Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

55 

 

Rusiyanın  üstünlüyü  ilə  xaraketerizə  olunmuş,  müşahidə  olunmuş,  lakin  bir 



müddətdən  sonra  iki  böyük  dövlətin  qarşıdurması  kəskinləşmiş  və  bir-

birilərinə  qarşı  təzyiq  metodlarından,  məsələn,  sanksiyalardan  istifadənin 

zəruriliyini  meydana  gətirmişdir.  Rəqabət  mübarizəsi  hər  iki  tərəfə  birbaşa 

zərər  vuran  addımlardan  sonra  kəskinliyindən  bir  qədər  aşağı  düşməyə 

başlamışdır  və  qarşılıqlı  razılaşmalar  fonunda  kompromislər  güzəştlər  ortaya 

çıxmağa  başlamışdır.  Belə  ki,  2014-cü  ilin  mart  ayının  30-da  Rusiya  xarici 

işlər  naziri  Sergey  Lavrov  və  ABŞ  dövlət  kaitibi  Con  Kerri  arasında  Fransa 

görüşündə belə bəyanatlar verilmişdir ki, onların hər ikisi Ukraynada baş verən 

prosesləri  ölkənin  daxili  işi  kimi  qəbul  edirlər  və  daxili  işlərə  qarışmanın  

yolverilməz  olduğunu  bəyan  edirlər.  Onların  (xüsusilə  Rusiyanın)  mövqeyi 

ondan  ibarətdir  ki,  Ukraynanın  cənub-şərq  hissələrində  federalizasiya 

aparılmalıdır.  Lakin  Rusiya  ABŞ  tərəfindən  sanksiyaların  birbaşa  tətbiqinə 

qədər Ukraynanın müvəqqəti hökumətini tanımaq istəmədiyini bəyan edirdi və 

Yanukoviç  hökuməti  ilə  Ukrayna  müxalifəti  arasında  imzalanmış  21  fevral 

razılaşması  üzərində  dayanırdı.  Sonradan  isə  Rusiya  Ukraynanın  inqilabi 

çevrilişlə  hakimiyyət  başına  gəlmiş  hökumətini  xarici  işlər  nazirləri 

səviyyəsində  razılaşmalar,  danışıqların  aparılması  fonunda  qəbul  etməyə 

başladı.  

Mövzunun    aktuallığına  iki  aspektdən  yanaşmaq  olar:  birincisi, 

beynəlxalq münasibətlər sisteminin formalaşmasına  idealizm prinsipi əsasında   

yanaşma. İkincisi, real maraqlar prinsipləri əsasında yanaşma. Birinci yanaşma 

ümumdünya  münasibətləri  sistemində  bütün  dövlətlərin  bərabər  hüquqlu 

olması  və  bərabər  hüquqlar  əsasında  fəaliyyət  göstərməsi  prinsiplərinə 

söykənir.  İkinci  yanaşmada  isə  dövlətlərin  real  gücləri  prinsipləri  əsas 

götürülür. 

Mövcud  dünya  düzəni  forması  və  kompleksi    müxtəliflikdən  meydana 

gələn  bir  sistemdir.      Beynəlxalq  münasibətlər  sisteminin  müxtəlifliyi  onun 

tərkibini  təşkil  edən  və  mexanizmisini  formalaşdıran  dövlətlərin  müxtəlif 

güclərə malik olmasından irəli gəlir. 

Dünyanın  tarixi-siyasi  inkişaf  prosesləri  ona  gətirib  çıxarıb  ki,      dünya 

vahid  mərkəzdən idarə oluna  bilməz. Dünyanın ayrı-ayrı regionlarında  həmin 

regionların  sistemlərinin  əsas  aparıcı  qüvvələrini  təşkil  edən  iqtisadiyyat  və 

sənaye  mərkəzləri  formalaşmaqdadır.  Ayrı-ayrı  materiklərdə  (qitələrdə)  və 

coğrafi-siyasi  regionlarda    iqtisadi  və  siyasi  mərkəzlərin  formalaşması  həmin 

regionlarda  və  məkanlarda  təsiredici  güc  mərkəzlərinin  meydana  gəlməsinə 

səbəb  olmuşdur.    Bu  güc  mərkəzləri  sənayenin  və  informasiya 

texnologiyalarının sürətlə inkişaf etdiyi zaman ardıcıllığında öz güclərini daha 

da  artırmaq  siyasətini  həyata  keçirirlər.  Böyük  dövlətlər  öz  güclərini 

iyerarxiyalı münasibətlər və  əlaqələrdən ibarət olan siyasi-iqtisadi sistemlərdə  

şaquli  və  üfiqi  trayektoriylar  üzrə  genişləndirmək  siyasətini  həyata  keçirirlər. 

Böyük  dövlətlərin  horizontal  genişlənmə  siyasəti  onların  öz  sərhədlərindən 



56 

 

kənara  çıxmasına  gətirib  çıxarır.  Bu  da  nəticədə  böyük  dövlətlər  arasında 



siyasi  və  iqtisadi,  eləcə  də  bu  maraqları  müdafiə  etmək  məqsədini  daşıyan 

hərbi rəqabətə gətirib çıxarır. Böyük dövlətlər balanslaşdırma siyasətini həyata 

keçirməyə  çalışırlar.  Bu  balanslaşdırma  siyasəti  də  onların  real  olaraq  dünya 

ərazilərini  de-fakto  və  de-jure  bölməyə  əsaslanır.    Onların  balanslaşdırılma 

siyasəti  başlıca  olaraq  liberal  metodlarla  və  radikal  üsullarla  həyata  keçirilir. 

Bu  balanslaşdırma  siyasətində  güc  tətbiqetmə  və  çəkindirmə  böyük  təsir 

göstərir. Dünya siyasəti sistemi qeyri-mütləq bərabər güclərə malik olan böyük 

dövlətlər 

arasında 

geosiyasi, 

geohərbi 

(geostrateji) 

və 

geoiqtisadi  



mübarizələrdən formalaşır. 

Beynəlxalq  münasibətlərdə  rəqabət  mübarizəsi  ayrı-ayrı  regionlarda 

dövlətlər  arasında  balanslı  münasibətlərin  formalaşmasının  əsasında  dayanır. 

Rəqabət  mübarizəsi  iki  baza  istiqamətdə  balanslaşdırmanı  yaradır:  birincisi, 

böyük  dövlətlər  başqa  dövlətlər  üzərində  təsir  imkanları  qazanmaq  üçün 

coğrafi  təsir  dairəsinin  genişlənməsi  siyasətini  həyata  keçirirlər.  Məsələn, 

Avropa ABŞ və Rusiya üçün bir məkan olaraq rəqabət mübarizəsi məskənidir.   

Nəticədə  bir-birləri  ilə    qarşılaşırlar.  Bu  qarşılaşma  məkanlarında  kəsişmələr 

və  toqquşmalar  meydana  gəlir.  Rusiya  Ukraynada  güclənir,  ərazisini  ələ 

keçirir.  ABŞ  isə  onun  horizontal  genişlənməsinin  qarşısını  almaq  üçün 

sanksiyalar tətbiq edir. Burada bir böyük dövlətin ətraflara doğru genişlənməsi 

digər  böyük  dövlətin  təzyiqləri  ilə  qarşılaşır.  Təzyiq  vasitələri  olaraq  iqtisadi 

və  siyasi  metodlardan  istifadə  olunur.  Elə  də  olur  ki,  qarşılıqlı  güzəştlərdən 

balanslı  vəziyyətlər  ortaya  çıxır.  Qarşılıqlı  güzəştlər  qorxu  və  ehtiyatdan  –

qlobal müharibə təhlükəsindən, eləcə də iqtisadi itkilərdən meydana gəlir.   

Digər bir  istiqamət isə sistemdaxili  yuxarı trayektoriya  üzrə formalaşır.    

Bir  böyük  dövlət  çalışır  ki,  ətraf  kiçik  dövlətlərin  iqtisadi  və  siyasi  sisteminə 

nüfuz etsin, burada qazanclar əldə etsin və öz gücünü qoruyub saxlasın. Həmin 

kiçik  dövlətin  iqtisadiyyat  və  siyasət  sistemində  digər  bir  böyük  dövlət  də 

iştirak  edir.  Bu  da  yuxarıya  doğru,  yəni  sistemin  piramidal  quruluşu  boyunca 

böyük  dövlətlərin  müvafiq  dövlətlərdə  rəqabət  mübarizəsini  meydana  gətirir. 

Bu  rəqabət  mübarizəsindən  də  müəyyən  koordinativ  noqtəlırdə  tarazlı 

vəziyyətlər meydana gəlir.   

 

Mövzunun 

aktuallığını 

aşağıdakı 

ə

saslarla 

konkret 

şə

kildə 

ümumiləşdirmək olar: 

 

Güc reallıqları baxımından 

 

-tarixin  inkişaf  trayektoriyası    iqtisadi-siyasi  və  hərbi  cəhətdən  müxtəlif 



gücə  malik  olan  dövlətləri  (aparıcı  təsirə  malik  olan  dövlətləri)  meydana 

gətirib.  Dünya  siyasi  sistemi,  eləcə  də  onun  tərkibi  olan  beynəlxalq 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə