«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
1   2   3   4   5   6   7   8   9   ...   13

olmasını ilk ortaya atan və təbliği edən Abdullah bin Səba olmuşdur. Bu fərziyyə bir qrup tarixçilərin, o cümlədən

ibn Xəldunun, İbn Kəsirin, İbn Əsirin və digər tarixçilərin əsərlərində özünü göstərməkdədir.

Şiəliyin meydana gəlməsinin digər səbəblərindən biri də guya şiəlik iranlıların qohumluq əlaqəsi nəticəsində

olmuşdur  fərziyyəsidir.  Belə  ki,  ərəb  ordusu  Sasanilər  imperatorluğunu  yıxdıqdan  sonra  sonuncu  imperator  III

Yəzdəgirdin  qızı  Şəhrəbanunun  Əlinin  (ə)  oğlu  Hüseynlə  (ə)  evlənməsi  guya  iranlıların  Əlinin  (ə)  ətrafında

toplanmasına səbəb olmuşdur.

Şiəliyin  meydana  gəlməsinin  digər  səbəblərindən  biri  də  bu  məzhəbi  Səfəvilərinqurduğu  iddiasıdır.  Bu

fərziyyəni möhkəm müdafıə  edən  Muhəmməd  Rza  «əs-Sünnətü  vəş-şiə» əsərində  yazır: «Sasani  dövlətinin  etiqad

və ayinləri şiə adı ilə meydana gəldi. Sonralar yaranan Səfəvi dövləti əslində islam libasını geymiş Sasani dövləti

idi».


Şiəliyin  meydana  gəlməsinin  digər  səbəbləri  də  tarix  kitablarında  qeyd  olunmuşdur.  Lakin  bu  elmdən  uzaq

olan  fərziyyələri  burada  toplu  olaraq  qeyd  etmək  imkan  xaricindədir.  Həmçinin  bu  fərziyyələr  yersiz  və  mənasız

sözlərdən  ibarət  olduğundan  onların  üstündən  keçib  yuxarıda  qeyd  olan  fərziyyələrə  münasib  bildirmək  istərdik.

Belə  ki,  ilk  tənqidimiz  və  iradımız İbn Xəldunun  fərziyyəsidir  ki,  o,  deyir:  «Şiəlik  Peyğəmbərin  vəfatmdan  sonra

yarandı».

Bu  fərziyyəni  şiə-imamiyyə  alimləri  əsaslı dəlillərlə  puça  çıxarmışlar.  Həqiqətən  də  buradan  belə  bir  sual

yaranır: Əgər Peyğəmbər (s) Əliyə (ə) tərəfdar olmağı səhabələrinə tapşırmamışdırsa, bəs nə üçün bir qurup səhabə

beyət vaxtı Əlinin (ə) evinə toplaşıb onun tərəfıni saxlayırdılar?

Həmçinin  burada  məşhur  əhli-sünnət  tarixçisi  İbn  Quteybənin  sözü  yada  düşür:  «Əbu  Zər  Əbu  Bəkr  üçün

beyət  alındığı  zaman  orada  yox  idi  və  gəlib  vəziyyətlə  tanış  olduqdan  sonra  dedi:  «Az  bir  şeyə  qane  olub

Peyğəmbərin (s) Əhli-beytindən uzaq düşdünüz? Əgər xilafəti əhli-beytə həvalə etsəydiniz, aranızda heç bir ixtilaf

baş verməzdi

39

».

Digər  irad  və  tənqidimiz  isə  İbn Nədimin  yuxarıda  irəli  sürdüyü  fərziyyəsidir  ki,  bu  fərziyyəyə  görə  şiəlik



Siffeyn  və  Cəməl  döyüşlərində  meydana  gəlmişdir.  Bu  tamamilə  əsassız  fərziyyədir.  Çünki  əvvəla  Əli  (ə)  ilə

Siffeyn  və  Cəməl  müharibələrində  muxalif  olan  şəxslərin  ixtilafları əwəlcədən  var  idi.  Belə  olan  halda  necə  ola

bilər ki, birdən-birə bu müharibələrdə yeni bir məzhəb ortaya çıxsın. İkinci tərəfdən ibn Nədimin özünün də qeyd

etdiyi kimi Salman, Əbu Zər və bir çox səhabilər ilk vaxtdan Əlinin (ə) şiələrindən idi, halbuki, bunlar Cəməl  və

Siffeyn vaxtı dünyadan getmişdilər.

Şiəliyin meydana gəlməsinin səbəblərindən biri də Abdullah bin Səbanın adına bağlı olmasıdır. Bu fərziyyə

əvvəlki  fərziyyələrdən  daha  da  zəif  və  əsassız  görünür.  Bunu  müxtəlif  yöndən  izah  etmək  olar.  Belə  ki,  əvvəla

Abdullah bin Səba həm əhli-sünnət, həm də əhli-şiə alimləri tərəfındən rədd edilmiş və lənətlənmiş bir şəxsdir. Belə

olduğu  təqdirdə  onun  sözünə  əsaslanmaq  olarmı?  İkinci  tərəfdən  Abdullah  bin  Səba  haqqında  qədim  tarix

kitablarından yalnız Təbərinin tarixində məlumat vardır. Onun haqqında nə Bəlazuri, nədə İbn Səd heç bir məlumat

vermir.  Belə  olan  halda  yalnız  Təbərinin  məlumatına  güvənmək  olarmı?  Digər  tərəfdən  Abdullah  bin  Səbanın

harada doğulması və haraya mənsub olması haqqında dəqiq məlumat yoxdur və olan məlumatlar tam ziddiyyətlidir.

Belə  olduğu  halda  əsl  nəsəbi  və  məkanı bilinməyən  bir  şəxsin  həyatda  mövcud  olmasına  inanmaq  olarmı?  Eyni

zamanda, əgər fərz etsək ki, belə bir şəxs İslam regionlannı gəzib xürafı əqidə yaymaqla yeni bir məzhəb qurur. Bəs

belə şəxsin qarşısı nə üçün müsəlmanların xəlifəsi tərəfindən alınmır?  Yoxsa bu işin qarşısında həyası ilə məşhur

olan xəlifə Osman bin Affan aciz qalmışdı?  Yaxud da xəlifə özü buna şərait yaradırdı?  Xəlifənin bu iş  qarşısında

aciz qalması, yaxud belə bir şeyə şərait yaratması bizcə mümkün deyildir.

Şiəliyin  meydana  gəlməsi  fərziyyəsindən  biri  də  dedik  ki,  qohumluq  əlaqələri  nəticəsində  olmasıdır.  Bu

fərziyyə də əsassızlığı və elmə zidd olması baxımından heç də əwəlkilərindən geri qalmır. Bu fərziyyə də tamamilə

puç və cəfəngiyyatdır. Buna görə də ona bir neçə yerdən irad bildiririk. Birincisi budur ki, sonuncu Sasani padşası

III Yəzdəgirdin  qızı ilə  İmam Hüseynin  (ə)  evlənməsi  tam  təsdiqini  tapmayıb.  Hətta  bəzi  şiə  alimləri  bunu  qəbul

etmirlər. Buna misal Əllamə Murtəza Mutəhhərini göstərmək olar. İkinci tərəfdən əgər evlənmək məsələsini qəbul

etsək belə güclü dəlil istəyən sual meydana çıxar. III Yəzdəgirdin digər iki qızı, hansı ki, onun birini Muhəmməd

bin Əbu Bəkr bin Əbu Quhafə, digərini isə Abdullah bin Ömər bin Xəttab almışdır.  Belə olan halda iki xəlifənin

iranlılara kürəkən olması nə üçün İranlıların məzhəbinə təsir etmədi? Bundan əlavə sonuncu Əməvi xəlifəsi Mərvan

bin  Məhəmmədin  anası da  İranlı bir  qadın  idi,  bəs  nə  üçün  iranlılar  Bəni  Uməyya  sülaləsinə  nifrət  edir,  onları

dəstəkləmirlər?

Həmçinin  şiəliyin  meydana  gəlməsinin  biri  də  Səfəvilər  tərəfındən  olması  iddiasıdır.  Bu  əwəlki

fərziyyələrdən  daha  da  gülünc  görsənir.  Çünki  Səfəvilər  hicrətin  905-ci  ilində  hakimiyyətə  gəldilər,  halbuki  bu

zamanadək çoxlu sayda şiə məzhəbinə aid əsərlər yazılmış, müxtəlif regionlarda şiəlik yaşamış, onlar din elmlərinin

müxtəlif  sahələrinə  mənsub  olduqları  məzhəbin  görüşlərinə  uyğun  şəkildə  təsir  etmişlər.  Buna  misal  Kuleynini,

Şeyx Səduqu, Şeyx Mufıdi, Şeyx Mürtəzam, Şeyx Tusini və başqalarını göstərmək olar. hansı ki, bunlar hicri IV və

V əsrin alimləridir. Belə olan halda şiəliyin Səfəvilər tərəfındən medana gətirilməsinin heç bir elmi əsası yoxdur.

Bütün  bu  deyilənlərdən  başqa  şiəlik  Peyğəmbərin  (s)  vəfatından  sonra  necə  yarana  bilərdi,  halbu  ki,  biz

hədislərdə çoxlu sayda şiə sözünə rast gəldik ki, bunun da hamısı Əlinin (ə) ətrafına toplaşıb, onu tək qoymamağı

39 (Imamul-fəqih Əbu Muhəmməd Muslim bin Quteybə əd-Dinuri, Əl-İmaməTu vəs-Siyasəт, Hələbi nəşriyyatı, nəşr ili və yeri yoxdur, cild

I, səh-23)



Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə