Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə100/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   96   97   98   99   100   101   102   103   ...   119

nunda məhsuldar qüvvələrin gələcək inkişafı bütöv bir sıra iqtisadi-ekoloji 
problemlərlə  əlaqədardır.  Onlardan  yanacaq  və  mineral-xammal 
resurslarından  kompleks  istifadənin  zəruriliyi,  su  mənbələrinin 
çirklənmədən  mühafizəsi,  rayonun  sənaye  qovşaqlarının  hava  hövzəsinin 
qorunması,  landşaft  strukturlarına  texnogen  təsirin  tənzimlənməsidir. 
Əlbəttə  bu  iri  iqtisadi  rayonun  hər  bir  hissəsində  onlar  özünün  spesifik 
xarakterinə, 
birinci 
növbədə 
ərazinin 
təsərrüfat 
cəhətdən 
mənimsənilməsinin zonal xüsusiyyətlərinə malikdir. 
İqtisadi  rayonun  ərazisi  demək  olar  ki,  düzənliklərdən  ibarətdir. 
Ərazidə yalnız tək-tək alçaq təpələrə, çalarlara və axmazlara təsadüf edilir. 
Kür-Araz  ovalığında  yerləşən  Aran  iqtisadi  rayonunun  ərazisinin  müasir 
relyefinin  formalaşmasında  kaynozoy  erasında  baş  verən  tektonik 
hərəkətlər  mühüm  rol  oynamışdu-.  Kür-Araz  ovalığı  əvvəllər  Xəzər 
dənizinin  körfəzi  idi.  Dəniz  çəkildikcə,  çaylann  gətirdiyi  çöküntülərlə 
körfəz tədricən doldurulmuş və müasir hamar düzənlik şəklini almışdır. 
Ovalığın geniş ərazisində akkumulyativ denudasiya yaylaları üstünlük 
təşkil edir. Həmçinin bu ovalıq bir sıra müxtəlif formalı yüksəkliyə malik 
oroqrafık  vahidliklərə  malikdir.  Onun  şimal,  şimal-şərq  hissəsində 
Mişovdağ,  Qalmas,  Gürovdağ,  Kəlaməddin  və  s.  yüksəklirlər  vardır.  Bu 
yüksəkliklərin  mütləq  hündürlükləri  200-350  metrdir.  Düzənliyin  dəniz 
sahilinə yaxın olan cənub-şərq hissəsində relyefi kəskin surətdə dəyişdirən 
Ağzıbir və Hamamdağ palçıq vulkanları mövcuddur. 
Aran  iqtisadi  rayonunun  cənub,  cənub-şərq  hissəsinin  oroqrafık 
quruluşu  burada  geniş  yayılmış  müxtəlif  göllər  və  çalalarla 
mürəkkəbləşmişdir. Bunlardan Ağçala, Mahmudçala və s. göstərmək olar. 
Bundan başqa düzənliyin landşaftı nisbətən kiçik, lakin dərin şoranlıqlar və 
gölməçələrlə ciddi surətdə pozulmuşdur. Belə şoranlıqlara və gölməçələrə 
Babazənən  dağı  ətrafında,  Qarabağlı  sahəsində,  Neftçala,  Xıllı  və  s. 
sahələrdə,  Gürovdağm  şərqində,  Xıdırlı-  Bəndovan  sahəsində  daha  çox 
təsadüf edilir. 
Aran iqtisadi rayonunun relyefini düzənliklər təşkil etdiyindən burada 
əhalinin rahat məskunlaşmasına, istehsalın səmərəli yerləş 
307 


məsinə və nəqliyyat yollarının inkişaf etdirilməsinə müsbət təsir göstərir. 
Lakin  ərazidə  cəmləşən  şoranlıqlar,  axmazlar,  çalalar  insanın  təsərrüfat 
fəaliyyəti  nəticəsində  əlverişsiz  ekoloji  mühitin  yaranmasına  səbəb 
olmuşdur.  Müasir  dövrdə  bu  təbii  pozuntuların  bərpa  edilməsi  və 
çirklənmədən qorunması mühüm iqtisadi-ekoloji əhəmiyyətə malikdir. 
Aran  iqtisadi  rayonu  zəngin  neft-qaz  ehtiyatlarına  malikdir. 
Geokimyəvi tədqiqatlar buranın neftlilik-qazhlıq cəhətdən əlverişli şəraitə 
malik  olduğunu  göstərir.  Burada  istismar  edilən  yataqlardan  Kürovdağ, 
Qarabağlı, Neftçala, Kürsəngə, Pirsəhhət, Mişovdağ, Qalmaz, Muradxanlı, 
Mollakənd və s. kimi göstərmək olar. Rayonda digər faydalı qazıntılardan 
Neftçalada,  Xıllıda  yodlu-bromlu  su  ehtiyatları  mühüm  sənaye 
əhəmiyyətinə malikdir. 
Rayonun  ərazisində  çöküntü  süxurlarının  geniş  yayılması,  burada 
tikinti  xammalının  çox  böyük  ehtiyatlannm  olmasına  səbəb  olmuşdur. 
Şirvan,  Sabirabad,  Zərdab,  Ağdaş  və  Neftçala  ərazisində  kərpic-kirəinit 
gili, Atbulaqda mişar daşı, Mişovdağ və Atbulaqda olan kirəc ehtiyatları, 
Şirvan  şəhəri  ətrafında  əhəng  daşı.  Mingəçevirdə  çınqıl  və  gil, 
Bəhramtəpədə  iri  qum-çınqıl  ehtiyatları  və  s.  çox  böyük  xalq  təsərrüfatı 
əhəmiyyətinə malikdir. 
Kürdəmir  rayonunun  Mollakənd,  Sor-sor  və  Carlı  kəndləri 
yaxınlığında  yüksək  temperaturlu  termal  sujoın  böyük  ehtiyatı 
cəmlənmişdir.  Müəyyən  edilmişdi  ki,  Carlı  kəndi  yaxınlığında  qazılmış 
termal  su  quyusu  10  mln.  m^-dən  çox  suvermə  qabiliyyətinə  malikdir. 
Suyun  temperaturu  75-85°C  -yə  çatır.  İmişli  rayonunun  ərazisində 
kəşfiyyat  axtanşı  quyulanndan  istiliyi  90°C-yə  çatan,  tərkibi  mineral 
duzlarla  zəngin  yeraltı  termal  sulardan  həm  müalicə  üçün,  həm  də  şəhər 
təsərrüfatında,  məişətdə  və  sairdə  geniş  istifadə  edilə  bilər.  Xüsusilə  bu 
termal  suların  tərkibində  olan  mineral  maddələr  kimya  sənayesi  üçün 
mühüm xammal ehtiyatıdır. Bunların əsasmda müvafiq sənaye sahələrini 
inkişaf etdirmək olar. 
Salyan  yaxınlığında  olan  xlorid  tərkibli  soyuq  mineral  bulaqlar 
hidrogen-sulfıd  və  karbohidrogen  qazları  ilə  zəngindir.  Mütəxəssislər 
tərəfindən suvarma üçün bu sulfıdli sudan istifadənin imkan- 
308 


lannın öyrənilməsini məsləhət bilirik. Həmçinin bu mineral suların hasilatı 
və  onların  ola  biləcək  çirklənmədən  mühafizəsi  üzrə  məsələlər  də  ətraflı 
tədqiq edilməlidir. 
Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı üçün böyük imkanlara 
malik mineral-xammal resurslarından səmərəli istifadə edilməsi və onların 
mühafizəsi,  burada  iqtisadi-ekoloji  tarazlığın  saxlanmasında  mühüm  rol 
oynayır.  Lakin  əldə  edilən  məlumatların  təhlili  göstərir  ki,  hələ  yaxın 
keçmişdə  rayonun  bəzi  hissələrinin  ətraf  mühiti,  insanlar  tərəfindən 
müəyyən təsirə məruz qalmışdır. Məsələn rayonda neft-qaz hasilatı ilə 100 
hektara yaxın torpaq korlanmışdır, tikinti materialları hasilatı rayonlarında 
istismar  edilən  yataqların  ətrafında  bərbad  mühitin  yaranmasına  səbəb 
olmuşdur. Lakin onu da qeyd etmək lazımdır ki, yaxın gələcəkdə ərazinin 
mənimsənilməsi  tempi  və  məskunlaşması  artacaqdır.  Təbii  mühitə  güclü 
təsir göstərə bilən sənaye müəssisələri meydana gələcəkdir. 
Tədqiq  edilən  rayonda  su  təsərrüfatı  problemlərinin  həlli  təbiətlə 
cəmiyyətin  qarşılıqlı  təsiri  sistemində  çox  böyük  əhəmiyyətə  mıEİikdir. 
Müasir  dövrdə  rayon  üçün  su  ehtiyatlarından  səmərəli  istifadənin  əsas 
istiqaməti  əkinçiliyin,  quraqlıq  sahələrinin  suvarılmasının,  əhalinin  su 
təminatının,  elektrik  enerjisinin  istehsalı  və  balıqçılıq  kimi  mühüm 
sahələrin daha geniş inkişafına yönəldilməlidir. 
Rayonda çay şəbəkəsi Kürdən və onun qolları olan Tərtərçay, İnciçay, 
Aqquşa,  Araz  çayı  və  s.  xırda  çaylardan  ibarətdir.  Yer  səthinə  yaxın 
yerləşən  yeraltı  sular  rayonun  su  ehtiyatını  tamamlayır.  Şirvan  düzünün 
ərazisindən  axan  Göyçay,  Girdimançay  və  Ağsu  çaylarının  suları 
suvarmaya  sərf  olunduğundan  Kür  çayına  çatmır.  Yayda  bu  çaylarda  su 
kəskin  surətdə  azaldığından  kənd  təsərrüfatı  bitkilərinin  suvarmaya  olan 
tələbatını ödəmir. Burada kənd təsərrüfatı bitkilərinin, əhalinin suya olan 
tələbatı,  bir  sıra  başqa  sahələrin  su  təminatı  süni  suvarma  sistemləri 
hesabına  ödənilir.  Yuxarı  Qarabağ,  Yuxarı  Şirvan  kanalları,  Əzizbəyov 
adma  kanal.  Baş  Muğan  kanalı  və  s.  rayonun  əsas  suvarma  mənbəyidir. 
Hesablamalar göstərir ki, rayonda buxarlanan suyun illik həcmi rayondan 
axan 
309 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə