Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə101/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   97   98   99   100   101   102   103   104   ...   119

çayların  suyundan  çoxdur.  Rayonun  suvarma  təminatı  çox  aşağıdır.  Elə 
buna  görə  də  yaradılmış  təbii  və  iri  su  anbarlarının  və  yeraltı  suların 
hesabına nisbətən təmin edilir. 
Tədqiq edilən rayonda suyun bərabər paylanmamasının qarşısını almaq 
məqsədilə su anbarları və su kanalları iqtisadi cəhətdən çox böyük effekt 
verir. Buna baxmayaraq, onların tikintisinin düzgün aparılmaması üzündən 
bəzən sızmalar hesabına torpaqlar geniş sahədə şoranlaşaraq keyfiyyətini 
itirir.  Belə  halda  həmin  torpaqlar  çoxlu  xərc  hesabına  bərpa  edilə  bilər. 
Mingəçevir su anbarından Ağcabədi və İmişli istiqamətində çəkilən Yuxarı 
Qarabağ  kanalı  sol  sahil  istiqamətində  Kür  çayına  qədər  olan  torpaqları 
demək olar ki, şoranlaşdıraraq yararsız hala salmışdır. 
Sahələrin  suvarılmasında  sudan  düzgün  istifadə  edilməməsi 
nəticəsində sahələr yuyularaq eroziyaya məruz qalır. Çox hallarda isə əkin 
sahələrinə  mineral  gübrələrin  və  kimyəvi  dərmanların  verilməsi  zamanı 
aqrotexniki  qaydalardan  düzgün  istifadə  edilmədikdə  həmin  gübrələr  və 
dərmanlar suya qarışaraq yenidən su mənbələrinə və axar çaylara qarışaraq 
suyun çirklənməsinə səbəb olur. 
Aran iqtisadi rayonunun Kür və Araz çaylannm aşağı axınında olması, 
Gürcüstanın  və  Ermənistanın  ərazilərindən  keçən  bu  çayların  yuxarı 
axınında  sənaye  tullantıları  və  məişət  çirkabları  ilə  nə  qədər  çirklənməsi 
məlum  olur.  Əldə  edilən  məlumatların  təhlili  göstərir  ki,  Ermənistanın 
sənaye  müəssisələrindən  Oxçuçay  vasitəsilə atılan tullantılar  Araz çayını 
çirkləndirir.  Bu  tullantılar  kon-  sentrasiyanın  son  həddindən  (KSH)  100 
dəfə  və  daha  çox  olan  konsentrasiyalı  ağır  metallardır.  Ermənistanın 
Qaçaran  mis-molibden  və  Qafan  mis-fıliz  kombinatlarının  çirkab  suları 
Oxçuçay vasitəsilə Araza axıdılır. Razdan çayının yaxınlığında olan sənaye 
müəssisələrində bu çaya çoxlu tullantılar atırlar. Bu tullantılar Razdan çayı 
vasitəsilə çoxlu miqdarda mis, fenol, ammonyak, azot və digər məhsullarla 
Araz çayını çirkləndirərək Azərbaycan ərazisinə, o cümlədən. Aran iqtisadi 
rayonunun  ərazisinə  öz  mənfi  təsirini  göstərir.  Əldə  edilən  statistik 
məlumatlara  əsasın  deyə  bilərik  ki,  Arazın  bu  ölkənin  ərazisindən  axan 
hissəsində misin miqdarı KHS- 
310 


dən 25 dəfə, fenol 5 dəfə, manqan 2—4 dəfə çoxdur. 
Gürcüstanda  Tbilisi  və  Rustavi  şəhərlərindən  Kür  çayına  axıdılan 
təmizlənməmiş  sulann  və  müəssisə  tullantılarının  çirklənməsi  hesabına 
KSH-dən fenolun miqdan 15-25 dəfə çoxdur. Azərbaycan ərazisində Kür 
çayının  ən  çox  çikrlənmiş  qollarından  biri  Qoşqar  çayıdır  ki,  onun  da 
çirklənmə  mənbəyi  Daşkəsən  şəhər  müəssisələrinin  çirkab  sularıdır.  Bu 
çayın suyunda mis birləşmələri KSH- dən 20 və fenol 8 dəfə çoxdur. Kür 
çayı və onun qolları həm Azərbaycan, həm də qonşu Gürcüstan ərazisində 
güclü  çirklənməyə  məruz  qalır.  Mingəçevir,  Şirvan  və  başqa  şəhərlərin 
kommunal  təsərrüfatlarının  təmizlənməmiş  çirkab  suları  Aran  iqtisadi 
rayonunun su mənbələrinin çirklənməsinə səbəb olur. 
Rayonun ərazisində suvarılan sahələrə çəkilmiş ana kanallar vaxtaşırı 
təmizlənmədiyindən, onların faydalı iş əmsalı azalır. Ona görə də birinci 
növbədə su mənbələrindən başlanmış suvarma sa- hələrinədək su itkisinin 
qarşısını  almaq  üçün  bütün  tədbirləri  normal  yerinə  yetirməklə  ətraf 
mühitin  qorunmasına  ciddi  əmə!  edilməlidir.  Xüsusilə  qış  otlaqlarının 
suvarılmasına düzgün əməl edilmədiyindən torpağa ziyan dəyir. Muğan və 
Salyan  düzlərində  derenaj  kollektorların  vaxtaşırı  təmizlənrnəməsi 
nəticəsində  kollektorlarda  derenaj  sulannm  səviyyəsi  qalxaraq  ətraf 
ərazilərin şoranlaşmasını gücləndirir. 
İqtisadi rayonun ərazisində bataqlıqlar da nisbətən geniş yayılmışdır. 
İfrat  nəmlənmə  və  rütubət  sevən  bitkilərin  geniş  inkişaf  etdiyi  sahələrdə 
əmələ  gələn  bataqlıqlar  Azərbaycanda  səth  sularının  çox  az  bir  hissəsini 
təşkil edir. Bataqlıqlar Kür-Araz ovalığında Qarabağ düzündən Mil düzünə 
doğru uzanan Ağgöl, Mehmangöl, Sa- rısu və s. ətrafında, xüsusilə çayların 
gətiımə konusları aralarındakı çökəkliklərdə yayılmışdır. Muğan düzündə 
Ağçala gölü ilə əlaqədar olaraq ümumi sahəsi 500 km^ -dən çox bir neçə 
bataqlıq yaratmışdır. Rayonun ərazisində yerləşən bataqlıqlardan Qaraçala 
(sahəsi 30 km^), Əbilçala (11,5 kmQ, Ağçala (162 kmQ, Kürün deltası (42 
km^) və s. ekoloji gərginlik yaradan mənbələrdir. Düzdür vaxtile Kür-Araz 
ovalığından kollektor-drenaj sistemlərinin yara 
311 


dılması nəticəsində bataqlıqların sahəsi kəskin azalmışdır. Lakin son illər 
rayonun  ərazisində  yerləşən  kollektor-drenaj  sisteminə  nəzarətsizlik 
üzündən  kollektorlar  dolmuş,  təmizlənmədiyindən  drenaj  sularını  çəkib 
apara bilmir. Nəticədə bataqlıqların sahəsi yenidən genişlənməyə başlayır. 
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Yuxarı Qarabağ və Yuxarı 
Şirvan  magistral  kanalları  boyunca  yeni  bataqlıqların  yaranması  ərazidə 
iqtisadi-ekoloji gərginliyin artmasına səbəb olmuşdur. 
Aran  iqtisadi  rayonunda  kənd  təsərrüfatının,  xüsusilə  əkinçiliyin 
inkişafı  müvafiq  sahələrin  məhsuldarlığının  artmasını,  suvarma 
tədbirlərinin  təkmilləşdirihnəsini,  şoran  torpaqlann  meliorasiyasını  tələb 
edir.  Lakin  apaıdığımız  müşadilər  göstərir  ki,  əgər  rayonun  ərazisində 
mövcud  kollektor-drenaj  sistemləri  yaxın  illərdə  yenidən  qurulub  tək- 
milləşdirilməsə,  şoranlaşmış,  bataqlıqlaşmış  torpaqlarda  meliorativ 
tədbirlər  görülməsə,  əks  təqdirdə  yaxın  illərdə  rayonda,  xüsusilə, 
Muğan-Salyan düzlərində torpaqlar korlamb sıradan çıxa bilər. 
Düzdür, tədqiqatlar göstərir ki, qurunt sularının səviyyəsinin qalxması 
ilə əlaqədar torpaqlann şoranlaşmasının qarşısını almaq məqsədilə rayonda 
sıx  kollektor-drenaj  sistemi  yaradılmışdır.  Bunların  əsas  vəzifəsi  əkin 
sahələrinin  suvarılması  zamanı  kanallardan  sızan  şor  suların  ərazidən 
çıxarılmasına  xidmət  edir.  Bu  Baş  kollektorların  çoxu  bir-biri  ilə 
birləşdirilmişdir. Baş Şirvan kollektorundan hər il 250 min hektardan çox 
əkin  sahələrindən  toplanan  şor  sular  axıdılır.  Mil-Qarabağ  və 
Muğan-Salyan kollektorları birləşdirildikdən sonra uzunluğu 416 km olan 
və Baş Mil-Muğan adlanan bu kollektor vasitəsilə 506 min hektar ərazidən 
toplanan şor sular axıdılır. 
Lakin  buna  baxmayaraq,  yuxanda  qeyd  edildiyi  kimi  bu  Baş 
kollektorlara  birləşdirilən  ikinci  dərəcəli  kollektor-drenajlarda  uzun  illər 
təmizləmnə  işlərinin  aparılmaması,  ətraf  sahələrdə  qurunt  sularının 
səviyyəsinin  qalxmasına  səbəb  olur  və  nəticədə  toıpaqlar  şoranlaşmaya 
məruz  qalır.  İqtisadi  ədəbiyyatlarda  göstərilir  ki,  əkinçilikdə  əldə  edilən 
ümumi  məhsulun  dəyərinin  10-12%-i  su  təsərrüfatı  xərclərinin  payına 
düşür. Ona görə də külli miqdarda 
312 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə