Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə88/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   84   85   86   87   88   89   90   91   ...   119

liyyat  sistemləri,  suvarma  kanalları  və  s.  səbəb  olmuşdur.  İkincisi, 
dağ-mədən, emal sənayesinin, kənd təsəiTÜfatı müəssisələrinin, şəhər və 
kommunal  təsərrüfatlarının  tullantıları  ilə  torpaqlann  korlanmasıdır. 
Üçüncüsü  regionda  torpaqlann  təbii  yollarla  korlanmasıdır.  Yəni 
torpaqlann külək, su eroziyası, sellər, daşqınlar, sürüşmələr, şoranlaşma və 
s.  üzündən  sıradan  çıxmasıdır.  Həmçinin  Kiçik  Qafqazın  subalp  və  alp 
çəmənliklərində  və  digər  ərazilərində  otlaqlardan  uzun  müddət  istifadə 
edilməsi nəticəsində geniş ərazidə yararlı torpaqlar korlanır. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  regionda  korlanmış  torpaqların 
rekultivasiyası,  eroziya  proseslərinə  qarşı  aparılan  tədbirlər  aşağı 
səviyyədədir. Azərbaycanın digər dağlıq ərazilərindən fərqli olaraq Kiçik 
Qafqaz regionu daha çox mənimsənilmişdir. Buna görə də burada torpaq 
eroziyası,  dağ  və  dağətəyi zonalarda torpaq  sürüşmələrinə  qarşı  tədbirlər 
görmək,  dağ  və  dağətəyi  zonalarda  terraslar  yaratmaq,  yamacların 
ekspozisiyasına  uyğun  torpaqları  düzgün  becərmək,  suvarmanın  düzgün 
aparılmasına nail olmaq lazmdır. 
Tədqiq  edilən  regionun  qarşısında  duran  əsas  iqtisadi-ekoloji 
problemlərdən  biri  də  meşə  fondunun  kompleks  istifadə  edilməsi  və 
mühafizəsidir.  Kiçik  Qafqaz  regionunun  təbii  bitki  örtüyü  olduqca 
zəngindir. Ərazidə Eldar şamı, Qarabağ dağ laləsi nadir bitki növlərindən 
sayılır. 
Meşə  təsərrüfatı  regionunun  iqtisadiyyatında  əhəmiyyətli  sahələrdən 
biridir.  Burada  ən  çox  dağ  meşələridir,  əsasən  Kiçik  Qafqaz  dağlarının 
yamaclarında  yerləşir.  Meşələr  içərisində  əsasən  enli-  yarpaqlı  meşələr 
üstünlük  təşkil  edir.  Meşə  ehtiyatı  ən  çox  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətində və Gədəbəy rayonundadır, hər hektara orta hesabla 150-160 m^ 
düşür. Regionun meşələri üçün fıstıq, cökə, palıd ağacları xarakterikdir. 
Kiçik  Qafqaz  regionunun  meşələri  əsasən  torpaqqomyucu,  su- 
qoruyucu əhəmiyyətə malikdir. Regionun 260 mdn hektardan artıq meşəsi 
erməni işğalı altındadır. Ağdərə və Xankəndi rayonlarında hündür gövdəli 
palıd meşələri, Kəlbəcərdə adı “Qırmızı kitab”a düşən ayı fındığı mebel və 
parket üçün əvəzedilməz ehtiyatlardır 
271 


ki, bunlar da erməni işğalçılarının əlindədir. 
Ərazidə meşə ehtiyatları, regionun iqtisadi rayonlarının sosial- iqtisadi 
inkişafında  mühüm  rol  oynayacaqdır.  Burada  olan  kefıyyətli  oduncaq 
qiymətli məhsullar istehsal etmək üçün istifadə edilə bilər. Bu da gələcəkdə 
yeni iş yerlərinin yaradılmasına və əhalinin başqa rayonlara miqrasiyasının 
qarşısının  alınmasına  imkan  yaradacaqdır.  Aparılan  müşahidələr  göstərir 
ki,  hazırda  regionun  bəzi  rayonlarında  meşə  resurslarından  qanunsuz 
istifadə  edilməsi  nəticəsində  ekoloji  problemlər  yaranmışdır.  Bununla 
əlaqədar regionun ərazisində meşələrin qorunması və bərpa edilməsi xüsusi 
diqqət tələb edir. Məhz buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən  respublikada  “Meşələrin  bərpa  edilməsi  və  artmlmasma  dair 
Milli Proqram” hazırlanmışdır. 
Tədqiq edilən regionun mühüm təbii sərvətlərindən biri də rekreasiya 
ehtiyatlarıdır.  Kiçik  Qafqaz  özünün  dünyanı  heyrətə  gətirən  nadir  təbiət 
abidələrinə,  balneoloji  əhəmiyyətli  mineral  sulara,  müalicəvi  Naftalan 
neftinə,  tarixi-mədəni  abidələrə,  müxtəlif  turizm  marşrutlarına,  istirahət 
yerlərinə,  göllərə,  sərin  bulaqlara,  təbiət  mənzərələrinə  və  s.  malikdir. 
Göygöl  və  onun  ətrafında  olan  gölləri  beynəlxalq  əhəmiyyətli 
turizm-istirahət  mərkəzlərinə  çevirmək  üçün  böyük  imkanlar  vardır. 
Naftalanda müalicəvi neftin dünya şöhrəti hələ keçən əsrin 30-eu illərindən 
məlumdur.  Kəlbəcərin  İstisusu,  Şuşanın  dağ  iqlimi  əhəmiyyətinə  görə 
hamını özünə valeh edir. 
Regionun  Naxçıvan  ərazisində  Vayxır  bulağı.  Batabat  gölü  olduqca 
böyük  rekreasiya  əhəmiyyətinə  malikdir.  Burada  beynəlxalq  əhəmi}^ətli 
dağ-istirahət  kompleksi  yaratmaq  çox  əlverişlidir,  çünki  buranın Türkiyə 
vasitəsilə Avropaya yaxınlığı onun əhəmiyyətini misilsiz edir. Həm də bu 
rayonda əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə imkan yaradar, 
əhalinin başqa ölkələrə axınının qarşısını alar. 
Əlavə olaraq onu da qeyd etmək istərdik ki, regionda kurort- turizm 
sənayesinin  inkişaf  etdirilməsilə  əlaqədar  ölkəyə  və  regiona  çoxlu  gəlir 
verən turistlər meşələrə, təbii landşafta, tarixi yerlərə 
272 


böyük  ziyan  vururlar.  Yəni  çayların,  göllərin,  bulaqların  ətrafı  korlanır, 
istirahət  yerləri  çirkləndirilir,  meşələrdə  yanğınlar  törədilir,  mürəkkəb 
iqtisadi-ekoloji situasiya yaranır. Fikrimizcə, kurort-turizm sənayesi inkişaf 
etdirildikcə,  təbii  mühitin  korlanmasının  qarşısının  alınması  tədbirləri 
paralel aparılmalıdır. 
Kiçik  Qafqaz  regionunun  iqtisadi-ekoloji  tədqiqi  göstərir  ki,  onun 
sosial-iqtisadi 
inkişafı 
ərazinin 
mənimsənilməsinin 
xarakterinə, 
məskunlaşmanın  formalaşmasına  təsir  göstərir.  Burada  yaradılan  sənaye 
obyektləri, 
ərazidən 
keçən 
tranzit 
yollar 
regionun 
intensiv 
məskunlaşmasına  səbəb  olacaq  və  əhalinin  ölkənin  paytaxtına  və  digər 
xarici ölkələrə axınının qarşısını alacaqdır. 
Bununla  yanaşı,  tədqiqatlar  göstərir  ki,  ərazidə  məskunlaşma 
sistemlərinin  inkişafı  və  ərazi-istehsal  komplekslərinin,  sənaye  qov- 
şaqlannın  intensiv  formalaşması  unikal  bioloji  resursların  keyfiyyətcə 
pisləşməsini,  ekosistemin  korlanmasını  və  deqradasiyaya  uğramış 
sahələrini  genişləndirə  bilər.  Buna  görə  də  regionun  ekoloji  proqramı 
ölkənin regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramına müvafiq 
qurulmalıdır. 
Kiçik  Qafqaz  regionunda  ətraf  mühitə  intensiv  təsirin  gərginliyinə 
görə,  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonu  seçilir.  Rayonda  gərgin 
iqtisadi-ekoloji problemləri yaradan mənbələri Daşkəsəndə dəmir filizinin, 
Zəylikdə  alunitin,  Xoşbulaqda  mərmərin.  Qazaxda  Daş  Salahlı  bentonit 
(gilabı)  gilinin,  Gədəbəydə  qızıl  hasilatının  mədənləri  təşkil  edir. 
Həddi-hüdudu  gözlənməyən  təsirlərin  nəticəsində  su  və  torpaq  resursları 
keyfiyyətcə  tükənmə  dərəcəsinə  çatır.  Rayonun  bəzi  yerlərində  çay 
mənbəsinin yaxınlığında meşələrin qırılması nəticəsində çayların hidroloji 
rejimi dəyişir, su ehtiyatı azalır və bəzən də çaylar quruyur. Tədqiq edilən 
ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsilə  əlaqədar  ətraf  mühitin 
mühafizəsi  rayonun  inkişafının  sosial-iqtisadi  proqramının  ən  mühüm 
aspektlərindən  biri  olmalıdır.  Çünki  rayon  Gəncə-Daşkəsən  ərazi-istehsal 
kompleksi kimi formalaşan sənaye qovşağı ətrafında olduğu üçün burada 
təbii mühitə yüksək bağlılıq müşahidə edilir. Həm də rayon ərazisinin uzun 
məsafədə işğalçı Ermənistan 
273 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə