Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

44 

 

Siyasi mədəniyyət  

  

Siyasi  mədəniyyət  siyasi  məzmunlu  və  siyasi  xarakterli  hadisələrin  



mədəni  əsaslarla,  bu  baxımdan  da  sistemli,  nizamlı,  normal  davranışlı,  etikalı 

və  estetik  məzmunlu  əsaslarla  formalaşmasıdır.  Siyasi  mədəniyyət  siyasətdə 

iştirak  edən,  siyasətin  obyekti  və  subyekti  olan    bütün  strukturlara,  şəxslərə, 

subyektlərə aid olan mənəvi dəyərdir. Mədəniyyət maddi dəyərlərdə təcəssüm 

olunan  mənəvi dəyərdir.  Siyasətin  müəyyən olunmasında və icrasında iştirak 

edən  şəxslərin  fəaliyyət  səviyyəsi,  istedad  və  bacarığı  elə  siyasi  mədəniyyətə 

aiddir.  Siyasi mədəniyyət ümumi əhatəlilik baxımından  xalqın dövlətçilik, 

dövləti  təşkil  etmək  və  idarə  etmək  mədəniyyətidir.

  Siyasi  mədəniyyət 



siyasi idarəetmə bacarığıdır, məharətidir, istedad və qabiliyyətidir. 

Çünki 


bu  kimi  keyfiyyətlər,  xüsusiyyətlər    sayəsində  mədəniyyət  nümunələri 

meydana gəlir.   Siyasi mədəniyyət siyasətdə iştirak edən şəxslərin və ümumən 

vətəndaşların  siyasi  aktlarından  ibarət  olmaqla,  davranışın  və  əməllərin 

əsaslarından  ibarət  olur.  Cəmiyyətin  siyasi  əxlaqı  məhz  siyasi  mədəniyyətin 

davranışlarını yaradır.  

Siyasi  mədəniyyətin  məkanı  dövlətdir.

  Dövlət  həm  də  mərkəzləşdirici 

qurumdur ki, burada bütün qüvvələrin siyasi davranış kodeksləri, bu baxımdan 

normaları  əks  olunur.  Dövlətin  bütün  sahələrdə  iştirakı  onun  siyasi  fəaliyyəti 

adlanır.  Xalq  siyasətini  dövlətində  və  cəmiyyətində  həyata  keçirir.  Eyni 

zamanda  başqa  dövlətlərlə  əlaqələrdə  və  münasibətlərdə  təşkil  edir.  Əvvəlcə 

də  qeyd  olunduğu  kimi,  siyasi  mədəniyyət  siyasi  əxlaqın  tərkibidir.  Siyasi 

mədəniyyətə  dövlətin  təşkili  və  idarəolunması  mədəniyyəti  (normaları, 

qaydaları,  tə.kilatçılıq  və  idarəçilik  üsullarının  məcmusu)  aid  olur.  Pozitiv 

siyasət və ölkə üzrə yaylı, tarazlı siyasət siyasi mədəniyyətin yüksək olmasını 

şərtləndirir.  

Xalq öz dövlətini qurur ki, mərkəzləşdirici bir qurum kimi maraqlarını təmin 

edə bilsin. Dövlətin hüquqi və fəlsəfi əsaslarla təşkili xalqın siyasi mədəniyyətinin 

əsaslarını  formalaşdırır.  Pozitiv  nizamlayıcı  siyasət  məhz  xalqın  yüksək  siyasi 

mədəniyyətini  özündə  ehtiva  edir.    Siyasi  mədəniyyətə  siyasətin  sahələri  və 

obyektləri  üzərində  təsir  imkanlarının  səviyyəsi  aid  olur.  Siyasi  mədəniyyətə 

dövlətin və xalqın sülh siyasətini həyata keçirməsi də aid olur. Digər aspektdə, xalq 

seçkilərdə yüksək səviyyədə və rasional olaraq iştirak edirsə, onda o xalqın siyasi 

mədəniyyəti  yüksək  olur.  Siyasi  mədəniyyətin  yüksəkliyi  siyasəti  müəyyən 

etməkdən,  onun  obyektlərini  təyin  etməkdən  və  obyektlər  üzərində  dəyərlər 

qazanmaqdan meydana gəlir.  

Siyasi  mədəniyyətin  yüksəkliyi  xalqın  siyasi  hüquqlarının  müəyyən 

olunması və təmin edilməsində öz əksini tapır. Xalqın yaratdığı dövlət və onun 

strukturları  cəmiyyətə  və  digər  dövlətlərə  ziyan  vurmursa,  onda  o  xalqın 

mədəniyyəti  yüksək  olur.  Hüquqi  dövlət  (qanunların  aliliyi  prinsiplərinə 

söykənən, yüksək  nizamlayıcı  dövlət) 

 formalaşdırmaq siyasi  mədəniyyətin 

tərkib proseslərini və nəticələri əhatə edir. Bu aspektdə insanların maraqlarına 

cavab  verəcək  hüquq  normalarının  qəbulu  və  tətbiqi,  hüquqların  qorunması 




45 

 

səviyyəsi siyasi  mədəniyyətin  yüksək olmasından  xəbər verir. Bir xalq hüquq 



norma  və qaydalarına bütün sahələrdə hörmət edərək, onun  yaşayırsa, onda o 

xalqın siyasi mədəniyyəti yüksək olur.  

Siyasi  mədəniyyət  dövlət  rəhbərindən  tutmuş  adi  vətəndaşlara  qədər 

bütün  şəxslərin  öz  vəzifələrini  layiqincə  yerinə  yetirməsindən  asılıdır.  Çünki 

siyasət  cəmiyyətin hər bir üzvünün fəaliyyətinə söykənir.   

 

Siyasi  mədəniyyətə  dair  bu  kimi  ümumiləşdirilmiş  fikriləri  birldirmək 

olar: 

 

-siyasi  mədəniyyət  siyasi  tərbiyə  bazasında  və  yüksək  siyasi  şüur 



bazasında meydana gəlir; 

-siyasi  mədəniyyət  dövlətçiliyə  yönəlik  siyasi  intellektuallıqdan 

formalaşır; 

-siyasi mədəniyyət kütləvi siyasi və sosial  təfəkkürün bazasında artan və 

dövlətçiliyə yönələn  bir dəyərdir;   

-xalqın  siyasi  mədəniyyəti  siyasi  təşkilatlanmada,  siyasi  bütövlükdə  və 

həmrəylikdə  yüksəkdir.  Milli  maraqlar  naminə  bir  xalq  birləşirsə,  onda  o 

xalqın siyasi mədəniyyəti yüksək olur; 

-xalqın  siyasi  mədəniyyəti  özünə  pozitiv  xidmət  edə  bilən  siyasi 

prosesləri formalaşdırmaqdan ibarət olur; 

-xalqın  siyasi  mədəniyyəti  onun  siyasət  həyata  keçirən  subyektlərinin 

fəaliyyət səviyyəsindən ibarət olur; 

-xalqın siyasi mədəniyyəti onun siyasətçilərinin mənəvi keyfiyyətlərindən 

asılıdır; 

-dövlət rəhbəri xalqla birlik nümayiş etdirirsə, onların nümayəndəsi kimi 

özünü  layiqincə  sübut  edirsə,  onda  siyasi  şəxs  kimi  onun  mədəni  səviyyəsi 

yüksək  olur.  Dövlət  rəhbərinin  və  dövlət  hakimiyyəti  aparatının  fundamental 

qərarlar  qəbul  etmək  məharəti  və  zamanla  ayaqlaşmaları  məhz  xalqın  siyasi 

mədəniyyətinin yüksək olmasına dəlalət edir; 

-xalqın  siyasi  mədəniyyəti  özünə  layiqli  dövlət  və  hakimiyyət 

rəhbərlərinin  seçməsində,  müəyyən  etməsində  büruzə  verir;  çünki  seçki 

təsnifat  olaraq  müqayisədə  daha  da  ali    dəyərləri  üzərə  çıxarmaq  prosesidir. 

İdarəedici  nümayəndəni  seçmək  idarəçilik  fəlsəfəsini  tamamlayan,  ona  cavab 

verən şəxsləri müəyyən etməkdən ibarətdir; 

-xalqın 

siyasi 


mədəniyyəti 

onun 


dövlət 

məmurlarının, 

dövlət 

qulluqçularının  mənəvi  keyfiyyətlərində  təcəssüm  olunur.  Dövlət  qulluqçuları 



öz postlarında layiqli xidmət edirlərsə, onda onların mədəniyyəti yüksək olur; 

-xalqın siyasi mədəniyyəti siyasi proseslərdə aktiv iştirak etməkdən ibarət 

olur.  Bu  zaman  xalq  öz  taleyinə  biganə  qalmır.  Həmçinin  rasional  və  kövrək 

cəmiyyətlər qurmur; 

-xalqın  siyasi  mədəniyyəti  siyasi  sistemin  möhkəmliyindən  və 

davamlılığından asılıdır; 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə