«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

68-ci ildə vəfat etmişdir

56

.



Səhabilərdən əlavə şiə tabiilər içərisində də təfsir elminin inkişafına təkan verən şəxslər olmuşdur. Onlardan

aşağıdakıları qeyd etmək olar:

Meysəm  bin  Yəhya  ət-Təmmar  şiə  tabiilər  içində  daha  məşhurdur.  O,  Kufədə  xətiblik  etmiş  və  məşhur

mütkəllim  kimi  tanınmışdı.  Mənbələrə  görə  O,  İbn Abbasa  demişdi: «Məndən  Quranın təfsirinə  aid  nə  istəyirsən

soruş. Mən Əlinin (ə) yanında oxudum və O, mənə onun yozumunu öyrətdi və dedi; ey kağız və qələm köləsi!»

57

Səid bin Cubeyr də təfsir tarixinin tanınmış simalarındandır. O, Quranın təfsirinə aid əsərlər yazmışdı. Onun



əsərini Suyuti «əl-İtqan» əsərində qeyd etmişdir. O, deyir; Qətadə demişdi ki, İbn Cubeyr təfsirdə tabiilər içərisində

ən  biliglisidir.  İbn  Nədim  onun  əsərini  «Fihrist»  əsərində  qeyd  etmişdir.  İbn  Cubeyrin  şiə  olmasını  Əllamə

«əl-Xisal», əl-Kuşşi isə «Rical» əsərlərində qeyd etmişlər. Onu hicri 94-cü ildə Həccac bin Yusif şəhid etmişdir.

Şiə  tabiunlar  içində  təfsirə  aid  əsər  yazanlardan  biri  də  İbn  Abbasın  tələbəsi  Əbu  Salih  Mizan  əl-Bəsridir.

Həmçinin o, Quran elmlərinə aid əsərlər də yazmışdı. Onun şiə olmasını Şeyx Mufıd qeyd etmişdir.

Tavus əl-Yəmani də tabiunlar içərisində məşhur şiə təfsirçilərindəndir. İbn Teymiyyə onun haqqında deyir:

«O,  təfsirdə  insanların  ən  biliglisidir».  İbn  Quteybə  onu  «əl-Məarif»  əsərində  şiələrdən  olduğunu,  Şeyx  Tusi  də

onun Əli bin Hüseynin (ə) səhabilərindən olduğunu qeyd etmişlər. O, hicri 106-cı ildə vəfat etmişdi.

Tabiunlar  içərisində  təfsir  elminin  inkişafında  müstəsna  xidmətləri  olan  ən  mühüm  şəxs  İmam Muhəmməd

Baqirdir  (ə).  Onun  yazdığı  əsər  təfsir  ədəbiyyatı  sahəsində  «Kitabul-Baqir  (ə)»  adı  ilə  tanınır.  Bunu  İbn  Nədim

«əl-Fihrist» əsərində qeyd edir. Ondan təfsirə aid xəbərləri Əbul-Cavud Ziyad bin əl-Munzir rəvayət etmişdir. Əbu

Carud  Zeydiyyə  fırqəsinin  Carudiyyə  qolunun  banisidir.  O,  Zeydiyyə  olmamışdan  əwəl  şiəliyin  güvənilən

adamlarından  idi.  O,  hicri  114-cü  ildə  vəfat  etmişdi

58

.  Cabir  bin  Yəzid  əl-Cəfi  də  tabiunlar  içində  məşhur



təfsirçilərdən  olub  və  «Kitabut-Təfsir»  əsərinin  müəllifıdir.  Onun  haqqında  Nəcaşi  və  Şeyx  Tusi  «əl  Fihrist»

əsərlərində məlumat verirlər. O, Hicri 124-cü ildə vəfat etmişdi.

Şiə tabiunlar içərisində təfsir elminin dahi nümayəndələrindən biri heç şübhəsiz ki, İsmail bin Əbdürrəhman

əbu Muhəmməd əl-Qərəşidir. Onun təfsirə aid «Kitabul-təfsir» əsəri vardır. İbn Nədim «Fihrist» əsərində yazır: «O,

Quran təfsirinə aid çoxlu əsərlər yazmışdı». Suyuti «əl-İtqan»  əsərində  onu  təfsirinə  işarə  edərək demişdi: «Onun

təfsiri  əmsilit-təfasirdir».  Şeyx  Tusiyə  görə  o,  Əli  bin  Hüseyn  (ə),  İmam  Baqir  (ə)  və  İmam  Sadiq  (ə)-ın

səhabilərindəndir. Səmani «əl-Ənsab» əsərində onun haqqında deyir: «O, səhabilərdən bir qrupunu dərk etmişdi».

İbn Həcər onun doğrucul olduğunu, lakin şiələrdən olduğunu «ət-Təqrib» əsərində qeyd etmişdi. «Təhzibut-təhzib»

əsərində onun haqqında yazılıb: «O, Quranı təfsir edib, lakin öz qövmünün (yəni, şiələrin) təfsiri əsasında». Təbəri

ondan  öz  təfsirini  yazarkən  faydalanmışdı.  O,  hicri  128-ci  ildə  vəfat  etmişdir

59

.  Muhəmməd  bin  Saib  bin  Bişr



əl-Kəlbi  əl-Kufi  tabiunlar  içərisində  məşhur  təfsirçilərdən  biri  olmuşdur.  Onun  təfsirə  aid  əsərləri  vardır  ki,

təfsirçilər ondan mənbə kimi istifadə etmişlər. İbn Nədim deyir: «O, Quranın təfsirinə aid əsərlər yazmışdır. Onun

əsərinin adı «Kitabu-təfsiril-Kəlbidir». Möhsin əl-Əmin yazır: «Onun təfsirindən uzun təfsir olmamışdı. Ondan çox

güvənilən  insanlar  rəvayət  etmişlər  və  onun  təfsirindən  razı  qalmışlar»

60

.  Həmçinin  Muhsin  Əmin  onun  İmam



Zeynulabidinin (ə) və oğlu İmam Muhəmməd Baqirin (ə) səhabələrindən olduğunu qeyd etmişdir. Məşhur alim ibn

Səid də onun təfsir, ənsabul-ərəb və hədisdə böyük alim olduğunu qeyd etmişdir. Lakin «Təhzibut-təhzib» əsərində

onun şiə olduğuna görə özü zəif, hədisləri isə mətruk hesab edilmişdir. O, hicri 147-ci ildə vəfat etmişdir.

Şiə  tabiunlar  içərisində  digər  böyük  təfsirçilərdən  biri  Əbu  Həmzə  əs-Sumali  hesab  olunur.  İbn  Nədim

«əl-Fihrist»  əsərində  onun  Qurana  aid  təfsir  əsərinin  olduğunu  qeyd  etmişdir.  O,  güvənilən  insanların  öncülü  və

İmam Baqirin (ə) səhabələrindəndir. O, hicri 150-ci ildə vəfat etmişdir.

Əbu  Cunadə  Həsin  bin  Muxariq  əs-Səluli  tanınmış  şiə  tabiun  təfsirçilərindəndir.  O,  İmam  Sadiqin  (ə)  və

İmam  Kazimin  (ə)  səhabələrindən  olmuşdur.  Nəcasi  onun  haqqında  deyir:  «Onun  təfsirə  və  qiraətə  aid  böyük

əsərləri var». İbn Nadim isə onun haqqında deyir: «O, qədim şiələrdəndir, onun təfsirə və digər elmlərə aid əsərləri

var». O, hicri II əsrin ortalarında vəfat etmişdir.

Muhəmməd  bin  Məsud  əl-Əyyaşi  çox  məşhur  şiə  təfsirçilərindəndir.  Onun  təfsirə  aid  yazdığı  əsər

«Təfsiru-əyyaşı» adı altında tanınır. O, «imamiyyə şiələrinin fəqihlərindən və öz dövrünün yeganə insanlarındandır.

Onun  iki  yüzdən  artıq əsəri  olmuşdur».  Bu  sözləri  ibn  Nədim  «Fihrist»  əsərində  demişdi.  O,  hicri  III  əsrdə  vəfat

etmişdi.


Bütün bunlardan əlavə hicri III əsrdən  ta  bu  günədək şiə  təfsir  elmi  sahəsində  çox  dəyərli,  ensiklopedik  və

fiındamental əsərlər yazılmışdı. Lakin onların hamısını burada qeyd etmək təbii ki, mümkün deyil.

Şiə təfsirçiləri digər Quran elmləri haqqında da fundamental əsərlər meydana gətirmişlər.

ƏHKAMUL-QURANA AİD ŞİƏ ƏSƏRLƏRİ

Quran elmlərinin bu sahəsinə aid əsəri də ilk dəfə şiə məzhəbli alimlər yazmışdır. Mənbələrə görə bu sahədə

ilk əsəri Muhəmməd bin əs-Saib əl-Kəlbi olmuşdur.

İbn Nədim «Fihrist» əsərində onun haqqında deyir: «Əhkamul-Qurana aid əsərlər içərisində əl-Kəlbinin əsəri

56

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)



57

 (Muhsin əl-Əmin. Əyanuş-Şiə, I cild, səh-125)

58

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)



59

 (Muhsin ol-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)

60

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə