Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə93/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   89   90   91   92   93   94   95   96   ...   164

bilik  məkan  və  zaman  daxilində  məhdudlaşmalıdır.  Həqiqətin 

konkret olması o deməkdir ki, həqiqətin öz sərhəddi var, buradan 

kənarda o artıq həqiqət deyil, çünki bu halda o özünün əksi olan 

yanlışlığa  çevrilir.  Bəzi  filosoflar  isə  inandırmağa  çalışırlar  ki, 

yalnız  hissi  qavrayışla  qəbul  edilən  ayn-ayn  əşya  və  hadisələr 

haqqında bilik, yəni empirik bilik konkret ola bilər. 

Görkəmli  fizik  Maks  Plank  (1858-1947)  məsələnin 

praqmatik  tərifini  bir  qədər  şişirdərək  göstərirdi  ki,  «elmi 

ideyanın  əhəmiyyəti  çox  hallarda  onun  məzmununun 

həqiqiliyində deyil, dəyərində 



yerləşİD).'*’

 

İdrak  hadisəsi,  əlbəttə  qiymətləndirilməlidir.  Dəyər 



münasibəti idrak üçün qaçılmazdır, çünki idrak sonra praktikaya 

keçə bilər. Həqiqi qiymət mühakimə vasitəsilə verilən qiymətdir, 

çünki  mühakimədə  hər  hansı  obyektə  bəzi  xassələrin  və 

münasibətlərin  nə  dərəcədə  aid  olması  və  ya  olmaması  təsdiq 

edilir.  Mühakimənin  həqiqət  haqqında  müxtəlif  qiymətləri  ola 

bilər, yəni nəticənin həqiqi, yanlış, qeyri-müəyyən, mənasız və s. 

olması təsdiq edilir. 

Məntiqdə, 

bir 

qayda 


olaraq, 

həqiqətin 

xassəsini 

müəyyənləşdirən  sahə  kimi  yalnız  mühakimə  qəbul  edilir. 

Təfəkkürün  formal  məntiq  tərəfindən  öyrənilən  əsas  qanun  və 

formalan  həqiqətən  də  təfəkkürün  düzgünlük  kriterisidir, 

fikirlərin bir- biri ilə uzlaşması kriterisidir. Məntiq heç bir aralıq 

qərannı qəbul etmir; ya həqiqət, ya da yanlışlıq, ya hə, ya da yox. 

Həqiqət və yanlışlıq bir-birinə daban-dabana zidd olan tərəflərdir 

ki, biri o birini istisna edir. 

Əl-Qəzali  demişdir:  «Həqiqətin  məntiqi  yolla  üzə  çıxanl- 

ması idrak deməkdir. Özünü belə vəziyyətə gətirmək həmin anı 

bilavasitə  yaşamaqdır.  Xoş  niyyətlə  başqalan  ilə  söhbətdən  və 

onlann  təcrübəsindən  əldə  edilməsi  mümkün  olan  isə  - 

inamdır».“** 

Bir  şey  haqqında  çox  həqiqətlər  ola  bilməz.  Bu  mənada 

həqiqət birdir, yanlışlıq isə müxtəlifdir. K.Popper deyirdi ki, elmi 

Sitat götürülüb; Сборник к столетию со дня рождения Макса Планка. М„ 1958, с.60. 

Ал-Газали. Избавляющий от заблуждения. В кн.: Аверроэс. Опровержение опровержения. 

С.569. 

281 



bilikdə  həqiqəti  seçmək  mümkün  deyil,  lakin  yalanı  daim  üzə 

çıxarmaq və kənarlaşdırmaq yolu ilə həqiqətə yaxınlaşmaq olar. 

Göründüyü  kimi,  həqiqət  haqqında  müxtəlif  fikirlər  var. 

Lakin elmi  idrak metodologiyasında həqiqət  anlayışı  əsasən iki 

cür  yanaşma  çərçivəsində  istifadə  edilir:  formal  metodoloji  və 

tarixi  yanaşma.  Birinci  yanaşma  formal  məntiq  vasitələri  və 

metodlarına  əsaslanır  və  ilk  növbədə  idrakın  nəticələrini  təhlil 

etməyə yönəldilir, ikinci isə əsas diqqətini elmi biliyin inkişafına 

yönəldir. 

Bir çox filosofların fikrinə görə həqiqət həm mütləq, həm də 

nisbi ola bilər. 

Mütləq  həqiqət  elə  bilikdir  ki,  elmin  sonrakı  inkişafı  onu 

inkar  etmir,  əksinə  getdikcə  o  zənginləşir  və  həyat  tərəfindən 

daim təsdiq edilir. 

Mütləq  həqiqət  obyekt  haqqında  tam  və  hərtərəfli  biliyi 

özündə  birləşdirən  həqiqətə  deyilir.  Elə  buna  görə  də  mütləq 

həqiqət  heç  vaxt  təkzib  edilə  bilməz;  öz  təbiətinə  görə  o 

dəyişməzdir.  Bizim  idrakın  sərhəddi  tarixən  məhduddur, 

praktikanın  inkişaf  etməsi  və  təkmilləşməsi  ilə  əlaqədar 

bəşəriyyət  həmişə  mütləq  həqiqətə  doğru  irəliləyir,  lakin  onu 

axıra  qədər  əhatə  edə  bilmir.  Mütləq  həqiqət  məhdud,  konkret 

bilik sahələrinin daxilində mövcuddur. 

Aksiom və teoremi də çoxları  mütləq həqiqət hesab edirlər. 

Aksiom  deyəndə  müəyyən  qeyri-empirik  sistemdə  bütün 

mümkün  nəticələrin  (sübutlann)  başlanğıc  nöqtəsi  nəzərdə 

tutulur.  Aksiom  öz  aydınlığı,  şübhəsizliyi  ilə  sübuta  ehtiyacı 

olmayan  daimi,  sarsılmaz  həqiqi  müddəa  deyil  (belə  müddəa 

elmdə yoxdur). Aksiom nəzəriyyənin elə elementidir ki, onunla 

birlikdə sübut edilir. Aksiom həmişəlik yaradılan müddəa deyil. 

İş burasındadır ki, aksiom kimi müxtəlif müddəalar seçilə bilər. 

Aksiom  nəzəriyyə  ilə  qarşılıqlı  əlaqədədir.  Məsələn,  Evklid 

həndəsəsində  aksiom  kimi  həm  «üçbucağın  bucaqlarının  cəmi 

180 dərəcədİD) a) müddəasını, həm də «bir düzxət- dən kənarda 

olan nöqtədən həmin düzxəttə yalnız bir paralel xətt çəkmək olar» 

b) müddəasını götürmək olar. Əgər «a» ak 



282 


siom  kimi  götürülsə,  onda  «b»  teorem  olur;  əgər  «b»  aksioma 

hesab edilsə, onda «a» teorem olur. 

Bir çox hallarda həqiqi bilik mütləq həqiqət hesab olunur: 1) 

obyektiv həqiqi məzmun kəsb edəndə; 2) insan idrakının zəruri 

inkişaf mərhələsi olanda, yəni əvvəlki inkişafın nəticəsi, sonrakı 

inkişafın  isə  əsası  olanda;  3)  onun  obyektiv  həqiqi  məzmunu 

idrakın  sonrakı  bütün  inkişaf  mərhələlərində  biliyə  daxil 

edilmədə. 

Din isə mütləq həqiqət problemini çox sadə və asan yolla həll 

edir: yalnız Allah mütləq Həqiqətdir. 



Nisbi  həqiqət  hər  hansı  bir  şey  haqqında  məhdud  bilikdir. 

Mütləq  həqiqətə  doğru  hərəkət,  çoxsaylı  nisbi  həqiqətlər 

vasitəsilə  baş  verir.  Nisbi  həqiqət  gerçəklik  hadisələrini  əsasən 

düzgün əks etdirən anlayış, müddəa, nəzəriyyədir. Lakin o elm və 

praktikanın  inkişafı  prosesində  fasiləsiz  olaraq  dəqiqləşir, 

konkretləşir,  dərinləşir.  Nisbi  həqiqət  mütləq  həqiqəti 

mənimsəmək yolunun momenti, tərəfi, mərhələsidir. 

İdrak vasitələrinin hal-hazırdakı konkret inkişaf mərhələsinə 

münasibətdə həqiqət olan bilik nisbi həqiqət adlanır. Biliyimizin 

bu gün mükəmməl olmaması gələcəkdə mütləq üzə çıxır. 

Mütləq,  universal  elmi  həqiqətin  ümumiyyətlə  olmaması 

fikrinin  də  tərəfdarları  az  deyil.  Həqiqət,  onların  dediyinə  görə 

şeylərin hər hansı universal vəziyyətinin deyil, insanların öz təcili 

tələbatlarının ödənilməsi üçün lazımdır. 



1.6.

 

Həqiqətin kriterisi (meyarı) anlayışı. 

İdrak prosesində praktikanın rolu 

Hər  hansı  fikrin  həqiqiliyi  və  ya  yanlışlığı  məsələsini  həll 

etmək üsuluna həqiqətin kriterisi deyilir. 

Dialektik  materializmə  görə  praktika  gerçəkliyin  adekvat 

inikasının  (əks  olunmasının)  fundamental  kriterisidir  (məsələn, 

mühakimənin  həqiqiliyi)  və  həm  də  idrakın  inkişaf  etməsinin 

əsasıdır.  Lakin  həqiqətin  yardımçı  kriteriləri  də  var.  Məsələn, 

empirik mühakimənin həqiqiliyini bir başa empirik metodların 



283 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə