Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə6/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   2   3   4   5   6   7   8   9   ...   119

niki-iqtisadi amillərin dayanıqlı ərazi təşkilinin ətraf mühitin mühafizəsi ilə 
uzlaşması  bütövlükdə  ölkənin  iqtisadi-ekoloji  coğrafi  sisteminin 
kompleksliliyini əhatə edir. 
İqtisadi-ekoloji  coğrafiya  bütövlükdə  ölkənin  və  onun  regionlarında 
istehsalın  ərazi  təşkili  üçün  yerli  coğrafi  şəraitin  və  sosial-iqtisadi 
zəminlərin obyektiv rolunu müəyyən edir. Coğrafi şərait hər hansı ərazinin 
fiziki-coğrafi  xüsusiyyətidir.  Ərazinin  coğrafi  mövqeyi,  təbii  şəraiti, 
mineral-xammal, 
əhali  resursları  həmin  ərazinin  təsərrüfatının 
formalaşması şəraitinin coğrafi elementləridir. Bu elementlərdən səmərəli 
istifadə edilməsi təsərrüfatın dayanıqlı təşkilini təmin edən iqtisadi-ekoloji 
coğrafiya,  həm  də  təbii  mühitə  istehsalın  və  insan  fəaliyyətinin  digər 
növlərinin təsirinin dəqiq əks əlaqələrini müəyyənləşdirir. 
İqtisadi-ekoloji  coğrafiyanın  formalaşması  zamanı  sosial-iqtisadi 
zəminlər coğrafi şərait və texniki-iqtisadi amillər arasmda bağlayıcı rolunu 
yerinə yetirir. Sosial-iqtisadi zəminlər bütövlükdə ölkənin və onun ayrı-ayrı 
regionlarının  sosial-iqtisadi  xüsusiyyətləridir.  O,  iqtisadi-ekoloji  sistemin 
inkişafına  və  səviyyəsinə  güclü  təsir  göstərir.  Zəminlərin  inkişafının 
xarakteri ölkənin və ya ayrı-ayrı regionlarda əhalinin məşğulluq dərəcəsinə 
təsir göstərir, həmçinin xalqın maddi, maliyyə və intellektual resurslarını 
təşkil edir. Onlara həmçinin infrastrukturlar-istehsal, sosial və digər xidmət 
növləri  daxildir.  Bütün  infrastruktur  növləri  maddi  istehsalın  və  əhalinin 
dinamik  istehsal  sahələrinin  normal  fəaliyyətini  təmin  etməyə 
istiqamətləndirilmişdir. 
İqtisadi-ekoloji  coğrafiyada  ərazinin  iqtisadi-coğrafi  mövqeyi,  o 
cümlədən, onun nəqliyyat-coğrafi, ekoloji-coğrafi və s. kimi növləri xüsusi 
əhəmiyyətə malikdir. Onlar müxtəlif kommunikasiya növlərinin və tranzit 
yollarda  bir  sıra  obyektlərin  -  şəhərlərin,  li-  manlann  inkişafı  üçün 
əhəmiyyətlidir  və  iqtisadi-ekoloji  sistemlərin  dayanıqlı  inkişafını  təmin 
etməklə  bu  elmin  qarşısına  qoyduğu  məqsədə  çatmaq  üçün  obyektiv 
şərtləridir. 
İqtisadi-ekoloji  coğrafiya  elminin  formalaşmasında  mühüm  rol 
oynayan obyektiv şərtlərin iqtisadi-ekoloji əsaslarının öyrənilmə 
17 


sində iqtisadi-coğrafi yanaşmanın böyük elmi-praktiki əhəmiyyəti vardır. 
Onun  inkişafı,  iqtisadi  və  sosial  coğrafiya  ilə  qarşılıqlı  əlaqəsi,  onun 
iqtisadi  coğrafiyanın  elmi-tədqiqat  metodlarının  qəbul  edilməsinə  və 
onlann  1)  məkan-zaman  metodu;  2)  sistem-struktur  yanaşma  metodu;  3) 
müqayisəli  coğrafi  metodu;  4)  sahələrarası  balans  metodu;  5) 
iqtisadi-ekoloji rayonlaşdırma metodu; 6) iqtisadi- ekoloji planlaşdırma və 
proqnozlaşdırma metodu; 7) riyazi modelləşdirmə metodu və s. istifadəsinə 
imkan yaradır. 
İqtisadi-ekoloji  coğrafi  sistemin  tərkib  hissəsinin  məkan-zaman 
münasibətlərini  və  neqativ  amillərin  ona  təsirinin  öyrənilməsini  və 
dayanıqlı ərazi təşkili proseslərini məhz iqtisadi-coğrafi metodlann tətbiqi 
ilə yerinə yetirmək daha effektli olar. 
İqtisadi-ekoloji  coğrafiyanın  formalaşmasında  bir  çox  elmi  tədqiqat 
metodlan ilə yanaşı, coğrafi sistem-struktur yanaşma metodu cəmiyyət və 
təbiət arasında qarşılıqlı təsirin optimallaşdırılması im- kanlannı açır. 
Beləliklə, iqtisadi-ekoloji coğrafiya istehsalın dayanıqlı ərazi təşkili və 
ətraf təbii mühitin ekoloji problemlərinin uzlaşması proseslərinin kompleks 
istiqamətləridir;  ölkənin  iqtisadi-coğrafi  sistemini-təbii  ekoloji  və 
iqtisadi-ekoloji 
komplekslərini 
əhatə 
edir 
və 
onların 
ərazi 
qanunauyğunluqlannı özündə əks etdirir. 
Ümumi  sistem  nəzəriyyəsində  iqtisadi-coğrafi  sistem  anlayışı 
mürəkkəb sistemlərə (təsərrüfat) aid edilir. Onun elmi-praktiki həlli on illər 
boyu öyrənilmişdir [162]. 
Bəzi  tədqiqatçılar  prinsip  etibarilə  yeni  ekoloji  situasiyanın 
yaranmasını ayn-ayn neqativ proseslərlə, məsələn, mühitin çirklənməsi ilə
nə qədər mühüm olsa belə onlan eyniləşdirməyin düzgün olmadığını haqlı 
olaraq  qeyd  edirlər.  Buna görə  də  problemlərin  həllində  sistem  yanaşma 
bütün ekoloji faktorlann məcmuyunun-atmosferin, hidrosferin və torpağın 
çirklənməsi,  şirin  sulann  və  şumlanan  torpa-  qlann  balansı,  ərzaq 
məhsullannm istehsalı, bərpa olunmayan təbii resurslann istehlakı, qlobal 
və  regional  ekoloji  sistemin  stabilləşdi-  rilməsinin  hesaba  alınmasının 
zəruriliyinə şərait yaradır. 
Bummia bərabər keyfiyyətcə müxtəlif proseslərin-iqtisadi, təbii 
18 


və  s.,  sıx  qarşılıqlı  əlaqəsi,  vahid  iqtisadi-ekoloji  sistem  kimi  fəaliyyət 
göstərən  təbii  mühit  ilə  cəmiyyətin  qarşılıqlı  təsiri  proseslərinin 
öyrənilməsinin  vacibliyinə  imkan  yaradır.  Həmçinin  onlardan  iqtisadi 
sahənin və təbii mühitin vahid sistem çərçivəsində yarım- sistemlər kimi 
öyrənilməsi  heç  də  onları  sərbəstlikdən  məhrum  etmir,  özünün  daxili 
əlaqələri  ilə  mürəkkəb  sistem  kimi  öyrənilməsinə  mane  olmur.  Burada 
söhbət  çox  mürəkkəb  sistemlərdən-  müxtəlif  cür  iqtisadi-ekoloji  faktlar, 
hadisələr  və  proseslərlə  birlikdə  təzahür  edən  elementlərdən  və  onlann 
bir-biri  ilə  qarşılıqlı  əlaqələrinin  məcmusundan  ibarət  çoxşaxəli 
strukturlardan gedir. 
İqtisadi-ekoloji sistemlərin fəaliyyəti və strukturlannı, birinci növbədə 
sistemə daxil olan əsas elementlərin yığımı müəyyən edir. Bu sistemin ən 
mühüm  elementlərini  təbiət,  cəmiyyət  və  insan  təşkil  edir.  Bəzi 
tədqiqatçılar, sistemə yalnız təbiətlə əlaqədar ictimai istehsalın daxil olması 
ilə  qane  olmağı  və  ona  insanı,  yaxud  cəmiyyəti  daxil  etməkdən  imtina 
etməyi  təklif  edir.  Çünki  insanı  bioloji  varlıq  kimi  başa  düşmək  olar, 
cəmiyyət  çox  geniş  anlayışdır  və  özünə  müxtəlif  üstqurumu  daxil  edir 
[159]. 
Fikrimizcə,  burada  ziddiyyətli  heç  bır  şey  yoxdur.  Axı  biz  sistemə 
özü-özlüyündə sadə obyektlər kimi deyil, yalnız həqiqi obyektlərə məxsus 
müəyyən  səciyyəvi  elementlər  kimi  baxırıq.  Bu  səbəbdən  göstərilən 
obyektləri ictimai istehsal anlayışına daxil etmək olar, bir şərtlə ki, onlar 
necə  birbaşa  onunla  əlaqədardır,  yaxud  onu  müə>'yən  edir.  Əks  halda 
ictimai istehsal, əslində texnoloji proseslərə görə əhəmiyyətini itirir. 
İqtisadi-ekoloji  sistemlərin  tərkibi,  modelləşdirmə  metodunun  geniş 
tətbiq  edilməsinə  imkan  verir.  Belə  modellərdə  optimallaşdırma  meyarı 
idarəetmənin konkret məqsədinə əsaslanaraq təyin edilir. Lakin bütövlükdə 
iqtisadi-ekoloji  modellərin tərtibi  zamanı  meyan  insan  cəmiyyətinin təbii 
sistemlərə dağıdıcı təsirinin ekoloji təhlükəyə yol verməsi ilə cəmiyyətin 
bütün üzvləri üçün sosial-iqtisadi nemətlərin yığımının çoxluğu təşkil edir 
[119]. 
Məntiqi  olaraq  cəmiyyət  və  ətraf  mühitin  qarşılıqlı  təsirinin  op- 
timallaşdırılması meyan geniş mənada təbiətdən eyni vaxtda hasil 
19 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə