Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə85/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   81   82   83   84   85   86   87   88   ...   119

orta nisbi rütubətliliyi və küləyin sürəti rejimlərinin aylar üzrə paylanması 
əsasında  müxtəlif  iqlim  sinfinə  uyğun  morfometrik  şərait  m.üəyyən 
edilmişdir. Bunlar arasında Qum və Xərə-Zirə adaları rayonunda 5 iqlim 
sinfi  vardır-isti,  mülayim,  komfort,  sərin  və  soyuq.  İl  ərzində  ən  az 
təkrarlanmaya soyuq iqlim növü malikdir. Qum adasında bu iqlim sinfinin 
təkrarlanması  10%,  Xərə-Zirə  adasında  isə  7,8%-dir.  Göründüyü  kimi 
dəniz  şəraiti  Xərə-Zirə  adasında  iqlimi  bir  qədər  mülayimləşdirmişdir. 
Soyuq iqlim sinfi yanvar, fevral, mart və dekabr aylarında müşahidə edilir
bu zaman Qum adasında bu iqlim sinfinin təkrarlanması 40,45, 6,15,2,9,8% 
təşkil edir. Xərə-Zirə adasında həmin iqlim bu aylarda müvafiq olaraq 46,5, 
39, 2, 13,8 və 13,3 % olur. 
Xərə-Zirə və Qum adalarında mülayim hava müvafiq olaraq 33,1 və 
34,3% təşkil edir. Hər iki adada aprel və oktyabr aylannda komfort iqlimin 
paylanması demək olar ki eynidir-79-80%, dekabrda isə 1,6-4%-dir. Sərin 
iqlim  növü  may,  iyun,  avqust  və  sentyabr  aylannda  müşahidə  edilir  və 
onların  təkrarlanması  15,7-16,2%  olur.  Belə  hava  tipi  ən  çox  sentyabr 
ayında  (61,7-62,8  %)  müşahidə  edilir.  İsti  iqlim  növünün  təkrarlanması 
15,7-19,9%-dir,  iyul  ayında  isə  lap  çox  olur  [173].  Rəqəmlərin 
müqayisəsindən  göründüyü  kimi.  Qum  və  Xərə-Zirə  adaları 
akvatoriyalarında  isti  iqlim  növünün  təkrarlanması  Bakı  və  Astaraya 
nisbətən çoxdur. Sərin iqlimin təkrarlanması isə bir-birindən az fərqlənir. 
Komfort  iqlim  nö\dinün  paylanması  isə  dəniz  məntəqələrində  Bakı  və 
Astaraya nisbətən azdır. Mülayim iqlimin paylanması bütün məntəqələrdə 
eynidir.  Soyuq  iqlimin  paylanması  isə  dəniz  və  quru  şəraitindən  asılı 
deyildir. 
Beləliklə  yuxarıda  təqdim  edilən  tədqiqatlardan  məlum  olur  ki, 
dənizdəki  adalar  yaşayış  məntəqələrinin  salınması,  kurort-rekreasiya 
kompleksinin  ərazi  təşkili  və  Beynəlxalq  turizm  sənayesinin  inkişaf 
etdirilməsi üçün çox mühüm iqtisadi-ekoloji əhəmiyyətə malikdir. 
262 


5.2.
 
Kiçik Qafqaz makrotəbii regionun iqtisadi-ekoloji 
problemləri 
Kiçik  Qafqaz  regionunda  məhsuldar  qüvvələrin  inkişafı  və 
yerləşməsinə onun ayrı-ayrı iqtisadi rayonlarında təbii sərvətlərin müxtəlif 
səviyyələrdə  mənimsənilməsi  ilə  əlaqədar  iqtisadi-ekoloji  problemlər 
özünəməxsus spesifik xarakterə malikdir. 
Ölkənin təbii resurs potensialının əsas hissəsi Kiçik Qafqazda yerləşir. 
Azərbaycanda m.etal filiz sərvətlərinin 85%-i, meşə ehti- atlarmm demək 
olar  ki,  1/3-i  Kiçik  Qafqazın  payına  düşür.  Regionun  ərazisində  çay 
şəbəkəsi kifayət qədər inkişaf etmişdir. Təsərrüfat fəaliyətinin ətraf mühitə 
gərgin təsiri bütün ərazi üzrə deyil, yalnız ayn-ayn ərazilər üzrədir. Təsirin 
intensivliyinə görə onlardan bəzilərini hətta ölkənin Bakı və Sumqayıt kimi 
sənaye  qovşaqları  ilə  müqayisə  etmək  olar.  Lakin  Bakı  və  Sumqayıtın 
sənaye  qovşaqlarından  və  ərazi  istehsal  komplekslərindən  fərqli  olaraq 
onlarda su təsərrüfatı problemi yoxdur. 
Ölkədə regionların sosial-iqtisadi inkişafı üçün qəbul edilmiş Dövlət 
Proqramının  həyata  keçirilməsində  Kiçik  Qafqaz  regionunun  məhsuldar 
qüvvələrinin  inkişafı  və  təbii  sərvətlərin  kompleks  səmərəli 
mənimsənilməsinin  böyük  əhəmiyyəti  vardır.  Regionun  ərazisində 
məhsuldar qüvvələrin yerləşməsini təkmilləşdirmək, qeyri- neft sektorunun 
inkişafını təmin etmək və artan demoqrafik potensialın yerlərdə qalmasına 
kömək etmək məqsədilə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda ən böyük 
müəssisələrdən Daşkəsən dəmir filizi əsasında işləyəcək tam silsiləli Gəncə 
polad  istehsalı  zavodunun  inşasına  başlandı,  mövcud  alüminium  zavodu 
yenidən quruldu, yeni müəssisənin tikintisinə də başlanıldı. Azərbaycanda 
ilk  dəfə  Gədəbəydə  qızıl  hasilatı  zavodu  istifadəyə  verildi.  Gəncə 
cihazqayırma  zavodunda  su  və  qaz  sayğaclanmn  istehsalına  başlandı. 
Şəmkirçaym  üzərində  su  anbarı  və  SES-in  tikintisinə  başlandı.  Qazaxda 
Bentonit emalı zavodu istifadəyə verilmişdir. 
Tədqiq  edilən  regionun  əsas  ekoloji  problemləri,  ərazinin 
mineral-xammal potensialının, hidroenerji və meşə resurslarının təsər 
263 


rüfat  cəhətdən  mənimsənilməsi  prosesində  cəmiyyət  və  ətraf  mühit 
arasında dinamik tarazlığın saxlanması ilə əlaqədardır. Əlavə olaraq qeyd 
etmək istərdik ki, bu problemlərin həllinin mürəkkəbliyinin başlıca səbəbi, 
regionun  ərazisinin  böyük  hissəsinin  erməni  işğalı  altında  olması  ilə 
əlaqədar dərinləşməsidir. 
Bir belə fikir yarana bilər ki, erməni işğalı altında olan ərazilər heç də 
insan fəaliyyətinin mənfi təsirinə məruz qala bilməz. Amma əslində belə 
deyil. Əldə olunan məlumatlara əsasən deyə bilərik ki, erməni işğalçıları 
tutduqları  ərazilərin  təbii  potensialına  çox  böyük  ziyan  vurmuşdur.  Bu 
ziyanın pulla ifadəsi milyard dollarla hesablanır. Lakin regionun işğaldan 
kənar  ərazilərində  hal-hazırda  antropogen  gərginlik  mövcud  lokal 
korlanmalara gətirmişdir. 
Kiçik  Qafqaz  regionu  respublikamızın  qərb  hissəsində  yerləşməklə 
geniş  bir  əraziyə  malikdir.  Onun  sahəsi  31,6  min  km^,  əhalisi  2  milyon 
873,3  min  nəfərdir.  Region  Kiçik  Qafqaz  və  Naxçıvan  təbii-coğrafi 
vilayətlərinin  ərazisini  əhatə  edir.  Bu  iki  təbii-coğrafi  vilayətlərin 
tədqiqatın  gedişinə  müvafiq  otaraq  bir  region  kimi  götürülməsinin  əsas 
şərti  onlann  eyni  iqtisadi-coğrafi  mövqeyə  və  oxşar  təbii-resurs 
potensialına  malik  olmasıdır.  Buna  baxmayaraq,  onun  ərazisi  daxilində 
biri-birindən iqtisadi-ekoloji şəraitinə görə fərqlənən Gəncə-Qazax, Yuxarı 
Qarabağ,  Kəlbəcər-Laçin  və  Naxçıvan  kimi  iqtisadi-coğrafi  rayonlar 
ayrılmışdır. Kiçik Qafqaz regionu, Gürcüstan, Ermənistan, Türkiyə və İran 
kimi  xarici  dövlətlərlə  həmsərhəddir.  Bununla  əlaqədar  regionun 
özünəməxsus  problemləri  vardır.  Onun  həlli  beynəlxalq  əhəmiyyətə 
malikdir və qonşu dövlətlərin birgə razılığı əsasında yerinə yetirilə bilər. 
Birinci  növbədə  qonşu  dövlətlərin  ərazisindən  regionun  ərazisinə  axıb 
gələn  çayların  çirklənmədən  mühafizəsini  gücləndirmək  üçün  birlikdə 
tədbirlər görülməlidir. Gürcüstan və Ermənistan respublikalarında sənaye 
və məişət çirkablarını təmizləmədən Kür və Araz çaylarına, onlara tökülən 
çaylara  atmasının  qarşısı  alınmalıdır.  Həmçinin  atmosferə  zəhərli 
maddələrin tullantıları maksimum azaldılmalıdır. 
Kiçik Qafqaz regionunun uzun məsafədə Ermənistanla (1007 
264 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə