«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

oranın  alimlərindən  din  elmlərini  öyrənmişdir.  Sonra  isə  İsfahana  qayıtmış  və  oranın  alimlərindən  ədəbiyyat,

qrammatika, tarix və fəlsəfə elmlərini mənimsəmişdir. Bunlardan başqa o, dəqiq elmlər sahəsində dərin mütaliələr

etmiş riyaziyyat, astronomiya, cəbr və məntiq elmlərində öz dövrünün yeganəsi olmuşdur.

Mənbələrin  verdikləri  məlumatlara  görə  o,  öz  dövrünədək  həll  olunmamış  bir  çox  riyazi  problemləri  həll

etmiş, ustadı Kərxinin riyaziyyata aid olan əsərini şərh edərək özünün də bir çox elmi kəşflərini ortaya qoymuşdur.

Aşağıdakı riyazi toplama metodu məhz onun elmə gətirdiyi yeni bir şeydir.

n[n+(n-l)+.....+2+1]=

Məsələn; n=4 olsa, toplam

n

2

(n+l) 4



2

(4+l) 16(5) = 40 olur

       2          2       2 

Yəni, 4(4+3+2+1)=40

Şeyx  Bəhauddin  cəbr  elminə  aid  yeni  bir  üsul  qoymuşdur.  Buna  "Təriqətulkəffəteyn"  və  ya

"Təriqətul-mizanir-riyazi" adını vermişdir. O, bu metodla çox həssas və dəqiq həll yolunu qoymuşdur. O, "Mizan"

metodu  ilə  Xarəzminin  "Xətaeyn"  kəşfındən  yararlanaraq  bir  çox  cəbrə  aid  problemləri  həll  etmiş  oldu.  Onun  bu

metodu  sayəsində  cəbr  elmində  kök  tapma  və  çoxdərəcəli  tənliklərin  həlli  yolu  öyrənildi.  Bundan  sonra  onun

əsərlərini mütaliyə edən İsaak Nyuton bu metodu öyrəndi və bundan istifadə edərək həqiqi kök tapmaq məsələsində

yeni  bir  metod  ortaya  qoydu.  Onun  bu  metoduna  isə  "Nyuton-Papson"  metodu  deyildi.  Bu  metod  vasitəsiylə

diferansiyal və inteqral hesabları daha dəqiq həll edilmiş oldu.

Şey Bəhauddin eyni zamanda humanitar elmlər sahəsində də böyük xidmətlər göstərmişdir. O, daha çox din

elmlərinə  aid  əsərlər  yazmış və  bununla  da  özünü  zamanının  ən  bilikli  müctəhidi  kimi  tanıtmışdır.  Onun  yazdığı

əsərlərin  əsəs  xüsusiyyəti  həmin  elmdə  çox  çətin  və  problemli  məsələlərin  həlli  olmuşdur.  Onun  əsərlərindən

aşağıdakıları qeyd etmək olar:

l.  Kitabu  Xilasətil-Hisab,  2.  Kitabu  Mulaxxasil-Hisab  vəl-Cəbr  və  Amalil-Məsaha,  3.  Kitabul-Kəşkul,  4.

Bəhrul-Hisab,  5.  Risalətul-Hilaliyyə,  6.  Təriul-Əflak,  7.  Risalə  fi  Cəbri  bəl-Muqabələ,  8.  Risalə  fi  Təhqiqi

Cihətil-Qiblə, 9. əl-Mulaxxas fil-Heyət, 10. Risalə anil-Kurə, 11. Risalə fil-Cəbri Alaqatihi bil-Hisab, 12. Kitabun

anil-Həyat, 13. Təfsirul-Musəmma bil-Həblil-Mətin, 14. Haşiyə alə ənvarit-Tənzil, 15. Risalə fi vəhdətil-Vucud, 16.

Miftahul-Fəlah,  17.  Zubdətul-Usul,  18.  əl-Hədiqətul-Hilaliyyə,  19.Hidayətul-Ummət,  20.  əl-Fəvaidus-Səmədiyyə,

21. Əsrarul-Bəlağa, 22. Təhzibun-Nəhv, 23. əl-Məlaha, 24. Təhzibul-Bəyan

71

.



