Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

30 

 

axıcı  zamanda  nisbiliyidir.  Bu  da  onu  deməyə  əsas  verir  ki,  mədəniyyət 



yaradıcılıq  və  quruculuq  trayektoriyasının  zənginləşməsinə  müvafiq  olaraq 

daima  böyüyür,  zənginləşir,  inkişaf  edir.  Xalqın  yaradıcılıq  ruhu  onun 

nümayəndələrinin 

yaradıcılığında 

əks 

olunur. 


Nümayəndələrin 

total 


yaradıcılığı  milli  yaradıcılığın  özünü  təşkil  edir.      Qeyd  olunduğu  kimi, 

mütləqlik  onun  mövcudluğundadır,  faktlığındadır.  Təzahür  olunaraq 

obrazlanmadadır.    Nisbilik  isə  müqayisədədir.  Mütləq  yüksəkilik,  alilik  də 

müqayisədən  irəli  gəlir.  Məsələn,  bir  xalqın  mədəniyyət    göstəricilərinin 

dolğunluğu  faktı      digər  xalqın  mədəniyyət  göstəriciləri  ilə  müqayisədə  üzərə 

çıxır.  Burada  müqayisənin  əsas  predmeti  və  obyekti  yaradıcılıq  və  quruculuq 

vasitələrinin özlərinin dolğunluğundadır. Mədəniyyət vasitələrinin say çoxluğu 

da  dolğunluğu  meydana  gətirir;  çünki  sahələrin  çoxluğu  burada  formalaşır. 

Sahələr  çoxluğu  və  qarşılıqlı  əlaqələri  mədəniyyət  sisteminin  formalaşmasını 

zəruri  edir.  Mədəniyyət  sistemi  zəngin  olan  xalqın  gücü  və  potensialı  da  çox 

olur. Mədəni xalqlar daha da yaradıcı olurlar.  

Xalqları  mədəni  yaradıcılığa  sövq  edən  nədir. 

Belə  qəbul  edək  ki, 

həyat  tərzidir.  Həyat  qaydalarıdır  və  davranış  normalarıdır.  Eyni  zamanda 

insanların  tamaşa,  səhnə    istəmələridir.  Bu  səhnələr  teatrlarda,  sərgilərdə, 

konsertlərdə,  idman  yarışlarında  və  digər  bu  kimi  əyləncələrdə  ifadə  oluna 

bilir.  Mədəni  yaradıcılığın  səbəbləri  həmmdə  xalqların  yaşadıqları  coğrafi 

ərazilərin,  təbiətin,  iqlimin,  landşaftın  xüsusiyyətləridir.  Təbiətə  məftunluq, 

vurğunluq  amili  yaradıcılığa  sövq    edir.  Xalqın  təbiətlə  olan  ünsiyyətinin  və 

əlaqələrinin,  eləcə  də    öz  aralarında  olan  ünsiyyətinin,  münasibətlərinin 

əsaslarıdır.  Mədəniyyət  vasitələrində  istəklər,  arzular,  kin,  nifrət  kimi  mənfi 

hallar da obrazlanır.  

Xalqların  tarixi  yaşayış  üsulları  da  burada  rol  oynayır.  Mədəniyyət 

vasitələri    xalqın  tarixən  məruz  qaldığı  təzyiqlərin  və  eləcə  də  əldə  etdikləri 

nailiyyətlərin obrazlanmasıdır.  

Mədəniyyət  normaların  əks  olunmasıdır.  Həyat  tərzinin    ifadəsidir. 

Mədəniyyət  vasitələri  (məsələn,  ədəbiyyat,  incəsənət,  musiqi,  din,  elm, 

mətbuat    və  s.)  tarixi  obrazlandırdığına  görə  məlumat  vasitələri    kimi  də 

əhəmiyyətə  malikdir. Xalq  mədəniyyət  vasitələrini işə  salmaqla özünün tarixi 

və gələcəyi arasında bir körpünü yaradır.   

Dolğunluq  nədir.

  Dolğunluq  zənginlikdir.  Bu  baxımdan  həm  də  enerji 

bolluğudur.    Sistemin  tərkib  elementlərinin  çoxluğudur  və  elementlərin 

nizamla  hərəkətləridir  və  əlaqələridir.    Dolğunluq  bir  şərti  müstəvidə  iştirak 

edən subyektlərin sayıdır və hərəkətdə olan vasitələrin nizamla düzülüşüdür və 

müəyyən  sistematik  trayektoriya  üzrə  hərəkətidir.  Müəyyən  bir  müstəvidə 

obrazlanma  (tamaşalar  zamanı)    zərrəciklərini  insanlara  axıdır  və  insanlarda 

zövq  yaradırsa,  bu,  özlüyündə  elə  estetik  zövqü  meydana  gətirir.  İnsan 

səhnədən  həzz  alır,  enerji  toplayır,  sevinc  və  fərəh  hissinə  qərq  olur. 

Enerjiverici  olduğundan  qıcıqlar  yaradır.  İnsanlar  reaksiyalar  verirlər  və 




31 

 

nəticələr  çıxarırlar.    Ardıcıl  səhnə  hərəkətləri  insanın  duyğularını  hərəkətə 



gətirir və hüceyrələrini hərəkətdə saxlayır. Bu anda bir yerə toplanmış və digər 

hissələrdə  çatışmayan  enerji  paylanır.  Paylanma  sayəsində  boşalma  yaranır. 

İnsanın əhval-ruhiyyəsi yüksəlir.  

 

Mədəniyyət necə yüksək olur  

 

Mədəniyyətin  tərkibi  bir-birilə  əlaqəlidir.  Bir-birini  təsdiq  edir.  Məsələn, 



xalqın  şifahı  yaradıcılığı  onun  aşıq  musiqisində,  aşıq  sənətində  büruzə  verir. 

Ədəbiyyat  teatr  üçün  baza  rolunu  oynayır.  Əsərlər  (pyeslər)  teatr  tamaşaları 

üçün mövzunu təşkil edir. Aktyorlar rollarla tarixi və ya da mövcud vəziyyəti 

canlandırırlar.  Burada  canlanma  danışıqlar  və  hərəkətlər  yolu  ilə  (məsələn, 

pantomima hərəkətləri, mimika hərəkətləri) həyata keçirilir.  Rəqslər (məsələn, 

milli rəqslər, xoreoqrafiya  rəqsləri və s.) tarixi hadisələrin məzmununu, xalqın 

milli  xüsusiyyətlərinin  əsaslarını  özündə  cəmləşdirir.  Rəqslər  yolu  ilə  musiqi 

canlanır. Musiqidə ədəbiyyat və xalq, eləcə də  orkestr çalğı alətləri işə düşür. 

Poeziya, musiqi, hərəkət (məsələn, opera) cəm halda səhnəni yaradır.  

Mədəniyyətin  əsas  funksiyası  həm  də  tənqidlər  və  həyat  tərzindəki 

pisliklərin  ifşası  yolu  ilə  maarifləndirməkdən  ibarət  olur.  Xalqın  dramatik 

vəziyyəti,  cəmiyyətdəki  qüsurlar  tamaşaçılara  çatdırılır.  Mədəniyyət  oyadıcı, 



tərbiyəverici  ruhu  aşılayır,  həmçinin  istiqamətlərverici,    yaradıcılığı 

davam etdirici rola malik olur. 

Mədəniyyət  onun  tərkibini  təşkil  edən  elementlərin  zənginliyi 

baxımından  yüksək  olur

-məsələn,  tamaşalar  zamanı  səhnə  tərtibatı, 

dekorasiyaların 

zənginliyi, 

müxtəlif 

çalarlılığı, 

çalarlılığın 

bir-birini 

tamamlaması,  mövzuların aktuallığı, mövzuların zamanı və hadisələri dolğun 

əks etdirməsi və s.; 



Mədəniyyət  onu  yaradan  şəxslərin  bədii  mücərrəd    və  reallığı  əks 

etdirən bədii  mütləq  təxəyyülləri baxımından zəngin olur

-məsələn, dolğun 

və əhatəli əsərlər onu qələmə alanların, yaradanların təsvirlərinin zənginlyində 

öz əksini tapır. 



Mədəniyyət  yaradıcılıq  və  quruculuq  xüsusiyyətləri  baxımından 

yüksək  olur

-bu  aspektdə  xalq  yaradıcılarının  və  qurucularının  sayı  çox  olur. 

Eləcə də yaradıcı və qurucu insanların sərbəstliyi, azadlığı və həvəsləri onların 

daxillərini  aşkarlamağa  imkanlar  verir.  Təbiətə,  cəmiyyətə,  ümumən  həyata 

açıq insanlar öz enerjilərini yığaraq emal edirlər və təsviri formada çatdırırlar. 

Mədəniyyət  vasitələri  insanlarla  tarixi  hadisələr  arasında  siqnallar  əlaqəsi 

yaradır; 

Mədəniyyəti  əsərlərin  həqiqəti  əks  etdirməsi  baxımından  real  və 

dolğun 

olur-

xalqın, 


onun 

nümayəndələrinin 

böyüklüyü 

etirafın 



çoxluğunadadır. Cəmiyyət həqiqətləri aça-aça dolğunlaşır; 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə