Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

34 

 

-əmək  fəaliyyətinin  təkibini  təşkil  edən  yaradıcılıq  və  quruculuq  işləri 



(burada  peşə  məşğuliyyəti  və  sənətkarlıq  fəaliyyəti  mühüm  rol  oynayır.  Bir 

xalqın  milli  xüsusiyyətlərində  onun  tarixən  məşğul  olduğu  məşğuliyyət 

formaları və üsulları, eləcə də vasitələri əvəzsiz rol oynayır. Məsələn, bir xalq 

tarixən  əkinçiliyə  meyillidirsə,  bu  vərdiş  normaları  həmin  xalqın  gen 

informasiya  daşıyıcılarında  oturur.  Müəyyən  zamanla  insanlarını  ona,  yəni 

həmin vərdişə  doğru çəkir);  

-əmək  fəaliyyətinin  tərkibini  təşkil  edən  zehni  fəaliyyət  (zehni 

məşğuliyyət  də  fərdi  və  qrup  halında  irsən  keçir  və  davranış  normalarına 

oturur); 

-sosial    davranış  xüsusiyyətləri  (burada  insanlar  məişətdə  və  cəmiyyətdə 

öz  aralarında  olan  münasibətləri  müəyyən  edir  və  əks  etdirirlər.  Sosial 

davranışlar milli adət-ənənələrin əsaslarını ortaya qoyur); 

-fərdin  cəmiyyətdə  rolu  (məsələn,  cəmiyyətdə  və  məişətdə  qrup  olaraq 

kişilərin  funksiyaları  və  məsuliyyətləri  daha  böyük  olur  və  bu  hal  da,  yəni  

kişilərin davranışı da daima irsən keçir); 

-etik  qaydalar  (özündə  yasaqları  əks  etdirən  hüquq  sərhədlərindən 

ibarətdir. Etik qaydalar hüquqla sintezdədir və əmək fəaliyyətində, yaradıcılıq 

və quruculuq işlərində tətbiq olunur) 



Fərdin  və  kollektivin  davranışı. 

Məlumdur  ki,  insanlar  məişətdə  və 

sosial həyatda kollektiv qaydada yaşayır. Fərd buna görə də öz xüsusiyyətlərini 

kollektivdən  götürür.  Eləcə  də  öz  davranışları  ilə  kollektiv  üçün  nümunə 

yaradır.  Fərd  kollektiv,    kollektiv  də  fərd  üçün  xidmət  edir.  Fərd  kollektivin 

enerjisindən faydalanır. Bir fərd ailə xüsusiyyətlərini, qohum xüsusiyyətlərini, 

eləcə də cəmiyyətin xüsusiyyətlərini özündə əks etdirir. Fərdin gen yaddaşında 

fərdin  və  kollektivin  vərdiş  informasiyası  toplanır.  Bu  baxımdan  da  insanlar 

fərdi  olaraq  öz  ulu  əcdadlarına,  kollektiv  olaraq  öz  cəmiyyətinə  və  xalqına 

bənzəyirlər.  Xalqın  mədəniyyət  xüsusiyyətləri  və  davranış  qaydaları  da  elə 

kollektivin  vərdişlərindən  və  normalardan  ibarət  olur.  Onların  vərdişlərini 

özlərində  daşıyırlar.  Xalqın  bir  nümayəndəsi  (onun  gen  yaddaşında  və 

tərbiyəsində  klassik  olaraq  bir  xalqın  elementləri  öz  əksini  tapırsa)  başqa  bir 

cəmiyyətdə də klassik olaraq öz norma və vərdişini saxlayır. Əgər bir şəxs çox 

mühafizəkardırsa, onda hesab etmək olar ki, o, daha çox klassik və etnikdir

Öz  adət  və  ənənələrinə  çox  bağlıdır.  Bu  şəxs  başqa  cəmiyyətə  gedərsə,  orada 

uzun  müddət  yaşayarsa,  yenə  də  özünün  klassik  mahiyyətini  qoruyub 

saxlayacaq.  Ən  əsası  da  yaşlı  vaxtı  başqa  xalqın  içərisində  olacaqsa,  yenə  də 

öz  etnik  baza  vərdişlərini  qoruyub  saxlayacaq.  Lakin  həmin  şəxsin  evladı 

başqa xalqların içərisində doğularsa və yaşayarsa, onda tərbiyə və mühit amili 

gen amili ilə  bərabər olacaq. O şəxsdə artıq genetik ənənə və vərdiş yaşadığı 

mühitin hesabına bir az azalacaq. Onun da evladı başqa xalqla nigahdan olarsa, 

artıq  gen  informasiyasının  böyük  əksəriyyəti  itəcək.  Çünki  onu  dünyaya 

gətirən  valideyn  öz  mühitini  dəyişmiş  olmuş  olacaq.  Bu  addımla  müəyyən 




35 

 

müddətdən  sonra  etnik  davranış  klassik  forması  baxımından    itib  gedəcək. 



Başqa bir xalqın nümayəndəsi yaranacaq. Bu qaydada etno-milli assimilyasiya 

formalaşacaq.   



 

Milli xüsusiyyətlərin formalaşmasında mədəniyyət amili

 

 



Mədəniyyət  amili  xalqın  milli  xüsusiyyətlərinin  tərkibini  formalaşdırır. 

Hər  bir  xalq  onun  nümayəndələrindən  təşkil  olunur.  Etnik  xüsusiyyətlər 

cəmləşərək milli xüsusiyətləri yaradır. Əgər bir xalq (etnik kimi) özünə dövlət 

qurubsa,  siyasi  baxımdan  təşkilatlanıbsa,  beynəlxalq  əlaqələrdə  öz 

müqəddaratını  həll  edibsə,  onda  o  xalqın  etnik  psixi  xüsusiyyətləri  artıq  milli 

xüsusiyyətlərə

  keçid  edib.    Bu  transformasiyadan  irəli  gələrək  xalqın  etnik 

təfəkkürü  yüksəlir  və  milli  təfəkkürə  keçidlər  edir.  Milli  təfəkkürün 

formalaşmasında  xalqın  mədəniyyət  amilləri  əvəzsiz    rol  oynayır.  Milli 

təfəkkür  etnik  təfəkkürün  üst  hissəsi,  yuxarı  mərhələsi  rolunu  oynayır.  Bir 

dövlət  ərazisində  yaşayan  çoxlu  sayda  xalqlar  birləşərək  ümumvətəndaş 

siyasi  və  ictimai  statusu  altında  dövlət  yaradırlar  və  kollektiv    milli 

xüsusiyyətləri formalaşdırırlar. Bu halda ölkənin bütün xalqları siyasiləşmiş və 

milliləşmiş  təfəkkürə  sahib  olurlar  və  vahid  milli  və  dövlətçilik  ideologiyası 

altında  birləşərək  bu  ideologiyaya  xidmət  edirlər.  Milli  təfəkkürü  vətəndaşlıq 

təfəkkürü  formalaşdırır.  Xalqın  dövlət  siyasətində  (ölkədaxili  və  ölkəxarici 

fəaliyyətində)  iştirakı  onun  milli  mədəniyyətinin  əsaslarını  yaradır.  Milli 

mədəniyyət iqtisadiyyat, siyasət, sosial və digər mədəniyyətlərdən ibarət olur. 

Məsələn,  seçki  mədəniyyəti  bir  ənənədir  və  siyasi  mədəniyyətin  tərkibidir. 

Əgər bir xalq və xalqlar qrupu (vahid ölkə vətəndaşları) sistemli əsaslara malik 

olan  rasional  seçki  təşkil  edə  bilirsə,  onda  onlarda  yüksək  siyasət  və  seçki 

mədəniyyəti 

mövcuddur. 

Ümumiyyətlə, 

məişət 


mədəniyyəti, 

sosial 


mədəniyyətin  tərkibi  olaraq  təşkilati  mədəniyyət  və  digər  sahələr  üzrə  

mədəniyyət  həmin  sahələrin  rasional  təşkilindən  meydana  gəlir.  Bütün  bu 

işlərin başında isə sistemli məktəb tərbiyəsi mühüm rol oynayır. Bu baxımdan 

da  pedaqoji  mədəniyyət  və  elm  mədəniyyəti  də  xalqın  milli  təfəkkürünün 

formalaşmasında iştirak edir. 

Bir xalq və dövlətdə yaşayan xalqlar toplumu ətraf aləmə açıla bilirsə, bir 

o qədər mədəni baxımdan zəngin olur.   Sanki öz mədəniyyət “qapılarını açır”. 

Xalqın  mədəni  olmasında  yaradıcılığı  və  quruculuğu  özündə  cəmləşdirən 

mədəniyyət vasitələri, etik davranış normaları və rasional sistemli cəmiyyətlər 

mühüm rol oynayır.   



Şə

xsin  mədəni  olması. 

Məlumdur  ki,  hər  bir  xalq  toplu  halda  müəyyən 

bir coğrafi ərazidə məskunlaşır. Həmçinin pərakəndə şəkilində  digər  xalqların 

ərazilərində  məskən  salır.  Əvvəlcə  də  qeyd  olundu  ki,  hər  bir  xalqın  milli 

xüsusiyyətləri  mövcud  olur.  Bu  milli  xüsusiyyətləri  formalaşdıran  kriteriyalar 

vardır.  Kriteriyalar  etno-milli  təfəkkürün  tərkibini  yaradır.  Kriteriyalar  etno-

milli təfəkkürü obrazlandırır.  



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə