/
4.6.
Bütöv və hissə
Əşya sistem kimi, qarşılıqlı əlaqədə olan elementlərin
vəhdəti kimi
«bütövdür»y
onu təşkil edən elementlər isə
«hissə»
kimi çıxış edir. Hissə başqa törəməyə daxil və onun məzmunu
və formasının momenti kimi çıxış edən törəmədir. Bütöv isə elə
törəmədir ki, başqa törəmələri özünün qarşılıqlı əlaqədə olan
elementləri kimi birləşdirir və onu təşkil edən hissələrdə
olmayan xassələrə malikdir.
Obyektin bütöv kimi dərk edilməsi bu obyektin xassələrini
tədqiq etməyə əsaslanır. Bu mərhələdə obyektə əsasən canlı
müşahidə ilə qavranıla bilən xarici tərəfdən baxılır. Obyektin
dərinliyinə nüftız edən təfəkkür bütövü hissələrə bölür, onların
hər birini ayrılıqda tədqiq edir və hissələri bütövdə birləşdirərək
obyekti mürəkkəb bütöv kimi yenidən yaradır. Bu da obyektin
tərkibini tədqiq etmək imkanı yaradır. Bütövün hissələrə
bölünməsi və hissələrin yenidən birləşdirilməsi analiz və
sintezin köməkliyi ilə həyata keçirilir. Bütövün hissələrə
bölünməsi və onun hissələrinin aynlıqda tədqiq edilməsi -
obyektin ayrı-ayrı, bir-birindən nisbətən təcrid olunmuş tərəfləri
haqqında biliyi əhatə edən abstraksiyanın (mücərrədliyin)
yaranmasına gətirib çıxarır.
Hissə və bütövü əks tərəflər kimi tədqiq edən Hegel yazırdı
ki, hissələr bir-birindən fərqli və müstəqildir. Lakin onlar yalnız
bir-biri ilə eyniyyət münasibətində olarkən hissə olurlar, və
yaxud, başqa sözlə, onlar bir yerdə götürüldüyünə görə bütövlük
təşkil edirlər. Lakin bu
bir yerdə
əkslik və hissənin inkandır.
Dialektik yanaşma o deməkdir ki, bütöv hissələrin sadəcə
olaraq kəmiyyət birləşməsi ola bilməz, ona görə cəmlənmiş
bütöv (daş yığını, insan kütləsi və s.) adlanan şey, ciddi
yanaşılsa, bütöv deyil. Bu birlik xarici, təsadüfi əlaqələrlə
xarakterizə olunur. Belə bütövün xassəsi onu təşkil edən
hissələrin xassələrinin adicə cəmlənməsidir.
Dialektik təfəkkür hissə və bütövün münasibətini qarşılıqlı
təsir kimi izah edir. Məhz belə təsirin sayəsində bütöv, onu
50
təşkil edən hissələrin hər birində ayrılıqda olmayan xassəyə
malik olur. Elə hissələrin qarşılıqlı təsiri bütövdə yeni,
birləşdirici xassələrin meydana gəlməsinə gətirib çıxarır.
Hissələrin qarşılıqlı təsirinin xarakterindən asılı olaraq
bütövün müxtəlif tipləri var. Daha sadə tip - hissələrin xarici
qarşılıqlı təsiri ilə xarakterizə edilən
Dostları ilə paylaş: