Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə90/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   86   87   88   89   90   91   92   93   ...   119

iqtisadi-ekoloji problemlərinin həllində mühüm rol oynayan məsələdir. 
Aparılan  araşdırmalar  göstərir  ki,  Gəncə-Qazax  iqtisadi  rayonunda 
mineral-xammal  ehtiyatlarının  cəmlənməsi  Gəncədə,  Daşkəsəndə  ağır 
sənaye  komplekslərinin  yaranmasına  şərait  yaratmışdır.  Ətraf  mühitin 
mühafizəsi məqsədilə sənaye müəssisələri ilə mineral xammal ehtiyatları 
və  tərkibində  faydalı  elementlərlə  zəngin  olan  təkrar  xammal  və 
tullantılardan səmərəli istifadə etmək lazımdır. ETT-nin müasir şəraitində 
təkrar  xammal  və  tullantılar,  müəssisələrin  mühüm  xammal  mənbəyini 
təşkil edir. 
Gəncə-Qazax  iqtisadi  rayonunda  mineral  xammal  ehtiyatlarından 
məqsədəuyğun  istifadə  öz  növbəsində  əmək  ehtiyatlarından  səmərəli 
istifadə  etməklə  qeyri-neft  sektorunun  sürətli  inkişafının  təmin 
edilməsindən  asılıdır.  İqtisadi  rayonda  əhalinin  əsas  cəmləşdiyi  ərazi 
Gəncə-Qazax maili düzənliyidir. Həmçinin rayonun iqtisadi potensialı və 
sosial infrastrukturları burada yerləşir. 
Qeyd edilən iqtisadi rayonun təbii potensialından səmərəli, kompleks 
istifadə  edilməsinin  əsas  şərtlərindən  biri  istehsalın  sahə  və  ərazi 
strukturları  ilə  düzgün  yerləşdirilməsindən  texniki-iqtisadi,  demoqrafik 
cəhətdən  müvafiq  sahələr  arasında  iqtisadi-texnoloji  əlaqələrin  düzgün 
təşkilindən əmək, maddi və maliyyə ehtiyatla- nndan istifadə edilməsindən 
çox asılıdır. 
Araşdırmalar göstərir ki, iqtisadi rayonda ən çox əhalinin Gəncə-Qazax 
maili  düzənliyində  yerləşməsi  ilə  əlaqədar  burada  əmək  ehtiyatlarının 
artıqlığına  səbəb  olmuşdur  [29].  Ərazidə  əmək  ehti-  yatlarının 
dayanıqlığını  saxlamaq  məqsədilə  burada  yerli  faydalı  qazıntılardan 
istifadə  edilməsi  ilə  əmək  tutumlu  sənaye  sahələrinin  inkişafını  təmin 
etmək tələb olunur. Sözsüz ki, belə sənaye sahələri yaradıldıqda işçilərin 
mənzil-kommunal  xidmətinə  bir  çox  kənd  təsərrüfatı  və  yeyinti  sənaye 
məhsullanna tələbat artacaqdır. Bununla əlaqədar torpaq, su, bitki və başqa 
ehtiyatlardan istifadə artacaqdır. Nəticədə ərazidə müəyyən iqtisadi-ekoloji 
problemlərin yaranması qarşıya çıxacaqdır. 
Əldə edilən məlumatların təhlili göstərir ki, əlverişli ekoloji şə 
277 


raitə  malik  Gəncə-Qazax  maili  düzənliyində  yerli  təbii  ehtiyatlardan 
səmərəli və kompleks istifadə etməklə müasir istehsal kompleksi yaratmaq 
çox əhəmiyyətli olar. Bunun üçün mineral xammallardan kompleks istifadə 
edən əlaqəli istehsal sahələri yaratmaqla, ekoloji şəraitin təmizliyini təmin 
edən  metallurgiya-kimya  kompleksinin  yaradılması  vacibdir.  Bundan 
başqa  ekoloji  tarazlığı  saxlamaq  məqsədilə  suya,  yanacağa  qənaət  edən 
tullantısız istehsal strukturlarının ərazi təşkili çox əhəmİ3^ətlidir. 
Gəncə-Qazax  iqtisadi  rayonu  üçün  su  təsərrüfatı  problemləri  müasir 
dövrdə  çox  aktual  məsələdir.  Rayonda  məhsuldar  qüvvələrin  inkişafı  su 
ehtiyatlanndan istifadəni artırmışdır. İqtisadi rayonda çay şəbəkəsi kifayət 
qədər  yaxşı  inkişaf  etmişdir.  Rayonun  çay  şəbəkəsi  Xəzər  hövzəsinə 
daxildir. Kür çayına tökülən və onun Murovdağ və Şahdağ silsilələrindən 
başlanan  qollarından  ibarətdir.  Zəyəmçay,  Gəncəçay,  Şəmkirçay, 
Kürəkçay, Qoşqarçay, Tovuz- çay, Axmcaçay, Ağstafaçay və s. çayların 
suyundan çox istifadə edilir. Bu rayonun səth sularının illik axımı 456 mln. 
m^  təşkil  edir.  Bundan  başqa  o,  476  mln.  m^  yeraltı  su  ehtiyatlarına 
malikdir. 
Çay  sularının  çirklənmədən  mühafizəsi  bütövlükdə  Gəncə-  Qazax 
iqtisadi  rayonunda  su  təsərrüfatı  problemlərinin  həllinin  yalnız  bir 
hissəsidir.  Rayonun  Gəncə-Qazax  maili  düzənliyində  məhsuldar  şabalıdı 
və  açıq  şabalıdı  torpaqların  geniş  yayılması,  burada  kənd  təsərrüfatının 
inkişafına  böyük  imkanlar  açır.  Lakin  isti  iqlim,  rütubət  çatışmazlığı 
suvarma əkinçiliyinə səbəb olmuşdur. Gələcəkdə süni suvannanm tələbatı 
ilə  əlaqədar  su  istehlakının  həcminin  mühüm  dərəcədə  artımı  gözlənilir. 
Bunun nəticəsində suvarma əkinçiliyi əsas su istehlakçısıdır. Ərazidə axan 
çayların, həmçinin Şəmkir, Yenikənd, Ağstafaçay, Coğaz su anbarlarının 
suyundan su- vannada geniş istifadə edilir. 
Hazırda  iqtisadi  rayonda  ən  iri  su  istehlakçısı  metallurgiya  (qara  və 
əlvan),  bir  sıra  dağ-mədən  müəssisələri  və  digər  sənaye  sahələridir. 
Daşkəsən  filiz-saflaşdırma  kombinatı,  filizin  nəm  emalı  zamanı  böyük 
miqdarda  sudan  istifadə  edir.  Həmçinin  rayonda  fəali>’yət  göstərən 
istilik-elektrik stansiyaları çoxlu su işlədir. Ha- 
278 


zırda şirin suyun əsas istehlakçısı kənd təsərrüfatı olmaqla yanaşı Gəncə və 
digər  yaşayış  məntəqələrində  su  təchizatının  yaxşılaşdırılması  üzrə  xeyli 
işlər görülür. Əgər suyun əsas hissəsinin sənayedə istifadə edildiyini nəzərə 
alsaq, onda belə nəticəyə gələrik ki, gələcəkdə Gəncədə su çatışmayacaq. 
Hazırda rayonun müasir su təchizatı sistemi Gəncənin, Daşkəsənin və digər 
yaşayış  məntəqələrinin  sənaye  və  kənd  təsərrüfatı  sahələrinin  suya  artan 
tələbatını təmin etmir. Lakin burada su təchizatı sistemini genişləndirmək 
üçün böyük potensial imkanlar mövcuddur. 
Baxmayaraq ki, rayonda müəyyən istehsal sahələri üzrə su təchizatında 
müəyyən işlər görülür, xüsusilə dövriyyəli su təchizatının tətbiqi bu istehsal 
sahələrinin  bəziləri,  xüsusilə  metallurgiya  su  resurslarının  keyfiyyətcə 
tükənməsinə  şərait  yaradır.  Bu  problemin  həllinin  əsas  yolu,  suyun 
təmizlənməsinin texnologiyasının təkmilləşdirilməsi ilə əlaqədardır. 
Bununla  yanaşı  onu  da  qeyd  etmək  lazımdır  ki,  dağ-mədən  və 
metallurgiya  sənayesinin  inkişaf  etdiyi  Gəncə-Daşkəsən  iqtisadi-  ekoloji 
rayonunda atmosferin mühafizəsi olduqca aktual problemdir. Buna görə də 
itkilərin  və  tullantıların  hərtərəfli  azaldılması  məqsədilə  gələcəkdə 
texnoloji  proseslərin  təkmilləşdirilməsi  üzrə  tədbirlər  qəbul  edilib. 
Məsələn,  Gəncə  alüminium  zavodunun  alunit  xammalından  səmərəli 
istifadə edilməsi üzrə böyük işlər görülür. Burada atmosferə tullantı kimi 
atılan bir çox kimyəvi birləşmələrdən istifadə edərək bir sıra istehsallar hələ 
sovet dövründə yaradılmışdır. Hazırda alüminium zavodunda yenidən bir 
çox istehsalların yaradılması üzrə işlər görülür. Bütün bunlar atmosferin, 
həmçinin  torpaq  və  su  hövzələrinin  çirklənməsini  azaldar  və  ləğv 
edilməsinə şərait yaradar. 
Qeyd edildiyi kimi su resurslarının, o cümlədən, yeraltı su resurslarının 
rayonun ərazisi üzrə qeyri-bərabər paylanması bir sıra şəhərlərin və digər 
yaşayış məntəqələrinin su təchizatında müəyyən çətinliklər yaradır və su 
tutumlu  istehsalın  inkişafını  ləngidir.  Bununla  əlaqədar  rayonun  su 
təchizatında kanallar (Ağstafa kanalı) və su kəmərləri (Ağsu, Gəncə və s.) 
böyük köməklik göstərir. Ha 
279 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə