Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

70 

 

və  sadəcə  olaraq  oyunların  tərkibi  olaraq  qalmaqdadır.  Ukrayna  hadisələri 



timsalında hərb və diplomatiya özü üçün predmet əldə edib.  

 

Ukrayna-Rusiya  hadisələri  daha  çox  makro  geosiyasətin,  makro 



maraqların tərkibidir. Rusiyanın regional taleyi bu məsələdə həll olunur.   

 

Rusiya-Ukrayna 



geosiyasəti.

 

Dünya 



dövlətlərini 

güclərinə 

və 

potensaillarına görə təsnif edərkən, onları şərti olaraq “mərkəzi” və “periferik” 



statuslulara ayırmaq olar.  Bu, geosiyasi reallıqlar prizmasından formalaşan bir 

baxışdır.  Mərkəzi  dövlətlər  periferik  dövlətlərin  üzərlərində  daima  nəzarət 

etməkdə  maraqlı  olurlar  ki,  bu  da  özlüyündə  dünyanın  ərazilər  üzrə  nüfuz 

dairələrinə  bölüşdürülməsi  siyasətinin  təbii  olaraq  formalaşmasına  gətirib 

çıxarır. Formalaşma da sistemli və mərhələli xarakter kəsb edir.  

Bu  gün  dünyada    mərkəzi  dövlətlər  arasında  periferik  dövlətlərin 

bölüşdürülməsi  siyasəti,  rəqabəti  davam  etməkdədir.  Ola  bilir  ki,  bu  siyasət 

açıq və aydın şəkildə aparılır, ola da bilir ki, lal formada (periferik dövlətlərin 

başa düşəcəyi dildə yox)  həyata keçirilir. Periferik dövlətlər isə seçim yolları 

arasında qalırlar. 

Geosiyasət  və  onun  tərkib  hissələri    olan  geostrategiya,    geoiqtisadiyyat 

və geomədəniyyət dünyanın böyük dövlətlərinin fəaliyyətlərinin əsas hissəsini 

təşkil  edir.  Geosiyasət  böyük  dövlətlərin  fəaliyyətini  üfiqi  və  şaquli  əsaslarla 

genişləndirməni özündə əks etdirən bir canlı orqanizm aktlarından ibarət olur. 

Geosiyasətin  əsas  obyekti  sərhədlərdən,  yəni  dövlətin  öz  ərazisindən  kənarda 

formalaşır.  Bu  baxımdan  da  kənar  dövlətlərin  ərazi,  əhali,  iqtisadi,  siyasi  və  

mədəni  resursları  və  bu  elementlərin  qarşılıqlı  əlaqələr  formasını  yaradan 

sistemləri  böyük  mərkəzi  dövlətlərin  diqqət  marağında  olur.  Böyük  dövlətlər 

çalışırlar  ki,  ətraf  dövlətlərin  geosiyasi  elementləri  üzərində  təsirlər  əldə 

etsinlər və bununla da öz geosiyasi maraq məklanlarını böyütsünlər.    Böyük 

dövlətlər  geosiyasi  və  geoiqtisadi  maraqların  genişlənməsi    fonunda  ətraf 

dövlətlərin  iqtisadi  və  siyasi  sistemlərinə  nüfuzlar  etməkdə  israrlı  olurlar.  Bu 

baxımdan da dünyada “siyasi heliosentrizm” formalaşır.  

Mərkəzi  dövləti  periferik    dövlətə  bağlayan  bir  çox  amil  mövcud  olur: 



coğrafi və siyasi məkan amili; sərhədlərin coğrafi istiqamətləri və əhatəliliyi; 

periferik dövlətin o yan sərhədlərində hansı dövlətlərin yerləşməsi və mərkəzi 

dövlətə  qarşı  o  yan  dövlətin  münasibəti;  periferik  dövlətdə      milli  və  etno-

mədəni  amillərin  həmahəngliyi;  əhali  potensialının  mövcudluğu;    iqtisadi 

sistemlərin simmetirk xarakteri; dini amillər və dini inancların həmahəngliyi; 

periferik  dövlətin  beynəlxalq  münasibətlərinin  əsas  xarakteri;    regionda  və 

regiondan kənarda beynəlxalq əlaqələrinin əsas xassələri; strateji məkan kimi 

əhəmiyyəti  və  s.  Bunlar  iqtisadi,  siyasi  və  təhlükəsizliyin  təmin  olunması 

istiqamətləri üçün faydalıdır.  

Periferik  dövləti  mərkəzi  dövlətə  bağlayan  amillər  də  mövcuddur, 

bağlayan  tellər  qarşılıqlıdır.  Bura  aiddir:    zəngin  iqtisadi  potensial 



(sərvətlərindən  və  iqtisadi  sistemlərindən  faydalanmaq);  etno-milli  və  mədəni 


71 

 

amillər;  dini  amillər;      coğrafi-strateji  amillər;  təhlükəsizliyin  tərkibi  olaraq  



rəqabət fonunda sığınacaq subyekti amili və s.  

Hər  iki  tərəf  bu  kimi  aspektlərdən  faydalanır  və  asılılıqdan    qarşılılqlı 

nəzarət meydana gəlir, qarışıq, uyğunlaşmış sistemlər üzərə çıxır. 

Onu da etiraf etmək lazımdır ki, beynəlxalq  münasibətlərin vasitələri elə 

tellər yaradan zərurətdən formalaşır.   

Vərdiş  olunmuş  əlaqələrdən  tarazlıqlar  (sabit  sülh  sistemləri)  meydana 

gəlir.  Tarazlıqların  pozulması  isə  əsasən  periferik  dövlətin  öz  “məkanını” 

dəyişmək  istəklərindən  və  hərəkətlərdən  meydana  gəlir.  Bu  həm  də 

“şıltaqlığın”, doğmalıqdan uzaqlaşmaq istəyinin nəticəsi olaraq meydana gələn 

müvəqqəti  halları  özündə  cəmləşdirir.  Mərkəz-periferiya  arasındakı  çatlardan 

istifadə  edən  digər  mərkəzlər  də  rəqabət  siyasətinin  tərkibi  olaraq 

periferiyalardan  istifadə  etməyə  çalışırlar  və  mərkəzin  müstəvisini  dağıtmaq 

üçün siyasi manipulyasiyalara əl atırlar.     

Rusiya  və  Ukrayna  arasında  olan  tarixi  və  mövcud  əlaqələr  də  məhz 

mərkəz-periferiya əlaqələrinə xarakterik  olan xüsusiyyətlər üzərində qurulur.   

Rusiya  böyük  dövlət  olaraq  Ukraynanın  bütün  geosiyasi  elementləri 

üzərində əhatəli nəzarətə sahib olmaqda israrlıdır. 

 

Ukraynanın Rusiya üçün əsas əhəmiyyəti: 

 

-dövləti  təşkil  edən  elementlərin  eynikökənli,  eyni  mədəniyyətli  və  eyni 

dinli  olması  və  bu  amilin  Rusiyanı  Şərqi  Avropaya  doğru  genişləndirməsi 

faktoru.  Arta  bilən  müstəvi  bütövlüyünün  Rusiya  üçün  geosiyasi  faydası. 

Ukrayna Rusiyanı bütövləşdirir; 

-Ukraynanın əhali potensialı –bu amil də ölkəni Rusiya üçün əlavə resurs 

və arxa dayaq elementinə çevirir; 

-Ukraynanın    Rusiya  üçün  Avropaya  və  Avropada  dislokasiya  olunan 

ABŞ-a  qarşı    münasibətdə  və  əlaqədə  “sanitar  kordon”  rolunu  oynamaq 

potensialı-bu, həm də sərhəd təhlükəsizliyinin ən böyük faktorudur; 

-Ukrayna  Rusiyanı  Avropaya  dartan  ən  böyük  potensialdır-tranzit 

baxımından; 

-Qara dəniz akvatoriyasına çıxş imkanlarının genişlənməsi və dənizətrafı 

ərazilər üzərində nəzarət punktlarının artması  və s.  



 

Mövcud böhranın həlli yolları: 

 

Böhranın  həlli  tarazlaşdırılmış  yeni  siyasi  sistemlərin  formalaşmasına 



hesablanmalıdır. Bu da özlüyündə sülhün bərqərar olmasına xidmət etməlidir.  

-Ukraynanın  təkrar  olaraq  beynəlxalq  bitərəf  statusunun  formalaşması, 

ümumiyyətlə,  pozulmaması-Rusiya  Ukraynanın  NATO-ya  üzvlüyündən 

arxayın olur, təzyiqlər azalır; 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə