68-ci ildə vəfat etmişdir
56
.
Səhabilərdən əlavə şiə tabiilər içərisində də təfsir elminin inkişafına təkan verən şəxslər olmuşdur. Onlardan
aşağıdakıları qeyd etmək olar:
Meysəm bin Yəhya ət-Təmmar şiə tabiilər içində daha məşhurdur. O, Kufədə xətiblik etmiş və məşhur
mütkəllim kimi tanınmışdı. Mənbələrə görə O, İbn Abbasa demişdi: «Məndən Quranın təfsirinə aid nə istəyirsən
soruş. Mən Əlinin (ə) yanında oxudum və O, mənə onun yozumunu öyrətdi və dedi; ey kağız və qələm köləsi!»
57
Səid bin Cubeyr də təfsir tarixinin tanınmış simalarındandır. O, Quranın təfsirinə aid əsərlər yazmışdı. Onun
əsərini Suyuti «əl-İtqan» əsərində qeyd etmişdir. O, deyir; Qətadə demişdi ki, İbn Cubeyr təfsirdə tabiilər içərisində
ən biliglisidir. İbn Nədim onun əsərini «Fihrist» əsərində qeyd etmişdir. İbn Cubeyrin şiə olmasını Əllamə
«əl-Xisal», əl-Kuşşi isə «Rical» əsərlərində qeyd etmişlər. Onu hicri 94-cü ildə Həccac bin Yusif şəhid etmişdir.
Şiə tabiunlar içində təfsirə aid əsər yazanlardan biri də İbn Abbasın tələbəsi Əbu Salih Mizan əl-Bəsridir.
Həmçinin o, Quran elmlərinə aid əsərlər də yazmışdı. Onun şiə olmasını Şeyx Mufıd qeyd etmişdir.
Tavus əl-Yəmani də tabiunlar içərisində məşhur şiə təfsirçilərindəndir. İbn Teymiyyə onun haqqında deyir:
«O, təfsirdə insanların ən biliglisidir». İbn Quteybə onu «əl-Məarif» əsərində şiələrdən olduğunu, Şeyx Tusi də
onun Əli bin Hüseynin (ə) səhabilərindən olduğunu qeyd etmişlər. O, hicri 106-cı ildə vəfat etmişdi.
Tabiunlar içərisində təfsir elminin inkişafında müstəsna xidmətləri olan ən mühüm şəxs İmam Muhəmməd
Baqirdir (ə). Onun yazdığı əsər təfsir ədəbiyyatı sahəsində «Kitabul-Baqir (ə)» adı ilə tanınır. Bunu İbn Nədim
«əl-Fihrist» əsərində qeyd edir. Ondan təfsirə aid xəbərləri Əbul-Cavud Ziyad bin əl-Munzir rəvayət etmişdir. Əbu
Carud Zeydiyyə fırqəsinin Carudiyyə qolunun banisidir. O, Zeydiyyə olmamışdan əwəl şiəliyin güvənilən
adamlarından idi. O, hicri 114-cü ildə vəfat etmişdi
58
. Cabir bin Yəzid əl-Cəfi də tabiunlar içində məşhur
təfsirçilərdən olub və «Kitabut-Təfsir» əsərinin müəllifıdir. Onun haqqında Nəcaşi və Şeyx Tusi «əl Fihrist»
əsərlərində məlumat verirlər. O, Hicri 124-cü ildə vəfat etmişdi.
Şiə tabiunlar içərisində təfsir elminin dahi nümayəndələrindən biri heç şübhəsiz ki, İsmail bin Əbdürrəhman
əbu Muhəmməd əl-Qərəşidir. Onun təfsirə aid «Kitabul-təfsir» əsəri vardır. İbn Nədim «Fihrist» əsərində yazır: «O,
Quran təfsirinə aid çoxlu əsərlər yazmışdı». Suyuti «əl-İtqan» əsərində onu təfsirinə işarə edərək demişdi: «Onun
təfsiri əmsilit-təfasirdir». Şeyx Tusiyə görə o, Əli bin Hüseyn (ə), İmam Baqir (ə) və İmam Sadiq (ə)-ın
səhabilərindəndir. Səmani «əl-Ənsab» əsərində onun haqqında deyir: «O, səhabilərdən bir qrupunu dərk etmişdi».
İbn Həcər onun doğrucul olduğunu, lakin şiələrdən olduğunu «ət-Təqrib» əsərində qeyd etmişdi. «Təhzibut-təhzib»
əsərində onun haqqında yazılıb: «O, Quranı təfsir edib, lakin öz qövmünün (yəni, şiələrin) təfsiri əsasında». Təbəri
ondan öz təfsirini yazarkən faydalanmışdı. O, hicri 128-ci ildə vəfat etmişdir
59
. Muhəmməd bin Saib bin Bişr
əl-Kəlbi əl-Kufi tabiunlar içərisində məşhur təfsirçilərdən biri olmuşdur. Onun təfsirə aid əsərləri vardır ki,
təfsirçilər ondan mənbə kimi istifadə etmişlər. İbn Nədim deyir: «O, Quranın təfsirinə aid əsərlər yazmışdır. Onun
əsərinin adı «Kitabu-təfsiril-Kəlbidir». Möhsin əl-Əmin yazır: «Onun təfsirindən uzun təfsir olmamışdı. Ondan çox
güvənilən insanlar rəvayət etmişlər və onun təfsirindən razı qalmışlar»
60
. Həmçinin Muhsin Əmin onun İmam
Zeynulabidinin (ə) və oğlu İmam Muhəmməd Baqirin (ə) səhabələrindən olduğunu qeyd etmişdir. Məşhur alim ibn
Səid də onun təfsir, ənsabul-ərəb və hədisdə böyük alim olduğunu qeyd etmişdir. Lakin «Təhzibut-təhzib» əsərində
onun şiə olduğuna görə özü zəif, hədisləri isə mətruk hesab edilmişdir. O, hicri 147-ci ildə vəfat etmişdir.
Şiə tabiunlar içərisində digər böyük təfsirçilərdən biri Əbu Həmzə əs-Sumali hesab olunur. İbn Nədim
«əl-Fihrist» əsərində onun Qurana aid təfsir əsərinin olduğunu qeyd etmişdir. O, güvənilən insanların öncülü və
İmam Baqirin (ə) səhabələrindəndir. O, hicri 150-ci ildə vəfat etmişdir.
Əbu Cunadə Həsin bin Muxariq əs-Səluli tanınmış şiə tabiun təfsirçilərindəndir. O, İmam Sadiqin (ə) və
İmam Kazimin (ə) səhabələrindən olmuşdur. Nəcasi onun haqqında deyir: «Onun təfsirə və qiraətə aid böyük
əsərləri var». İbn Nadim isə onun haqqında deyir: «O, qədim şiələrdəndir, onun təfsirə və digər elmlərə aid əsərləri
var». O, hicri II əsrin ortalarında vəfat etmişdir.
Muhəmməd bin Məsud əl-Əyyaşi çox məşhur şiə təfsirçilərindəndir. Onun təfsirə aid yazdığı əsər
«Təfsiru-əyyaşı» adı altında tanınır. O, «imamiyyə şiələrinin fəqihlərindən və öz dövrünün yeganə insanlarındandır.
Onun iki yüzdən artıq əsəri olmuşdur». Bu sözləri ibn Nədim «Fihrist» əsərində demişdi. O, hicri III əsrdə vəfat
etmişdi.
Bütün bunlardan əlavə hicri III əsrdən ta bu günədək şiə təfsir elmi sahəsində çox dəyərli, ensiklopedik və
fiındamental əsərlər yazılmışdı. Lakin onların hamısını burada qeyd etmək təbii ki, mümkün deyil.
Şiə təfsirçiləri digər Quran elmləri haqqında da fundamental əsərlər meydana gətirmişlər.
ƏHKAMUL-QURANA AİD ŞİƏ ƏSƏRLƏRİ
Quran elmlərinin bu sahəsinə aid əsəri də ilk dəfə şiə məzhəbli alimlər yazmışdır. Mənbələrə görə bu sahədə
ilk əsəri Muhəmməd bin əs-Saib əl-Kəlbi olmuşdur.
İbn Nədim «Fihrist» əsərində onun haqqında deyir: «Əhkamul-Qurana aid əsərlər içərisində əl-Kəlbinin əsəri
56
(Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)
57
(Muhsin əl-Əmin. Əyanuş-Şiə, I cild, səh-125)
58
(Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)
59
(Muhsin ol-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)
60
(Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-125)