«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   ...   5   6   7   8   9   10   11   12   13

4.  Əhməd  bin  Fars  əl-Luğəvi.  O,  "əl-Mucməl"  adlı  məşhur  əsərin  müəllifidir.  "Bəqiyyətul-Viat"  kitabının

müəllifi onun kufəlilərin yolu ilə getdiyini adı çəkilən əsərdə qeyd etmişdir. əl-Luğəvinin "Muqəddimə fin-Nəhv",

"Fiqhul-Luğə" və "İxtilafun-Nəhviyyin" adlı əsərləri vardır.

5.  Hüseyn  bin  Əhməd  bin  Xaləveyh  ən-Nəhvi.  O,  İbn  Dəridin  şagirdi  olmuşdur.  Onun  haqqında

"Buğyətul-Via"  əsərində  yazılıb;  "Onun  lüğət,  ərəb  dili,  ədəbiyyat  və  digər  elmlər  sahəsində  əsərləri  var.  O,  öz

dövründə yeganə şəxsiyyət olmuş və dünyanın müxtəlif bölgələrini dolaşmışdır". əd-Dani onun haqqında deyir; "O,

ərəb dili elmində alim, lüğət elmində isə hafizdir". Şiə rical əsərlərində onun haqqında çoxlu məlumatların olduğu

və  imamlar  (ə)  haqqında  dəyərli  əsərlər  yazdığı qeyd  edilmişdir.  Suyutiyə  görə  o,  Şafii  məzhəbli  olmuşdur,  lakin

bunun heç bir əsası yoxdur

75

. Onun "əl-Cuməl fin-Nəhv", "Kitab fil-Luğə", "Şərhud-Dəridiyyə" adda əsərləri vardır.



6. Əbul Əbbas Əhməd bin Yəhya bin Zeyd Sələb.

7. Əbu Musa Süleyman bin Muhəmməd əl-Hamiz (öl. 305 h).

8. Əhməd bin Muhəmməd bin Abdullah əl-Məbədi (öl. 292 h).

9. Cəfər bin Ənbəsə Əbu Muhəmməd əl Yəşkəri (öl. 275).

10. Ubeydə bin Həmid əl-Hizai (öl. 190 h).

11. Əli bin Mubarık əl-Əhmər (öl. 194 h).

12. Hişam bin Muaviyə əz-Zərir (öl. 209 h) və .s

76

Şiələrdən  çoxlu  sayda  ərəb  ədəbiyyatmda  özünəməxsus  yer  qazanmış  şair  və  ədibləri  yaşayıb  yaratmışlar.



Onlardan aşağıdakıları qeyd etmək olar.

1. Əbu Dilamə əl-Əsədi Zeyd bin Cun (öl. 161 h).

2. Əbul Ətahiyə İsmail bin Qasim (öl. 211 h).

3. Həmad Əcrəd bin Ömər bin Yunis (öl. 161 h).

4. Həmmad Raviyə bin Meysərə Deyləmi (öl. 156 h).

5. Həmzə bin Beyz əl-Hənəfi (öl. 120 h).

6. Şərik bin Abdullah ən-Nəxəi (öl. 177 h).

7. Tərmah bin Həkim ət-Tai (öl. 100 h).

8. Debəl əl-Xuzai (öl. 346 h).

9. Qeys bin Əmr ən-Nəcaşi.

10. Məti bin İyas əl-Ərəbi (öl. 166 h).

77

Mötəbər  islam  qaynaqlarını obyektiv  şəkildə  mütaliə  edən  hər  bir  şəxsə  yaxşı  məlumdur  ki,  şiələrin  nəşət



tapması  və  əqidələri  Quran  və  Sünnəyə  əsaslanmışdır.  Təəssüflər  olsun  ki,  bəzi  cahil  insanlar  və  məlumatsız

tədqiqatçılar  şiələrin  etiqadlarında  olmayan  bəzi  etiqadi  məsələləri  onların  etiqadına  aid  etmiş  və  bununla  da

kütlənin  təfəkküründə  onlara  qarşı nifrət  hissi  oyatmışlar.  Belə  şəxslər  şiə  məzhəbinə  qarşı qərəzli  davranaraq  öz

əsərlərində bu məzhəbə qarşı iftiralar atmışlar. Şiə alimləri də zaman-zaman şiə məzhəbinə qarşı atılan bu böhtan və

iftiralara  lazımınca  tutarlı  və  məntiqli  cavablar  vermişlər.  Bu  mövzuda  çoxlu  sayda  əsərlər  yazılsa  da  Seyyid

Əbdülhüseyn

 Əmininin

 "əl-Gədir",

 Seyyid

 Şərafuddin



 Amulinin

 "əl-Muraciat",

 Əllamə

 Əskərinin



"Məalimul-Mədrəsəteyn", Əllamə Bəhraninin "Gayətul-Məram" bu mövzuda daha öndər hesab olunur. Əlbəttə ki,

buna digər əsərləri də misal göstərmək olar.



ŞİƏYƏ GÖRƏ ƏHLİ-SÜNNƏ

Bəzi  ifrat  qrupları  və  sıravi  insanlan  saymasaq,  keçmişdə  və  günümüzdəki  Şiə  üləmasının  böyük

əksəriyyətinin əhli-sünnə haqqındakı fıkrini belə yekunlaşdıra bilərik: Şiələr və sünnilər qardaşdırlar.

Şiə  alimləri  özlərini  müdafiə  etmək  və  inanclarını  ortaya  qoymaq  üçün  kitablar  yazmışlar,  əhli-sünnə

alimlərini insaflı davranmağa, birliyə və birgəliyə dəvət etmişlər. Müxtəlif ölkələrdə, bəzi Şiə alimləri, məzhəbləri

yaxınlaşdırma və vəhdəti möhkəmlətmə məqsədilə islami quruluşlar meydana gətirmiş, bəziləri də əhlisünnənin elm

məşəli olan əl-Əzhər Universitetinə yönələrək oradakı əhli-sünnət  üləmasıyla ən gözəl  şəkildə danışıqlar etmişlər.

Kin və nifrəti ortadan qaldırmağa istiqamətlənən bu işlər, eynilə Əllamə Şərafuddin Musəvinin Şeyx Səlimlə etdiyi

danışıqlar  kimi  olduqca  müsbət  nəticələr  doğurmuşdur.  Necə  ki,  Əllamənin  onlarla  etdiyi  dialoq  nəticəsində,

danışmaları  və  yazışmaları  "əl-Müraciət"  adlı  qiymətli  bir  əsəri  ortaya  çıxarmış,  bu  kitab,  müsəlmanların

bir-birlərinə dünyagörüşünü dəyişdirmədə əhəmiyyətli bir rol oynamışdır.

Misirdəki  bu  işlər  müvəffəqiyyətlə  davam  edərkən  yeni  bir  inkişaf  daha  yaşandı və  Misirin  Diyanət  İşləri

başçısı (ümumi müftisi) İmam Mahmud Şəltut, cəsarətli bir addım ataraq "Cəfəri Məzhəbinə bağlı olmaq caizdir"

fətvasını verdi. Beləcə Cəfəri fıqhi də əl-Əzhərdə dərs kitabları arasına girdi.

Şiələr,  xüsusilə  də  alimləri,  məsum  əhli-beyt  imamlarını (ə)  və  tam  mənasıyla  islamın  tərifi  olan  Cəfəriliyi

dünyaya  tanıtmaq  üçün  məşğul  olmuşlar,  bu  mövzuda  bir  çox  kitab  və  məqalələr  yazmışlar,  seminarlar  təşkil

etmişlər.  Xüsusilə  İran  İslam  İnqilabından  sonra  İslami  vəhdət  meydana  gətirmək  və  məzhəbləri  yaxınlaşdırmaq

məqsədiylə  konfranslar  təşkil  edilmiş,  bu  konfranslarda  səmimi  bir  şəkildə  qardaşlıq  ruhu  ön  plana  çıxarılaraq

75

 (Əllamə Muhsin əl-Əmin, Əyanuş-Şiə, cild I, səh-164 )



76

 (Geniş məlumat üçün bax; Əllamə Hairi, Dairətul-Məarif, cild XV, səh-325-329)

77

 (Geniş məlumat üçün bax; Əllamə Hairi, Dairətul-Məarif, cild XV, səh-322-328)




müsəlmanlar  arasmdakı kin  və  nifrət  duyğusunu  ortadan  qaldırmağa  istiqamətli  cəhdlər  də  olmuşdur.  Artıq hər  il

İslami  Vəhdət  Konfransı təşkil  edilir,  Şiə  və  Sünni  alimlər  bu  konfransa  dəvət  edilir.  Tam  bir  həftə  boyunca  bir

araya gəlir, birlikdə oturub qalxır, birlikdə yeyib içir, birlikdə namaz qılıb dua edirlər. Bu konfransda müxtəlif elmi

muhazirələrə yer verilir. Bunların faydası az osa da heç olmasa müsəlmanların bir araya gəlməsini, ürəklərdəki kin

və  nifrətin  azalmasını göz  önünə  gətirəcək  olsaq,  yenə  də  olduqca  faydalı və  bərəkətli  olduğunu  söyləyə  bilərik.

İnşallah bu konfranslar daha da gözəl yerlərə gələcəkdir.

Sizlər bir Şiənin evinə qonaq olsanız, istər sıravi biri olsun, istər şagird olsun, istər alim olsun, görərsiniz ki,

Şiəyə  aid  kitablann  yanında  onlarda  əhli-sünnət  kitabları  da  vardır.  Amma  bir  Sünninin  evinə  getsəniz,  istisna

vəziyyətlər xaricində heç birinin evində Şiə kitabı tapa bilməzsiniz. Bu ona görədir ki, sünnilər şiələr haqqında çox

məlumata sahib deyildirlər və tək bildikləri, Şiə əleyhdarlarının onlara verdiyi səhv və yalan məlumatlardır.  Buna

qarşı sıravi şiələrin çoxunun ümumi islam tarixini bildiklərini və bəzi əhəmiyyətli günləri andıqlarını görməkdəyik.

Halbuki bəzi sünni alimləri tarixi problemlərə çox əhəmiyyət vermir, tarixin dərinliklərinə enməyi pis hesab edirlər.

Onlara görə tarix araşdınlmaz, səhabələrin dava-dalaşına göz yumular və iş Allaha həvalə edilər. Beləcə səhabələrə

sui-zən  edilməsinin  qarşısı alınar.  Bu  səbəbdən  bir  sünni,  bütün  səhabənin  ədalətli  olduğuna  razı olmuşsa,  artıq

tarixdə onlar haqqında yazılan mənfılikləri qəbul etməyə yanaşmaz.

Şiələr,  Peyğəmbərimizin  (s)  gerçək  sünnə  əhlidirlər.  Çünki  onların  birinci  imamı,  Peyğəmbərdən  (s)  sonra

həyatının hamısı Peyğəmbər (s) sünnəsiylə yoğurulmuş olan Əli bin Əbu Talibdir.

İmam  Əli  (ə),  "Əbubəkr  və  Ömərin  ictihadına  görə  hərəkət  edəcək  olsan  səninlə  beyətləşərik!"  deyənlərə

qarşı baxın necə cavab vermişdir: "Mən ancaq Qurana və Peyğəmbərin (s) sünnəsinə görə hərəkət edərəm."

Hz.  Əlinin  (ə)  xilafət  mövqeyi,  Peyğəmbərin  (s)  sünnəsinə  zidd  olacaqsa,  onun  belə  bir  mövqeyə  ehtiyacı

olmaz.  Çünki  o,  belə  buyurmuşdur:  "Mənim  nəzərimdə  sizə  xəlifə  olmaq,  bir  keçinin  asqırdığında  çıxardığı

ağız suyundan daha dəyərsizdir. Amma Allahın bir hökmünü icra edəcəyəmsə o başqa..."

Oğlu  İmam  Hüseyn  (ə)  isə  belə  buyurur:  "Əgər  babam  Məhəmmədin  (s)  dini  mən  ölmədən  ayaqda



dayanmayacaqsa,  haydi  qılınciar,  alın  məni!"  Bu  söz,  sonsuza  qədər  dünyanın  qulağında  bir  melodiya  kimi

əks-sədalanacaq.

Şiələr,  qardaşları  olan  sünnilərə  dostyanə  və  şəfqətlə  yaxınlaşırlar.  Səhih  rəvayətlərdə  belə  keçər:

"Peyğəmbər (s), Xeybərin fəth ediləcəyi gün Hz. Əlini (ə) yəhudilərlə döyüşə göndərdiyində belə buyurdu: Onlarla



Allahın  birliyinə  və  mənim  risalətimə  iman  edənə  qədər  döyüş.  Əgər  iman  etsələr  canlarım  və  mallarını

qorumuş  olarlar.  Artıq  hesabları  Allah  ilədir.  Əgər  Allah  sənin  əlinlə  bir  adamı  hidayət  etsə,  sənin  üçün

günəşin üzərinə işıldadığı hər şeydən və rəngarəng nemətlərdən daha qiymətlidir"

78

Əli bin Əbu Talibin (ə) də tək hədəfi insanların Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə dönüb hidayət

olmaları  idi.  Əhli-beytin  (ə)  şiələri  də  əhli-beyt  haqqındakı  bütün  böhtanlara  və  yalanlara  qarşı  mübarizə

göstərərkən  bu  yolu  izləmiş,  əhli-sünnət  qardaşlannı  gerçəklər  mövzusunda  işıqlandırmağa  və  onları  doğru  yola

istiqamətləndirməyə məşğul olmuşlar.

Necə ki uca Allah belə buyurmaqdadır:



"Əlbəttə onların hekayələrində ağıl sahibləri üçün ibrət vardır. Bu, uydurulacaq bir söz deyil, ancaq

özündən əvvəlkinin təsdiqlənməsi, hər şeyin şərhi, inananlar üçün bir bələdçi və rəhmətdir"

79

MƏNBƏLƏR VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1. İslamda şiəlik, Bakı-2003, Əllamə Muhəmməd Hüseyn Təbatəbai

2. Şiəlik necə yaranmışdı, Ayətullah əl-Uzma Seyyid Muhəmmədbaqir Sədr

3. Məzhəblərlə tanışlıq, Bakı-2006, Tədqiqat qrupu

4. Əyanuş-Şiə, Beyrut-1403/1983, Əllamə Seyyid Möhsin Əmin

5. Əliyyun vəş-Şiatu, Beyrut-1993, Şeyx Nəcmuddin Cəfər bin Muhəmməd əl-Əskəri

6. Kənzul-Ummal, Heydərabad-1364 h. Əllamə Əlauddin Əli əl-Muttəqi əl-Hindi əl-Hənəfı

7. Mənaqibu-Xarəzmi, Nəcəf-1367h. və İran-1313h. Əbu Muəyyəd Muvəffəq bin Əhməd əl-Hənəfı Xarəzmi

(öl. 565)

8. əs-Səvaiqul-Muhriqa, Misir-1308 h, Şihabuddin Əhməd bin Həcər əl-Heytəmi əl-Ənsari (909-947 h.)

9.  Mənaqibu-Ali  Əbi  Talib,  mətbəətil-Heydəriyyə,  Nəcəf-1376/1956,  Muşiriddin  Muhəmməd  bin  Əli  ibn

Şəhr Aşub

10. Biharul-Ənvar, ikinci nəşri, muəssisətul-vəfa, Beyrut-1403/1983, Əllamə Muhəmməd Baqir Məclisi

11. Kifayətut-Talib fi mənaqibi Əmiril-Mumininə Əli bin Əbi-Talib, Nəcəful Əşrəf-1356 (h). Əbu Abdullah

Muhəmməd bin Yusif bin Muhəmməd əl-Qərəşi əl-Kənci Əş-Şafii (öl. 658 h.

12. Yənabiul-Məvəddət, Astana-1301 h. Şeyx Süleyman Qunduzi Hənəfi

13. əd-Durrul-Mənsur, Misir, Mətbəətul-Yəməniyyə, 1314 h. Cəlaləddin Suyuti (öl. 911 h.)

14. Tarixu-ibn Əsakir, Şeyx Əbdulqadir bin Əhməd bin Mustafa əd-Diməşqi (öl. 1346 h.)

15. Fəraid əs-Simteyn, Misir çapı, tarixsiz, İbrahim bin Muhəmməd əş-Şafii (öl. 722 h.)

16. Camiul-Bəyan fi Təfsiril-Quran, Misir-1321 h. Cərir ət-Təbəri

78

 (Səhihi-Müslim, cild VII, səh-121, Kitabı-Fazail, Əli bin Əbi Talibin Fəziləti babı)



79

 (Yusif-111)




17. Fusulul-Muhimmə, Nəcəfdə çap olunub, İbn Sabbağ əl-Maliki

18. Murucuz-Zəhəb, 1360-cı hicri ilində çap olunub, Əli bin Həsən bin Əli əl-Məsudi (öl. 346 h.)

19. Tarixu-Bəğdad mətbəətus-səadət, Qahirə-1340 h. Xətib əl-Bəğdadi

20. Kitabul-fiqh aləl-Məzahibil-ərbəə və Əhlil-Beyt,

21. Seyyid Muhəmməd əl-Gərəvi, Şeyx Yasir Mazic, Beyrut-1998

22. Ruşfətus-Sadi, Misir-1231, Əbu Bəkr bin Şihabəddin əl-Xədrəmi əş-Şafıi

23. Mənaqibu-Əli bin Əbi Talib, Tehran-1394 h. İbn Məğazili əş-Şafii

24. Mizanul-İtidal fi nəqdir-Rical, Hindistan-1301 h. Hafız Şəmsuddin əz-Zəhəbi

25.  Məqtəlul-Huseyn,  Misir-1367  h.  və  Nəcəful-Əşrəf,  tarixsiz,  Əbu  Muəyyəd  Muvəffəq  bin  Əhməd

əl-Hənəfi Xarəzmi

26. Dairətul-Məarifiş-Şiiyyətil-Ammə, Beyrut-1413/1993, Əllamə Muhəmməd Hüseyn Hairi Ələmi

27. əs-Sahibi fi fıqhul-Luğə, Qahirə-1910, İbn Faris

28. Şərhu Nəhcil-Bəlağə, İbn Əbil-Hədid

29. İslam Tarihi Ansiklopedisi, Türkiye, nəşr ili yoxdur

30. Musnəd, darus-sadir, Beyrut, Əhməd bin Hənbəl,

31. Xəsais, muəssisətu-təqəddum, Misir, Əhməd bin Şueyb Nəsai



Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə