32
Mədəniyyət etik davranış və normalarda zəngin olur.
Burada ətraf
aləmə qarşı etik münasibətlər, ədalətli davranış və münasibət boşluğu aradan
qaldırır və zənginləşir. İnsanlar mədəniyyət davranışlarını əsas götürməklə
özlərinin ünsiyyət qaydalarını müəyyən edirlər. Mədəniyyət normaları
özlüyündə hüquq normalarını, əxlaqi normaları əks etdirməklə, sərhədlər
məsələsini müəyyənləşdirir.
Mədəniyyət ölkənin siyasi, iqtisadi, sosial və xidmət sahələrinin təkmil
olması baxımından zəngin olur. Ümumiyyətlə, əlaqələr sisteminin zənginliyi
xalqın etno-mili psixikasına müsbət təsirlərini edir.
Mədəniyyətin zənginliyi xalqı böyüdür, dövləti gücləndirir. Çünki bu
aspektdə resurslara doğmalıq yaranır. Resurslardan açıq, şəffaf və nizamla
istifadə vərdişləri yaranır. Mədəniyyəti yüksək olan xalqın etik davranış
normaları da yüksək olur. Xalq öz mədəniyyəti ilə böyüyür. Böyüdükcə
həmrəylik yaradır. Birlik potensialı gücləndirir.
Xalqın milli xüsusiyyətləri və mədəniyyət amili
(etnik və milli təfəkkürün sintezi)
Xalqın milli xüsusiyyətləri nədir.
Xalqın milli xüsusiyyətlərinin
(təfəkkürün və əməllərin, fəaliyyətin cəmindən, obrazından yaranan xarakter)
əsasları ona məxsus olan davranış normalarındadır. Davranış normalarının
forma və məzmunu özündə elə etnik –milli kökənli xarakteri meydana gətirir.
Milli xarakterə başqa ölkələrdə yaşayan xalqların elementləri də daxil ola bilir.
Davranış normaları fərdin və toplumun olur. Fərd özünü toplunun davranışına
uyğun aparır. Eləcə də müəyyən qədər dəyişikliklər yarada bilir. Bu baxımdan
da xalqın milli xarakterində fərdlərin və şəxsiyyətlərin rolu böyük olur.
Fərdlərin (şəxslərin) yaratdığı və qurduğu ümumi vasitələr fərdin məxsus
olduğu xalqın mənsubiyyətinə aid olur. Xalqın mədəniyyətindən formalaşan
milli davranışları, eləcə də davranışlarından və fəaliyyətdən yaranan
mədəniyyət
normaları
vəhdət
şəkilində
xalqın
milli
təfəkkürünü
obrazlandırır. Milli xüsusiyyət milli təfəkkürün və onun yaranmasının
bazasında olan normaların, vərdişlərin obrazlanmasını özündə cəmləşdirən
mücərrəd və ruhi bir anlayışdır. Mənəviyyat da məhz ümumi insan
xarakterindən (burada insanlığa aid olan ümumi aspektlərin yaratdığı
xüsusiyyət nəzərdə tutulur) və xalqın davranış normalarından formalaşır.
Davranış normaları
ənənəvi və əlavələri (zamana və resurslara müvafiq
şəkildə) də özünə qoşan vərdişlərdən, təkrar olunan əməllərdən və
qaydalardan, adətlərdən
ibarətdir ki, bu ünsiyyət və əlaqə qaydaları da
daima ünsürlərdən-ünsürlərə (daşıyıcı və yaradıcı elementlərdən-elementlərə)
keçir. Bu normalar tarixən gəlir, özünün antik və klassik mahiyyətini saxlayır,
eləcə də inteqrasiya olunmuş şəraitdə yeni elementlər qəbul etməklə müəyyən
dəyişikliklərə uğrayır. Həmin dəyişikliklər beynəlxalq inteqrasiya və
33
əməkdaşıq fonunda baş verir və nəticə etibarilə digər xalqların vərdişlərini və
ənənələrini, adətlərini qəbul edir. Bu kimi davranış xassələri xalqlardan-
xalqlara əsasən mədəniyyət normalarından və cəmiyyətdə, məişət həyatında
olan normalardan keçir. Bu aspektdə xalqların milli və qarışıq mədəniyyəti və
təfəkkürü meydana gəlir.
Xalqın milli davranışında, xarakterində onun bioloji –genetik
xüsusiyyətləri də mühüm rol oynayır. Belə qəbul etmək olar ki, nəsli gen
hüceyrələri (xarakterin informasiyasını daşıyan hüceyrələr) zaman ardıcıllığı
ilə fərdlərə keçidlər edir və bu üsulla özündə adət-ənənə və sosial davranışları
nəsillərdən-nəsillərə gəzdirir. İnsanlar demək olar ki, davranışları ilə bir çox
parametrlərə görə öz əcdadlarına bənzəyirlər. Zamanın tələbləri də bu gen
informasiya daşıyıcılarında əks olunur. Davranış normalarının yaranmasında
iştirak edən gen yaddaşı xalqın irsi xüsusiyyətlərinin baza əsaslarını meydana
gətirir. Baza əsaslar özündə hətta fiziki quruluşları da cəmləşdirməklə,
davranış üçün vərdişləri də saxlayır. Bu vərdişlərə xalqın zamanla təbiətə və
ətraf sosial topluma olan münasibətləri aid olunur. Tarixi məişət xarakteri,
xarakteri yaradan davranış normaları irsi keçidlər edir və cəmiyyətin
xarakterini tarixi irsi baxımdan bir-birinə bağlayır.
Hər bir xalqın milli xüsusiyyətləri onun adət-ənənələrində, bu baxımdan
totem və tabularında, həyat vərdişlərində, fərdlərarası münasibətlərdə və
əlaqələrdə, bunlardan irəli gələrək, ictimai və siyasi-iqtisadi, eləcə də sosio-
mədəni strukturlarında öz əksini tapır. Milli xüsusiyyətlərin meydana
gəlməsində insanların yaşadıqları coğrafi amilin, təbiət elementlərinin də rolu
böyük olur. Yaradıcılıq və quruculuq insanların ruhuna oturur və insan
xarakterinin formalaşmasında rol oynayır. Yaradıcılığa və quruculuğa da
əsasən təbiət elementləri öz obrazı ilə təsir edir. Xalqın psixikasında kainat,
təbiət elementlərinin təsəvvürü, əks olunması böyük rol oynayır. Məsələn,
hesab etmək olar ki, ekvatordan şimala və cənuba, eləcə də Qrinviçdən qərbə
və şərqə müəyyən meridianlarda və paralelliklərdə yaşayan insanların
xarakterləri də fərqli olur. Çünki enerji tam şəkildə eyni dərəcədə paylana
bilməz. İnsanlar da eyni kəmiyyətlə enerji ala bilməzlər. Bu amil də milli
xüsusiyyətlərin, regional xüsusiyyətlərin formalaşmasında öz rolunu oynayır.
Təbiət bioloji-psixi xüsusiyyətləri özündə cəmləşdirir və təsirlərini edir. Qeyd
etdik ki, xalqın milli təfəkküründə və mədəniyyətində özündə etik və estetik
nümunələri əks etdirən davranış normaları mühüm rol oynayır. Davranış
normaları da öz-özlüyündə tərkiblərdən ibarətdir.
Davranış normalarının tərkibinə aiddir:
-əmək fəaliyyəti və vərdişləri ( əmək və məşğuliyyət amili də davranış
normalarının tərkibidir);