Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

51 

 

ilə  müəyyən  edilir.  Məsələn,  keçmiş  SSRİ  məkanında  Rusiya  ABŞ-ı 



qısqanclıqla qəbul edir, Avropanı ondan bir qədər az qısqanır. Regional güclü 

dövlətlər  olan  Çin,  Hindistan,  Türkiyə,  İran  kimi  dövlətləri  isə  az  dərəcədə 

qısqanır.  Bu  baxımdan  da  rəqabət  subyektlərə  görə  dərəcələnir.  Rəqabət  həm 

məkana  görə  dərəcələnir:  ABŞ  və  Rusiya  birinci  dərəcəli  məkanda  rəqabət 

həyata  keçirir,  bu,  Rusiya  üçün  ən    yüksək  dərəcəli  rəqabətdir,  məsələn, 

Ukraynada  bu  hal  yaşanır.  Rusiya  İran  və  Türkiyənin  Cənubi  Qafqazda 

maraqlarını  qəbul  edir  və  az  dərəcədə  qısqanır.  Çünki  başa  düşür  ki,  tarixi, 

etno-mədəni  bağlılıq  mövcuddur.  Bu,  ikinci  dərəcəli  qısqanclıq  hesab  oluna 

bilər.  

Böyük  dövlətlər  arasında  olan  rəqabət  mübarizəsində  dərəcələnmələri 

meydana gətirən digər faktorlar da vardır. Məsələn, etnik-mədəni bağlılıq amili 

rəqabətin dərəcəsini artırır. Məsələn, Slavyan dövlətlərində Qərbin fəal iştirakı 

Rusiyanın maraqlarını, etno-milli maraqlarına güclü zərbələr vurur. Rusiya ilə 

digər  slavyanları  vahid  bir  məkan  bağlayır.  Qərb  çalışır  ki,  bu  məkanın 

bütövlüyü  yaranmasın  və  panslavyançılıq  formalaşmasın  və  regionda 

etnokratiyaya,  etno-milli  mondializmə 

  səbəb  olmasın.  Türk  dünyasında, 

Ərəb dünyasında da bu kimi problemlər yaşanmaqdadır.  

 

Beynəlxalq münasibətlər sisteminin tarazlı əsaslarla  

formalaşmasında böyük dövlətlərin mübarizəsi-rəqabətə və  

müttəfiqliyə, qruplaşmağa əsaslanan mübarizə  

 

(XXI əsrin geosiyasi reallıqları kontekstində) 

 

Dünya  siyasəti  sistemi  və  onun  tərkibi  olan  beynəlxalq  münasibətlər 

sistemi  ayrı-ayrı  dövlətlərin 

maraqları  uğrunda  həyata  keçirdikləri 

mübarizədən  öz  daxili  mahiyyətini  meydana  gətirir.  Beynəlxalq  münasibətlər 

sisteminin formalaşmasında dünyanın müxtəlif gücə malik olan və beynəlxalq 

münasibətlərin,  eləcə  də  dünya  siyasətinin  əsas  subyektləri  olan  dövlətlər 

iştirak  edirlər.  Dövlətlərin  fərqli  gücləri  beynəlxalq  münasibətlər  sistemində, 

münasibətlərin  formalaşmasında,  sistemlərin  istiqamətlərinin  meydana 

gəlməsində  onlar  arasında  fərqli  mövqeləri  meydana  gətirir.  Beynəlxalq 

münasibətlər  sistemində  dövlətlər  öz  rəqabət  mübarizələrini  iqtisadi,  siyasi, 

hərbi və s.istiqamətlər üzrə həyata keçirirlər. Ümumiyyətlə isə qeyd etmək olar 

ki, rəqabət mübarizəsi dövlətin bir forma kimi  güclənməsini təmin edən, onun 

güclü  olmasını  şərtləndirən  kriteriyaların  daha  da  güclənməsinə  xidmət  edir. 

Kriteriyaları  güclənməsi  elə  ümumən  dövlətin  güclü  olmasına  gətirib  çıxarır. 

Dövlətin  güclü  olmasını  şərtləndirən  kriteriyalar  ərazi,  əhali,  coğrafi  mövqe, 

hansı regionda yerləşməsi, dünya okeanına çıxış imkanları, eləcə də iqtisadi və 

hərbi  resurslardan  ibarətdir.  Həmin  krietiriyaların  özlərini  də  iki  baza 

istiqamətə  ayrımaq  olar:  birincisi,  məkan  kriteriyaları-bura  ərazi  amili 



52 

 

aiddir.  Həmçinin  dövlətin  hansı  geosiyasi  regionda  yerləşməsi  də  əhəmiyyət 



kəsb  edir.  İkincisi,    məkan  üzərində  olan  resurslar  amili.  Bura  isə  siyasi, 

iqtisadi  sistemləri  meydana  gətirən  bütün  ünsürləri,  məkanın  üzərində  ola 

maddi-təbii resursları və onların istifadəsi sistemlərini aid etmək olar.  

Dövlətlərin  rəqabət  mübarizələri  məhz  dövlətin  daxili  və  beynəlxalq 

gücünü  özündə  əks  etdirən  kriteriyaların  güclənməsinə  və  daha  çox 

komponentlər  əldə  etməsinə  xidmət  edir.    Bu  baxımdan  dünyanın  ayrı-ayrı 

regionlarının  maraq  dairələrinə    bölünməsi  və  regionların  resursları  üzərində 

nəzarət  imkanlarının  genişləndirilməsi    məhz  dövlətlərin  rəqabət  siyasətinin 

əsasını təşkil edir.  

Dövlətlərin  rəqabət  siyasəti  güclənmə  və  müdafiə  məqsədlərinin  təmin 

olunmasına da əsaslanır.   

Beynəlxalq  münasibətlər  sisteminin  tarazlı  əsaslarla  formalaşmasında 

böyük dövlətlərin rəqabət mübarizəsi bir tərəfdən sabit dünya sisteminə xidmət 

edirsə, digər tərəfdən böyük dövlətlərin geosiyasi maraqlarının formalaşmasını 

təmin  edən  vasitələr  və  istiqamətləri  özündə  cəmləşdirən  proseslərə  çevrilir.  

Beynəlxalq  münasibətlər  sisteminin  tarazlı  əsaslarla  formalaşması  rəqabəti, 

müttəfiqliyi  və  qruplaşmanı  özündə  əks  etdirir.  Beynəlxalq  münasibətlər 

sisteminin  tarazlı  əsaslarla  formalaşması  başlıca  olaraq  dünyanın  ayyır-ayrı 

nüfuz dairələrinə bölünməsini özündə əks etdirir.  

Tarixin  inkişaf  dinamikası  onu  müxtəlif  dövrlərə  və  mərhələlərə 

bölmüşdür.  Dövrlər  və  mərhələlər  müxtəlif  qlobal  hadisələrin  baş  verməsi  ilə 

bir-birindən  ayrılmışdır.  Regionların  ictimai-siyasi  proseslərinə  qlobal  təsilər 

edən  hadisələrlə  elə  mərhələlər  meydana  gəlmişdir.  Məsələn,  dünya 

müharibələri, SSRİ-nin dağılması kimi mühüm dəyişikliklər gətirən  hadisələr 

elə  siyasi  tarixin  formalaşmasının  əsasında  qərarlaşmışdır.      Bununla  yanaşı, 

zamanın  ardıcıl  qaydada    hesablanması  da  tarixin  dövrlərə  və  mərhələlərə 

bölünməsini  zəruri  etmişdir.  Ayrı-ayrı  regionlarda  zəncirli  proseslərin  özləri 

elə inkişaf meyarlarını aşkarlamışdır. Aşkar olunan tərkiblər və vəziyyətlər elə 

inkişaf 

dövrlərinin 

xassələrini 

ortaya 


çıxarmışdır. 

İnkişaf 


qanunauyğunluqlardan və zərurətdən ortaya çıxıdığından, şərti olaraq meydana 

gələn  təzahür  elə  inkişaf  eralarınınn  formalaşmasının  əsaslarını  meydana 

gətirmişdir.  Bu  baxımdan  sənayenin  inkişafı,  sənayedə  yeni  texnologiyanın 

tətbiqi  və  realizə  üçün  yeni  bazarların  axtarışları    sənaye  məhsullarının 

qitələrdən-qitələrə  doğru  dövr  edən  hərəkət  proseslərini  yaratmışdır  ki, 

resursların hərəkəti də inkişafın xassələrini zamana və regionlara münasibətdə 

ortaya qoymuşdur.   

Bu  dövr  və  mərhələlərdə  dünya  siyasətinin  aparıcı  qüvvələri  mövcud 

olmuşdur. Əgər orta əsrlərdə dünya siyasətinin və onun tərkibi olan beynəlxalq 

münasibətlərin formalaşmasında   İspaniya krallığı, Osmanlı imperiyası Avro-

Asiya  nəhəngləri,  söz  sahibləri  idilərsə,    XIX  əsrdə-yeni  dövrdə,    Britaniya 

imperiyası  dünya  siyasətinin  aparıcı  qüvvəsinə  çevrilmişdir.  Britaniya 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə