Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

59 

 

dövlətlərin təzyiqinə məruz qalır. Çünki siyasi cərəyanlar geosiyasi maraqlara 



xidmət edir və hər bir böyük dövlət ona bağlı olan  regionlarda öz maraqlarını 

təmin etmək üçün kiçik dövlətlərə təzyiqlər edirlər. Bu məsələdə  maraq amili  

böyük dövlətlərin özlərinin humanist siyasətini  kölgədə qoya bilir və bununla 

da  kəskin  rəqabəti  üzə  çıxarır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  ölkə  Qərb 

siyasətini  qısqanclıqla  qarşılayan  və  bundan  təhlükəsizlikləri  üçün    ehtiyat 

edən  digər  böyük  dövlətlərin  əhatəsində  yerləşibdir.  Bu  regional  güc 

mərkəzləri  Xəzər-Qara  dəniz  regionu  qurşağına  daxil  olan  və    kənar  güc 

mərkəzlərinin  maraqlarını  daşıyan  siyasi      axınların  regiona  daxil  olması 

zamanı    özünümüdafiə  instinkti  nümayiş  etdirirlər  və  nəticədə  coğrafi  məkan 

subyektləri təzyqilərə məruz qalırlar.  

Regional  geosiyasi  müstəvidə  Azərbaycanın  yaxın  gələcək  üçün  xarici 

siyasətinin,  eləcə  də  xarici  siyasət  fəaliyyətinin  üst  qatı,  daha  dəqiq  desək, 

nəticəsi  (məhsulu)      olan  beynəlxalq  münasibətlərinin    formalaşmasına  baza 

struktur  istiqamətləri  baxımından  (burada  coğrafi  ərazi,  həyati  əhəmiyyətli  

məkan)      iki  aspektdən  yanaşmaq  olar:  birincisi,  regionda  güc  mərkəzləri 

hesab  edilən  regional    böyük  dövlətlərin  (Rusiya,  Türkiyə,  İran),  həmçinin 

regiondan  kənarda  mövcud  olan  böyük  güc  mərkəzlərinin  (ABŞ  və  Avropa 

İttifaqı)  geosiyasi  maraqlarının  formalaşdığı  məkanlarda  (Xəzər-Qara  dəniz 

regionu  geosiyasi  məkanında,  qurşağında)  Azərbaycanın  yaxın  gələcək  üçün 

yeritdiyi  siyasətin    əsasları.  -nəzərə  almaq  lazımdır  ki,  burada  Azərbaycan  öz 

xarici  siyasətini  həmin  dövlətlərin  geosiyasi  maraqları  ilə  tənzimləməlidir, 

uyğunlaşdırmalıdır; ikincisi isə Azərbaycanın özünün Cənubi Qafqazın aparıcı 

dövləti  kimi  sözügedən  regionda  geosiyasi  maraqlarının  formalaşması  üçün 

müəyyən  etdiyi  xarici  siyasətinin  əsasları.  -bu  istiqamətdə  isə  Azərbaycan  öz 

milli  və  regional  maraqlarını  təmin  etmək  məqsədilə    geosiyasətin  düzgün 

müəyyən  edilməsi  siyasətini  həyata  keçirməlidir.  Yaxın  strateji  müddət  üçün 

də  Azərbaycan  həm  regiona,  eləcə  də  ölkəyə    daxil  olan  xarici  siyasət 

cərəyanlarından  faydalanmalı,  həm  də  bu  cərəyanları  öz  daxili  enerjisi  ilə 

balanslaşdırılmış  və  artırılmış  formada    birləşdirməli  və  bununla  da    özünün 

xarici siyasətinin istiqamətlərini müəyyən etməlidir. Hər iki istiqamət təbii ki, 

baza  istiqamətidir  və  bu  baxımdan  da    real  əsaslara  (real  siyasətə) 

söykənməlidir,  praqmatizmi  özündə  cəmləşdirməlidir,  strategiyanın  hədəfi  və 

tərkibi  olmalıdır.    Hər  iki  istiqamətin  düzgün  şəkildə  müəyyən  edilməsi  ilə 

Azərbaycan yaxın gələcəkdə də balanslaşdırılmış vəziyyəti təmin etmiş olacaq, 

daha  doğrusu,    mövcud  balanslı  vəziyyəti  əsaslı  şəkildə  dəyişməyən 

trayektoriya  üzrə  davam  etdirəcək.  Bu  da  bir  tərəfdən  ölkənin  müdafiəsinə 

xidmət  göstərəcək,  digər  tərəfdən  də  Azərbaycanın    regional  səviyyədə 

geosiyasi çəkisinin və siyasətinin  əhatə  məkanını artıracaqdır.     

Yaxın  strateji  müddət  üçün  Azərbaycan  istər  regionda,  istərsə  də 

regiondan  kənar,  lakin  əlaqəli  (Xəzər-Qara  dəniz  regionu)    məkanlar  üçün  öz 

xarici  siyasətini  həyata  keçirərkən  tənzimləmə  (burada  sistemli,  təkmil  və 



60 

 

rasional əsaslarla tənzimləmə-digər maraqlı ölkələrdən  daxil olan cərəyanların 



həm  bir-biriləri  ilə,  həm  də    ölkənin  özünün  daxili  cərəyanları  ilə  

toqquşmaması  üçün  özürücülük  siyasətinin  həyata  keçirilməsi)  funksiyasını 

yerinə  yetirməlidir.  Bu  funksiya  yerinə  yetirilərkən  həm  də  regional  böyük  

dövlətlərin  digər  regionlarda  həyata  keçirdikləri  regional  və  qlobal  siyasət 

nəzərə  alınmalıdır.  Onu  mütləq  diqqətdə  saxlamaq  vacibdir  ki,  böyük 

dövlətlərin dünyanın ayrı-ayrı məkanlarında  mövcud olan geosiyasi  maraqları 

arasında  bağlılıq  vardır.  Bağlılıq  kontekstində  geosiyasi  məkanlar  böyük 

dövlətlər  üçün  əhəmiyyətinə  görə  dərəcələnə  bilər.  Məsələn,  Rusiya,  Türkiyə 

və İran üçün Xəzər regionu, o cümlədən Cənubi Qafqaz, Mərkəzi Asiya  daha 

əhəmiyyətli region hesab edilə bilər. Təbii ki, bu regionun həm sərvətləri, həm 

də coğrafiyası (sərhədləri əhatə etməsi), eləcə də əhalinin  etnik-mədəni və dini 

xüsusiyyətləri  və  ərazinin  əlverişli  strateji    mövqeyi  bunu  deməyə  əsas  verir. 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  region  həm  də  ABŞ  və  Avropa  İttifaqının, 

eləcə  də  Ərəb  dünyasının  maraq  dairəsindədir.  Regionda,    bu  baxımdan  daha 

çox  “bloklar”,  “məngənələr”  siyasəti  meydana  gəlir  və  region  subyektləri 

narahat vəziyyətdə qalırlar.  

Azərbaycanın  yerləşdiyi    məkanda  böyük  dövlətlərin  yeritdikləri 

siyasətdən  meydana  gələn    rəqabət  siyasətinin  gücünə    də  iki  aspektdən 

yanaşmaq  olar:  birincisi  regionda  maraqları  olan  böyük  dövlətlərin 

maraqlarının  təmin  edilməsi  uğrunda  meydana  gələn    rəqabətin  gücü  və 

dərəcəsi,  ikincisi  isə  regiondan  kənarda,  hətta  miqyasına  görə  qlobal 

əhəmiyyət kəsb edən məsələlər üzrə  rəqabətin gücü. Bu iki geosiyasi  məkan 

bir-birinə  sıx  bağlıdır.  Əgər  böyük  dövlətin  biri  digərinə    kənarda  rəqabətdə 

uduzursa,  məkanı  itirirsə,  zəifləyirsə,  onda  özünümüdafiə  və  güclənmə  üçün 

böyük  dövlət  məcbur  olur  ki,  digər  məkanda  özünü  gücləndirsin.  Məsələn, 

hesab  etmək  olar  ki,  Rusiya  Suriyada  öz  strateji  mövqeyini  zəiflədərsə  və 

itirərsə,  onda  Xəzər  regionunda,  o  cümlədən  bu  regiona  aid  olan  Cənubi 

Qafqazda,  Mərkəzi  Asiyada,  eləcə  də  digər  regionlarda,  məsələn,  Şərqi 

Avropada    güclənmək  üçün  vasitələrdən  (vasitələrə  hərbi,  siyasi  və  iqtisadi 

amilləri aid etmək olar) daha da geniş şəkildə istifadə etməyə çalışacaq. Bu da 

region  dövlətlərinin  üzərində  təzyiqi  artıra  biləcəkdir.  Bu  baxımdan  da  da 

Azərbaycan  yaxın  gələcəkdə  də    özünün  balanslaşdırılmış  siyasətini  davam 

etdirməli və bunu  mövcud şəraitlə, zamanla və məzmunla əlaqələndirməlidir. 

Ola da bilər ki, müəyyən dəyişikliklər də meydana çıxsın. Məsələn, beynəlxalq 

şərait  tələb  edərsə,    Azərbaycan  regional  inteqrasiyaya  daha  böyük  üstünlük 

verə  bilər  ki,  özünü  qoruya  bilsin.    Onu  da  nəzərə  almaq  lazımdır  ki,  siyasi 

balanslaşdırmada  mütləq  bərabərlik  yoxdur,  bu  məsələdə  daha  çox  nisbilik 

prinsipi  əsas  götürülür  ki,  bunu  da  şərait  zəruri  edir.  Digər  tərəfdən  də 

Azərbaycan  regionda  birtərəfli  siyasət  yeritməməli,  yəni  yalnız  regiondakı 

böyük  dövlətlərlə  əlaqə  qurmamalı,  eyni  zamanda    özünün  Qərbyönümlü  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə