hündürlükdən Qarabağ düzənliyinə maili qısa məsafədə sürətlə axaraq
güclü su enerjisi ehtiyatına malik olur. İqtisadi rayonun ərazisindən keçən
çayın bəziləri üzərində bəndlər, su anbarları, suvarma kanallan yaradılmış
və su-elektrik stansiyaları qurulmuşdur. Araz çayının Xudafərin körpüsü
erazisində İranla birlikdə su-elektrik stansiyasının inşasına başlanmışdır.
Əlavə olaraq qeyd etmək istərdik ki, rayonun işğal altında olan
ərazilərindən axıb keçən çayların erməni işğalçıları tərəfindən
çirkləndirilməsi. Sərsəng su anbarından axıb gələn suyun qarşısını kəsirlər,
nəticədə Qarabağ düzənliyində yerləşən təsərrüfatlara və yerli əhaliyə xeyli
ziyan dəyir və ekoloji tarazlıq pozulur.
Bununla əlaqədar iqtisadi rayonda su mənbələrindən səmərəli istifadə
etmək, onların çirkləndirilməsinin qarşısını almaq üçün bütün tədbirləri
nəzarət altında saxlamaq məqsədilə beynəlxalq daimi komissiyanın
yaradılması ffiəqsədəuyğundur.
Yuxarı Qarabağ iqtisadi rayonunda yeraltı su ehtiyatlan, xüsusilə
böyük müalicə əhəmiyyəti olan mineral su ehtiyatları ilə zəngindir. Şuşa
rayonu ərazisində yerləşən Şirlan və Turşsu mineral bulaqlan çox böyük
müalicəvi əhəmiyyətə malikdir. Şirin sulu yeraltı sular Tərtər, Füzuli, Şuşa
və Cəbrayıl inzibati rayonlarının ərazisində geniş yayılmışdır. Yeraltı
sulardan suvarmada istifadə edilir. Onlann mühafizəsinin mühüm ekoloji
əhəmiyyəti vardır.
Yuxarı Qarabağ iqtisadi rayonunun torpaq örtüyü müxtəlifdir. Torpaq
örtüyündə dağ-çəmən (7,3%), dağ-meşə (20%), qəhvəyi (37,6%), qara
torpaqlar (8,7%), şabalıdı (26,7%) torpaqlar yayılmışdır. Ekoloji cəhətdən
ərazinin mənimsənilməsində meyllilik dərəcəsi mühüm göstəricidir: 0-6°
(25%), 10-15° (16,5%) və 15°-dən çox 11,6 %-dir. Rayonun dağlıq və
dağətəyi rayonlarında kənd təsərrüfatına yararlı torpaqların 63-70%-i su,
külək eroziyasına, geoloji eroziyaya məruz qalmışdır. Belə ərazilər yay
otlaqları, meşələr olan sahələrdə geniş yayılmışdır. Rayonda torpaq
eroziyasına qarşı təsirli tədbirlərin görülməsi mühüm iqtisadi-ekoloji
problemlərdəndir.
Ərazinin iqlim-torpaq potensialları çox yüksəkdir.
Burada üzüm-
296
-çülüyün, pambıqçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün
təbii-iqtisadi imkanlar genişdir. Yuxarı Qarabağ iqtisadi rayonunda kənd
təsərrüfatına yararlı torpaqlann iqtisadi-ekoloji problemləri onların
mineral
gübrələr və kimyəvi maddələrlə çirkləndirilməsi- dir. Bəzən bunlardan
normadan artıq istifadə edilən sahələrdə torpağın və yeraltı suların
keyfiyyətinin pisləşməsinə səbəb olur. Hal-hazırda rayonun torpaqlarına
çox mənfi təsir göstərən erməni işğalıdır. Müharibə zonalarında dağıdıcı
silahlardan və ağır texnikadan çox istifadə edilən ərazilərdə nazik torpaq
qatı, eroziyaya meylli dağ yamadan çox böyük təsirə məruz qalır. Rayonun
dağlıq ərazilərinin ekologiyasına dəyən zərərin həcmini artırır. Müharibə
zonalarında apanlan hərbi əməliyyatların dağıdıcı iqtisadi-ekoloji
fəlakətlərinin mənfi təsiri qonşu rayonlara keçir. Son vaxtlar müxtəlif
gəmiricilərin, ziyanvericilərin işğal olunmuş ərazilərdən yaxınlıqda
becərilən tarlalara keçib gəlməsi barədə tez-tez televiziyada və mətbuatda
xəbərlər yayılır. Həmçinin cəbhə zonasında ermənilər bilərəkdən yanğınlar
törədir və bu yanğınlar düzənlikdəki kəndlərin ərazilərinə doğru yayılır.
Nəticədə yerli əhaliyə və Qarabağın bütün ekosisteminə böyük ziyan dəyir.
Qeyd edildiyi kimi Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadi ekoloji
problemlərin mənbəyi burada baş verən erməni işğalçılarının törətdiyi
müharibədir. Burada aparılan intensiv atışmalar rayonun həm torpaq, həm
də meşə örtüyünə ziyan vurur. Ərazinin 85%-i meşələrlə örtülüdür. Meşələr
əsasən Qarabağ silsiləsinin şimal-qərb yamaclarında 800-1500 metr, bəzi
yerlərdə isə 2000 metrə qədər yüksəkliklərdə yayılmışdır. Tərtərçay,
İnciçay və Torağay hövzələrində də meşə massivləri vardır. İqtisadi
rayonun meşə fondunun ümumi sahəsi 150 min hektara yaxındır. 20 ildən
bəri işğal altında olan sənaye əhəmiyyətli çoxillik və nadir ağacları kəsərək
mebel və oduncaq materialları kimi xarici bazara satışa çıxarırlar. Meşə
ehtiyatlarının intensiv qırılması, sürüşmə hadisələrinin baş verməsini,
çayların suyunun azalmasını və s. sürətləndirir.
Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisində fəaliyyət göstərən hərbi
əməliyyatlar ərazinin ümumi rekreasiya ehtiyatlarının istifa
297