Texnoloji
determinizm
insanlann sərbəst fəaliyyətini inkar edir və təsdiq
edir ki, insanın bütün fəaliyyəti məlum daxili səbəblərlə
nizamlanır. Heç bir müstəqil və azad başlanğıc yoxdur.
Bununla yanaşı elmdə sosial, tarixi, coğrafi, bioloji
determinizmin də olduğu göstərilir.
Təbiət və cəmiyyətdə səbəbiyyətin olmadığını göstərən
təlimə
indeterminizm
deyilir. Bu təlimə görə səbəb müəyyəne-
dici şərt deyil, hadisələrin özündən əvvəl gələn hadisələr ilə heç
bir əlaqəsi yoxdur.
İslam fəlsəfəsində əl-Qəzalinin səbəb və nəticə arasında heç
bir zəruri əlaqə olmadığı. Yaradanın tək olduğu haqqında fikri
müasir indeterminizmə uyğun gəlir.
Volyuntarizm
adlanan təlimə görə insan iradəsi (volya)
həyatın apancı qüvvəsidir və başqa səbəb axtarmaq mənasızdır.
İnsanın hər bir hərəkətinin zəruri olduğunu, öncədən
müəyyən edildiyini qəbul edən təlimə
fatalizm
deyilir. Fatalizm
daha çox əqidə, determinizm isə elm və təcrübə ilə bağlıdır.
59
|