4.13.
Əlaqə və münasibətlər anlayışı
Dünyada əşya və proseslər arasında sonsuz dərəcədə
müxtəlif əlaqələr mövcuddur. Konkret əlaqələrin öyrənilməsi
ilə xüsusi elmlər məşğuldur. Fəlsəfə isə bu əlaqələri
ümumiləşdirib şərh etmək üçün konkret elmlərin məlumatına
əsaslanır.
Əşya və hadisələr sadəcə olaraq yan-yana yaşamır, həm də
bir-birinə qarşılıqlı olaraq təsir göstərir. Əgər əşyalar bir-birinə
birbaşa təsir göstərirlərsə, onlar arasındakı əlaqə bilavasitə ola
bilər. Əgər bu qarşılıqlı təsir əlavə tərəflər vasitəsilə yaradılırsa
əlaqə birbaşa olmaya da bilər.
Ən geniş mənada «əlaqə» və «münasibət» anlayışları eynilik
təşkil edirlər. Münasibətlər maddi və ideal, genetik və aktual,
məkan və zaman içərisində və s. ola bilər. Onlar insanın
subyektiv fəaliyyətinin məhsulu da ola bilər və insan şüurunun
yaratdığı obyektlər arasında əlaqə kimi də çıxış edə bilər.
Obyektlərin bir-birinə təsiri nəticəsində yaranan və onlann
qarşılıqlı dəyişməsini təmin edən əlaqəyə adətən qarşılıqlı təsir
deyilir. «Qarşılıqlı əlaqə» və «qarşılıqlı təsir» kateqoriyalan
üzvi surətdə əlaqədə olsalar da onların hər birinin spesifik
məzmunu var. Birinci haqqında danışanda - sabitlik, ikinci
haqqında söhbət gedəndə - dəyişgənlik momenti əsas götürülür.
Əgər «əlaqə» kateqoriyasında əşyalar arasındakı asılılıq
təsdiq edilirsə, «qarşılıqlı təsin> kateqoriyası isə nəinki təkcə
əşyalar arasındakı əlaqəni, həm də onlann bir-birinə qarşılıqlı
təsiri və bu təsirin nəticəsində dəyişmələrini ifadə edir. Məsələn,
cəmiyyət və təbiət, subyekt və obyekt, nəzəriyyə və praktika
sadəcə olaraq qarşılıqlı əlaqədə deyil, onlar həm də qarşılıqlı
təsirdədirlər, bu da həmin tərəflərin dəyişməsinə gətirir.
Dostları ilə paylaş: |