Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə69/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   65   66   67   68   69   70   71   72   ...   119

zımdır ki, onun fəaliyyətinin başlıca xüsusiyyəti, təbii mühitə göstərdiyi son 
dərəcə intensiv antropogen “yüklə” əlaqədardır. Bu təqribən ölkə üzrə orta 
göstəricidən  3  dəfə  yüksəkdir.  Əlavə  olaraq  burada  əhalinin  sıxlığını  və 
istehsal  fondlarının  təmərküzləşməsini  də  qeyd  etmək  lazımdır.  Böyük 
Qafqazın  Azərbaycanda  fiziki-coğrafi  proseslərin  formalaşmasında  və 
iqtisadi-ekoloji  mühitin  dinamik  inkişafında  rolu  çox  böyükdür. 
Respublikanın  ümumi  ərazisinin  34,5%-i  regionun  payına  düşür.  Böyük 
Qafqazın ərazisində sosial- iqtisadi inkişafın elmi təşkilində, xüsusilə onda 
sənaye, kənd təsərrüfatı obyektlərinin, yaşayış məntəqələrinin və nəqliyyat 
sisteminin  yaradılması  üçün  təbii  şərait  və  təbii  ehtiyatlarınm  başlıca 
xüsusiyyətlərinin hərtərəfli hesaba alınması böyük əhəmiyyətə malikdir. 
Cəmiyyətin inkişafı üçün zəruri olan təbii şərait ictimai istehsalın təbii 
əsasını təşkil edir. Cəmiyyətin inkişafı öz növbəsində təbiətə təsir edir, onu 
dəyişdirir. Lakin bu təsir son 60 ildə daha da güclənmişdir. ETT-nin inkişafı 
ilə  əlaqədar  olaraq  cəmiyyətlə  təbiətin  qarşılıqlı  təsiri  problemi  daha  da 
mürəkkəbləşir [43]. Bu, qeyd edildiyi kimi Böyük Qafqaz regionunda da 
özünü aydın göstərir. İlk növbədə məlum olmuşdur ki, mövcud təbiətdən 
istifadə prinsipləri və təbiətin mühafizəsi özünü bir o qədər də doğrultmur. 
Daha  doğrusu,  uzun illərdən  bəri  istehsal  fəaliyyətinin  təbiətə təsiri  ətraf 
təbii  mühitdə  kəskin  dəyişikliklər  yaratmışdır.  Regionun  təbii  mühitində 
baş  verən  bu  dəyişikliklər  aşağıdakı  iqtisadi-ekoloji  problemlərlə 
əlaqədardır: 

 
Mineral-xammal  və  meşə  resurslarından  kompleks  istifadə 
edilməsinin yüksəldilməsi

 
İri  sənaye  şəhərlərində  və  qovşaqlarında  istehsalın  ekologiya- 
laşdırılmasının yüksək tempinin zəruriliyi

 
Su təsərrüfatı problemlərinin həll edilməsi

 
Su resurslannm keyfiyyətinin tükənməsi ilə mübarizə tədbirləri

 
Torpaq 
resurslarından 
istifadənin 
intensivləşdirilməsi 
və 
yaxşılaşdırılmış torpaqlann kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi. 
213 


Böyük  Qafqaz  regionunda  ekoloji  problemlərin  çoxunun  həlli  iri  və 
orta  şəhərlərin  intensiv  artması  şəraitində  baş  verir.  Burada  istehsalın 
sahəvi  yerləşməsinə,  yaxud  ərazi-istehsal  komplekslərinin  inkişafına  aid 
hər  hansı  layihənin  hazırlanması  zamanı  bu  vəziyyətlə  hesablaşmamaq 
olmaz. Bu səbəbdən bu gün onlann layihələrinin hazırlanmasından əvvəlki 
fəaliyyətinin  və  proqnozlarının  başa  düşülməsi,  bilavasitə  ətraf  mühitin 
sabahkı şəraitini formalaşdırır. Böyük Qafqaz hələ uzun müddətə ölkənin 
ən  məskunlaşmış  regionlarından  biri  olacaqdır.  Bu  regionun  təbii 
komponentləri-turizm  və  istirahət  yerləri,  qoruqlar  və  yasaqlıqlar,  milli 
parkları və s. urbanizasiya arealları və intensiv inkişaf etmiş sənaye özəkləri 
ilə ən optimal surətdə uzlaşmalıdır. 
Məhz  şəhərlər  və  qəsəbələr,  sənaye  qovşaqları  və  müəssisələr,  belə 
layihələr  kompleks  dövlət  mövqeyindən  hazırlanır  və  həyata  keçirilir. 
Ölkənin  Böyük  Qafqaz  regionunda  mühafizə olunan ərazilər  və  qoruqlar 
şəbəkəsi yaradılır. 
Böyük Qafqaz regionunda lokal iqtisadi-ekoloji problemlərin həllinin 
özünəməxsus olması, hər şeydən əvvəl iqtisadi meyarlann mürəkkəbliyi ilə 
əlaqədar izah edilir. Onun ərazisi özünə təbii şəraitin müxtəlif elementlərini 
daxil edir. Müxtəlif iqlim tipləri və səth quruluşunda-dənizsahili ovalıqdan, 
alçaq dağ ətəyindən başlayıb yüksək dağ qurşaqlarına qədər istehsalın ərazi 
təşkili  davam  edir.  Burada  təbii  şəraitin  müxtəlifliyi  ərazinin 
mənimsənilməsin- dəki fərqlərlə müşahidə olunur. 
Böyük  Qafqaz  dağ  silsiləsi  yüksəkliyi  4485  m  olan  Bazardüzü 
zirvəsindən  başlayıb,  cənub—şərqdə  alçaq  dağları  keçib,  Abşeron 
yarımadasının düzənliyinə qədər uzanır. Cənub istiqamətində çox yüksək 
olmayan  (450-650  m)  dağ  silsilələri  Qanıx  çayına  qədər  gedir.  Sərt 
parçalanmış qayalardan yuyulub bu çaylara tökülən bu- lanıqlı, daşlı sular 
təsərrüfatlara  böyük  zərər  vurur.  Bu  dağ  yüksəkliyi  şimaldan  başlayıb 
Xəzər  dənizinə  qədər  gəlib  Beş-Barmaq  dağını  əhatə  edir.  Baba  dağdan 
şərqə  doğru  silsilə  tədricən  azalır  və  yamaclar  başlanır.  Böyük  Qafqazın 
yamaclarında  yerləşən  ərazilərdə  əsasən  kənd  təsərrüfatında  meyvəçilik, 
tərəvəzçilik və hey 
214 


vandarlıq  geniş  yer  tutur.  Bu  istehsal  sahələri  əsasında  yeyinti  sənayesi 
inkişaf etdirilir. 
Böyük  Qafqaz  dağlan  şərqə  uzandıqca,  çox  mürəkkəb  geomorfoloji 
struktura  malik  Şamaxı-Qobustan  yaylası  yerli təbii  ehtiyatların,  xüsusilə 
neft  və  qaz  yataqlarının  mənimsənilməsini  çətinləşdirir.  Dağlıq  Şirvanda 
mineral boya, bitum, inşaat gilləri, üzdaşı yataqları vardır. Hidrokarbonatlı 
soyuq  mineral  sular  çıxır.  Burada  dağ  düzənlikləri,  geniş  çökəkliklər, 
sürüşmə  hadisəsi  baş  verən  yamaclar  vardır.  Bunlar  da  regionda  dövlət 
əhəmiyyətli sosial-iqtisadi inkişaf üçün müəyyən iqtisadi-ekoloji çətinliklər 
yaradır.  Bununla  əlaqədar,  buranın  təbii  potensialında  maksimum- 
dərəcədə istifadə üçün geniş tədqiqat işləri aparılmalıdır. 
Böyük  Qafqazın  şimal  hissəsinin  yamacları  intensiv  parçalanmış 
dağlardan.  Qusar  maili  düzənliyindən  və  ona  bitişik  Samur-Dəvəçi 
ovalığından  ibarətdir.  Bütün  bu  sahələrin  dağlıq  əraziləri  meşəliklərlə 
örtülmüşdür. Yeraltı içməli suları ilə zəngin olan bu ərazi Xəzər sahillərinə 
yaxınlaşdıqca,  qrunt  suları  çoxalır.  Geniş  terras-  laşmış  yamaclar  yerli 
əhalinin  təsərrüfat  fəaliyyətində  mühüm  rol  oynayır,  yaşayış 
məntəqələrinin çoxu burada yerləşir. 
Buna görə də, regionun hər iqlim tipində və səth quruluşunda istehsalın 
ekologiyalaşdınimasmm  keyfiyyətinin  və  sürətinin  kompleks  tələblərinə 
özünün yanaşması vardır. 
Böyük  Qafqazın  bir  çox  şəhərlərinin  və  sənaye  qovşaqlarının  ətraf 
mühitində çox böyük gərginlik istehsalın ekologiyalaşdırıl- masmm sürətlə 
tezləşdirilməsinin  zəruriliyinə  səbəb  olur.  Əhalinin  istehsal  fondlarının 
yüksək təmərküzləşməsi, ekoloji effektivliyin səviyyəsinə yüksək tələbləri 
irəlicədən  müəyyən  edir.  Yeni  texnika,  əvvəllər  tətbiq  edilmiş 
texnologiyanın  zərərli  təsirinin  məhdudlaşdırılması  üzrə  müxtəlif 
tədbirlərin həyata keçirilməsini tələb edir. 
Böyük  Qafqaz  regionunun  iqtisadi-ekoloji  problemləri  sırasına  aid 
olan su  təsərrüfatı problemi  daha  çox aktualdır.  Ölkə  üzrə  su  ehtiyatının 
28,8°/o-i Böyük Qafqaz ərazisində cəmlənmişdir. Regionda su mənbələri 
bərabər paylanmayıb, bu özünü daha çox 
215 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə