  Bəlxdə,  Buxarada,  Səmərqənddə  və  Gürcüstamn  bir  hissəsində

çoxalmağa başladı.

Bu gün isə dünya müsəlmanlarının 100 mln. artığını şiələr təşkil edir.



DİGƏR İSLAM MƏZHƏBLİ ALİMLƏRİN NƏZƏRİNDƏ ŞİƏLİK

Bu gün islam məzhəbləri arasmda olan yaxınlıq və tolerantlıq daha da inkişaf etdirilməkdədir. Əlbəttə ki, bu

təqdirə layiq haldır və müsəlman ümmətinin qüvvətlənməsinin başlıca amilidir. Necə ki, Quran buyurur:

«Bir-birinizlə  çəkişməyin  ki,  gücdən  düşər  zəifləyərsiniz»

47

.  Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,



həqiqi  islam  məzhəblərindən  biri  olan  şiəlik  daim  digər  məzhəb  alimləri  tərəfindən  töhmətləndirilmiş  və  olmazm

böhtanlarına  məruz  qalmışdır.  Əgər  digər  məzhəb  alimlərinin  əsərlərini  vərəqləsək  orada  şiəlik  haqqında  çoxlu

insafsız fıkir və fərziyyələrə rast gələcəyik. Bu fıkir və fərziyyələrin ən mühümü şiəliyin yaranması haqqında olan

fıkirlərdir. Hansı ki, biz yuxarıda bunların bir hissəsi ilə tanış olduq. Burada isə xalq içərisində dolaşan, əslində isə

məzhəb alimlərinin əsərlərindən qaynaqlanan bu cəfəng fıkir və ideyalara münasibət bildirmək istərdik. Belə ki, bu

cəfəngiyyat və yersiz töhmətlərdən biri guya Cəbrailin (ə) səhvən vəhyi Muhəmməd peyğəmbərə (s) çatdırmasıdır.

Yəni  mələk  vəhyi  Əliyə  (ə)  gətirməli  imiş,  amma  Əli  (ə)  ilə  Muhəmmədi  (s)  səhv  salıb  (əuzu  billah).  Həmçinin

şiələrə öz əsərlərində vurduqlan töhmətlərdən biri də şiələrin məscidə getməmələri və namaz qılmamalarıdır. Çünki

Əli (ə) məsciddə öldürülüb və şiələrin namazını özü qılıb. Yenə də bəzi qərəzkar müəlliflər şiələri Əliyə (ə) Allah

deməkdə töhmətləndirirlər. Əlbəttə bundan başqa digər töhmət və iftiralar vardır ki, maraqlananlar həmin əsərlərə

müraciət edə bilərlər.

Şiələrin Peyğəmbərin (s) dövründən bəzi yazılmış əqidə və ibadi kitabları hamının gözü qabağındadır. Kim

yuxarıdakı iftiralardan  birini  şiələrin  kitabında  görüb?  Belə  olduğu  halda  Quran  demişkən:  «Sizə  nə  olub  necə

hökm edirsiniz?»

48  

Üzümüzü belə böhtan və iftiraçılara tutub deyirik: Kaş özünüzə əziyyət  verib şiələrin əqidəvi

əsərlərini oxuyaydınız! Əgər siz bəzi ğulati əqidəli insanların fikir və əqidələrinə əsaslarsınızsa, bunu bilin ki, şiə

alimlərinin hamısı onların nəinki şiə məzhəblərindən, heç islam dinindən belə bilmirlər. Şiə alimləri belə əqidədə

olan  şəxsləri  islamdan  xaric  bilir,  onları  nəcis  hesab  edir  və  onlarla  nigahı  batil  hesab  edirlər.  Bunu  bütün  şiə

müctəhidlərinin fətvalarında görmək olar.

Şiələrə qarşı sərtlik bəzən o yerə çatır ki, bəziləri şiə məzhəbində çox güvənilən, Əhli-beyt məzhəbli şəxslər,

məsum imamlardan (ə) hədis rəvayət edən şəxsləri belə tənqid atəşinə tuturlar və onlara olmazın böhtanlar atırlar.

Buna misal Şəhristaninin «əl-Miləl vən Nihəl» əsərində Hişam bin Həkəmə dediyi böhtanları göstərmək olar. Belə

ki,  şiəlikdə  çox  güvənilən  və  İmam  Sadiqin  (ə)  şagirdlərindən  olan  bu  şəxsi  Şəhristani  adı  keçən  əsərində

müşəbbihə və mücəssimə olmaqda günahlandırılır.

Bütün bu deyilənlər azmış kimi müasir dövrdə nəşr olunan bəzi ədəbiyyatlarda anti-şiə təbliğatı gücləndirilir,

elm  ocaqlarında  və  müxtəlif  təbliğat  kürsülərində  şiəlik  tənqid  olunur  və  onun  siyasi  bir  qurum  kimi  meydana

gəldiyi bildirilir.

Bunlarla yanaşı digər üslublu ədəbiyyatlarda və məzhəb alimlərinin sözlərində fərəhləndirici məlumatlar da

vardır. Belə ki, məzhəblərin bir-birinə yaxınlaşdırılması, onların arasında tolerantlığın yaradılması uğurunda da az

işlər görülməmişdir. Bununbariz nümunəsini bəzi sünni və şiə alimlərinin verdikləri fətvalarda görməkdəyik. Belə

ki, vaxtı ilə əhli-sünnət dünyasının böyük alimi, Əl-Əzhər universitetinin şeyxi Şeyx Şəltut tarixi bir fətva verərək

şiə məzhəbini islam məzhəblərindən bilmiş və onun fıqhi məsələlərinə əməl etməyin caiz olduğunu bəyan etmişdir.

ŞİƏ ƏQİDƏSİNİN QISA XÜLASƏSİ

On  iki  imamçı  şiələr  şəhadət  verirlər  ki,  Allahdan  başqa  Allah  yoxdur,  o  təkdir  heç  bir  şəriki  yoxdur,

doğmayıb, doğulmayıb və ona bütün kamil sifətlər şamildir. O, bütün növ naqis sifətlərdən uzaq və pakdır.  Onun

kimi heç bir şey və oxşarlıq yoxdur. Muhəmməd (s) onun qulu və elçisidir. O, Allahın sonuncu peyğəmbəridir. O,

Allah  tərəfindən  haqq  olaraq  göndərilmişdir,  doğrudan  doğrudur.  Bu  əqidəni  şiələr  təqlid  üzündən  deyil,  dəlil  və

46

 (Əyanuş-şiə, I cild).



47

 (

)



48

 (Yunis-35)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə