30
axıcı zamanda nisbiliyidir. Bu da onu deməyə əsas verir ki, mədəniyyət
yaradıcılıq və quruculuq trayektoriyasının zənginləşməsinə müvafiq olaraq
daima böyüyür, zənginləşir, inkişaf edir. Xalqın yaradıcılıq ruhu onun
nümayəndələrinin
yaradıcılığında
əks
olunur.
Nümayəndələrin
total
yaradıcılığı milli yaradıcılığın özünü təşkil edir. Qeyd olunduğu kimi,
mütləqlik onun mövcudluğundadır, faktlığındadır. Təzahür olunaraq
obrazlanmadadır. Nisbilik isə müqayisədədir. Mütləq yüksəkilik, alilik də
müqayisədən irəli gəlir. Məsələn, bir xalqın mədəniyyət göstəricilərinin
dolğunluğu faktı digər xalqın mədəniyyət göstəriciləri ilə müqayisədə üzərə
çıxır. Burada müqayisənin əsas predmeti və obyekti yaradıcılıq və quruculuq
vasitələrinin özlərinin dolğunluğundadır. Mədəniyyət vasitələrinin say çoxluğu
da dolğunluğu meydana gətirir; çünki sahələrin çoxluğu burada formalaşır.
Sahələr çoxluğu və qarşılıqlı əlaqələri mədəniyyət sisteminin formalaşmasını
zəruri edir. Mədəniyyət sistemi zəngin olan xalqın gücü və potensialı da çox
olur. Mədəni xalqlar daha da yaradıcı olurlar.
Xalqları mədəni yaradıcılığa sövq edən nədir.
Belə qəbul edək ki,
həyat tərzidir. Həyat qaydalarıdır və davranış normalarıdır. Eyni zamanda
insanların tamaşa, səhnə istəmələridir. Bu səhnələr teatrlarda, sərgilərdə,
konsertlərdə, idman yarışlarında və digər bu kimi əyləncələrdə ifadə oluna
bilir. Mədəni yaradıcılığın səbəbləri həmmdə xalqların yaşadıqları coğrafi
ərazilərin, təbiətin, iqlimin, landşaftın xüsusiyyətləridir. Təbiətə məftunluq,
vurğunluq amili yaradıcılığa sövq edir. Xalqın təbiətlə olan ünsiyyətinin və
əlaqələrinin, eləcə də öz aralarında olan ünsiyyətinin, münasibətlərinin
əsaslarıdır. Mədəniyyət vasitələrində istəklər, arzular, kin, nifrət kimi mənfi
hallar da obrazlanır.
Xalqların tarixi yaşayış üsulları da burada rol oynayır. Mədəniyyət
vasitələri xalqın tarixən məruz qaldığı təzyiqlərin və eləcə də əldə etdikləri
nailiyyətlərin obrazlanmasıdır.
Mədəniyyət normaların əks olunmasıdır. Həyat tərzinin ifadəsidir.
Mədəniyyət vasitələri (məsələn, ədəbiyyat, incəsənət, musiqi, din, elm,
mətbuat və s.) tarixi obrazlandırdığına görə məlumat vasitələri kimi də
əhəmiyyətə malikdir. Xalq mədəniyyət vasitələrini işə salmaqla özünün tarixi
və gələcəyi arasında bir körpünü yaradır.
Dolğunluq nədir.
Dolğunluq zənginlikdir. Bu baxımdan həm də enerji
bolluğudur. Sistemin tərkib elementlərinin çoxluğudur və elementlərin
nizamla hərəkətləridir və əlaqələridir. Dolğunluq bir şərti müstəvidə iştirak
edən subyektlərin sayıdır və hərəkətdə olan vasitələrin nizamla düzülüşüdür və
müəyyən sistematik trayektoriya üzrə hərəkətidir. Müəyyən bir müstəvidə
obrazlanma (tamaşalar zamanı) zərrəciklərini insanlara axıdır və insanlarda
zövq yaradırsa, bu, özlüyündə elə estetik zövqü meydana gətirir. İnsan
səhnədən həzz alır, enerji toplayır, sevinc və fərəh hissinə qərq olur.
Enerjiverici olduğundan qıcıqlar yaradır. İnsanlar reaksiyalar verirlər və
31
nəticələr çıxarırlar. Ardıcıl səhnə hərəkətləri insanın duyğularını hərəkətə
gətirir və hüceyrələrini hərəkətdə saxlayır. Bu anda bir yerə toplanmış və digər
hissələrdə çatışmayan enerji paylanır. Paylanma sayəsində boşalma yaranır.
İnsanın əhval-ruhiyyəsi yüksəlir.
Mədəniyyət necə yüksək olur
Mədəniyyətin tərkibi bir-birilə əlaqəlidir. Bir-birini təsdiq edir. Məsələn,
xalqın şifahı yaradıcılığı onun aşıq musiqisində, aşıq sənətində büruzə verir.
Ədəbiyyat teatr üçün baza rolunu oynayır. Əsərlər (pyeslər) teatr tamaşaları
üçün mövzunu təşkil edir. Aktyorlar rollarla tarixi və ya da mövcud vəziyyəti
canlandırırlar. Burada canlanma danışıqlar və hərəkətlər yolu ilə (məsələn,
pantomima hərəkətləri, mimika hərəkətləri) həyata keçirilir. Rəqslər (məsələn,
milli rəqslər, xoreoqrafiya rəqsləri və s.) tarixi hadisələrin məzmununu, xalqın
milli xüsusiyyətlərinin əsaslarını özündə cəmləşdirir. Rəqslər yolu ilə musiqi
canlanır. Musiqidə ədəbiyyat və xalq, eləcə də orkestr çalğı alətləri işə düşür.
Poeziya, musiqi, hərəkət (məsələn, opera) cəm halda səhnəni yaradır.
Mədəniyyətin əsas funksiyası həm də tənqidlər və həyat tərzindəki
pisliklərin ifşası yolu ilə maarifləndirməkdən ibarət olur. Xalqın dramatik
vəziyyəti, cəmiyyətdəki qüsurlar tamaşaçılara çatdırılır. Mədəniyyət oyadıcı,
tərbiyəverici ruhu aşılayır, həmçinin istiqamətlərverici, yaradıcılığı
davam etdirici rola malik olur.
Mədəniyyət onun tərkibini təşkil edən elementlərin zənginliyi
baxımından yüksək olur
-məsələn, tamaşalar zamanı səhnə tərtibatı,
dekorasiyaların
zənginliyi,
müxtəlif
çalarlılığı,
çalarlılığın
bir-birini
tamamlaması, mövzuların aktuallığı, mövzuların zamanı və hadisələri dolğun
əks etdirməsi və s.;
Mədəniyyət onu yaradan şəxslərin bədii mücərrəd və reallığı əks
etdirən bədii mütləq təxəyyülləri baxımından zəngin olur
-məsələn, dolğun
və əhatəli əsərlər onu qələmə alanların, yaradanların təsvirlərinin zənginlyində
öz əksini tapır.
Mədəniyyət yaradıcılıq və quruculuq xüsusiyyətləri baxımından
yüksək olur
-bu aspektdə xalq yaradıcılarının və qurucularının sayı çox olur.
Eləcə də yaradıcı və qurucu insanların sərbəstliyi, azadlığı və həvəsləri onların
daxillərini aşkarlamağa imkanlar verir. Təbiətə, cəmiyyətə, ümumən həyata
açıq insanlar öz enerjilərini yığaraq emal edirlər və təsviri formada çatdırırlar.
Mədəniyyət vasitələri insanlarla tarixi hadisələr arasında siqnallar əlaqəsi
yaradır;
Mədəniyyəti əsərlərin həqiqəti əks etdirməsi baxımından real və
dolğun
olur-
xalqın,
onun
nümayəndələrinin
böyüklüyü
etirafın
çoxluğunadadır. Cəmiyyət həqiqətləri aça-aça dolğunlaşır;