Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

46 

 

-xalqın  siyasi  mədəniyyəti  onun  ictimai  və  siyasi  xadimlərinin 



cəmiyyətdə  şəxsi  nüfuzlarından  da  formalaşır.  Həmçinin  siyasi  və  ictimai 

xadimlərin  çoxluq  təşkil  etdiyi  cəmiyyətin,  xalqın  siyasi  mədəniyyəti  də 

yüksək olur; 

-xalqın  siyasi  mədəniyyəti  onun  siyasəti  formalaşdıran  və  siyasəçi 

yetişdirən  qurumlarından,  siyasət  institutlarından  və  onların  fəaliyyət 

səviyyəsindən  asılı  olur.  Siyasət  institutları,  siyasət  hazırlayan  və  siyasətçi 

yetişdirən mərkəzlər  siyasəti müəyyən etmək qabiliyyətlərinə malik olurlar; 

-xalqın  siyasi  mədəniyyəti  dövləti  təşkil  etmək  və  ondan  yararlanmaq 

səviyyəsindən asılıdır; 

-hakimiyyət qollarının və onların strukturlarının təşkili səviyyəsi də siyasi 

mədəniyyətin səviyyəsini əks etdirir; 

-siyasi  prosesləri  təşkil  etməklə  yanaşı,  onu  yüksək  səviyyədə  qavramaq 

da xalqın yüksək  siyasi mədəniyyətindən xəbər verir; 

-siyasi  mədəniyyətin  yüksəkliyi  siyasəti  öyrənmə  meylindən  və 

qabiliyyətindən asılı olur; 

Digər bu kimi fikirlər də bildirmək olar.   



 

Sosial mədəniyyət  

 

Cəmiyyət  dövlət  daxilində  formalaşır.  Bu  baxımdan  da  dövlət  öz 

mənbəyini elə cəmiyyətdən götürür. Cəmiyyət əxlaqı, yəni cəmiyyətin sistemli 

və  total  olaraq  ədalət  qanunları  ilə  əhatə  olunması  və  ədalətli  davranışlar 

ictimai  və  siyasi,  bu  baxımdan  dövlətçilik  üçün  mühüm  əhəmiyyət  kəsb  edir. 

Sosial  (ictimai)    mədəniyyət  cəmiyyətdə  sosial  norma  və  davranışlar 

məcmusundan  meydana  gəlir.  Sosial  mədəniyyətə  cəmiyyətin  təbəqələri 

arasında olan əlaqə və münasibətlərin tərzi aid olur. Sosial mədəniyyət ictimai 

və  məişət  xarakterli    davranış  normalarının  tərkibindən  ibarətdir.  Sosial 

mədəniyyətə cəmiyyətin təbəqələri arasında olan və əxlaqa söykənən davranış 

normaları aiddir.  

Sosial mədəniyyət iqtisadi cəhətdən inkişaf etmiş sabit cəmiyyətlərdə 

daha  yüksək  olur.

  İqtisadi  resursların  sağlam  əlaqələr  və  münasibətlər 

fonunda  istifadəsi  məhz  iqtisadi  mədəniyyətin  siyasi  mədəniyyətə  yüksək  

xidmətlərindən  ortaya  çıxır.  Sosial  mədəniyyətin  yüksəkliyi  iqtisadi 

mədəniyyətin  və  siyasi  mədəniyyətin  yüksək  səviyyəsindən  asılı  olur.    Çünki 

iqtisadi baxımdan inkişaf etmiş və maddi tələbatları yüksək səviyyədə ödənilən 

xalqın etik davranış normaları yüksək ola bilir. İqtisadi rahatlıq sosial rəvanlığı 

və  sosial  sabitliyi  meydana  gətirir.  Sabit  cəmiyyətlərdə  dəyərlərdən  rahat 

şəkildə  istifadə  özü  elə  mədəniyyətin  yüksək  olmasını  göstərir.  Kasıbçılıq 

cəmiyyətə  ağır  zərbələr  vurur  və  onun    tənəzzülünü  yaradır.  Sosial  itkiləri 

ortaya  çıxarır.  Sistemin  normal  fəaliyyəti  üçün  tələb  olunan  elementlərin 

kasadlığı  sosial-siyasi  infantilliyi  ortata  qoyur.      Ümumiyyətlə  isə  sosial  və 

milli  mədəniyyətin  baza  olaraq  yüksək  olması  iqtisadi  resursların  azlığından 

irəli gələn mənfi nəticələrin qarşısını ala bilir. Bu baxımdan xalqın ümumi əzm 




47 

 

ruhu onun sarsılmasının qarşısını alır. Bu da tarixi vərdişlərdən meydana gəlir. 



Məsələn,  kasıb  xalq  öz  mədəniyyət  və  incəsənət  irsindən  əl  çəkmir, 

nümunələrin  sayını  artırmaqda  davam  edir.  Burada  iradə  və  dözüm  mədəni 

səviyyəni müəyyən  qədər  qoruyub saxlayır. Mədəni səviyyə siyasi rejimlərin 

xassələrindən  də  asılı  olaraq  gah  yüksəlir,  gah  da  aşağı  düşür.  Bu  da  ilk 

növbədə sərt və liberal yaradıcılıq və quruculuq mühitindən ortaya çıxır.  

Sosial mədəniyyətin yüksək  olması şərtlərini  nəzəri baxımdan  bu kimi 

formada  ümumiləşdirmək olar: 

 

-xalqın  sosial  mədəniyyəti  ictimai  şüurun  və  əməlin  yüksək  olmasından 



irəli  gəlir.  Burada  yüksək  səviyyə  cəmiyyətə  hörmətin  yüksəkliyindən 

qaynaqlanır.  Yüksək  səviyyə  odur  ki,  hər  kəs  öz  sərhədləri  çərçivəsində 

hərəkət edir və başqalarına xələl gəlmir; 

-xalqın  sosial  yüksək  mədəniyyəti  total  qaydada  fərdlərin  etik 

davranışlarından formalaşır; 

-xalqın  yüksək  sosial  mədəniyyəti  cəmiyyətə  təsir  göstərən  müsbət 

tendensiyalardan asılıdır; 

-sosial  proseslərin  axın  səviyyəsi  xalqın  sosial  mədəniyyətinin 

göstəricisidir; 

-sosial  ünsürlərin  və  sosial  təbəqələrin  arasında  olan  harmonik  vəhdət 

sosial mədəniyyətin yüksəkliyini şərtləndirir; 

-sosial  bazanın  dövlətçilik  üçün  əsas  rol  oynaması,  dövlətin  bundan 

faydalanmaq  imkanlarının  yaranması  da  xalqın  sosial  mədəni  səviyyəsinin 

yüksəklik göstəricisidir; 

-maddi-sosial  təminat,  dəyərlərin  yönləndirilməsi  istəyi  və  arzusu, 

qabiliyyəti də xalqın sosial mədəni səviyyəsinin yüksək olmasını şərtləndirir. 

Sosial  mədəniyyətin  yüksəkliyi  və  sosial  davranış  normalarının  və 

vərdişlərinin yüksək səviyyəsi haqqında daha çox fikirlər bildirmək olar.  



 

Elm mədəniyyəti  

 

Elm  mədəniyyətinin  yüksəkliyi    sistemli  olaraq  elmlə  məşğul  olmaqdan 

və  onun  nailiyyətlərini  tətbiq  etmək  səviyyəsindən  asılıdır.  Elm  mədəniyyəti 

elmin  yüksək  olduğu  cəmiyyətlərdə  daha  yüksək  səviyyədə  inkişaf  edir.  Elm 

mədəniyyəti 

xalqın 


elmə 

və 


yaradıcılığa 

olan 


meylindən, 

elmlə 


məşğuliyyətindən  və  elmdən  qazandıqları  nailiyyətlərdən  ibarətdir.  Elmi 

mədəniyyətin 

yüksək 

olması 


tədqiqatın 

çoxluğundan, 

nümunələrin 

keyfiyyətindən    və  tədqiqatla  məşğul  olanların  say  çoxluğundan  irəli  gəlir. 

Keyfiyyətli  elmi  tədqiqatlar  və  onların  dövlətə,  cəmiyyətə  və  xalqa  ümumi 

xidməti  məhz  elm  mədəniyyətinin  yüksək  səviyyəsindən  xəbər  verir.  Elm 

mədəniyyəti  xidmət  mədəniyyətidir.  Dövlətə  və  cəmiyyətə  xidmətlərin 

səviyyəsidir.  Eyni  zamanda  bəşəriyyətə  xidmətlərin  səviyyəsidir.  Mədəni 

xalqlar  daha  çox  elmi  nailiyyətlərdən  sülh  məqsədləri  və  firavanlıq  üçün 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə