Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə93/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   89   90   91   92   93   94   95   96   ...   119

etdirilməsi  ilə  əlaqədar  burada  rayonun,  eləcə  də  ölkənin  iqtisadiyyatına 
böyük gəlir verə bilən kurort-turizm sənayesinin inkişaf etdirilməsinin çox 
böyük əhəmiyyəti vardır. 
Gəncə şəhəri yaxınlığında, Kiçik Qafqaz dağlanmn şimal ətəklərində 
sıx  meşələrlə  əhatə  olunmuş  Hacıkənd  dağ-iqlim  kurort  və  müalicə 
kompleksinin  yaradılması  əhalinin  dincəlməsi  üçün  çox  əhəmiyyətlidir. 
Müasir  dövrdə  Gəncə  şəhəri  və  eləcə  də  ölkə  əhalisinin  asudə  vaxtlarını 
istirahət  yerlərində  keçirmə  tələbatı  artır.  Bunu  nəzərə  alaraq  ərazinin 
imkanlanndan səmərəli istifadə edilməsi çox mühüm məsələdir. 
Gəncə-Qazax  iqtisadi  rayonunun  rekreasiya  potensialının  böyük 
olmasına  baxmayaraq  bu  təsərrüfat  sahəsi  zəif  inkişaf  etmişdir.  Aparılan 
tədqiqatlardan  əldə  edilən  materialların  təhlili  göstərir  ki,  rayonun 
ərazisində  insanların  aktiv  istehsalat  fəalyyəti  nəticəsində  rekreasiya 
ehtiyatlarına-mineral  bulaqlara,  meşə  ehtiyatlarına,  təmiz  havasına  və  s. 
hətta bütöv təbii komplekslərə çox böyük ziyan dəymişdir, nəticədə gərgin 
iqtisadi  -  ekoloji  vəziyyət  yaranmışdır.  Buna  səbəb  rayonun  sənaye 
qovşaqları, digər sənaye mər- kəzələri və kənd təsərrüfatı sahələridir. 
Yuxarıda qeyd edildi ki, ölkənin sosial-iqtisadi potensialına görə, Bakı 
və Sumqayıtdan sonra ikinci sənaye qovşağı olan Gəncə-Daşkəsəndə dəmir 
filizi  və  alunitin  kompleks  emalı,  digər  müxtəlif  istehsal  sahələri, 
Gədəbəydə  qızıl  hasilatı  mədəni  və  s.  müəssisələr  rayonun  rekreasiya 
mənbələrinə-meşə örtüyünə, atmosferə, su ehtiyatlarına mənfi təsir göstərir. 
Kənd təsərrüfatının bitkiçilik sahələrinə (üzümçülük, kartof əkilən sahələrə, 
istixanalarda  becərilən  bitkilərə)  verilən  mineral  gübrələr  və  kimyəvi 
dərmanlardan həddən artıq istifadə edildikdə, intensiv suvarma nəticəsində 
ətrafdakı su hövzələri, mineral bulaqlar, yeraltı sular kimyəvi maddələrlə 
zəhərlənir, yerli əhalinin və bura istirahət üçün gələnlərin sağlamlığı üçün 
ciddi təhlükə yaranır. 
Bütün  bunları  nəzərə  alaraq,  təbii  ehtiyatlardan  istifadə  edilməsində, 
havanın, meşənin korlanmasının qarşısının alınması üçün optimal variantlar 
seçilərək kompleks tədbirlər işlənməli və tədbirlə 
286 


rin işləmə mexanizmləri beynəlxalq qanunlar əsasında idarə edilməlidir. 
Zəngin  təbii  potensiala  malik  olan  Naxçıvan  iqtisadi  rayonunda 
məhsuldar qüvvələrin daha yüksək səviyyədə inkişafı üçün imkanlar xeyli 
yüksəkdir.  Naxçıvan  iqtisadi  rayonunda  məhsuldar  qüvvələrin  gələcəkdə 
inkişafı  bir  sıra  iqtisadi-ekoloj  problemlərlə  sıx  əlaqədardır: 
-mineral-xammal  resurslanndan  kompleks  istifadənin  zəruriliyi;  -torpaq 
ehtiyatlarının  və  su  mənbələrinin  çirklənmədən  mühafizəsi;  sənaye 
qovşaqlarında hava hövzəsinin mühafizəsi; landşaft strukturlanna texnogen 
təsirin tənzimlənməsi. Düzdür bu iqtisadi-ekoloji problemlər rayonun hər 
bir  hissəsində  özünün  spesifik  xarakterinə  malikdir.  Birinci  növbədə 
ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsinin  miqyası  zona 
xüsusiyyətləri ilə əlaqədardır. 
Naxçıvan  iqtisadi  rayonu  dağlıq  ərazidə  yerləşir.  Onun  ərazisinin 
50%-i  dəniz  səviyyəsindən  1000-2000  metr,  20%-i  2000-3000  metr 
hündürlüklərdən və 30%-i düzənliklərdən ibarətdir. Rayon müxtəlif faydalı 
qazıntı  ehtiyatları  ilə  zəngindir.  Burada  polimetal,  sink,  qurğuşun,  mis, 
molibden,  daş  duz,  dolomit,  tikinti  materialları,  müalicə  əhəmiyyətli 
mineral sular və s. mühüm xammal mənbələri yerləşir. Bu mineral xammal 
ehtiyatları əsasında yaranan ərazi istehsal kompleksləri istehsal sahələrinə, 
ətraf  mühitə  nəzərə  çarpa-  caq  dərəcədə  təsir  göstərir.  Ərazi-istehsal 
komplekslərinin  və  dağ-mədən  sənayesi,  onların  emalı,  kimya, 
metallurgiya,  tikinti  materialları  istehsalı  müəssisələrinin  əhaliyə,  ətraf 
mühitə  olan  təsiri  birinci  növbədə  bunların  yerləşməsindən,  xammalın 
emalı  prosesində  tətbiq  edilən  texnika  və  texnoloji  proseslərdən  asılıdır. 
İkinci təsirin göstəricilərini hesablamaq mümkün olmur. Ona görə də həmin 
təsiri yalnız sosial-iqtisadi cəhətdən nəzərə almaq lazımdır. 
Tədqiq  edilən  rayonun  iqtisadi-coğrafi  şəraiti,  burada  ərazi-istehsal 
komplekslərinin  fonnalaşmasına  və  inkişafına  təsir  edən  ən  əsas  amildir. 
Həmçinin  buraya  əhalinin  məskunlaşması,  əmək  ehtiyatları,  nəqliyyat, 
istehsal və sosial infrastmktur əlaqələri, su, enerji, tikinti-meşə ehtiyatları 
və s. daxildir. Təbii sərvətlərdən is 
287 


tifadə  edilməsi  əsasında  formalaşan  sənaye  komplekslərinin  inkişafı  və 
planlaşdırılmasmda yuxarıda qeyd edilən amillərin nəzərə alınması mühüm 
şərtdir. 
Ölkə  ərazisində  olan  molibden  və  dolomit  ehtiyatlannm  çox  hissəsi, 
mineral  su  ehtiyatının  60%-i,  duz  istehsalının  çox  hissəsi,  üzlük  daş 
ehtiyatının 50%-i Naxçıvan iqtisadi rayonunun payına düşür [22]. Rayonun 
sənayesinin ümumi inkişafında ənənəvi sahələr olan Paraqaçay molibden 
və Gümüşlü qurğuşun mədənləri müasir dövrdə də ölkənin müvafiq sənaye 
sahələrinin yeganə müəssisələri kimi öz əhəmiyyətini saxlayır. Qeyd etmək 
lazımdır  ki,  rayonun  dağ-mədən  sənayesi  yalnız  filizin  hasilatı  ilə 
məhdudlaşmır,  hazırda  onlann  sonrakı  emalı  üzrə  də  istehsal  sahələrinin 
yaradılmasının çox böyük sosial-iqtisadi əhəmiyyəti vardır. 
Tədqiqatlar  göstərir  ki,  bu  mədənlərdə  hasilat  zamanı  çoxlu  itki  baş 
verir.  Bunun  da  başlıca  səbəbi  müasir  istehsal  fondlannın,  mütərəqqi 
texnika və texnologiyanın zəif tətbiqidir. Onu da əlavə etmək istərdik ki, 
mineral xammal ehtiyatlarının olması heç də istehsalın mütərəqqi texnika 
və  texnologiya  ilə  inkişaf  etməsi  üçün  bəs  etmir,  əsas  məsələ  həmin 
xammal  ehtiyatlarından  hansı  sənaye  sahələrinin  yaradılmasında  necə 
istifadə edilməsidir. 
Dağ-mədən sənaye müəssisələrində, yuxanda qeyd edilən xammalların 
ilkin  və  təkrar  xammalının  emalında  istehsal  prosesinin  son  məhsul 
alınmasına çatdırılması, Naxçıvan iqtisadi rayonunda müasir ərazi-istehsal 
komplekslərinin mütərəqqi formalanm və bununla yanaşı bir sıra təsərrüfat 
sahələrinin yaradılmasını təmin edər. 
İqtisadi  rayonun  özünəməxsus  problemlərindən  biri  də  mineral- 
xammal  ehtiyatlarının  mənimsənilməsinə  relyefin  təsiridir.  Mürəkkəb 
dağlıq  relyef  burada  olan  mis,  molibden,  polimetal  yataqlarının 
mənimsənilməsinə mənfi təsir göstərir. 1000-2000 hündürlükdə orta dağlıq 
zonada güclü parçalanmış dərin vadilər yerləşir. Bu zonada çay vadilərinin 
terraslarmın,  dağlararası  çökəkliklərin,  səthi  düzənləşmiş  çay  vadilərinin 
teiTaslaşmış sahələri və dağlararası dərələr geniş yayılmışdır. Bu ərazidə 
əhali çoxdur və təsərrüfatın inkişafı üçün bir sıra əlverişli şəraitə malikdir. 
288 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə