Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə102/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   98   99   100   101   102   103   104   105   ...   119

maliyyə  vəsaiti,  əmək  və  əsas  fondlar  hesabına  əldə  edilən  yerüstü  və 
yeraltı  su  ehtiyatlarından  səmərəli  və  qənaətlə  istifadə  edilməsi  qarşıda 
duran mühüm iqtisadi-ekoloji problemlərdən biridir. 
Azərbaycanın mühüm təbii sərvətlərindən sayılan Xəzər dənizi, Aran 
iqtisadi  rayonunun  iqtisadiyyatında  mühüm  rol  oynayır.  Xəzər  barədə 
coğrafi  ədəbiyyatlarda  çoxlu  məlumatlar  vardır.  Lakin  biz  tədqiqatın 
xarakterinə  uyğun  olaraq  Xəzərin  rayonunun  təbiətinə  və  təsərrüfatının 
inkişafına göstərdiyi təsirləri öyrənmişik. 
Xəzər  dənizinin  təbii-coğrafi  şəraiti,  xüsusilə  iqlimi.  Aran  iqtisadi 
rayonunun iqlim ünsürlərinin formalaşmasına imkan yaradır. Narın qumlu 
çimərliklər  isti  və  şəffaf  dəniz  suyu  burada  qısamüddətli  istirahət  üçün 
əlverişli  şərait  yaradır.  Dəniz  suyunun  orta  temperaturu  13,2°C  olmaqla 
yanaşı,  mövsüm  dövründə  çimərliklərdə  suyun  temperaturu  19-25°C, 
avqust  ayında  isə  26-28°C-yə  çatır.  Ərazinin  Bakı  şəhərinə  yaxınlığı, 
burada  mühüm  kənd  təsərr-r  üfatı  sahələrinin  olması  Bakı  və  ətraf 
rayonların əhalisinin kütləvi istirahəti üçün geniş imkanlar yaradır. 
Xəzər dənizinin səviyyəsi  tarix  boyu  çoxillik,  əsrlik və  qısamüddətli 
dəyişikliklərə  məruz  qalmışdır.  Bu  dövrlərdə  Xəzərin  səviyyəsi  6-7  m 
dəyişmişdir. Xəzərin səviyyəsinin son qalxması 1978-1995-ci illər ərzində 
olmuşdur. 1996-cı ildən su səviyyəsinin bir qədər aşağı düşməsi müşahidə 
olunur. Bu heç də o demək deyil ki. Xəzərin səviyyəsi enməyə başlamışdır, 
verilmiş  proqnozların  çoxu  yaxın  gələcəkdə  də  su  səviyyəsinin  yenidən 
qalxması ehtimalının böyük olduğu fikrini təsdiqləyir. Buna görə də onun 
soni-akı  mümkün  qalxmalarında  tədbirlərin  dəyərini  azaltmamaq  üçün 
sərfəli planların tərtib edilməsi çox mühüm məsələdir. 
1978-ci ildən Xəzər dənizinin səvi>'yəsinin qalxması ilə əlaqə dar səth 
dalğalan  və  qurunt  sularının  səviyyəsinin  qalxmasına  görə.  Aran  iqtisadi 
rayonunun  dəniz  sahili  ərazilərinə,  xüsusilə  ən  çox  Neftçala  inzibati 
rayonunda  36.290  hektar  sahəyə  zərər  dəymişdir.  Verilmiş  proqnozlara 
görə Xəzər dənizinin səviyyəsi yaxın onillikdə 25,0 metrə qədər qalxmış 
olsa,  əlavə  olaraq  40  000  hektardan  artıq  ərazi  su  altında  qalacaqdır  ki, 
bunun da əsas hissəsi sözsüz ki
313 


Neftçala  rayonunun  ərazisini  əhatə  edəcəkdir.  Beləliklə,  səviyyənin 
qalxması  ərazinin  sosial-iqtisadi  inkişafına  və  ekologiyasına  çox  böyük 
tələfatlar gətirmişdir. 
XX  əsrdə  dəniz  səviyyəsi  daima  endiyindən  sahil  zolağında  sənaye, 
kənd  təsərrüfatı,  yaşayış  məntəqələrinin  tikintisi  geniş  inkişaf  etmişdir. 
Neftçala  rayonunda  iki  balıqartırma  zavodları,  kənd  təsərrüfatına  yararlı 
geniş  əkin  sahələri  və  bir  sıra  yaşayış  məntəqələri  1978-ci  ildən  dəniz 
səviyyəsinin  qalxması  ilə  əlaqədar  su  altında  qalmışdır.  Nəticədə  ərazi 
böyük iqtisadi və ekoloji zərərə məruz qalmışdır. 
Xəzər dənizi iqtisadiyyatında, xüsusilə balıqçılığın inkişafı mühüm rol 
oynayır. Nərə balığı Xəzərin ən dəyərli övladıdır. Ölkəyə xarici valyutanın 
axınında  Nərənin  çox  böyük  rolu  vardır.  Kürdə  əsasən  fars  nərəsi  və  Ağ 
balıqdan  hazırlanmış  kürü  bütün  Xəzər  kürüləri  içərisində  ən  dadlısıdır. 
Xəzər dənizində nərə balığının ehtiyatları tükənmək üzrədir. Buna görə də 
onun  süni  yolla  artırılması  üçün  çox  böyük  işlər  görülür.  Hazırda 
Neftçalada  Xıllı  balıq  yetişdirmə  zavodunda  ildə  5  mln.  körpə  balıq 
yetişdirilərək  Xəzər  dənizinə  buraxılır.  Lakin  su  basmış  ərazilərdə  qalan 
Bankə balıq yetişdirmə zavodları bərpa edilərsə onda körpə bahqlann illik 
istehsalını 15 mln-a çatdırmaq olar. 
Yuxanda  qeyd  edildi  ki,  iqtisadi  rayonda  Kür  çayı  boyunca  çoxlu 
axmazlar  vardır.  Bunlar  balıqçılıq  təsərrüfatının  inkişafı  üçün  böjnik 
əhəmiyyət daşıyır. Neftçala, Hacıqabul, Salyan rayonlannda süni yaradılan 
nohurlarda balıqçılıq inkişaf etdirilir. Nohur balıqçılığının inkişafı əhalinin 
ərzaq ehtiyatı ilə təchiz edilməsində böyük rol oynayır. 
Lakin apardığımız müşahidələr göstərir ki, Salyan, Neftçala və eləcə də 
digər  inzibati  rayonlarda  əhalinin  müəyyən  hissəsi  özünün  pay 
torpaqlarında  nohur  düzəldərək  balıq  yetişdirməklə  məşğuldur.  Bu  da 
rayonlarda əkin yerlərinin azalmasına səbəb olur. Həm də bu nohurlar ətraf 
torpaqların  şoranlaşmasına  və  çoxlu  su  israfçılığına  şərait  yaradaraq 
iqtisadi—ekoloji  tarazlığı  pozur.  Bəzi  hallarda  bu  rayonların  əkinçiliklə 
məşğul  olan  fermerləri  mövsüm  ərzində  su  çatışmamazlığından  əziyyət 
çəkirlər. Aran iqtisadi rayonunun 
314 


Kür sahillərində yerləşən Sarısu, Ağgöl, Hacıqabul, Mahmudçala, Ağçala 
və  s.  gölləri  köçəri  quşların  qışlaması,  əlverişli  ov  etmək  üçün 
əhəmiyyətlidir. 
Tədqiq  edilən  iqtisadi  rayonun  ən  mühüm  sərvətlərindən  biri  də 
torpaqdır.  Toıpaq  kənd  təsərrüfatında  başlıca  istehsal  vasitəsidir.  Təbii 
məhsuldar qüvvə və əvəzsiz sərvət kimi torpaq çox böyük sosial-iqtisadi 
əhəmiyyətə  malikdir.  Bu  baxımdan  rayonun  torpaqlarının  tip  və 
yarımtiplərinin  sahəsinin  dürüstləşdirilməsi,  istifadənin  yaxşılaşdırılması, 
mühafizəsi  və  münbitliyinin  yüksəldilməsi  üzrə  kompleks  tədbirlərin 
həyata keçirilməsi mühüm problem kimi qalır. Torpaqdan düzgün istifadə 
edilməsində  lazımi  aqromeliorativ  tədbirlər  həyata  keçirilmədikdə  onun 
strukturu  pozulur,  münbitliyi  azalır  və  çox  vaxt  kənd  təsərrüfatı 
istifadəsindən çıxır. 
Geniş əraziyə malik olan Aran iqtisadi rayonunun ərazisində müxtəlif 
torpaqlar yayılmışdır. Bu özünü düzənlik zonaları üzrə daha aydın gösterir. 
Şirvan düzündə torpaq örtüyü boz-qonur torpaqlardan ibarətdir. Əsasən isti 
iqlimdn  təsiri  altında  boş  sahələrdə  əmələ  gəldiyindən  nisbətən  qida 
maddələri ilə az təmin olunub, ən çox pambıqçılıq, üzümçülük və taxılçılıq 
istiqamətində  istifadə  edilir.  Ərazidə  istehsalın  artırılması  torpaqlardan, 
texnikadan  düzgün  istifadə  edilməsindən,  suvarmanın  düzgün  təşkili, 
şoranlaşmasına,  eroziyasına  qarşı  tədbirlərin  həyata  keçirilməsindən  çox 
asılıdır.  Rayonda  bu  və  ya  digər  dərəcədə  şoranlaşmaya  məruz  qalan 
torpaqların 44,8 min hektarı Şirvan düzünün payına düşür. 
Şirvan düzünün torpaqlarında ekoloji gərginlik yaradan əsas səbəblər 
yeraltı  suların  torpaqların  səthinə  yaxınlaşması,  uzun  müddətli  suvarma 
şəraitində  buxarlanmanm  güclü  getməsi  olmuşdur.  Burada  şoranlaşmış 
torpaqlann  saflaşdırılması,  təbii  məhsuldarlığının  bərpa  edilməsi  müasir 
dövrdə  əkinçiliyin  inkişafında  çox  mühüm  əhəmiyyətə  malikdir. 
Torpaqların  şoranlaşmasına,  eroziyasına  qarşı  müntəzəm  tədbirlər 
görülməlidir.  Bunun  üçün  ərazidə  bitkilərin  tələbatından  və  torpaqlann 
xüsusiyyətlərindən asılı olaraq suvarmanın təkmilləşdirilməsi, torpaqlann 
meliorasiyasının  genişləndirilməsi,  şoran  torpaqların  yuyulması  çox 
mühüm iqtisadi-eko 
315 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə