Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

61 

 

siyasətini  gücləndirməli,  inkişaf  etməli,  təkmilləşməli  və  bu  baxımdan  da  



regiondakı güc mərkəzlərinin “məngənəsində”  sıxılmamalıdır.  

 

Suriya üzərində yaranmış mövcud  vəziyyət dünya siyasətinin qlobal  



formada gələcək gedişatında hansı  dəyişiklikləri yaradacaq

 

 



İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  ABŞ-ın  Suriyaya  hərbi 

müdaxiləsinin  Rusiya  tərəfindən  qarşısının  alınması,  Suriyanın  kimyəvi 

silahları  üzərində  beynəlxalq  nəzarətin  yaradılmasına  dair  ABŞ-Rusiya 

razılaşması,  kimyəvi  silahların  ləğv  edilməsi  layihələri  geniş  spektlər 

baxımından            Rusiyanın  postsovet  məkanına,  ilk  növbədə  Azərbaycana  

gələcək  aqressiv  münasibətlərinin  qarşısını  almış  oldu.    Əks  təqdirdə,  belə 

qəbul etmək olar ki, Suriyada öz mövqeyini itirəcək Rusiya üçün Azərbaycan 

(postsovet məkanının tərkib ünsürü olaraq)  təzyiq obyektinə çevriləcəkdi.  



 

Ümumiyyətlə, yaxın və orta müddət üçün hansı hadisələr gözlənilir 

 

İlk  olaraq  belə  qənatə  gəlmək  olar    ki,  Suriya  hadisələri  ilə  dünya 



siyasətinin qlobal  məzmununda da  yeni başlanğıc   meydana gəlmiş oldu. Bu 

başlanğıc  çəki  hesabı  ilə  ən  çox  Rusiya  tərəfə  sərf  edir  və  regionda  (Aralıq 

dənizi  regionunda)    Rusiyanın  strateji  maraqlarının  böyüməsinə  xidmət 

göstərmiş  olacaqdır.  Bu  dəyişə  biləcək  geosiyasi  nəticələri  yaxın  və  orta 

müddətli  gələcək  üçün,  regional  və  qlobal  məzmun  etibarilə    konkret  şəkildə 

aşağıdakı şəkildə izah etmək olar: 

-Suriya  hadisələri  dünya  siyasətində  (həm  də  güclərin    beynəlxalq 

münasibətlərində)      bipolyarlığın  (geostrateji  aspektlərdə),  yəni  iki  hərbi-

siyasi 

qütblülüyün 



 

təkrar 


olaraq 

meydana 


gəlməsinin 

əsaslarını 

möhkəmlədəcək,  Rusiya-ABŞ  siyasi  (hərbi-iqtisadi  gərginliklə  müşahidə 

olunan) qarşıdurması və rəqabət mübarizəsi güclənəcək; 

-Türkiyənin  orta  müddətli  gələcək  üçün    NATO-dan  çıxmasının  geniş  

əsaslarını yaradacaq; 

-Türkiyənin  Rusiyanın  dəstəyi  ilə  regional  hərbi-siyasi    gücə 

çevrilməsinin əsasları daha da möhkəmlənmiş olacaq; 

-Türkiyənin  Rusiya  ilə  ikitərəfli  əsaslarla,  eləcə  də  məkan  baxımından,  

regionda  siyasi   yaxınlaşmasının geniş  əsasları formalaşacaq; 

-Suriyadan  istifadə  etməklə  Rusiya  Türkiyəni  öz  tərəfinə  çəkəcək  və  bu 

dövləti islam-türk dünyasının orta mərkəzi dövlətinə çevirməyə çalışacaq; 

-Rus-slavyan  dünyası  ilə  türk-müsəlman  dünyası  arasında  bağlılığı  

meydana gətirəcək; 

-Suriyaya  dəstək  Rusiyanın  islam  dünyasında  nüfuzunu  daha  da 

gücləndirəcək  və  Rusiyanın  mərkəzində  islam  amilinin  rolu  artacaq. 

Slavyanları müsəlmanlarla daha da yaxınlaşdıran amilə çevriləcək; 

-Rusiyanın aralıq dənizində rolu güclənəcək; 




62 

 

-Aralıq  dənizində  (Suriya  hissəsində)    Rusiyanın    hərbi-dəniz  gücü 



artacaq; 

-Rusiyanın  “dünya  gücü”  statusu  artacaq  və  bu  da  postsovet  məkanını 

daha da Rusiyaya yaxınlaşdıracaq və bu məkanda orta müddətli gələcək üçün 

Rusiya Avropa İttifaqına bənzər bir qurumu yarada biləcək; 

-Rusiyanın  dünyada  gücünün  artması  Avropa  İttifaqının  özündə  belə 

çatları  əmələ  gətirə  biləcək  və  slavyanların  bu  qurumdan  gələcəkdə  Rusiya 

ətrafında birləşməsinə gətirib çıxara biləcək; 

-Rusiyanın  dünyanın  digər  məkanlarında  da  ABŞ-la  rəqabət  (geostrateji 

aspektlərdə) mübarizəsinə qoşulmasına səbəb verə biləcək və s.  

 

Beynəlxalq təhlükəsizliyə yeni təhdidlər fonunda NATO-nun rolunun  



müəyyən olunması 

(Qüvvələr  balansının  dəyişməsi    şəraitində  və      yeni  çağırışlar 

kontekstində) 

 

İnsan  hüquqlarının  şəraitin  və  zamanın  tələblərinə  uyğun  şəkildə  təmin 

olunması, qorunması və müdafiəsi  dövlətlərin üzərinə düşən milli və bəşəri bir  

öhdəlikdir.  İnsan  hüquqlarının  təmin  olunması,  maddi  resurslarla  və  onların 

ədalətli  bölünməsi  ilə  yanaşı,  dövlətlərin  və  cəmiyyətlərin  təhlükəsizliyindən, 

milli  və  beynəlxalq  sabitlikdən    çox  asılıdır.  Dövlətlər  öz  vətəndaşlarının 

təhlükəsizliklərini həm daxili, həm də xarici siyasətlərində təmin etmiş olurlar  

və  bu  siyasətin  yüksək  səviyyədə  icrasını  əsas  məqsədlər  və  vəzifələr    kimi 

qarşıya  qoyurlar.  İnsan  hüquqlarının  təminatı  beynəlxalq  münasibətlərin  əsas 

obyektinə  çevrilir,  beynəlxalq  münasibətlərin  vəzifələri,  məqsədləri  və 

öhdəlikləri  məhz  insan  hüquqlarını  obyekt  kimi  müəyyən  edir.      İnsan 

hüquqlarının qorunması zərurəti milli və beynəlxalq siyasətin vəhdətini zəruri 

edir.  Siyasətin pozitiv mahiyyəti də onun məqsədinin pozitivliyindən doğur.   

Qlobal inkişafın meydana gətirdiyi zəruri hallardan irəli gələrək, eləcə də 

geosiyasi  maraqlar  uğrunda  aparılan  radikal  və  sərt  mübarizələrdən  ortaya 

çıxaraq,    dünya  siyasətində  tez-tez  elə  məqamlara    rast  gəlinir  ki,    dövlətlər 

maraqlarını  təmin  etmək  siyasətlərini  həyata  keçirərkən,    ortaya  çıxan 

təhdidlərə  görə      ayrı-ayrı  regionlarda  təhlükəsizliyin  pozulması  şəraiti  ilə 

üzləşirlər.    Böyük  dövlətlərin  geosiyasi  baxımdan  böyümə  siyasəti,  eləcə  də 

kiçik dövlətlərin zəifliyi, müqavimət potensiallarının aşağı olması hər iki tərəf 

üçün  təhülkəsizlik  təhdidlərini  meydana  gətirir.    Böyük  dövlətlərin  böyümək 

istəkləri və radikal addımları kiçik dövlətlərin əks müqavimətləri ilə üzləşir və 

nəticədə təhülkəsizlik fonunda dəyişikliklər meydana gəlir.  

İnsan hüquqlarının qorunması, hüquqların müdafiəsi vəzifələri dövlətlərin 

təminat və təhlükəsizliyi  təmin etmək fəaliyyətləri ilə paralellik təşkil edir və 

sistemdaxili vəhdət  məzmununu  özündə əks etdirir. Bu gün dünya dövlətləri 

öz  vətəndaşlarının  müdafiəsini,  onların  hüquqlarının  təmin  olunmasını  həm 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə