Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

42 

 

(məsələn,  kəndlərdə  kənd  təsərrüfatı,  şəhərlərdə  sənaye  təsərrüfatı)  təsnif 



olunan  bütün  sahələri  birləşdirir.  Təsərrüfat  sahələri  arasında  infrastruktur 

yaradılır  ki, bu təsərrüfat sahələrinin şəbəkəli və tarazlı fəaliyyətini təmin edə 

bilsin.  Bu  aspektdə  də  rabitə,  nəqliyyat  və  yol  infrastrukturunun  yüksək 

səviyyədə qurulması elə bir mədəniyyətdir.    

İqtisadi  mədəniyyət  iqtisadiyyat  sahəsində  xalqın  sistemli  olaraq  iqtisadi 

münasibətləri və əlaqələri təmin etmək davranışlarında öz əksini tapır. İnsanlar 

ümumi  mədəni  davranışlarını  elə  əmək  münasibətləri  və  əlaqələri  sahələrində 

də  nümayiş  etdirirlər.  Burada  da  ünsiyyət  zamanı  nəzakət  və  ədəb  qaydaları 

qorunur.  İş  mədəniyyəti,  ofis  mədəniyyəti  yaranır.  Ofis  mədəniyyəti  özündə 

obyektlər  üzrə  təşkilatçılığı  və  idarəçiliyi  birləşdirir.    Nizamlı  olaraq  iş 

yerlərində  olmaq,  vaxtında  tapşırıqları  yerinə    yetirmək    və  bu  baxımdan  da 

vəzifə  bacarığı  da  mədəniyyətdir.  Əmək  intizamı,  istehsalat  nizamı  öz-

özlüyündə  bir  mədəniyyətdir.  İşçilərin  ziyalı  qrupu  iqtisadiyyatın  mədəni 

səviyyəsinin  göstəricilərini  müəyyən  edir.        İqtisadi  mədəniyyətin  tərkibinə 

istehsal, xidmət və ticarət mədəniyyəti aid olunur. İqtisadi mədəniyyət o halda 

yüksək  olur  ki,  resurslardan  səmərəli  istifadə  olunur  və  resurslar  müsbət 

istiqamətlərə  yönləndirilir.  Xammaldan  layiqli  istifadə  nəticəsində  səmərəli 

məhsullar  yetişir.  Bu  proses  şəxslərin  qabiliyyətinə  və  istedadlarına,  bilik  və 

bacarıqlarına əsaslanır. Bu baxımdan yüksək ixtisas və peşəyə, eləcə də  savad 

və  biliyə  malik  olan  şəxslər  daha  mədəni  şəxslər  hesab  olunurlar.  Onların  

əmək (fiziki  və  zehni)  qabiliyyətləri sayəsində yeni səmərəli məhsullar əldə 

olunur.  İqtisadi  resurslardan  xalq  taraz  qaydada  öz  mənafeyi  üçün  istifadə 

etməni  bacarırsa,  onda  o  xalqın  mədəniyyəti  yüksəkdir.  İqtisadi  resurslara 

həyatın  maddi  tələbatını    ödəmək  nöqteyi-nəzərdən  yanaşan  xalqın 

mədəniyyəti  yüksək  olur.

  Bu  resurslardan  sülh  məqsədləri  üçün  istifadə 

təyinatı mədəniyyətin yüksək göstəricilərindən xəbər verir. İqtisadi resursları 

həqiqətən  də  sosial  tələbat  resurslarına    yönəltməyi  bacaran  şəxslər 

mədəni  şəxslərdir.

  İqtisadi  mədəniyyətin  tərkibi  struktur  baxımından 

çoxçalarlıdır.    İqtisadi  mədəniyyətin  tərkibində  bir  markterinq  mədəniyyəti 

də  mövcuddur.  Bu  mədəniyyətə  idarəetmə  və  təşkilatı  mədəniyyətin  tərkibi 

kimi  baxmaq  olar.  Marketinq  mədəniyyətində  alıcılar  və  satıcılar  arasında 

əlaqələr  çox  yüksək  səviyyədə  olur.  Burada  nəzakət  qaydaları  əsas  götürülür. 

İstehlak  mədəniyyətində  məhsulun  alıcılara    təqdimatı  da  xüsusi  önəm  kəsb 

edir.  İqtisadi  mədəniyyət  təşkilati,  idarəçilik  mədəniyyətinin  tərkibini  təşkil 

edir.  Bu  baxımdan  həm  də  menecment  mədəniyyəti  mühüm  əhəmiyyətə 

malik  olur.  İdarəçilik  mədəniyyətinin  formalaşması  sahələr  üzrə  biliklərin 

toplanması keyfiyyətlərindən, həm də rasional biliklərə, təcrübi biliklərə sahib 

olmaq  və  onu  tətbiq  etmək  bacarığından  asılı  olur.  İdarəçilik  mədəniyyəti 

nəzarət,  müşahidə,  təşkil  etmək  kimi  əsasları  özündə  cəmləşdirir.    Maliyyə 

mədəniyyəti,  bank  mədəniyyəti  müştərilərlə-kreditorlarla,  depozitçilərlə 

xidmət edənlər arasında  olan təminedici və nəzakət mədəniyyətini əhatə edir. 

Xalqın  bank  mədəniyyəti  banknotların  (kağız  pul  vahidlərinin)  banklar 

vasitəsilə  istifadə  edilməsində  meydana  gəlir.  Bu  gün  artıq  bank  sahəsində 



43 

 

elektron kartlardan istifadə etmək kimi bacarıqlar və vərdişlər mövcuddur. Bu 



hallar  yeni  bir  mədəniyyətin  formalaşmasını  özündə  ehtiva  edir.  O  xalqın 

mədəni səviyyəsi daha yüksək olur ki, bütün iqtisadi sistemlərini ümumi rifah 

üçün  təşkil  edirlər  və  böyük  potensial  yaradaraq  ondan  fərdlər  üçün    istifadə 

edirlər. Ən  yüksək  mədəniyyəti olan  xalq  “bir şəxs  hamı  üçün-  hamı bir şəxs 

üçün” prinsipi ilə yaşayan xalqdır. Bu halda cəmiyyət və dövlət də çox güclü 

olur  və  daxili  boşluqlardan  azad  olunur.  Daxili  boşluqlardan  azad  olan 

cəmiyyətin və dövlətin siyasi immuniteti də güclü olur.  

 

Xalqın  iqtisadi  mədəniyyəti  ilə  bağlı  bu kimi  ümumiləşdirilmiş  fikirləri 

bildirmək olar: 

 

-hər  hansı  bir  xalq  öz  iqtisadiyyatını  yüksək  standartlarla  (burada 



keyfiyyətlə,  yəni  tərkib  elementləri  yerində  olaraq)  təşkil  edərək,  özünə 

yönəldirsə, onda o xalqın mədəniyyətin yüksək olur; 

-iqtisadi mədəniyyətin tarixi aspektləri mövcud olur. Hər bir xalq öz tarixi 

keçmişi  ilə  gələcəyi  arasında  iqtisadi  bağlılıq  yaradırsa,  bu  baxımdan  keçmiş 

iqtisadi vasitələri üzərində yeni vasitələr və proseslər yaradırsa, onda o xalqın 

iqtisadi mədəniyyəti yüksək olur; 

-iqtisadi  mədəniyyətin  yüksək  olmasını  istehsal  subyektləri,  məsələn, 

şirkətlər,  bu  baxımdan  transmilli  şirkətlər,  böyük  maliyyə  vəsaiti  və 

dövriyyəsi, istehsal texnikası və avadanlıqları və mütəxəssisləri olan təsərrüfat 

və xidmət, infrastruktur subyektləri formalaşdırır. Bu aspektdə Avropa İttifaqı, 

ABŞ,  Kanada,  Yaponiya,  Rusiya  kimi  dövlətlərin  iqtisadi  mədəniyyətləri 

yüksək olur; çünki böyük şirkətlər bu dövlətlərə məxsusdur;   

-iqtisadi  mədəniyyət  quruculuq  və  yaradıcılıq  səviyyəsindən  və  sistemli 

strukturun qarşılıqlı cavab verməsindən, reaksiyalardan asılıdır; 

-iqtisadi  mədəniyyət  iqtisadi  resursların  tarazlı  paylanmasından  yüksək 

dəyər almış olur. Tarazlı iqtisadiyyat həm də güclü olur; ona görə ki, regionlar 

üzrə paylanmaqla iqtisadi mərkəzlərin sayı çoxluq təşkil edir; 

-iqtisadi  mədəniyyət  sağlam  qida  və  geyim  məhsullarının  istehsalından 

formalaşır; 

-iqtisadi  mədəniyyətin  yüksək  olması  xalqın  öz  milli  və  beynəlxalq 

valyutalara dəyər verməsindən formalaşır; 

-iqtisadi  mədəniyyətin  yüksək  səviyyəsi    milli  məhsulların  beynəlxalq 

bazarlarda təqdimat səviyyəsindən meydana gəlir; 

-iqtisadi 

mədəniyyət 

iqtisadi 

təfəkkürün 

yüksək 


səviyyədə 

formalaşmasından asılı olur; 

-iqtisadi  mədəniyyət  rəqabətə  davamlı  iqtisadi  sahələrin  təşkilindən 

formalaşır; 

-iqtisadi  məhsullar    estetiklik  yaradırsa,  onda  o  xalqın  mədəniyyəti 

yüksəkdir; 

-yüksək  iqtisadi  mədəniyyətin  xarakterində  iqtisadi  məsuliyyətin 

yüksəkliyi amili dayanır  və s.  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə