atomun real mövcud olan xarici qarşılıqlı əlaqəsi daxildir.
İncəsənət əsərinin məzmunu onun ideyası və mövzusunun
vəhdətdə götürülmüş cəmidir.
Şeyin forması
onun elementləri arasında mövcud olan sabit
əlaqələrin təşkil olunmasıdır. Məsələn, incəsənət əsərinin
forması hər şeydən əvvəl onun kompozisiyası, süjeti və dilidir.
Hər bir sistemin həm məzmunu, həm də forması var.
Dialektik təlimə görə heç vaxt, heç bir şəraitdə və heç bir yerdə
formasız məzmun və məzmunsuz forma olmur. Üzvi əlaqədə
olan məzmun və forma şeyin əks tərəflərini təşkil edir.
Məzmunun müəyyənedici tendensiyası (meyli) dəyişgənlik,
formanınkı isə sabitlikdir. Forma çərçivəsində sanki məzmunun
fəallığı, çevikliyi özünü göstərir. Bununla yanaşı formanın da
fəallığını xüsusi qeyd etmək lazımdır, çünki forma öz tərəfindən
məzmunun inkişafına böyük təsir göstərir.
Strukturu, elementlərin daxili əlaqəsini məzmundan xaric
etsək məzmun parçalana bilər. Məsələn, su yalnız o zaman
məzmun (eyni zamanda forma) qazanır ki, hidrogen və oksigen
müəyyən şəkildə qarşılıqlı əlaqədə olur, struktur cəhətdən təşkil
edilir. Bu isə o deməkdir ki, daxili qarşılıqlı əlaqə, struktur
məzmunun zəruri momentidir, bunsuz məzmun mövcud ola
bilməz.
Platonun sistemində forma ümumi anlayış, ideyadır (yun.
«eydos» - görünüş obraz). Sərbəst, əşyalar dünyasından asılı
olmayaraq mövcud olan ideyalar əbədi və dəyişməz
mahiyyətlərin xüsusi dünyasını təşkil edirlər. Aristotelə görə
forma hər şeyin varlığının əsasıdır, yəni materiyasız
mahiyyətdir. Forma həm də materiyanın səbəbidir, yalnız
formanın sayəsində materiya müəyyənlik qazanır. Aristotel
nəticə çıxarır ki, Allah bütün formaların formasıdır.
Materiyanın dəyişməsi fəallığın ideal daşıyıcısı olan forma ilə
müəyyənləşir. Hegel isə forma və məzmunu eyniləşdirir.
Bir çox hallarda forma dedikdə eyni məzmunun hissəsi, növü
başa düşülür (məsələn, hərəkətin formaları, şüurun formaları və
s.). Başqa halda isə forma məzmunun mövcudluq vasitəsi, onun
ifadəsi hesab edilir.
56
Platon, Aristotel, Hegel göründüyü kimi formanı maddi
olmayan başlanğıc kimi başa düşür, onun müəyyənedici fəal
rolunu qeyd edir və mahiyyət, qanun ilə eyniləşdirirdilər.
Kant isə «forma» dedikdə ilk növbədə təfəkkürün formala-
nnı, daha dəqiq desək, onun strukturunu başa düşür, çünki
söhbət təfəkkürün daxili qanunauyğunluqlarından gedir.
Kateqoriyanın özü isə fikrin təmiz subyektiv, aprior mənşəyi
olan forması (strukturu) kimi çıxış edir.
Dostları ilə paylaş: