Elşən Misir oğlu Nəsibov


Mədəniyyət  etik  davranış  və  normalarda  zəngin  olur



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

32 

 

Mədəniyyət  etik  davranış  və  normalarda  zəngin  olur. 

Burada  ətraf 

aləmə  qarşı  etik  münasibətlər,  ədalətli  davranış  və  münasibət  boşluğu  aradan 

qaldırır  və  zənginləşir.  İnsanlar  mədəniyyət  davranışlarını    əsas  götürməklə 

özlərinin    ünsiyyət  qaydalarını  müəyyən  edirlər.  Mədəniyyət  normaları 

özlüyündə  hüquq  normalarını,  əxlaqi  normaları  əks  etdirməklə,  sərhədlər 

məsələsini müəyyənləşdirir.  

Mədəniyyət  ölkənin  siyasi,  iqtisadi,  sosial  və  xidmət  sahələrinin  təkmil 

olması  baxımından  zəngin  olur.  Ümumiyyətlə,  əlaqələr  sisteminin  zənginliyi 

xalqın etno-mili psixikasına müsbət təsirlərini edir. 

Mədəniyyətin  zənginliyi  xalqı  böyüdür,  dövləti  gücləndirir.  Çünki  bu 

aspektdə  resurslara  doğmalıq  yaranır.  Resurslardan  açıq,  şəffaf  və  nizamla 

istifadə  vərdişləri  yaranır.  Mədəniyyəti  yüksək  olan  xalqın  etik  davranış 

normaları  da  yüksək  olur.  Xalq  öz  mədəniyyəti  ilə  böyüyür.  Böyüdükcə 

həmrəylik yaradır. Birlik potensialı gücləndirir. 



 

Xalqın milli xüsusiyyətləri və mədəniyyət amili 

(etnik və milli təfəkkürün sintezi) 

 

Xalqın  milli  xüsusiyyətləri  nədir. 

Xalqın  milli  xüsusiyyətlərinin 

(təfəkkürün və əməllərin, fəaliyyətin cəmindən, obrazından  yaranan xarakter) 

əsasları    ona  məxsus  olan  davranış  normalarındadır.  Davranış  normalarının 

forma və məzmunu özündə elə etnik –milli kökənli  xarakteri meydana gətirir. 

Milli xarakterə başqa ölkələrdə yaşayan xalqların elementləri də daxil ola bilir.   

Davranış normaları fərdin və toplumun olur. Fərd özünü toplunun davranışına 

uyğun aparır. Eləcə də müəyyən qədər dəyişikliklər yarada bilir. Bu baxımdan 

da  xalqın  milli  xarakterində  fərdlərin    və  şəxsiyyətlərin  rolu  böyük  olur. 

Fərdlərin  (şəxslərin)  yaratdığı  və  qurduğu  ümumi  vasitələr  fərdin  məxsus 

olduğu  xalqın  mənsubiyyətinə  aid  olur.  Xalqın  mədəniyyətindən  formalaşan 

milli  davranışları,  eləcə  də  davranışlarından  və  fəaliyyətdən  yaranan 

mədəniyyət 

normaları 

vəhdət 

şəkilində 



xalqın 

milli 

təfəkkürünü

 

obrazlandırır.        Milli  xüsusiyyət  milli  təfəkkürün  və  onun  yaranmasının 



bazasında  olan  normaların,  vərdişlərin  obrazlanmasını  özündə  cəmləşdirən 

mücərrəd  və  ruhi  bir  anlayışdır.  Mənəviyyat  da  məhz  ümumi  insan 

xarakterindən  (burada  insanlığa  aid  olan  ümumi  aspektlərin  yaratdığı 

xüsusiyyət nəzərdə tutulur) və xalqın davranış normalarından formalaşır.   



Davranış normaları

 ənənəvi və əlavələri (zamana və resurslara müvafiq 

şəkildə)    də  özünə  qoşan  vərdişlərdən,  təkrar  olunan  əməllərdən  və 

qaydalardan,  adətlərdən   

ibarətdir  ki,  bu  ünsiyyət  və  əlaqə  qaydaları  da  

daima  ünsürlərdən-ünsürlərə  (daşıyıcı  və  yaradıcı  elementlərdən-elementlərə) 

keçir.  Bu normalar tarixən gəlir, özünün antik və klassik mahiyyətini saxlayır, 

eləcə də inteqrasiya olunmuş şəraitdə yeni elementlər qəbul etməklə müəyyən 

dəyişikliklərə  uğrayır.  Həmin  dəyişikliklər  beynəlxalq  inteqrasiya  və 




33 

 

əməkdaşıq fonunda baş verir və nəticə etibarilə digər xalqların vərdişlərini və 



ənənələrini,  adətlərini  qəbul  edir.  Bu  kimi  davranış  xassələri    xalqlardan-

xalqlara  əsasən  mədəniyyət  normalarından  və  cəmiyyətdə,  məişət  həyatında 

olan normalardan keçir.  Bu aspektdə xalqların milli və qarışıq mədəniyyəti və 

təfəkkürü meydana gəlir.  

Xalqın  milli  davranışında,  xarakterində    onun  bioloji  –genetik 

xüsusiyyətləri  də  mühüm  rol  oynayır.  Belə  qəbul  etmək  olar  ki,  nəsli  gen 

hüceyrələri  (xarakterin  informasiyasını  daşıyan  hüceyrələr)  zaman  ardıcıllığı 

ilə fərdlərə keçidlər edir və bu üsulla özündə adət-ənənə və sosial davranışları 

nəsillərdən-nəsillərə  gəzdirir.  İnsanlar  demək  olar  ki,  davranışları  ilə  bir  çox 

parametrlərə  görə    öz  əcdadlarına  bənzəyirlər.    Zamanın    tələbləri  də  bu  gen 

informasiya  daşıyıcılarında  əks  olunur.    Davranış  normalarının  yaranmasında 

iştirak edən  gen  yaddaşı  xalqın irsi xüsusiyyətlərinin baza əsaslarını  meydana 

gətirir.  Baza  əsaslar  özündə  hətta  fiziki  quruluşları  da  cəmləşdirməklə, 

davranış  üçün  vərdişləri  də  saxlayır.  Bu  vərdişlərə  xalqın  zamanla  təbiətə  və 

ətraf  sosial  topluma  olan  münasibətləri  aid  olunur.  Tarixi  məişət  xarakteri, 

xarakteri  yaradan  davranış  normaları  irsi  keçidlər  edir  və  cəmiyyətin 

xarakterini tarixi irsi baxımdan bir-birinə bağlayır.   

Hər  bir  xalqın  milli  xüsusiyyətləri  onun  adət-ənənələrində,  bu  baxımdan  

totem  və  tabularında,    həyat  vərdişlərində,  fərdlərarası  münasibətlərdə  və 

əlaqələrdə,    bunlardan  irəli  gələrək,  ictimai  və  siyasi-iqtisadi,  eləcə  də  sosio-

mədəni  strukturlarında  öz  əksini  tapır.  Milli  xüsusiyyətlərin  meydana 

gəlməsində insanların yaşadıqları coğrafi amilin, təbiət elementlərinin  də rolu 

böyük  olur.  Yaradıcılıq  və  quruculuq  insanların  ruhuna  oturur  və  insan 

xarakterinin  formalaşmasında  rol  oynayır.    Yaradıcılığa  və  quruculuğa  da 

əsasən  təbiət  elementləri  öz  obrazı  ilə  təsir  edir.  Xalqın  psixikasında  kainat, 

təbiət  elementlərinin  təsəvvürü,  əks  olunması  böyük  rol  oynayır.  Məsələn, 

hesab etmək olar ki, ekvatordan şimala və cənuba, eləcə də Qrinviçdən  qərbə 

və  şərqə    müəyyən  meridianlarda  və  paralelliklərdə  yaşayan    insanların 

xarakterləri  də  fərqli  olur.  Çünki  enerji  tam  şəkildə  eyni  dərəcədə  paylana 

bilməz.  İnsanlar  da  eyni  kəmiyyətlə  enerji  ala  bilməzlər.  Bu  amil  də  milli 

xüsusiyyətlərin,  regional  xüsusiyyətlərin  formalaşmasında  öz  rolunu  oynayır.   

Təbiət bioloji-psixi xüsusiyyətləri özündə cəmləşdirir və təsirlərini edir.  Qeyd 

etdik  ki,  xalqın  milli  təfəkküründə  və  mədəniyyətində  özündə  etik  və  estetik 

nümunələri  əks  etdirən  davranış  normaları  mühüm  rol  oynayır.  Davranış 

normaları da öz-özlüyündə tərkiblərdən ibarətdir.  

 

Davranış normalarının tərkibinə aiddir: 

 

-əmək  fəaliyyəti  və  vərdişləri  (  əmək  və  məşğuliyyət  amili  də  davranış 



normalarının tərkibidir); 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə