Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

63 

 

fərdi-milli  əsaslarla,  həm  də  kollektiv-beynəlxalq  əsaslarla  yerinə  yetirmiş 



olurlar.  Bu  madfiə  siyasəti  çox  zaman  əks  tərəfdə  hücuma  hazırlıq    siyasəti 

kimi  qələmə  alınır.  Məsələn,  Rusiya  dəfələrlə  bəyan  edir  ki,  NATO-nun 

Avropadakı  RƏM  elementləri  müdafiə  yox,  daha  çox  müdafiə-hücum 

strategiyasını təmin etmək üçündür.   

Beynəlxalq 

münasibətlərin 

regionlarda 

və 


regionlar 

arasında 

ixtisaslaşması,    beynəlxalq  təşkilatlanma  dövlətlərin  maraqlarını  təmin  etmək 

məqsədini  qarşıya  qoyur.  İxtisaslaşma  və  təşkilatlanma  dövlətlərin  maraqları 

ilə  onların  vətəndaşlarının  hüquqlarının  təminatını  və  müdafiəsini  vəhdətdə 

meydana gətirir. Təşkilatlanma böyük dövlətlərin mərkəzi elementi, əsas baza 

subyekti  olmasına  da  xidmət  edir.  O  təşkilatlar  daha  güclü  və  çox  regionu 

əhatə etmiş olur ki, onların mərkəzi elementi kimi super və böyük gücə malik 

olan  dövlətlər  çıxış  etsin.  Məsələn,  Avropa  İttifaqı,  NATO  kimi  böyük 

regional təşkilatlar bu qəbildən olanlardır. Avropanın aparıcı dövlətləri Avropa 

İttifaqının,  ABŞ  isə  NATO-nun  avanqard  elementi  kimi  çıxış  edir.  NATO-da 

bir  əsas  mərkəz  elementi  (ABŞ)  və  Avropada  bir  neçə  mərkəz  elementi 

mövcuddur.   

Böyük  dövlətlər  dünyanın  ayrı-ayrı  regionları  üzrə  maraqlarını 

genişləndirmək,  regionlarda  şəbəkə  xarakterli  maraqlarını  təmin  etmək 

məqsədilə,  həyata  keçirdikləri  geosiyasi  fəaliyyətlərini  gücləndirmək  üçün 

iqtisadi,  siyasi  və  hərbi  ittifaqların  yaradılması  siyasətinə  üstünlük  verirlər. 

İttifaqlaşma siyasəti tarixi mahiyyətini özündə qoruyub saxalyır və bir tərəfdən 

kollektiv  təhlükəsizliyə  xidmət  edirsə,  digər  tərəfdən  də  əks  cəbhələrdə 

alternativ təşklatlanmağa şərait yaradır. Bu proses özlüyündə rəqabəti meydana 

gətirir.      Bu  istiqamətdə  Avratlantika  təşkilatı  da  ilk  mərhələdə  müdafiə 

məqsədi  ilə  yaradılmış  bir  qurum  olsa  da,  sonradan  və  hal-hazırda  böyük 

dövlətlərin  regional  maraqlarının  genişlənmiş  məzmunda  təmin  olunmasına 

xidmət göstərməkdədir.  

Bu  gün  regionlarda  və  regionlar  arasında  təşkilatlanma  siyasəti  həyata 

keçirilir. Regional hərbi-siyasi və iqtisadi qurumlar regionun təhlükəsizliyinin 

təmin  olunması  üçün  dövlətlərin  iqtisadi,  siyasi  və  hərbi  potensiallarını 

cəmləşdirmək  və  yeni  əsaslarla  strukturlaşdırmaq  siyasətini  təmin  edirlər. 

Beynəlxalq  münasibətlərdə kollektivçilik prinsipi daha böyük əhəmiyyət kəsb 

edir  və  bu  da  dövlətlər  arasında  müəyyən  qədər  asılılığı  yaradır.  Məsələn, 

Ukrayna hadisələrinə görə Avropa İttifaqının dövlətləri, Kanada və Avstraliya  

ABŞ-ın  Rusiyaya  qarşı  siyasətində  həmrəylik  nümayiş  etdirirlər  və 

sanksiyalara  qoşulurlar.  Əks  tərəf,  məsələn,  Rusiya  isə  Çinin  dəstəyini 

qazanmaq  siyasətinə  üstünlük  verir.  Bu  baxımdan  da  Avrasiyanın  siyasi 

mühtində parçalanma və qütblərə ayrılma prosesləri yaşanır.    

Beynəlxalq  təhlükəsizliyin  təmin  olunması  dünya  dövlətlərinin  başlıca 

maraqlarında  olsa  da,  əslində  regionlarda  və  regionlararası  məkanlarda 

təşkilatlanma,  xüsusilə  hərbi-siyasi  fonda  təşkilatlanma  dövlətlər  arasında 




64 

 

regionlarda  rəqabət  mübarizəsinin  əsaslarını  meydana  gətirmiş  olur.  Regional 



səviyyədə  təşkilatlanma  başlıca  olaraq  iki  mühüm  beynəlxalq  funksiyanı 

yerinə  yetirir:  regionda  şəbəkələşmiş  və  sistemləşmiş,  eləcə  də  mərkəzləşmiş  

hərbi-iqtisadi  və  siyasi  fəaliyyətin  təmin  olunması;  ayrı-ayrı  dövlətlərin 

təşkilatların  potensialından  istifadə  edərək  öz  milli  və  xarici  maraqlarını 

gücləndirməsi.  Kollektivçilik  fərdi  potensialdan  faydalanır,  fərdi  tərəf  isə 

kollektiv  potensial  mənbədən  istifadə  edir.  Bu  təbii  ki,  pozitiv  bir  haldır  və 

kollektiv  təhlükəsizliyi  özündə  ehtiva  edir.  Lakin  insan  hüquqlarının  təmin 

olunmasında da problemlər məhz bu iki istiqamətin kəsişməsi zamanı meydana 

gəlir. Bir tərəfdən, təşkilatlanma hüquqların müdafiəsi üçün lazımi resursların 

əldə  olunmasını  təmin  edirsə,  digər  tərəfdən,    maraqlar  amili  regional 

gərginliklərin  artmasına  xidmət  edir.  İkinci  tərəf  daha  çox  beynəlxalq 

münasibətlərdə  gərginliklərin  yaranmasını  meydana  gətirir  və  beynəlxalq 

münasibətlər  sisteminin  gərgin  əsaslarla  tarazlaşmasına  (məcburi  tarazlaşma 

forması)  səbəb  olur.  Tarazlıqların  sərt  formaları    üzə  çıxır.  Rəqabət  müəyyən 

mərhələdə məcburi tarazlıqları meydana gətirmiş olur. 

Qeyd  olunduğu  kimi,  təşkilatlanma  özündə  həm  müsbət,  həm  də  mənfi 

tendensiyaları  doğurur.  Belə  ki,  müsbət  hal  olaraq,  təşkilatlanma  həm  fərdi,  

subyektiv,  həm  də  kollektiv  sistemliliyi  meydana  gətirir.  Təhlükəsizlik  üçün 

potensialları  cəmləşdirir,  strukturlaşmanı  yaradır,  istifadə  mexanizmlərini 

meydana  gətirmiş  olur.  İnteqrasiya  məkanını  böyüdür,  resurslardan  istifadə 

potensialını artırır.   ABŞ  və  Avropanın aparıcı güc  mərkəzləri olan dövlətləri 

məhz  NATO –nun daxilində cəmləşməklə özlərinin  Avratlantika  maraqlarını 

təmin etmiş olurlar.  

 Mənfi  xüsusiyyətlər  isə  ondan  ibarətdir  ki,  təşkilatlanma  özü  də  əks 

tərəfdə,  yəni  digər  güc  mərkəzi  ətrafında  cəmlənməklə,  rəqabəti  yaradır. 

Xüsusilə,    hərbi  –siyasi  qurumların  formalaşması  və  fəaliyyətinin 

genişlənməsi,  həmçinin  çoxmərkəzli  qütblərin  hərbiləşməsi    beynəlxalq 

təhlükəsizliyə  olan  təhdidləri  ortaya  çıxarmış  olur.  XX  əsrin  ortalarında  

NATO  və    Varşava  Müqaviləsi  Təşkilatının  yaranması  məhz  ideoloji  –hərbi-

siyasi bloklararası mübarizənin nəticəsi olmuşdur. Hər iki blok-ittifaq arasında 

regional  və  regionlararası  gərginliklər  xüsusilə,    bloklararası  sərhəd 

məkanlarda  “sanitar  kordonların”  (sanitar  qarovul  xətlərinin)  yaranmasını 

zəruri  etməkdədir.  Təşkilatlanmanın  rəqabət  mahiyyəti  həm  regional,  həm  də 

regionlararası xarakter  kəsb edir. 

İqtisadi  ittifaqların  yaranması  da  təbii  ki,  iqtisadi  mübarizəni  meydana 

gətirir. Bu özündə həm regional, həm də ayrı-ayrı regionları əhatə edən iqtisadi 

birliklərin  yaranmasını  şərtləndirir.  Məsələn,  Avropa  İttifaqının  mövcudluğu 

Rusiyanın  Avrasiya  İqtisadi  Birliyini  (Rusiya,  Belorus,  Qazaxıstandan  ibarət 

olan  iqtisadi-gömrük  qurumu)          yaratmasına  səbəb  olmuş  və  Avropa 

İttifaqının  formalaşma    tarixi  Avrasiya  İqtisadi  Birliyi  üçün  bir  növ  məktəb 

rolunu  oynamışdır.  Eyni  zamanda  böyük  dövlətlərin  iqtisadi  maraqlarının 

böyüməsi  üçün  məkanlararası iqtisadi birlik  formatları da mühüm rol oynayır 

və rəqabətə səbəb olan amillər rolunda çıxış edir. Məsələn, Braziliya, Rusiya, 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə