Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə7/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   2   3   4   5   6   7   8   9   10   ...   119

edilən  maddələrdən  və  enerjidən  hərtərəfli  daha  çox  istifadə  edilməsi, 
insanları lazım olan keyfiyyətli və mükəmməl xassəli ətraf mühitlə təmin 
edilməsi zamanı, ölkədə ictimai əməyin ən az xərclərilə zəruri maddələrin 
tərkibinin nisbətinə və miqyasına, məhsuldar qüvvələrin inkişafının hər bir 
mərhələsində bu qarşılıqlı təsirin həyata keçirilməsidir. 
Bütövlükdə  iqtisadi-ekoloji  sistemlərə  və  onlann  tərkibinə  daxil  olan 
yanmsistemlər, aydın istifadə olunan məkan xarakteri daşıyır və müxtəlif 
əlamətlər üstünlük təşkil edir, hansı ki, onlara coğrafi sistemlərin rnteqral 
tipi kimi baxmaq olar. Ərazi iqtisadi-ekoloji sistemlər çərçivəsində ən çox 
xüsusi ərazi strukturlan arasında sıx əlaqələr müəyyən edilir. Hər şeydən 
əvvəl  onlardan  ekoloji  sistemləri,  ərazi  istehsal  və  ərazi  məskunlaşma 
(təbii-məkan)  sistemlərini  göstərmək  olar.  İqtisadi-ekoloji  sistemlərin 
özünəməxsus  xüsusiyyətləri,  təbii  və  ictimai  hadisələrin  qarşılıqlı 
təsirindən ibarətdir [114]. Əlavə olaraq demək istərdik  ki, onlar müxtəlif 
səviyyədə  obyektiv  qanunauy-  ğunluqlann  sadə  nəticəsi  deyildir,  bu 
mürəkkəb şəbəkədir. 
İqtisadi-coğrafi  sistemin  tərkibi  kimi  iqtisadi-ekoloji  coğrafi  sistem 
ətraf  təbii  mühitin  resurslarını  əhatə  etməklə,  istehsal  münasibətlərini, 
planlaşdırmanı,  idarəetməni  və  onların  təsiri  nəticəsində  yaranan  ekoloji 
problemləri özündə əks etdirir. Sistem şəklində götürülən iqtisadi-ekoloji 
ərazi  daxilində  istehsal  (təsərrüfat)  münasibətləri,  ətraf  təbii  mühitlə 
qarşılıqlı  əlaqədə  olur.  Belə  əlaqələr  müxtəlif  formalarda-birbaşa,  dolayı 
yolla və s. baş verir. Bu əlaqələrin köməyi ilə təsərrüfatın ətraf mühitə və 
əksinə  ətraf  mühitin  təsərrüfata  təsir  formalarını  öyrənir.  İqtisadi-ekoloji 
ərazi sistemi başlıca olaraq ərazi-istehsal resurslarının planlaşdırılmasma və 
idarə edilməsinə, onun effektli fəaliyyət göstərməsinə münasib olmalıdır. 
Şübhəsiz ki, belə sistem yanaşma bütün iqtisadi-coğrafi elmi mənbələrdə öz 
əksini tapmışdır. 
İqtisadi-ekoloji  coğrafi  sistemin  müasir  ərazi  təşkili  prosesində 
sistem-struktur metodu, ərazidə mürəkkəb və çoxfunksiyalı obyektlərin və 
təbii  potensialın  aşkara  çıxanimasına  imkan  verir.  Bununla  yanaşı  digər 
iqtisadi-coğrafi metodlarda, iqtisadi-ekoloji 
20 


coğrafi  sistemlərin  effektli  səviyyədə  təşkilinə,  istehsalın  ətraf  mühitlə 
səmərəli  uzlaşmasına  müəyyən  tarazlıqlar  yaratmaq  imkanlarını 
tənzimləyir.  Kitabın  digər  fəsillərində  qoyulmuş  məsələlərin  tədqiqində 
həmin metodlardan istifadə edilmişdir. 
Tədqiqatlar  göstərir  ki,  ölkədə  iqtisadi  ekoloji  coğrafiyanın  inkişaf 
səviyyəsi seçilmiş optimal variantların iqtisadi effektivliyinin dərəcəsi ilə 
səciyyələnir.  Onların  qarşılıqlı  təsiri  prosesində  regionların  təbii 
potensialından  səmərəli  şəkildə  istifadə,  təkrar  istehsalı  və  ətraf  mühitin 
mühafizəsi  prosesində  dayanıqlı  ərazi-  istehsal  formalarını  özündə  əks 
etdirir.  Burada  nəzəri-praktiki  yanaşmanın  başlıca  xüsusiyyəti  təsərrüfat 
stmkturlannın  optimal  ərazi  təşkili,  yaranmış  ekoloji  problemlərin 
müəyyənləşdirilməsi və texnoloji əlaqələrin bir-birini əvəz etməsidir. 
İqtisadi-ekoloji  coğrafi  sistemin  dayanıqlı  ərazi  təşkili  əsasən 
sistem-struktur  təhlil;  ərazi-resurs  potensialı;  istehsalın  ərazi  təşkili 
əsasında iqtisadi-ekoloji rayonlar şəbəkəsi ilə tənzimlənir. Sistem- struktur 
təhlil  regionların  sosial-iqtisadi  inkişafına  ilkin  şərait  yaradır.  Ərazinin 
təbii-resurs  potensialı-sistemin  əlaqələrinin  mənbəyidir.  İstehsalın  ərazi 
təşkili-ölkədə istehsalın inkişafının planlaşdırılması və idarə edilməsini əks 
etdirir. 
İqtisadi-ekoloji  coğrafi  sistemin  dayanıqlı  ərazi  təşkilinin  optimal 
variantı sosial-iqtisadi cəhətdən çox sərfəlidir və üç məsələnin həllini tələb 
edir;-təsərrüfat  sahələrinin məkan  (ərazi) əlaqələri;  texnoloji  strukturların 
təhlili;  ekoloji  problemlərin  həlli.  İqtisadi-ekoloji  coğrafi  sistemin  ərazi 
təşkili  qmplan  mücərrəd  xarakter  daşımır.  İqtisadi-coğrafi  tədqiqatlara 
əsaslanan  konkret  məlumatlara  əsaslanır  [156].  İqtisadi  və  sosial  coğrafi 
tədqiqat,  fiziki-coğrafi  və  iqtisadi  tədqiqatların  məlumatlarından  istifadə 
edərək  iqtisadi-ekoloji  sistemin  coğrafi  obyektlərin  formalarmı  yaradır; 
-təbii  potensialdan  istifadə;  statistik  rəqəmlər  əsasında  istehsal 
strukturlarının  təhlili;  istehsalın  optimal  variantlannm  seçilməsi; 
iqtisadi-ekoloji sistemin dayanıqlı ərazi təşkili (təbii potensialdan səmərəli 
istifadə,  təkrar  istehsal  və  ətraf  mühitin  mühafizəsi)  və  idarə  olunmasına 
nail olmaq. 
21 


Beləliklə  iqtisadi-ekoloji  coğrafiyanın  formalaşmasının  nəzəri- 
metodoloji  konsepsiyaları,  ölkənin  sosial-iqtisadi  inkişafı  prosesində 
mülıüm  əhəmiyyət  daşımaqla  yanaşı,  istehsal-ekoloji  sahələrin 
proqnozlaşdınimasına  və  regionların  yerli  resurslannm  istifadəsinə  və 
ekoloji problemlərin həllinə optimal variantlar hazırlanması yolu ilə nail 
olmaq olar. Bu məsələnin öyrənilməsi Azərbaycan üçün ona görə vacibdir 
ki, regionlarda istehsalın inkişafı tam formalaşmamış stmktur dəyişiklikləri 
baş verir. 
 
İqtisadi-ekoloji coğrafi sistemin ərazi təşkilinin optimal 
modeli ehtimalı. 
1.
 
2 Dayanıqlı inkişafa “iqtisadi-ekoloji” dialektik baxış 
Cəmiyyətin inkişafının müasir mərhələsi insanla ətraf mühitin, təbiətlə 
cəmiyyətin  qarşılıqlı  münasibəti  əsasında  formalaşmışdır.  İnsanla  təbiət 
arasında mübadilənin inkişafının indiki mərhələsi bir 
22 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə