4.12.
İmkan və gerçəklik
Keçmişin, indinin və müəyyən şərait olarsa gələcəkdə baş
verəcəklərin
dialektikası
«gerçəklik»
və
«imkan»
kateqoriyalarında əks olunur.
İmkan kateqoriyası hadisənin təşəkkül tapmasının elə
mərhələsini əks etdirir ki, hadisə hələ müəyyən gerçəkliyə aid
olan ilkin şərt və yaxud tendensiya (meyl) şəklində mövcud olur.
Ola biləcək, lakin hələ olmayan imkandan fərqli olaraq, gerçəklik
artıq baş vermiş şeydir, yəni imkanın həyata keçməsi və yeni
imkanlann yaranması üçün əsasdır.
Gerçəkliyə çox vaxt bizdən kənarda mövcud olan təbiət,
maddi dünya, yəni obyektiv mövcud olan iş kimi tərif verilir.
Lakin bu o qədər də dəqiq tərif deyil, çünki gerçəklik maddilik ilə
məhdudlaşmır. İmkan adətən gerçəkliyin inkişafında yeninin
ilkin şərti (potensiyası və yaxud tendensiyası) kimi başa düşülür.
Başqa sözlə, gerçəklik elə bil ki, özünün daxili potensiyasını
imkandan keçərək üzə çıxarır. İmkanın olması sonrakı inkişaf
yolunun olmasıdır. Bu mənada imkan gələcəyin indiki zamanda
olmasıdır, yəni bu gün mümkün olmayan şey müəyyən şərait
yaranarsa sabah gerçəkləşə bilər.
İmkan və gerçəklik bir-birinin əksi olsa da, dialektik vəhdət
təşkil edirlər. Gerçəklik zəminində yaranaraq və gələcəyi indiki
zamanda təmsil edərək, imkan bu yolla özünün gerçəkliyə əks
olmasının nisbiliyini aşkar edir. Çünki hər bir hadisənin inkişafı
onun meydana gəlməsi üçün lazım olan ilkin şərtin yetişməsin-
62
dən, yəni müəyyən şərait olarsa həyata keçə bilən imkanın
mövcudluğundan başlayır.
Yalnız gerçəkliyin dərindən öyrənilməsi insana kömək edir
ki, imkanlan aşkar etsin, perspektivi düzgün qiymətləndirsin və
özünün əməli fəaliyyətində bu biliyə istinad etsin.
İmkanın aşağıdakı növləri var: real və formal, konkret və
mücərrəd, keyfiyyət və kəmiyyətə görə və s. imkanlar.
Dostları ilə paylaş: |