Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə92/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   88   89   90   91   92   93   94   95   ...   164

gördüklərini  qavramır.  İki  adam  eyni  şəkilə  heç  vaxt  eyni 

reaksiya  vermir».  «Hissi  qavrayış  fiziki  hadisədən  nə  isə  daha 

böyük bir şeydir; bu elə psixoloji funksiyadır ki, onun əsasında 

fərdin  daxili  aləminə  aid  çox  uzağa  gedən  nəticələr  çıxara 

bilərik»."*^ 

Təsəvvür  əşyaların  insanın  hiss  üzvlərinə  bilavasitə  təsir 

göstərmədiyi  vaxt  onu  görməkdir;  əvvəllər  bizim  hiss 

üzvlərimizə  təsir  göstərmiş,  qavranılmış,  sonradan  isə 

yaddaşımızda  saxlanılmış  əşya  və  hadisələrin  lazım  olan  vaxt 

şüurda yenidən canlanmasıdır. 

Hissi  qavrayış  və  təsəvvürlə  bilavasitə  əlaqədə  olan  əqli 

qabiliyyət  də  təxəyyüldür.  «Şəxsiyyətin  təkrarsızlığı  heç  bir 

yerdə  özünü  onun  təxəyyülündə  olduğu  qədər  çox  göstərmir. 

Təxəyyül  dedikdə  biz  hissi  qavrayışın  elə  mümkünlüyünü 

nəzərdə tuturuq ki, o həmin qavrayışa səbəb olan mövcud pred- 

metdən  asılı  olmasın.  Başqa  sözlə,  təxəyyül  prosesi  qavrayış 

prosesini təkrar edir və bizim psixikamızın yaradıcılıq imkanının 

daha bir nümunəsi olur. Təxəyyülün nəticəsi yalnız keçmişdə baş 

vermiş 


qavrayışının 

(öz-özlüyündə 

ruhun 

yaradıcılıq 



qabiliyyətinin  nəticəsi  olan  qavrayışın)  təkrarı  deyil  və  ilkin 

qavrayışın fiziki duyğular əsasında qurulduğu kimi, o da qavrayış 

əsasında yaranan tamamilə yeni və unikal məhsulduD).'*'* 

Təsəvvür və təxəyyül elə bil ki, hissi və mücərrəd (abst- rakt) 

idrak arasında əlaqə yaradan həlqədir. 

1.4.

 

Mücərrəd (abstrakt) təfəkkür və onun 

formaları 

Mücərrəd  təfəkkür  prosesi  idrakın  nəzəri  səviyyəsində  baş 

verir və üç əsas formada davam edir: anlayış, mühakimə və əqli 

nəticə. 


Anlayış  elə  təfəkkür  formasıdır  ki,  burada  əşyalann, 

hadisələrin  ən  ümumi,  əsas  və  zəruri  xassələri,  əlamətləri, 

keyfiyyətləri  əks  olunur.  Anlayış  hər  hansı  fikir  hadisəsinin 

əsasını təşkil 

* **

 

А.Адлер. Понять природу человека, с.45. 



**

 Ycno orada, s.47. 

278 


edir, yəni anlayışsız fikir yoxdur. Anlayış adətən söz və cümlə ilə 

ifadə olunur. 

Anlayış - obyektin müxtəlif tərəflərinin cansız ümumiləşməsi 

deyil,  canlı, inkişaf edən bütövdür, obyektin vacib, əhəmiyyətli 

tərəflərini  mərkəzləşdirən  kəsişmə  nöqtəsidir.  Bununla  yanaşı 

elmi anlayışın özü də anlayışlar sistemi olan nəzəriyyənin, elmin 

bir ünsürü kimi çıxış edir. 

Anlayış  mühakimələrin  tamamlanmış  cəmidir.  Subyekt 

özünün  zehni  fəaliyyətində  anlayışlardan  istifadə  edərək 

mühakimələr  irəli  sürür.  Bütün  məntiqi mühakimələr  elementar 

vahidlər  kimi  anlayışlardan  düzəldilir.  Anlayış  həmişə  məntiqi 

abstraksiyadır və hissiyyatdan məhrumdur. Anlayışı başa düşmək 

olar, hiss etmək olmaz. 

Mühakimə anlayışlann məntiqi əlaqəsi nəticəsində yaranır və 

onun  köməkliyi  ilə  predmetlərin  bəzi  xassələri  ya  təsdiq,  ya  da 

inkar edilir. 

Z.Freyd demişdir:  «Mühakimənin funksiyası mahiyyətcə iki 

qərara  toxunmalıdır.  O  müəyyən  bir  şeydə  hansısa  keyfiyyətin 

olmasını ya qəbul, ya da inkar etməlidir; o hər hansı təsəvvürdə 

reallığın  mövcud  olmasını  ya  qəbul,  ya  da  inkar  etməlidir. 

Haqqında qərar qəbul ediləsi keyfiyyət əvvəl başdan ya yaxşı, ya 

da pis, ya faydalı, ya da ziyanlı ola bilər»."*^ 

Mühakimə yürütmək üçün xüsusi qabiliyyətə intellekt deyilir. 

İlkin  əsas  hesab  edilən  bir  neçə  mühakimədən  nəticə  hesab 

edilən  yeni  mühakimə  yaradılmasına  əqli  nəticə  deyilir.  Əqli 

nəticə sayəsində düşünən insanın öz əqidəsini sübut etməsi üçün 

hər  dəfə  təcrübənin  məlumatlarına  müraciət  etməsinə  ehtiyac 

qalmaz. Əqli nəticədən istifadə edərək o, təcrübədən azad olur. 

Anlayış,  mühakimə  və  əqli  nəticə  təfəkkür  formaları  kimi 

formal  məntiq  tərəfindən  öyrənilir.  Dialektika  nəzəriyyəsinin 

tərəfdarları  isə  formal,  ənənəvi  məntiqlə  yanaşı  «dialektik 

məntiq» fikrini əsaslandırırlar. Onların dediyinə görə dialektik 



З.Фрейд. Психологические гподы. В ки.: З.Фрейд. Тотем и табу. М.. «Олимп». 1997. С.444. 

279 


məntiq  anlayışlann,  mühakimələrin,  əqli  nəticələrin,  ideyaların, 

nəzəriyyələrin  formalaşmasını  və  dəyişməsini  onlann  tarixi 

inkişafının və qarşılıqlı təsirinin  dialektikası  baxımından tədqiq 

edir.  Müasir  məntiqçilərin  əksəriyyəti  müstəqil  «dialektik 

məntiq» elmini inkar edirlər. 

1.5.

 

Həqiqət haqqında təlim 

Həqiqətə  doğru  daimi  cəhd  fəlsəfənin  sırf  abstraksiyalara 

çəkilməsinə, ağılın lazımsız oyununa çevrilməsinə imkan vermir. 

Fəlsəfi  müdriklik  daim  həqiqət  axtaran  proses  kimi  heç  vaxt 

dayana  bilməz.  Həqiqətə  nail  olmaq  deyil,  onu  axtarmaq 

fəlsəfənin məqsədidir. 

Həqiqət  əksəriyyət  tərəfindən  qəbul  edilən  bilik  deyil.  Hələ 

İbn Rüşd demişdi: «Nəyinsə həqiqilik şərti onun hamı tərəfindən 

etiraf edilməsi deyil. Axı, hamı tərəfindən etiraf edilmə, hamıya 

məlum  olmaqdan  başqa  bir  şey  deyil.  Nəyinsə  hamı  tərəfindən 

etiraf  edilməsindən  qətiyyən  nəticə  çıxmır  ki,  həmin  nə  isə  öz- 

özlüyündə həqiqidİD)."“^ 

Həqiqət haqqında müxtəlif fikirlər mövcuddur: həqiqət əşya 

və hadisələrin insan şüurunda adekvat, xarici aləmə tam uyğun və 

praktikada  təsdiq  olunan  inikasıdır  (əks  olunmasıdır);  həqiqət 

obyektivdir,  belə  olmasa  o  həqiqət  ola  bilməz;  həqiqət  ideal 

hadisədir,  çünki  o  fikrin  xassəsidir,  bütün  fikirlər  isə  idealdır; 

həqiqət  -  təfəkkür  və  varlığın  eyniliyidir.  Belə  eynilik  Hegel 

tərəfindən  rasional,  nəzəri  formada  təfəkkürün  öz  daxilində 

həyata keçirilir; həqiqət yalnız Allahdır və s. 

Ontoloji  nəzəriyyələr  həqiqəti  faktlara  uyğun  gəlmək  kimi 

nəzərdən  keçirir;  qnoseoloji  nəzəriyyələr  isə  həqiqəti  bizim 

təfəkkürün  -  bilik  və  inamın  xassəsi  hesab  edir.  Daha  bir  fikrə 

görə bir həqiqət bizim üçün kifayət deyil, biz daha dərin və yeni 

həqiqət istəyirik, çünki biz hər şeydən əvvəl öz problemlərimizə 

cavab  axtannq.  Bir  çox  filosoflar,  xüsusən  materialistlər  hesab 

edirlər  ki,  həqiqət  yalnız  konkret  ola  bilər,  konkret  olmayan 

həqiqət ümumiyyətlə yoxdur. Belə bir fikir də var ki, konkret 

Aeeppoəc. OnpoBep5KeHne onpoBepjKeHiiJi. KncB-Criö, 1999, c.l3. 

280 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə