Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə86/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   82   83   84   85   86   87   88   89   ...   119

km) olan sərhədləri Kiçik Qafqazın suayracı silsiləsi ilə keçir ki, bu da onun 
ərazisində  iqtisadi-ekoloji  problemlərin  yaranmasına  şərait  yaradır  və 
onlann həllini çətinləşdirir. Kiçik Qafqazın cənub- qərb hissəsinin erməni 
işğalında olması Naxçıvana gedən yolların kəsilməsinə və həmin ərazilərin 
məhsuldar  qüvvələrinin  ərazi  təşkilinə  və  yaranmış  iqtisadi-ekoloji 
problemlərin həllinə maneçilik törədir. Lakin Azərbaycandan Gürcüstana, 
ordan da qərb dövlətlərinə gedən yollar (boru kəməri, avtomobil və dəmir 
yolları), şimal- qərb hissəsinin məhsuldar qüvvələrinin inkişafına və təbii 
sərvətlərin mənimsənilməsinə əlverişli şərait yaradır. 
Kiçik  Qafqaz  regionunun  təbii  şəraiti  və  təbii  ehtiyatlarının  tədqiqi 
göstərir ki, onun coğrafi xüsusiyyətlərindən ən başlıcası burada düzənlik, 
dağ ətəyi və dağlıq sahələrin təbii resurs potensialı, əhalinin məskunlaşması 
və təsərrüfat kompeksinin inkişafı üçün geniş imkanlann olmasıdır. Həm də 
bu  imkanlar  müəyyən  ziddiyyətlər  yaradaraq  mühüm  iqtisadi-okoloji 
problemlərə səbəb olmuşdur. 
Kiçik  Qafqazın  maili  düzənliklərində,  dağ  ətəklərində  və  orta  dağlıq 
ərazilərin  əlverişli  təbii  şəraiti  əhalinin  məskunlaşmasının  ümumi 
mənzərəsini  əks  etdirir.  Zəngin  təbii  resurs  potensialı  ərazidə  müxtəlif 
təsərrüfat  komplekslərinin  ərazi  təşkilinə  stimul  yaradır.  Belə  ki, 
yüksəklikdən  aşağıya  doğra  bu  ərazilərdə  taxılçılıq,  kartofçuluq, 
üzümçülük, bağçılıq, pambıqçılıq və s. kənd təsərrüfatı bitkiləri becərilir, 
ən yüksək ərazilərdə qış otlaqları yerləşdirilir. Həmçinin ərazinin düzənlik 
və dağ ətəyi, orta dağlıq hissələrində maililik 0,5°-dən 0,3°-yə qədər olan 
əlverişli  sahələrdə  sənaye  obyektlərinin  tikintisi  və  təsərrüfat  sahələri 
arasında  nəqliyyat  yolları  ilə  əlaqədar  əraziyə  məxsus  məskunlaşma 
sistemləri formalaşmışdır. 
Lakin  əldə  olunan  məlumatların  təhlili  göstərir  ki,  hündür  dağlıq 
ərazilərdə  (500-3500  m)  qayalıqlar  geniş  yayılmışdır.  İqtisadi-ekoloji 
cəhətdən burada sənaye obyektlərinin tikintisi çətinləşir, yararlı torpaqlar 
və  əhalinin  məskunlaşma  imkanları  azdır.  Orta  dağlıq  zona  geniş  ərazi 
tutur. Lakin insanın təsərrüfat fəaliyyəti və çox vaxt torpaq sahələrindən 
düzgün istifadə edilməməsi nəticəsində 
265 


dağların  çaylara  tərəf  yamaclarında  müasir  geomorfoloji  proseslər  çox 
intensiv gedir və təsərrüfatlara böyük ziyan dəyir. 
Kiçik  Qafqaz  regionu  zəngin  təbii resurslara  malikdir.  Burada  dəmir 
filizi, alunit, mis-molibden, mis, qurğuşun, qızıl, gümüş, daş duz, bentonit 
(gilabı), müxtəlif tikinti materialları, o cümlədən, travertin, mərmər, sement 
xammalı, çoxlu müalicə əhəmiyyətli mineral su yataqları vardır. 
Məlumdur  ki,  bu  təbii  sərvətlərin  hasilatı  ərazinin  iqtisadi-ekoloji 
şəraitinə-toı-pağa, suya, atmosferə və bitki örtüyünə bÖ5dik ziyan vuımr. 
Müasir tələbata uyğun keyfiyyətli metallurgiya xammalı, kimya, tikinti və 
s.  sənaye  məhsulları  istehsal  edən  müəssisələrin  ekologiyalaşdırılması 
böyük  əhəmiyyətə  malikdir.  Sənaye  məhsullarının  alınmasından  yaranan 
tullantılardan,  xüsusilə,  filizsaflaşdırma  fabrikinin  tullantılanndan, 
ümumiyyətlə  digər  filiz  və  tikinti  materiallarından,  bentonit  (gilabı) 
gilindən  kompeks  istifadə  edilməsi  yüksək  iqtisadi-ekoloji  səmərə  verə 
bilər. 
Tədqiq  edilən  regionda  bir  sıra  relyef  formalarının  olması  buranın 
iqliminin də müxtəlifliyinə səbəb olmuşdur. Yüksək dağlıq ərazidə soyuq, 
rütubətli, aran hissədə isə isti və quru iqlim şəraiti müəyyən təbii-ekoloji 
problemlər yaradır. 
Güclü  yağıntılar,  sel  hadisələri,  daşqınlar,  sürüşmə  və  qar  uçqunları 
regionun  iqtisadiyyatının  inkişafına  böyük  ziyan  vurur.  Həm  də  burada 
yağıntının  çoxunun  yazda  və  yayın  əvvəlində  düşməsi,  bəzi  ərazilərdə 
yayda  kənd  təsərrüfatının  suya  tələbatının  artdığı  dövrdə  rütubət 
çatışmamazlığı yaranır. 
Kiçik  Qafqaz  regionunun  qarşısında  duran  əsas  iqtisadi  -  ekoloji 
problemlərdən  biri  su  ehtiatlarmm  keyfiyyətinin  tükənməsi  məsələsidir. 
Regionun su ehtiyatlarının təsərrüfat üçün əhəmiyyəti təbii mühitin digər 
komponentlərindən  fərqli  olaraq  kifayət  qədər  ətraflı  öyrənilmişdir. 
Regionda hidroqrafık şəbəkə nisbətən yaxşı inkişaf etmişdir. Bütövlükdə 
regionun təsərrüfatının inkişafında, xüsusilə sənayenin, kənd təsərrüfatının 
inkişafında  və  əhalinin  məskunlaşmasında  su  ehtiyatları  həlledici  rol 
oynayan  təbii  amildir.  50%  təminatla  su  ehtiyatlan  ildə  6309,8  mln.  m^ 
(ölkənin-19,5%-i), ondan 
266 


2973,7  mln.  m^-i  (25,9%-i)  kənd  təsərrüfatında  işlənir.  Ərazinin  su 
ehtiyatlarına çaylar, göllər, su anbarları və yeraltı sular daxildir. 
Tədqiq  edilən  regionun  çayları  Kiçik  Qafqazın  şimal-şərq  və 
cənub-şərq  yamaclanndan  axaraq  ərazidən  keçən  Kür  və  Araz  çaylarına 
tökülür.  Ərazidən  axan  çayların  bəziləri  dar  dərələrdən  axıb  keçir.  Bu 
çayların qidalanmasını başlıca olaraq yağış sulan, yeraltı sular və qismən də 
qar suları təşkil edir. Buna görə də bu çaylar yaz fəslinin ikinci yansında çox 
sulu olur və daşqınlar əmələ gətirir. Bu zaman çox böyük ekoloji problemlər 
yaranır.  Həmçinin  regionun  çaylan  mühüm  iqtisadi  əhəmiyyətə  malikdir. 
Onlar  ölkədə  su-enerji  komplekslərinin  yaradılmasında  mühüm  ehtiyat 
mənbəyidir.  Sənayedə  sututumlu  istehsal  sahələri,  suvanlan  torpaqlar 
artdıqca su ehtiyatlarına da tələbat artır. Ərazidə 281,5 min hektar suvarılan 
sahə  vardır,  gələcəkdə  bu  sahəni  daha  da  artırmaq  mümkündür.  Əlavə 
olaraq qeyd etmək istərdik ki, regonun çaylarının çoxu mövsümi xarakterə 
malik  olduğuna  və  qısa  məsafədə  axdığına  görə,  yerli  əhəmiyyətli 
hidro-enerji ehtiyatı kimi istifadə edilməsi iqtisadi cəhətdən çox sərfəlidir. 
Lakin  regionun  çayları  ölkənin  su-  enerji  ehtiyatlarının  xeyli  hissəsinə 
malik olmasına baxmayaraq, bundan hələ az istifadə edilir. Bundan başqa 
ərazinin  bəzi  çaylarında  baş  verən  sellər  və  daşqınlar  çay  sularının 
bulanıqlığını artırır və istifadə üçün yararsız hala salır. Kənd təsərrüfatına, 
yollara,  sənaye  müəssisələrinə  və  əhaliyə  xeyli  ziyan  vurur.  Həmçinin 
regionda mineral filiz ehtiyatlarının hasilatı zamanı əmələ gəlmiş tullantılar 
bəzi yerlərdə çaylara axıdılır. Məsələn, Daşkəsən filizsaflaşdırma fabrikinin 
tullantılarının  Qoşqar  çayına  atılması  ətraf  mühit  üçün  iqtisadi-ekoloji 
problemlər yaratmışdır [111]. 
Kiçik  Qafqazın  su  ehtiyatlanndan  göllərin  də  rolu  çox  böyükdür. 
Onların təsərrüfat əhəmiyyəti heç də çaylann əhəmiyyətindən geri qalmır. 
Məsələn,  Göygölün  suyundan  Gəncə  əhalisi  içmək  üçün  istifadə  edir. 
Həmçinin Göygöl  və onun ətrafında olan göllər düyna- nm ən  mənzərəli 
gölləri sırasına daxil edilir. Ətrafında kurort-turizm kompleksinin inkişafı 
üçün  əlverişli  şəraitə  malikdir.  Naxçıvan  ərazisinin  yüksək  dağlarında 
Batabat, Qanhgöl və s. göllərdən su 
267 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə