4. Əhməd bin Fars əl-Luğəvi. O, "əl-Mucməl" adlı məşhur əsərin müəllifidir. "Bəqiyyətul-Viat" kitabının
müəllifi onun kufəlilərin yolu ilə getdiyini adı çəkilən əsərdə qeyd etmişdir. əl-Luğəvinin "Muqəddimə fin-Nəhv",
"Fiqhul-Luğə" və "İxtilafun-Nəhviyyin" adlı əsərləri vardır.
5. Hüseyn bin Əhməd bin Xaləveyh ən-Nəhvi. O, İbn Dəridin şagirdi olmuşdur. Onun haqqında
"Buğyətul-Via" əsərində yazılıb; "Onun lüğət, ərəb dili, ədəbiyyat və digər elmlər sahəsində əsərləri var. O, öz
dövründə yeganə şəxsiyyət olmuş və dünyanın müxtəlif bölgələrini dolaşmışdır". əd-Dani onun haqqında deyir; "O,
ərəb dili elmində alim, lüğət elmində isə hafizdir". Şiə rical əsərlərində onun haqqında çoxlu məlumatların olduğu
və imamlar (ə) haqqında dəyərli əsərlər yazdığı qeyd edilmişdir. Suyutiyə görə o, Şafii məzhəbli olmuşdur, lakin
bunun heç bir əsası yoxdur
75
. Onun "əl-Cuməl fin-Nəhv", "Kitab fil-Luğə", "Şərhud-Dəridiyyə" adda əsərləri vardır.
6. Əbul Əbbas Əhməd bin Yəhya bin Zeyd Sələb.
7. Əbu Musa Süleyman bin Muhəmməd əl-Hamiz (öl. 305 h).
8. Əhməd bin Muhəmməd bin Abdullah əl-Məbədi (öl. 292 h).
9. Cəfər bin Ənbəsə Əbu Muhəmməd əl Yəşkəri (öl. 275).
10. Ubeydə bin Həmid əl-Hizai (öl. 190 h).
11. Əli bin Mubarık əl-Əhmər (öl. 194 h).
12. Hişam bin Muaviyə əz-Zərir (öl. 209 h) və .s
76
Şiələrdən çoxlu sayda ərəb ədəbiyyatmda özünəməxsus yer qazanmış şair və ədibləri yaşayıb yaratmışlar.
Onlardan aşağıdakıları qeyd etmək olar.
1. Əbu Dilamə əl-Əsədi Zeyd bin Cun (öl. 161 h).
2. Əbul Ətahiyə İsmail bin Qasim (öl. 211 h).
3. Həmad Əcrəd bin Ömər bin Yunis (öl. 161 h).
4. Həmmad Raviyə bin Meysərə Deyləmi (öl. 156 h).
5. Həmzə bin Beyz əl-Hənəfi (öl. 120 h).
6. Şərik bin Abdullah ən-Nəxəi (öl. 177 h).
7. Tərmah bin Həkim ət-Tai (öl. 100 h).
8. Debəl əl-Xuzai (öl. 346 h).
9. Qeys bin Əmr ən-Nəcaşi.
10. Məti bin İyas əl-Ərəbi (öl. 166 h).
77
Mötəbər islam qaynaqlarını obyektiv şəkildə mütaliə edən hər bir şəxsə yaxşı məlumdur ki, şiələrin nəşət
tapması və əqidələri Quran və Sünnəyə əsaslanmışdır. Təəssüflər olsun ki, bəzi cahil insanlar və məlumatsız
tədqiqatçılar şiələrin etiqadlarında olmayan bəzi etiqadi məsələləri onların etiqadına aid etmiş və bununla da
kütlənin təfəkküründə onlara qarşı nifrət hissi oyatmışlar. Belə şəxslər şiə məzhəbinə qarşı qərəzli davranaraq öz
əsərlərində bu məzhəbə qarşı iftiralar atmışlar. Şiə alimləri də zaman-zaman şiə məzhəbinə qarşı atılan bu böhtan və
iftiralara lazımınca tutarlı və məntiqli cavablar vermişlər. Bu mövzuda çoxlu sayda əsərlər yazılsa da Seyyid
Əbdülhüseyn
Əmininin
"əl-Gədir",
Seyyid
Şərafuddin
Amulinin
"əl-Muraciat",
Əllamə
Əskərinin
"Məalimul-Mədrəsəteyn", Əllamə Bəhraninin "Gayətul-Məram" bu mövzuda daha öndər hesab olunur. Əlbəttə ki,
buna digər əsərləri də misal göstərmək olar.
ŞİƏYƏ GÖRƏ ƏHLİ-SÜNNƏ
Bəzi ifrat qrupları və sıravi insanlan saymasaq, keçmişdə və günümüzdəki Şiə üləmasının böyük
əksəriyyətinin əhli-sünnə haqqındakı fıkrini belə yekunlaşdıra bilərik: Şiələr və sünnilər qardaşdırlar.
Şiə alimləri özlərini müdafiə etmək və inanclarını ortaya qoymaq üçün kitablar yazmışlar, əhli-sünnə
alimlərini insaflı davranmağa, birliyə və birgəliyə dəvət etmişlər. Müxtəlif ölkələrdə, bəzi Şiə alimləri, məzhəbləri
yaxınlaşdırma və vəhdəti möhkəmlətmə məqsədilə islami quruluşlar meydana gətirmiş, bəziləri də əhlisünnənin elm
məşəli olan əl-Əzhər Universitetinə yönələrək oradakı əhli-sünnət üləmasıyla ən gözəl şəkildə danışıqlar etmişlər.
Kin və nifrəti ortadan qaldırmağa istiqamətlənən bu işlər, eynilə Əllamə Şərafuddin Musəvinin Şeyx Səlimlə etdiyi
danışıqlar kimi olduqca müsbət nəticələr doğurmuşdur. Necə ki, Əllamənin onlarla etdiyi dialoq nəticəsində,
danışmaları və yazışmaları "əl-Müraciət" adlı qiymətli bir əsəri ortaya çıxarmış, bu kitab, müsəlmanların
bir-birlərinə dünyagörüşünü dəyişdirmədə əhəmiyyətli bir rol oynamışdır.
Misirdəki bu işlər müvəffəqiyyətlə davam edərkən yeni bir inkişaf daha yaşandı və Misirin Diyanət İşləri
başçısı (ümumi müftisi) İmam Mahmud Şəltut, cəsarətli bir addım ataraq "Cəfəri Məzhəbinə bağlı olmaq caizdir"
fətvasını verdi. Beləcə Cəfəri fıqhi də əl-Əzhərdə dərs kitabları arasına girdi.
Şiələr, xüsusilə də alimləri, məsum əhli-beyt imamlarını (ə) və tam mənasıyla islamın tərifi olan Cəfəriliyi
dünyaya tanıtmaq üçün məşğul olmuşlar, bu mövzuda bir çox kitab və məqalələr yazmışlar, seminarlar təşkil
etmişlər. Xüsusilə İran İslam İnqilabından sonra İslami vəhdət meydana gətirmək və məzhəbləri yaxınlaşdırmaq
məqsədiylə konfranslar təşkil edilmiş, bu konfranslarda səmimi bir şəkildə qardaşlıq ruhu ön plana çıxarılaraq
75
(Əllamə Muhsin əl-Əmin, Əyanuş-Şiə, cild I, səh-164 )
76
(Geniş məlumat üçün bax; Əllamə Hairi, Dairətul-Məarif, cild XV, səh-325-329)
77
(Geniş məlumat üçün bax; Əllamə Hairi, Dairətul-Məarif, cild XV, səh-322-328)
müsəlmanlar arasmdakı kin və nifrət duyğusunu ortadan qaldırmağa istiqamətli cəhdlər də olmuşdur. Artıq hər il
İslami Vəhdət Konfransı təşkil edilir, Şiə və Sünni alimlər bu konfransa dəvət edilir. Tam bir həftə boyunca bir
araya gəlir, birlikdə oturub qalxır, birlikdə yeyib içir, birlikdə namaz qılıb dua edirlər. Bu konfransda müxtəlif elmi
muhazirələrə yer verilir. Bunların faydası az osa da heç olmasa müsəlmanların bir araya gəlməsini, ürəklərdəki kin
və nifrətin azalmasını göz önünə gətirəcək olsaq, yenə də olduqca faydalı və bərəkətli olduğunu söyləyə bilərik.
İnşallah bu konfranslar daha da gözəl yerlərə gələcəkdir.
Sizlər bir Şiənin evinə qonaq olsanız, istər sıravi biri olsun, istər şagird olsun, istər alim olsun, görərsiniz ki,
Şiəyə aid kitablann yanında onlarda əhli-sünnət kitabları da vardır. Amma bir Sünninin evinə getsəniz, istisna
vəziyyətlər xaricində heç birinin evində Şiə kitabı tapa bilməzsiniz. Bu ona görədir ki, sünnilər şiələr haqqında çox
məlumata sahib deyildirlər və tək bildikləri, Şiə əleyhdarlarının onlara verdiyi səhv və yalan məlumatlardır. Buna
qarşı sıravi şiələrin çoxunun ümumi islam tarixini bildiklərini və bəzi əhəmiyyətli günləri andıqlarını görməkdəyik.
Halbuki bəzi sünni alimləri tarixi problemlərə çox əhəmiyyət vermir, tarixin dərinliklərinə enməyi pis hesab edirlər.
Onlara görə tarix araşdınlmaz, səhabələrin dava-dalaşına göz yumular və iş Allaha həvalə edilər. Beləcə səhabələrə
sui-zən edilməsinin qarşısı alınar. Bu səbəbdən bir sünni, bütün səhabənin ədalətli olduğuna razı olmuşsa, artıq
tarixdə onlar haqqında yazılan mənfılikləri qəbul etməyə yanaşmaz.
Şiələr, Peyğəmbərimizin (s) gerçək sünnə əhlidirlər. Çünki onların birinci imamı, Peyğəmbərdən (s) sonra
həyatının hamısı Peyğəmbər (s) sünnəsiylə yoğurulmuş olan Əli bin Əbu Talibdir.
İmam Əli (ə), "Əbubəkr və Ömərin ictihadına görə hərəkət edəcək olsan səninlə beyətləşərik!" deyənlərə
qarşı baxın necə cavab vermişdir: "Mən ancaq Qurana və Peyğəmbərin (s) sünnəsinə görə hərəkət edərəm."
Hz. Əlinin (ə) xilafət mövqeyi, Peyğəmbərin (s) sünnəsinə zidd olacaqsa, onun belə bir mövqeyə ehtiyacı
olmaz. Çünki o, belə buyurmuşdur: "Mənim nəzərimdə sizə xəlifə olmaq, bir keçinin asqırdığında çıxardığı
ağız suyundan daha dəyərsizdir. Amma Allahın bir hökmünü icra edəcəyəmsə o başqa..."
Oğlu İmam Hüseyn (ə) isə belə buyurur: "Əgər babam Məhəmmədin (s) dini mən ölmədən ayaqda
dayanmayacaqsa, haydi qılınciar, alın məni!" Bu söz, sonsuza qədər dünyanın qulağında bir melodiya kimi
əks-sədalanacaq.
Şiələr, qardaşları olan sünnilərə dostyanə və şəfqətlə yaxınlaşırlar. Səhih rəvayətlərdə belə keçər:
"Peyğəmbər (s), Xeybərin fəth ediləcəyi gün Hz. Əlini (ə) yəhudilərlə döyüşə göndərdiyində belə buyurdu: Onlarla
Allahın birliyinə və mənim risalətimə iman edənə qədər döyüş. Əgər iman etsələr canlarım və mallarını
qorumuş olarlar. Artıq hesabları Allah ilədir. Əgər Allah sənin əlinlə bir adamı hidayət etsə, sənin üçün
günəşin üzərinə işıldadığı hər şeydən və rəngarəng nemətlərdən daha qiymətlidir"
78
Əli bin Əbu Talibin (ə) də tək hədəfi insanların Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə dönüb hidayət
olmaları idi. Əhli-beytin (ə) şiələri də əhli-beyt haqqındakı bütün böhtanlara və yalanlara qarşı mübarizə
göstərərkən bu yolu izləmiş, əhli-sünnət qardaşlannı gerçəklər mövzusunda işıqlandırmağa və onları doğru yola
istiqamətləndirməyə məşğul olmuşlar.
Necə ki uca Allah belə buyurmaqdadır:
"Əlbəttə onların hekayələrində ağıl sahibləri üçün ibrət vardır. Bu, uydurulacaq bir söz deyil, ancaq
özündən əvvəlkinin təsdiqlənməsi, hər şeyin şərhi, inananlar üçün bir bələdçi və rəhmətdir"
79
MƏNBƏLƏR VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. İslamda şiəlik, Bakı-2003, Əllamə Muhəmməd Hüseyn Təbatəbai
2. Şiəlik necə yaranmışdı, Ayətullah əl-Uzma Seyyid Muhəmmədbaqir Sədr
3. Məzhəblərlə tanışlıq, Bakı-2006, Tədqiqat qrupu
4. Əyanuş-Şiə, Beyrut-1403/1983, Əllamə Seyyid Möhsin Əmin
5. Əliyyun vəş-Şiatu, Beyrut-1993, Şeyx Nəcmuddin Cəfər bin Muhəmməd əl-Əskəri
6. Kənzul-Ummal, Heydərabad-1364 h. Əllamə Əlauddin Əli əl-Muttəqi əl-Hindi əl-Hənəfı
7. Mənaqibu-Xarəzmi, Nəcəf-1367h. və İran-1313h. Əbu Muəyyəd Muvəffəq bin Əhməd əl-Hənəfı Xarəzmi
(öl. 565)
8. əs-Səvaiqul-Muhriqa, Misir-1308 h, Şihabuddin Əhməd bin Həcər əl-Heytəmi əl-Ənsari (909-947 h.)
9. Mənaqibu-Ali Əbi Talib, mətbəətil-Heydəriyyə, Nəcəf-1376/1956, Muşiriddin Muhəmməd bin Əli ibn
Şəhr Aşub
10. Biharul-Ənvar, ikinci nəşri, muəssisətul-vəfa, Beyrut-1403/1983, Əllamə Muhəmməd Baqir Məclisi
11. Kifayətut-Talib fi mənaqibi Əmiril-Mumininə Əli bin Əbi-Talib, Nəcəful Əşrəf-1356 (h). Əbu Abdullah
Muhəmməd bin Yusif bin Muhəmməd əl-Qərəşi əl-Kənci Əş-Şafii (öl. 658 h.
12. Yənabiul-Məvəddət, Astana-1301 h. Şeyx Süleyman Qunduzi Hənəfi
13. əd-Durrul-Mənsur, Misir, Mətbəətul-Yəməniyyə, 1314 h. Cəlaləddin Suyuti (öl. 911 h.)
14. Tarixu-ibn Əsakir, Şeyx Əbdulqadir bin Əhməd bin Mustafa əd-Diməşqi (öl. 1346 h.)
15. Fəraid əs-Simteyn, Misir çapı, tarixsiz, İbrahim bin Muhəmməd əş-Şafii (öl. 722 h.)
16. Camiul-Bəyan fi Təfsiril-Quran, Misir-1321 h. Cərir ət-Təbəri
78
(Səhihi-Müslim, cild VII, səh-121, Kitabı-Fazail, Əli bin Əbi Talibin Fəziləti babı)
79
(Yusif-111)
17. Fusulul-Muhimmə, Nəcəfdə çap olunub, İbn Sabbağ əl-Maliki
18. Murucuz-Zəhəb, 1360-cı hicri ilində çap olunub, Əli bin Həsən bin Əli əl-Məsudi (öl. 346 h.)
19. Tarixu-Bəğdad mətbəətus-səadət, Qahirə-1340 h. Xətib əl-Bəğdadi
20. Kitabul-fiqh aləl-Məzahibil-ərbəə və Əhlil-Beyt,
21. Seyyid Muhəmməd əl-Gərəvi, Şeyx Yasir Mazic, Beyrut-1998
22. Ruşfətus-Sadi, Misir-1231, Əbu Bəkr bin Şihabəddin əl-Xədrəmi əş-Şafıi
23. Mənaqibu-Əli bin Əbi Talib, Tehran-1394 h. İbn Məğazili əş-Şafii
24. Mizanul-İtidal fi nəqdir-Rical, Hindistan-1301 h. Hafız Şəmsuddin əz-Zəhəbi
25. Məqtəlul-Huseyn, Misir-1367 h. və Nəcəful-Əşrəf, tarixsiz, Əbu Muəyyəd Muvəffəq bin Əhməd
əl-Hənəfi Xarəzmi
26. Dairətul-Məarifiş-Şiiyyətil-Ammə, Beyrut-1413/1993, Əllamə Muhəmməd Hüseyn Hairi Ələmi
27. əs-Sahibi fi fıqhul-Luğə, Qahirə-1910, İbn Faris
28. Şərhu Nəhcil-Bəlağə, İbn Əbil-Hədid
29. İslam Tarihi Ansiklopedisi, Türkiye, nəşr ili yoxdur
30. Musnəd, darus-sadir, Beyrut, Əhməd bin Hənbəl,
31. Xəsais, muəssisətu-təqəddum, Misir, Əhməd bin Şueyb Nəsai
Dostları ilə paylaş: |