Şeyx Bəhauddinin əsərləri içərisində dəqiq elmlər sahəsində ən önəmlisi Xilasətul-Hesab əsəridir. Bu əsər on

fəsildən  ibarətdir.  Müəllif  bu  əsərində  riyaziyyat  elminin  ən  mühüm  problemlərinin  həllini  qoymuşdur.  Əsərin

birinci  cildində  o,  təməl  hesablama  üsullarına  toxunmuş,  toplama,  çıxma,  bölmə,  vurma  və  digər  qaydalara

toxunmuşdur.

Əsərin  ikinci  fəsli  isə  kəsrlə  əlaqədar  olub  üç  giriş  və  altı  bölümdən  ibarətdir.  Bu  fəsildə  o,  kəsrlərin

toplanması,  çıxılması,  vurulması  və  bölünməsi  məsələlərinə  toxunmuşdur.  Bu  minvalla  o,  riyaziyyat  elminin

müxtəlif problemlərini bu əsərində şərh etmişdir.

Onun  yazdığı  bu  əsəri  məşhur  türk  alimi  Əbdurrəhim  bin  Əbu  Bəkr  şərh  etmişdir.  Bundan  sonra  onu

Ramazan bin Əbu Hureyrə əl-Cəzəri şərh etmiş və bununla da əsər islam aləmində tanınaraq istifadə edilmişdir.

Amilinin bu əsəri 1843-cü ildə Berlində nəşr edilmişdir. 1864-cü ildə isə əsər fransızcaya tərcümə edilmişdir.

O,  bu  əsərində  özünəqədərki  riyaziyyat  alimlərinin  toxuna  bilmədiyi  mühüm  problemlərə  toxunmaqla  dünya

alimlərini heyrət içində buraxmışdı.

Alim  həmçinin  Həblul-Mətin  əsərində  hind  dairəsi  terminini  şərh  etmiş  və  onun  sayəsində  qiblənin  necə

təyin ediləcəyini düzgün şəkildə göstərmişdir.

O, həmçinin öz dövründə şiə dünyasının mərcəi-təqlid müctəhidi olmuşdur.

Riyaziyyat elmlərinin inkişafında digər bir dahi şiə alimi və müctəhidi Seyyid Nemətullah bin Nuriddin bin

Nemətullah əl-Cəzairi də mühüm rol oynamışdır. Onun yazdığı «Alil-Qədr fil-Həndəsə və ulumil-Riyaziyyat» əsəri

məşhurdur. O, 1151-ci hicri ilində vəfat etmişdir.

Məntiq  və  fəlsəfə  elmlərinin  inkişafı da  demək olar  ki,  şiə  məzhəbli  alimlərin  adı ilə  bağlıdır.  Bu  elmlərin

inkişafında  dünya  şöhrətli  alim,  bəşəriyyət  tarixinin  altı  ensiklopedik  alimindən  biri,  şiə  məzhəbli  Əbu  Nəsr

əl-Fərabinin  rolu  danılmazdır.  O,  Şərqdə  «ikinci  Müəllim»  adına  layiq  görülmüş  və  Aristoteldən  sonra  bu  elmin

nəhəngi  hesab  edilmişdir.  O,  hicri  339-cu  ildə  vəfat  etmişdir.  Məşhur  fəlsəfə  tarixçisi  Zəhirəddin  Beyhəqi  onun

haqqında yazır; «İslam alimləri içərisində ondan fəzilətlisi yoxdur» Onun bu elmlər sahəsində aşağıdakı əsərlərinin

adlarım çəkmək olar;

1. Fi ma yənbəği an yuqəddimə qəblə təəllüm əl-fəlsəfə

2. Təhsilus-Səadət

3. İhsaul-Ulum

4. Ağrad Aristutalis fı kitab ma bəəd ət-Təbiət

71

 (İslam Tarihi Ansiklopedisi, Türkiye, nəşr ili yoxdur, cild III, səh-54, 57)




5. əl-Cəm beynər-Rəy əl-HəkimeynArastu və Əflatun

6. Məqalə fil-Aql

Həsən bin Davud əl-Hilli də məntiq elminə aid dəyərli əsərlər yazmışdı. O, hicri VII və ya VIII əsrində vəfat

etmişdir.

Fəlsəfə  və  psixologiya  elmlərinin  inkişaf  etdirilməsinə  Davud  bin  Ömər  əlAntakinin  rolu  vardır.  O,

Cəbəlut-Amildə yaşamış və orada bu elmlər sahəsində geniş fəaliyyət göstərərək əsərlər yazmışdır. O, hicri 1008-ci

ildə vəfat etmişdir.

Fəlsəfə  elmlərinin  dahi  nümayəndəsi,  görkəmli  fılosof  Molla  Sədra  Sədrəddin  Şirazi  bu  gün  də  şiə

məzhəbinin bu elm sahəsində fəxr etdiyi şəxsiyyətlərdəndir. Onun fəlsəfəyə aid ən məşhur əsəri olan «əl-Əsfar» bu

gün də İslam aləmində məşhurluğunu itirməyən əsas qaynaqlardandır. Onun fəlsəfədə qoyduğu metodlar bu gün də

İslam fəlsəfəsində hakim metod hesab edilir. O, hicri 1060-cı ildə vəfat etmişdir.

Müasir dövrdə fəlsəfə elminin inkişafı görkəmli təfsirçi və filosof Əllamə Muhəmməd Huseyn Təbatəbainin

adı ilə  bağlıdır.  O,  bu  elmin  inkişafında  mühüm  xidmətlər  göstərmiş,  bir  müddət  az  qala  tənəzzül  edən  fəlsəfəni

yenidən  canlandırmış,  Molla  Sədranın  «Əsfar»  əsərini  şərh  edərək  onun  yüksək  üslübda  tədris  etmişdir.  Onun

fəlsəfəyə  aid  görüşləri  məşhur  «Təfsirul-Mizan»  əsərində  yeri  gəldikcə  özünü  göstərməkdədir.  Əllamənin  əsas

fəlsəfı əsəri «Fəlsəfənin prinsipləri və Realizm metodu» hesab olunur.



QRAMMATİKAYA AİD ŞİƏ ƏSƏRLƏRİ

Ərəb  qrammatika  elminin  təməlinin  qoyulmasında  da  Əlinin  (ə)  rolu  danılmazdır.  Ümumiyyətlə  əksər  ərəb

filoloqlarının və Avropa şərqşünaslannın verdikləri məlumatlara görə Əli (ə) bütövlükdə ərəb dili qrammatikasının

banısi  hesab  olunur.  Nəhv  adlanan  ərəb  qrammatikası Əlinin  (ə)  adına  bağlıdır.  Bu  haqda  İbn  Əbil  Hədid  yazır;

"Nəhv  və  dilçilik  elmlərinin  ilk  dəfə  Əli  (ə)  tərəfindən  qoyulmasını  hamı  bilir.  Hər  kəsə  məlumdur  ki,  o,  Əbul

Əsvəd əd-Duvəliyə bu elmin əsaslarını yazdırmışdır. Onun yazdırdığı yazıda kəlmələr üç qismdir: isim, feil və hərf.

Həmçinin o, kəlmələri mərifə (məlum) və nəkərə (qeyri-məlum) olmaqla iki yerə bölmüşdür. Erabın qismlərini isə

nəsb, rəf, cərr və cəzm olmaqla dörd yerə ayırmışdır"

72

.

Nəhv  elminin  Əli  (ə)  tərəfindən  yaradılması hədis  alimlərinin  də  yanında  məşhurdur.  Belə  ki,  Şeyx  Mufıd,



Seyyid Murtəza və digər hədis alimləri öz məşhur əsərlərində belə bir hədis nəql edirlər; " Əbul Əsvəd Əlinin (ə)

yanına daxil olarkən həzrət ona bir yazılı vərəqə uzadır. Həmin vərəqənin içərisində: «BismillahirRəhmanir-Rəhim.

Kəlam üç qismdir; isim, feil və hərf. İsim ad, feil hərəkət bildirir, hərf isə başqaları ilə işlənməzsə, məna bildirməz»

sözləri  yazılmişdır.  Əbul  Əsvəd  ya  Əmirəlmuminin  (ə)  bu  kəlmələr  gözəldir,  amma  məni  burada  ayaq  üstə

saxlamağını  və  onların  üzərinə  nə  əlavə  edəcəyimi  bilmirəm.  Həzrət  ona  buyurdu:  mən  eşitmişəm  ki,  sizin

bölgənizdə  dilin  qrammatik  xüsusiyyətlərini  gözləmədən  danışan  insanlar  var.  İstəyirəm  bir  kitab  hazırlayam  ki,

onun vasitəsiylə ərəb kəlmələrini onların kəlmələrindən seçmək mümkün olsun. Əbul Əsvəd: Allah sizi müvəffəq

etsin  ey  Əmirulmuminin  (ə)  dedi"

73

.  Beləliklə  ilk  təməli  Əli  (ə)  tərəfındən  atılan  ərəb  qrammatika  elmi  onun



tələbəsi  Əbul  Əsvəd  tərəfındən  inkişaf  etdirildi.  O,  ilk  dəfə  olaraq  "Usulun-Nəhvil-Ərəbiyy"  əsərini  Əlidən  (ə)

aldığı  təlimlər  əsasında  yazdı.  Görkəmli  ərəb  qrammatiki  İbn  Faris  yazır;  "Ərəb  dili  və  əruz  elmləri  qədimdə  də

məlum  idi.  Zamanə  alimləri  dünyadan  köçüb  getdikcə  onlar  da  öz  əhəmiyyətini  itirib  məhdudlaşdı.  Sonra  Əbul

Əsvəd əd-Duvəli gəlib ərəb dili elmini, Xəlil isə əruz elmini bərpa etdi"

74

.

Kufədə nəhv elminin əsasını şiə məzhəbli Əbu  Cəfər  Muhəmməd  bin  Həsən  bin  Əbi  Sarə  ər-Ruasi  əl-Kufı



qoymuşdur. İbn Nədim əl-Fihrist əsərində yazır; "Doğrudan da ər-Ruasi kufəlilərdən ilk dəfə olaraq nəhv haqqında

kitab yazmışdır".

ər-Ruasi  tərəfındən  əsası  qoyulan  Kufə  qrammatika  məktəbi  sonralar  daha  da  inkişaf  mərhələsinə  qədəm

qoymuşdur. O, nəhv elminin inkişafında böyük rol oynayaraq bu elm sahəsində böyük şəxsiyyətlər yetişdirmişdir.

Kufə qrammatika məktəbinə aid olan ən məşhur alimlərdən aşağıdakıları qeyd etmək olar.

1. Əbul Həsən Əli bin Həmzə əl-Kisai (öl. 189 h). O, "İmamun-nəhviyyin" ləqəbi ilə tanınmış və öz dövründə

nəhv  elmi  sahəsində  insanların  əl  biliklisi  hesab  edilmişdir.  Onun  haqqında  əl-Ərəbi  deyir;  "əl-Kisai  ərəb  dili

sahəsində insanların ən biliklisi idi". Mənbələrə görə Kisai ölən zaman "Nəhv elmi dəfn edildi" sözləri deyilmişdir.

2. Muaz bin Muslim əl-Hərra əl-Kufi ən-Nəhvi. O, nəhv elminin böyüklərindən hesab olunur. Onun bu elmə

aid  çoxlu  əsərləri  olmuşdur.  Həmçinin  o,  sərf  (morfologiya)  elminin  banisidir.  Çünki  o,  ilk  dəfə  olaraq  sərf

istilahını işlətmiş, onu nəhvdən ayıraraq müstəqil şəkildə öyrənmiş və hüdudlarını göstərmişdir.

3.  Yəhya  bin  Ziyad  əl-Əta  əl-Fərra  əl-Kufi  (öl.  207  h.).  O,  Kisainin  tələbəsi  olmuş  və  əl-Fərra  ləqəbi  ilə

tanınmışdı.  əs-Səmani onun haqqında  deyir;  "Fərraya  nəhvdə  əmirulmuminin  deyilmişdir". əl-Fərra  kəlmələri  çox

incələmiş  və  dilə  yeniliklər  gətirmişdir.  Sələbi  onun  haqqında  deyir;  "Əgər  Fərra  olmasaydı,  ərəb  dili  olmazdı.

Çünki o, ərəb dilini xilas etmiş, möhkəmləndirmişdir".

72

 (Şərhu Nəhcil-Bəlağə, cild I)



73

 (Əllamə Muhsin əl-Əmin, Əyanuş-Şiə, cild I, səh-160 )

74

 (İbn Faris, əs-Sahibi fı fıqhul-Luğə, Qahirə-1910, səh-10)




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə