Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

53 

 

imperiyası  quru-dəniz  imperiyası  rolunu  oynamışdır.    Bununla  yanaşı,  Fransa 



imperatorluğu  (Fransa  kolonial    imperiyası),  Rusiya  imperiyası  (I  Pyotrun 

dövründən  imperiya  adlanmağa  başlamışdır)  kimi  güc  mərkəzləri  olan 

dövlətlər  də  dünya  siyasətinin    əsas  aktorları  olmuşlar.  XX  əsrin  birinci 

yarısında Avropada Almaniya, Asiyada isə Yaponiya təsiredici qüvvəyə malik 

idilərsə, XX əsrin ikinci yarısında  isə planetar məkanları əhaətə edən ideoloji 

cəbhələrə rəhbərlik edən ABŞ və SSRİ kimi oyunçular meydana gəlmişdir və 

dünyanın “quru” və “su” imperiyaları rolunu oynamışlar. XX əsrin sonlarından 

isə  Avrasiya  materikində  yeni  geosiyasi  dəyişikliklər  meydana  gəlmiş  və 

iqtisadi  təkamülün  davamedici  əsaslarından  meydana  gələn  potensialın 

təsirlərindən    və  SSRİ-nin  çökməsindən  ortaya  çıxan    yeni  subyektlərinin 

hesabına    Avropada yeni mərkəzləşmə prosesləri həyata keçirilmiş, həmçinin 

Çin  və  Hindistan  kimi  yeni  oyunçular  peydah  olmuşlar.            Bu  baxımdan  da 

hər  bir  yüzilliyin  öz  aparıcı  güc  mərkəzləri  formalaşmışdır.  Formalaşma 

prosesləri  bir  tərəfdən  güc  mərkəzlərini  (yəni  nisbətən  daha  çox    təsir  edən 



dövlətləri  və  dövlətlər  ittifaqını) 

  meydana  gətirmiş,  digər  tərəfdən  də  güc 

mərkəzlərinin qlobal fəaliyyətləri dünya siyasətinin aparıcı mərkəzlərini ortaya 

çıxarmışdır. 

Qeyd olunduğu kimi, XXI əsrdə  reallıqlar dəyişmiş, XX əsrin sonlarında 

sosialist-kommunist  ideologiyasının  rəhbəri  olan  SSRİ  Atlantika  bloku  ilə 

mübarizədə  məğlub  olmuş  və  buna  görə  də  sosialist  blokunda  qarışıqlıqlar 

dövrü  başlamışdır.    Kapitalizmə  keçid  elə  sosialist  blokunun  əksər  üzvlərini 

Atlantika blokuna transfer etmişdir. Lakin bu proseslərin coğrafi horizontallar 

üzrə davam etməsində problemlər yaranmışdır. Bu baxımdan XXI əsrin ikinci 

onilliyində geosiyasi vəziyyət yenə də köklü dəyişikliyə uğramaqdadır. Bunun 

əsas  səbəbi  Avropada  genişlənən  məkan  prinsipləri  ilə  iqtisadi-siyasi  ittifaqın 

formalaşması,    Rusiyanın  postsovet  məkanındakı    fəaliyyətinə  özü  tərəfindən 

yeni  impulsların  daxil  olması,  postsovet  məkanında  yenidən    maraqlarının 

meydana  gəlməsi,      Asiyada  Çin  kimi  böyük  bir  iqtisadi  –siyasi  mərkəzin 

formalaşması, Hindistanın yeni dünya nizamına fəal qoşulmasından irəli gəlir. 

Rusiyanın iqtisadi cəhətdən güclənməsi bu dövlətin  keçmiş sosialist blokunda 

neoimperialist maraqlarının genişlənməsi istəklərini ortaya çıxarmışdır. Bunun 

səbəblərindən  birinin  imperiyalara  xas  olan  genişlənmə  siyasətidirsə,  digər 

səbəbi  isə  Avrasiyada,  xüsusilə,  Avropada  bu  dövlətə  qarşı  anti-rus  hərbi-

siyasi  bloku  olan  NATO-nun  genişlənməsidir.  Bu  genişlənmə  tarazlığın 

pozulmasına  səbəb  olmuş  və  Rusiyanın  özünün  müdafiəsinin  güclənməsini 

labüd  etmişdir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  tarazlıqlar  əks  tərəfin 

güclənməsinə  qədər  qeyri-tarazlıqlarla  müşahidə  olunacaqdır  və  müəyyən 

müəddətdən sonra təkrar olaraq tarazlıqlar meydana gələ biləcəkdir.    

Nəzərə alsaq ki, dünya məhz müxtəlif gücə malik olan dövlətlərdən təşkil 

olunan  və  bu  baxımdan  rəngarəng  tərkibdən  ibarət    olan  vahid  bir  ictimai-

siyasi-etno-mədəni sistemdir, mexanizmdir, onda belə nəticəyə gəlmək olar ki,  




54 

 

ümumiyyətlə,    dünya  siyasət  sistemində,  geosiyasi  məkanlar  bütövündə  tam 



bərabərlik  prinsip  ilə  balanslı  vəziyyət  mövcud  ola  bilməz.  Balanslı 

vəziyyətlərin  meydana  gəlməsi  tək  mütləq  bərabərlilik  prinsiplərindıən  yox, 

həm  də  nisbi  bərabərlik  prinsipindən  ortaya  çıxır.  Dünya  siyasəti  sisteminin, 

eləcə  də  onun  tərkibi  olan  beynəlxalq  münasibətlər  sisteminin  balanslı 

əsaslarla  təmin  olunmasını  baza  olaraq  böyük  dövlətlər  təmin  edirlər.  Böyük 

dövlətlər həm öz orbitlərində, yəni məkan tutduqları coğrafi-siyasi regionlarda, 

həm də  dünyanın digər regionlarında maraq nümayiş etdirirlər və maraqlarını 

təmin  etmək  üçün  iqtisadi,  siyasi  və  hərbi  xarakterli  mübarizələrə, 

müharibələrə qoşulurlar. Bu rəqabət mübarizəsi bir tərəfdən ümumdünya siyasi 

və iqtisadi sabitliyinə zərbələr vurur, digər tərəfdən də böyük dövlətləri qlobal 

fəlakətlərdən  və  itkilərdən  çəkindirir.  Burada  mübarizə  və  çəkindirmə  dünya 

siyasəti  sisteminin,  ümumdünya  əlaqələr  və  münasibətlər  sisteminin  qeyri-

mütləq formalı bərabər əsaslı balanslı vəziyyətini meydana gətirir.   

Mövzunun  aktuallığı.   

Ümumdünya  siyasəti    sistemi  dövlətlərdaxili  və 

beynəlxalq siyasət sistemlərindən təşkil olunur. Dünya dövlətləri arasında olan 

münasibətlər  sistemli  əsaslara  malikdir.  Dövlətlər  arasında  əlaqələr  müəyyən 

qaydalarla,  nizamlı  formalarla  həyata  keçirilir.  Ümumdünya  siyasəti  daima 

vahid sistem daxilində horizontal və şaquli qaydada şaxələnir.  Hər bir proses 

ümumdünya  siyasəti  sistemi  daxilində  yuxarıya  və  ətraflara  doğru 

dalğalanmanın və  şəbəkələnmənin əsaslarını  meydana gətirir. Bütün proseslər 

bir-birilərinin  daxillərindən  baş  verir.  Bu  baxımdan  da  inkişaf  dinamikası 

müxtəlif başlanğıc və sonları olan trayektoriyalardan meydana gəlir.  

Dünya özü müxtəlif çalarlı strukturlardan ibarət olan vahid bir sistemdir. 

Vahid  dünya  sisteminin  tərkibi  dövlətlər  və  onların  təşkil  etdikləri 

təşkilatlardan  ibarət  olan  siyasi  strukturlardan    ibarətdir.  Dünya  siyasi 

sisteminin  tərkibi  müxtəlif  gücə  malik  olan  dövlətlərdən  təşkil  olunur.  Bu 

dövlətlər  ümumdünya  münasibətlər  və  əlaqələr  sisteminin  mexanizm 

subyektləri rolunda çıxış edirlər. 

Dünya  sistemi  və  onun    tərkibi  olan  beynəlxalq  münasibətlər  sistemi  

müxtəlif  gücə  malik  olan  dövlətlərdən  ibarətdir.  Hər  bir  dövlət  çalışır  ki, 

beynəlxalq  münasibətlərdə  özünün  regional  və  regiondan  kənar  gücünü 

formalaşdırmış olsun. Beynəlxalq münasibətlərin  reallıqları, maraqlar uğrunda 

real  mübarizələr      prinsipindən  çıxış  edərək  belə  nəticəyə  gəlmək  olar  ki, 

beynəlxalq  münasibətlərin  aktorları  olan  dövlətlərin  hər  biri    öz  maraqlarını 

təmin  etmək  uğrunda  mübarizə  aparır.  Bu  mübarizədə  onların  gücləri 

formalaşmış  olur  və  eləcə  də  gücləri  zəifləyir.  Qarşılıqlı  güclənmələr  bir 

tərəfdən  radikal  qarşıdurmaları,  beynəlxalq  gərginlikləri  və  risqləri  meydana 

gətirirsə, digər tərəfdən qorxunu və təhlükələri üzərə çıxarır. Bu baxımdan da 



radikal addımların sonu müəyyən anlarda qarşılıqlı güzəştlərə səbəb olur.

 

Məsələn,  Rusiya    ilə  ABŞ  arasında  Ukrayna  uğrunda  həyata  keçən  rəqabət 



mübarizəsi  bir  müddət  (2014-cü  ilin  fevral-aprel  ayları)    kəskin  forma  almış, 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə