Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

48 

 

istifadə  edirlər.  Elm  mədəniyyətinin  ən  dəyərli  əsasları  bütünlükdə  insanlığa 



xidmət etməkdən ibarət olur.  

 

Elm  mədəniyyətinin  yüksək  səviyyə  əsasları    ilə  bağlı    bu  kimi  fikirlər 

bildirmək olar:   

 

-elmi  potensial  sahələrinin  çoxluğu  xalqın  elmi  səviyyəsinin  yüksək 



göstəricisidir; 

-elmi  kadr  hazırlığı  mərkəzlərinin  texniki  bazasının  çoxluğu  elmi 

səviyyənin yüksəkliyidir; 

-elmin  təhsildə  mənimsənilməsi  səviyyəsi  xalqın  mədəni  səviyyəsinin 

göstəricisidir; 

-elmin  cəmiyyətlə  və  dövlətlə  harmonik  vəhdəti  məhz  xalqın  elmi 

səviyyəsinin yüksəkliyini əks etdirir; 

-dövlətin elmə yüksək qayğısı elmi səviyyənin yüksək faktorudur; 

-cəmiyyətin  elmə  münasibət  səviyyəsi  elə  xalqın  elmi  səviyyəsinin 

yüksək olması amilini şərtləndirir; 

-elmin  təhsil  yolu  ilə  tədrisi,  elmin  məktəblərdə  öyrədilməsi  səviyyəsi 

xalqın elmi səviyyəsinin yüksək olmasından xəbər verir; 

-elmi-texnoloji  innovasiyaların  yüksək  səviyyəsi  məhz  xalqın  elmi 

səviyyəsinin yüksək göstəricisidir; 

-xalqın  elmi  mədəniyyətinin  yüksəkliyi  onun  yaradıcılıq  (kitablar,  digər 

əsərlər və s.)  və quruculuq (elmi-texnoloji vasitələr)  nümunələrindədir.   

 

 



49 

 

III FƏSİL 



Xarici siyasət və beynəlxalq münasibətlər 

 

Beynəlxalq münasibətlərdə rəqibliyin dərəcələnməsi əsasları 

 

Rəqabət  iki  və  ya  da  çox  tərəfin  müəyyən  obyektlər  qazanmaq  uğrunda 



həyata  keçirdikləri  mübarizədir,  yarışmadır.Yarışmada  eyni  mövqedən  çıxış 

edənlərin qarşılıqlı olaraq mübarizəsi meydana gəlir.  Burada maraqların təmin 

edilməsi  başlıca  məqsədlərə  çevrilir.  Rəqabətin  tərəfləri  olur.  Rəqabətdə 

qruplaşma da meydana gəlir. Bu qruplaşma ittifaqların, müttəfiqliyin meydana 

gəlməsini şərtləndirir. Qruplaşma inkişaf və müdafiə strategiyasından meydana 

gələn bir vəziyyətə çevrilir.  

Beynəlxalq  münasibətlər  maraq  sferaları  müstəviləridir.  Bu  müstəvilər 

fərqli elementlərdən təşkil olunur. Dövlətlərin ərazi və əhali potensialı fərqləri, 

daxili  resurslar  və  onların  sistemləşdirilməsi  fərqləri  məhz  dünya  siyasətinin 

fərqli əsaslarını meydana gətirir. Dünya siyasətinin fərqli əsasları ardıcıl olaraq 

fərqlər üzərində  davam edə-edə formalaşır. Təbii ki, formalaşma proseslərində 

trayektoriyalar  bir-birini  əvəz  edə  bilir.    Bu  da  özlüyündə  dünya  siyasətinin 

fərqli 

müstəvsisini 



formalaşdırır. 

Regionlarda 

ümumdünya 

və 


ümumbeynəlxalq  münasibətlər  müstəvisi  üzrə    fərqli  çəkilərə  malik  olan 

siyasət  arenaları  meydana  gəlir.  Fərqliliyin  rəqabəti  müəyyən  məkanlarda 

fərqli  potensial  çəkilərini  və  kəmiyyətlərinin  yaranmasını    şərtləndirir.  

Fərqlilik öz ardınca fərqliliyi meydana gətirir. Bu qayda  ilə inkişaf dinamikası 

təmin  olunur.    Dünya  siyasətinin  (dövlətlərin  daxili  siyasəti  ilə  beynəlxalq 

siyasət  cəm  halda    dünya  siyasətini  formalaşdırır)  fərqliliyi  ümum  müstəvi 

üzrə dərəcələnmələri zəruri edir. Dünya siyasəti sistemdaxili və sistemlərarası 

əlaqələr  üzrə  horizontal  və  şaquli  əsaslarla  meydana  gəlir.    Onun  tərkibi  bir-

birilə 

bağlı 


olan 

və 


paralelliklə, 

kəsişmələrlə 

xarakterizə 

olunan 


istiqamətlərdən formalaşır.  

Beynəlxalq  münasibətlər  əsasən  onun  üzvləri,  siyasətin  əsas  subyektləri  

olan  dövlətlər      tərəfindən  formalaşdırılır.  Beynəlxalq  əlaqələr  dərəcələnir, 

təsnif  olunur.  Dövlətlər  güclərinə  görə  maraqlarını  təmin  etmək  siyasətini 

həyata  keçirirlər.  Maraqların  təminatı  dövlətlərin  xarici  aləm,  yəni  öz 

sərhədlərindən kənar mühit üzrə maraq sferalarını böyüdür. Maraq sferaları öz 

ardınca  yeni  maraq  sferalarını  meydana  gətirir.      Dövlətlərin  böyüməsi  iki 

mühüm  gücdən,  iki  mühüm  sistemdən    asılı  olur.  Daxildə  güclənən,  öz 

potensialını  artıran  dövlətlər  çalışırlar  ki,  daxili  potensial  ilə  xarici  potensial 

arasında  əlaqə  yaratsın  və  daxilini  xarici  ilə  birləşdirsin.  Bu  birləşmə 

uzanmaya  xidmət  göstərir.    Burada  xarici  siyasətin  trayektoriyası  və  məkan 

üzrə potensialı daxili potensialı böyüdür. Dövlətin daxili və xarici məkan üzrə 

siyasəti həyata keçirmək məkanı genişlənir.  



50 

 

Dünyanın  resurslarına  daha  çox  yiyələnmək  böyük  dövlətlərin  maraq 



dairəsində  olur.  Maraq  dairəsinin  böyüməsi  geosiyasi  regionun  əhatəsini 

genişləndirir.  Maraq  dairələri  uğrunda  böyük  və  orta  gücə  malik  olan 

dövlətlərin  rəqabət  siyasəti  həyata  keçirilir.  Rəqabət  siyasətinin  məkanları  da 

dərəcələnir. Burada mərkəzi subyektdən, yəni maraq genişləndirmək siyasətini 

təmin edən dövlətdən onun maraqlarının əks olunduğu sahələr, dairəvi və digər 

formalı qurşaqlar meydana gəlir. Bir böyük dövlət çalışır ki, öz ətrafında olan 

təhülkəsizlik 

qurşaqlarını, 

kəmərlərini 

daha 


da 

genişləndirərək 

möhkəmləndirsin.  Burada  başlıca    məqsəd  xaricdən  əldə  olunan  resurslar 

hesabına  daxili  gücləndirmək  və  daxil-xaric  qarışıq  böyük  təsir  məkanına 

yiyələnməkdən ibarətdir.  

Dövlətlər  arasında  rəqabət  mübarizəsinin  nəticəsi  olaraq,  həm  də  əsasən 

xarici təsir dairələrində  yerləşən  kiçik dövlətlərin daxili sistem  üzrə böyüyən, 

yəni  ölkələrin  daha  çox  daxili  inkişafı  üzrə  böyüyən,  sahələrdə  maraqların 

artmasını  nəzərə  alaraq,  böyük  dövlətlər  daha  çox  orta  və  kiçik  gücə  malik 

olan dövlətlər üzərində nəzarət imkanlarına sahib olmaq istəyirlər. Bu nəzarət 

imkanları  böyük  dövlətləri  kiçik  dövlətlərə  bağlayır  və  eləcə  də  regional 

münasibətlər bütövünü meydana gətirir.  

Böyük  dövlətlər  arasında  dünyanın  ayrı-ayrı  məkanlarında  xarici  siyasət 

üzrə  rəqabət  həyata  keçirilir.  Buna  geosiyasi  rəqabət,  yəni  məkan  və  onun 

“canlı  mexanizmi,  canlı  sistemi”  üzrə  rəqabət      mübarizəsi  adını  da  vermək 

olar. Bu rəqabət  mübarizəsi dünyanı  müxtəlif panellər,  müstəvilər  üzrə bölür. 

Bölünmə  prosesləri  rəqabətin  ardıcıl  nəticəsi  olaraq  baş  verir.  Həm  də 

iştirakçıların  sayı  hesabına    rəqabət  mərkzələri  yaranır.  Rəqabətdən  meydana 

gələn  mərkzələşmə  regional  kəmiyyəti  artırır.  Məsələn,  Avro-atlantizm  bir 

mərkəz  rolunu  oynayır.    Avro-atlantizm  rəqabətin  nəticəsi  olaraq  meydana 

gəlmiş və bu gün də güclənən bir   mərkəzləşmiş mürəkkəb qurum kimi böyük 

potensiala malik olur.  

Rəqabət  də  dərəcələnir.  Belə  ki,  dünyanın  əsas  aparıcı  güc  mərkəzləri 

arasında  rəqabət  mübarizəsində  güc  mərkəzlərinin  ətraflarında  yerləşən  sıra 

dövlətlər,  məkanlar  rəqabət  əhəmiyyətinə  görə  dərəcələnir.  Bu  dərəcələnməni 

məhz  inkişaf,  geosiyasi  maraqların  artması  və  müdafiə  istəkləri  meydana 

gətirir.  Rəqabətin  dərəcələnməsini  mərkəz-periferiya  vəhdətinin  məsafəsi, 

mərkəzdən  ətraflara  doğru  uzunluq  məsafəsi,  ümumiyyətlə  isə  diametrial 

rəqabət məkanı meydana gətirir. Məsələn, Rusiya ilə ABŞ dünyanın əsas hərbi 

–siyasi  mərkəzləridir.  Bu  dövlətlər  öz  ətraflarında  qurşaq  yaradırlar.  Rusiya 

qurşağına  –birinci  dərəcəli  qurşağına-ətraf  keçmiş  SSRİ  respublikaları  aid 

edilir.  Sonrakı  qurşağı  isə  postsosialist  məkanları  təşkil  edir.  Rusiya  özünün 

birinci  dərəcəli  qurşağında,  təhlükəsizlik  səddində    ABŞ-ın  iştirakını  güclü 

qısqanclıqla  qəbul  edir.  İkinci  dərəcəli  qurşaqda  isə  bu  qısqanclıq  bir  qədər 

zəif  olur.  Rəqabət  mübarizəsinin  dərəcələnməsi  həm  qurşaqlar  üzrə  müəyyən 

olunur,         həm  də  sərhəd  ətrafı  yerləşən  böyük  dövlətlərin  iştirak  səviyyələri 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə