Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

36 

 

Cəmiyyətdə  şəxslərin  özlərini  mədəni  aparması  o  deməkdir  ki,  həmin 



şəxslər  yüksək  əxlaqa  malikdirlər  və  həyatlarını  sistemli  olaraq  yaşayırlar. 

Mədəni  quruculuqda  iştirak  edirlər  və  yaradıcılıqla  məşğul  olurlar.  Əmək 

fəaliyyəti  ilə  məğul  olurlar  və  faydalı  ömür  yaşayırlar.  Bu  aspektdə  işsizlik 

cəmiyyətdə  neqativ  halları  formalaşdırır  və  cəmiyyətin  mədəni  strukturuna 

köklü  zərbələr  vurur.  Yüksək  mədəni  şəxslər  etno–milli  genləri  daha  çox 

zəngin  olan  və  ətraf  xalqlardan  elementləri  qəbul  edənlərdir.  İnsanların 

mədəniləşməsi  proseslərinə  həm  etnik  və  milli  amillər,  həm  də  beynəlxalq 

amillər təsir edir. Bu aspektdə xalqların açılmaları, dünya görüşlərinin zəngin 

olmaları  vacib  kriteriya  rolunu  oynayır.  Bu  vəhdət  milli  və  etnik  təfəkkürün, 

eləcə  də  beynəlxalq  aləmin    sintezini  yaradır.    İnsanların  daxillərində  olan 

etnik və milli təfəkkür digər dövlətlərdə yaşayan xalqların təfəkkürü ilə sintez 

yaradır.  Burada  artıq  zənginləşmə  prosesləri  baş  verir.  Bir  tərəfdən 

assimilyasiya gedə bilirsə, digər tərəfdən də zənginlik yaranır. 

Hər  bir  xalq  (millət)  özünəxas  siyasi  sistemi  qurmalıdır.  Məsələn,  fərd 

kollektivdən kənardırsa, kollektiv içərisində yaşayaraq, başqa səmtə yönəlirsə, 

o zaman tez məğlub olur və öz kökünə qayıdır. Xalq da öz ruhunda oturmursa, 

öz  ruhuna  uyğun  dövlət  və  cəmiyyət  strukturu  qurmursa,  onda  saxta 

cəmiyyətlər  və  dövlətlər  formalaşdırırlar.  Bu  kimi  cəmiyətlər  və  dövlətlər 

tezliklə  uçuruma  düçar  olurlar  və  onların  daxili  immuniteti  xarici  zərbələrə 

qarşı zəif olur. 



 

Nəticələr: 

-xalqın  milli  təfəkkürünün  formalaşması  mədəniyyət  normalarından 

asılıdır; 

-mədəniyyət  normaları  özündə  yaradıcılıq  və  quruculuğu  əks  etdirən 

vərdişlərdən ibarətdir; 

-bir  xalqın  mədəniyyət  səviyyəsi  onun  yaradıcılığı  və  quruculuq 

nümunələrinin effekti və sayı ilə yüksək olur; 

-mədəniyyətin yüksəkliyi əks olunma effekti ilə əlaqəlidir; 

-fərd yalnız kollektivin enerjisindən istifadə etdikdə güclü olur və açılır; 

-hər bir xalq daha çox  öz ruhuna uyğun olduqda mədəni xoşbəxtlik tapır və s.    



 

Xalqın iqtisadi,  siyasi, sosial,  elmi mədəniyyəti və təfəkkürü  

(Dövlətçilik mədəniyyəti kontekstindən şərh)  

 

Mədəniyyət  şüurdan  və  əməldən  gələn  və  nəticələr  etibarilə  özünü  əks 

etdirən  bir  dəyərdir.  Mədəniyyət  maddi-mənəvi  dəyərdir.  Ona  görə  də  maddi 

aləmə  mənəvi  yanaşma  nəticəsidir.  Buradan  da  münasibət,  əlaqə  və  davranış 

normaları və qaydaları ortaya çıxır. 

Mədəniyyət  özündə  etikanı,    bu  baxımdan  tərbiyəni,  namusu,  vicdanı, 

şərəfi,  nəzakəti,  ədəb-ərkanı,  saflığı  və  digər  əxlaqi  dəyərləri,  estetikanı,  bu 

nöqteyi-nəzərdən  zövqlü  gözəlliyi,  incə  duyğular  yaradan  obyektləri  əks 

etdirir.   



37 

 

Hər bir xalqın iqtisadi, siyasi, sosial, elmi və digər sahələrdə mövcud olan 



mədəniyyəti  ümumən  cəmləşərək  dövlətçilik  mədəniyyətini  yaradır.  Çünki 

insanların  bütün  yaradıcılıq  və  quruculuq  nümunələri  (zehni  fəaliyyəti  və  əl 

işləri) məhz dövlətin daxilində meydana gəlir.  İctimai mədəniyyət dövlətçilik 

mədəniyyəti  ilə  vəhdət  təşkil  edir.  İnsanlar  ictimai-siyasi  formasiyada 

yaşayırlar. Bu formasiyanın özünü də yaratmaq elə bir mədəniyyətdir. Sağlam 

dövləti və cəmiyyəti qurmaq özü elə mədəniyyətdir.  

Hər  bir  xalq  milli  mədəniyyət  səviyyəsinə  yüksələrkən,  yəni  dövlətlər 

qurarkən  özünün  milli  xüsusiyyətlərini  nəzərə  almalıdır.  Bu  milli 

xüsusiyyətlərdə  dövlətçiliyin  tarixi  də  mühüm  rol  oynayır,  çünki  tarix 

cəmləşmiş  dəyərləri  əks  etdirir,  inkişaf  (qazanclar)  və  tənəzzül  (itkilər)  

dövrünü ifadə edir.   (Qeyd: hər bir qazanc inkişaf, hər bir itki tənəzzül ola 

bilməz.  İnkişaf  dövründə  elə  şeylər  əldə  oluna  bilər  ki,  nəticə  etibarilə 

tənəzzülə aparıb çıxara bilər. Tənəzzül zamanı elə şeylər itə bilər ki, nəticə 

etibarilə  inkişafa  səbəb  ola  bilər.  İtən  şeylər  şablonlar  ola  bilər).  

Dövlətçilik mədəniyyətinin formalaşmasında milli tarixi və beynəlxalq təcrübə 

mühüm  önəm  kəsb  edir.  Burada  hər  beynəlxalq  təcrübə  tətbiq  oluna  bilməz. 

Milli  təfəkkür  baza  rolunu  oynamalıdır.  Məsələn,  hər  bir  xalq  öz  dövlət 

quruluşunu  ilk  növbədə  milli  mədəniyyəti  fonunda  formalaşdırmalıdır.  Etnik  

şüurun tələbi ilə milli mədəniyyət əsasında dövlət quruluşları yaranmalıdır. Bu 

aspektdə  hər  bir  xalq,  xalqlar  birliyi  dünyada  nümunə  olan  monarxik  və 

respublika quruluşlarını fərqləndirməlidir və özünün siyasi təfəkkürünü doğru 

nümunəyə    yönəltməlidir.  Siyasi  təfəkkür  də  öz  mənbəyini  etno-

mədəniyyətdən götürməlidir.   

Əgər  biz  mədəniyyəti  konkret  və  mücərrəd  istiqamətlər  üzrə  təsnif 

etsək,  onda  belə  qərara  gəlmək  olar  ki,    dövlətçilik  mədəniyyəti  mücərrəd 

mədəniyyətdir.  Təfəkkürdə  ümumən  mücərrədlik  yaranır.    Lakin  tərkibində 

konkretlilik də çoxdur. Çünki dövləti təşkil edən bütün elementlər göz önündə 

olur və dövlət konkret əlaqələrdə özünü sübuta yetirir. Dövlət sərhədləri siyasi 

xəritədə  və  qlobuslarda,  atlaslarda      modelləşir  və  özünün  konkret  formasını 

alır.   Dövlətçilik mədəniyyəti münasibətlər fonunda mücərrəd, əlaqələr və 

subyektlər,  eləcə  də  obyektlər  və  onların  məcmu    fonunda  isə  konkret 

mədəniyyətdir.

  Həm  də  dövlət  şüurlarda  özünün  tərkib  elementləri  olmaqla, 

konkret  bir  anlayışı  ifadə  edir.  Dövlət  quruluşları  da  obrazlanma  baxımından 

konkret anlayışı ifadə edir; çünki burada seçim nümunələri reallıqdadır.  

Konkret  mədəniyyət  nümunələri  daha  çox  yaradıcılıqda  və  quruculuqda 

təcəssüm  olunur.  Yaradıcılıq  (məsələn,  ədəbiyyat  və  incəsənət  nümunələri, 

dini  abidələr  və  s.)  və  quruculuq  (burada  daha  çox  inşaat-memarlıq  sahələri, 

müasir  dövrdə  sənaye  sahələri,  yaradıcılığın  əks  olunduğu  quruculuq 

nümunələri    və  s.  nəzərdə  tutulur)  mədəniyyəti  özünü  maddi-mədəni  irsdə 

aşkar  edir  ki,  bununla  da  tarixi  və  mövcud  zaman  mədəniyyət  əlaqələri 

meydana    gəlir.    Mədəniyyət  elə  bir  anlayışdır  ki,  bu  anlayış  altında  xalqın 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə